Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya, Güney Press > ABŞ və Çin ticarət ziddiyyətlərinin aradan qaldırılması üzrə danışıqlara başlayıb
ABŞ və Çin ticarət ziddiyyətlərinin aradan qaldırılması üzrə danışıqlara başlayıb7-01-2019, 10:48 |
Çin və ABŞ rəsmiləri Pekində ticarət və iqtisadiyyat sahəsində ikitərəfli ziddiyyətlərin aradan qaldırılması üzrə rəsmi danışıqlara başlayıblar. “Report” xəbər verir ki, bu barədə Pekində işıq üzü görən “Beytszin tsinnyanbao” qəzeti məlumat verib. Qəzetin məlumatına görə, ABŞ nümayəndələrini daşıyan 10-dan çox avtomobildən ibarət kortej Pekinin mərkəzində yerləşən Çin Ticarət Nazirliyinin ərazisinə daxil olub. İkigünlük məsləhətləşmələr yerli vaxtla, təxminən, 09:00-da (Bakı vaxtı ilə 05:00) başlayıb. Bu danışıqların gedişində daha əvvəl yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsində irəliləyişə nail olmağa imkan verəcək konstruktiv dialoqun baş tutacağı gözlənilir. Geri qayıt |