Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Tramp Fransada keçirilən etiraz aksiyalarına münasibət bildirib
Əsas Səhifə > Dünya > Tramp Fransada keçirilən etiraz aksiyalarına münasibət bildirib

Tramp Fransada keçirilən etiraz aksiyalarına münasibət bildirib


5-12-2018, 08:38
Tramp Fransada keçirilən etiraz aksiyalarına münasibət bildirib
Fransada yanacaq qiymətlərinin artırılmasına qarşı keçirilən genişmiqyaslı etirazlar ABŞ-ın Paris İqlim Konvensiyasından çıxmaq barədə qərarının doğru olduğundan xəbər verir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp deyib.

"Dostum Emmanuel Makron və Parisdəki etirazçıların mənim iki il əvvəl verdiyim qərarla razılaşmalarından razıyam. Paris müqaviləsi dərindən səhvdir, çünki o, məsuliyyətli ölkələr üçün enerji qiymətlərini artırır, eyni zamanda dünyanın ən böyük çirkli mənbələrinə bəraət qazandırır", - deyə Tramp "Twitter"də yazıb.

"Mən təmiz hava və təmiz su istəyirəm və ABŞ-da ətraf mühitin yaxşılaşdırılmasında böyük addımlar atdım. Amma Amerika vergi ödəyiciləri və işçiləri başqa ölkələrdə çirklənməni təmizləmək üçün ödəniş etməli deyillər", - deyə o əlavə edib.

Geri qayıt