Kəşmir təhlükəsizlik deyil, kimlik problemidir - AKTUAL
Tarix: 25-04-2025, 10:09 | Çap et
 1947-ci ildən bəri davam edən Kəşmir problemi təkcə sərhəd çəkişməsi deyil. Bu, müxtəlif dini-etnik kimliklərin toqquşması, regional hegemonluq uğrunda mübarizə və postimperial siyasi iradələrin sərt qarşıdurmasıdır. Kəşmir həm hindular, həm müsəlmanlar, həm də buddistlər üçün müqəddəs sayılan məkanlarla zəngindir. Amma bu mədəni müxtəliflik çoxdan təhlükəsizlik barrikadaları və silahlı münaqişələr fonunda kölgədə qalıb. 2019-cu ildə Hindistanın hakimiyyətə gələn hindu millətçi Bharatiya Janata Partiyası (BJP) Kəşmirə verilmiş xüsusi muxtariyyəti ləğv etməklə vəziyyəti radikal şəkildə dəyişdi. Bu qərar bölgənin müsəlman əhalisini “ikinci dərəcəli insanlar” statusuna salmaqla yanaşı, Kəşmir torpaqlarının qeyri-müsəlmanlara satılmasına da yaşıl işıq yandırdı. Tarazlıq pozuldu, müqavimət artdı. Elə həmin il yaranan “Müqavimət Cəbhəsi” (The Resistance Front – TRF) özünü bu siyasətə qarşı yerli cavab olaraq təqdim etdi. Təşkilatın əsas hədəfi sadə və aydındır: Hindistan hökumətinin "turizm vasitəsilə inteqrasiya" planlarını sabotaj etmək, dinc mühiti terrorla sarsıtmaq və bununla da Delhi rəhbərliyinin uğursuzluğunu ifşa etmək. Hindistanın İslamabadı terrora dəstəkdə ittiham etməsi yeni deyil. Lakin bu izah həddindən artıq sadələşdirilmiş və vəziyyəti dərk etmək üçün yetərsizdir. Pakistanın keçmişdə bu tip qruplaşmaları dəstəklədiyi doğrudur, lakin bu gün İslamabadın özü ciddi daxili siyasi, iqtisadi və hərbi xaosla üzləşib. Ölkədəki ekstremist qrupların hamısının dövlət nəzarətində olduğunu düşünmək — Cənubi Asiyanın reallıqlarından tamamilə uzaq bir xülyadır. Daha təhlükəlisi isə odur ki, Hindistanın son illərdəki radikal siyasəti artıq yerli silahlı aktorları formalaşdırıb. Onlar özlərini Hindistanın "səssiz işğalına" qarşı vuruşan qəhrəmanlar kimi təqdim edir, xarici göstərişlərə yox, şəxsi qisas hissinə əsaslanırlar. Bu, idarəolunmaz bir radikalizmdir — milliyyətçiliyin sərhədsiz forması. Bütün bunlarla yanaşı, Hindistanın özü Pakistanın Belucistan bölgəsindəki separatçılara dəstək verir. Hətta bu fəaliyyət “Rao doktrinası” adlı rəsmi sənəddə də təsbit olunub. Beləliklə, Kəşmir ətrafında baş verənlər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin zəif yerlərinə zərbə vurduğu hibrid müharibənin tərkib hissəsidir. Terror aktından sonra Hindistan hökumətinin reaksiyası klassik sxemdə baş verdi: Pakistanla su paylaşımı barədə 1960-cı il razılaşmasının dayandırılması, diplomatik heyətin azaldılması, sərhəd keçid məntəqələrinin bağlanması, viza azadlığı ilə ölkəyə gəlmiş pakistanlıların 48 saat ərzində çıxarılması. Bu, siyasətdən çox, ritorikadır. İctimaiyyətin gözündə güclü görünmək üçün edilən addımlardır. Lakin bu siyasətin praktik effekti nədir? Qısa müddətli reytinq artımı və millətçi çevrələrdə razılıq dalğası. Lakin uzunmüddətli perspektivdə — daha da artan radikallaşma, daha çox hücumlar və daha az təhlükəsizlik. Nəticə: Kəşmir təhlükəsizlik deyil, kimlik problemidir Hindistan Kəşmir problemini təhlükəsizlik məsələsi kimi təqdim edir. Amma əslində bu — kimlik, hüquq və siyasi təmsilçilik məsələsidir. Bu reallıq qəbul edilmədikcə, tətbiq olunan istənilən hərbi və inzibati tədbir yalnız müvəqqəti sakitlik gətirə bilər. Əsas səbəbləri aradan qaldırmayan siyasət — problemin özünü daha da dərinləşdirir. Baysaran faciəsi — bu yolda növbəti dayanacaqdır. Əgər Hindistan rəhbərliyi bu səsi eşitmək əvəzinə yalnız repressiyalarla cavab verəcəksə, sabah turistlər təkcə gəlməkdən imtina etməyəcəklər. Onlar suallar verməyə başlayacaqlar. Və bu — istənilən avtoritar rejim üçün daha təhlükəli bir ssenaridir.
Elçin Alıoğlu - "DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|