Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                 

İstanbulun merinin həbsi ölkədə hansı təlatümlərə səbəb olacaq..? - AKTUAL
Tarix: 23-03-2025, 00:31 | Çap et
İstanbulun merinin həbsi ölkədə hansı təlatümlərə səbəb olacaq..?
Martın 19-dan başlayaraq Türkiyədə yüz minlərlə insan İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq aksiyalara qoşulub. O, Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi hesab olunur. Bildirilir ki, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib.

İstanbulda etiraz aksiyaları şəhər bələdiyyəsinin binası, polis idarəsi (İmamoğlunun evində axtarış aparıldıqdan sonra aparıldığı yer) və universitet binası qarşısında keçirilir. İstanbul universiteti merin həbsindən bir gün əvvəl onun diplomunu ləğv edərək, qanuni şəkildə prezidentliyə namizədliyini irəli sürmək yolunu bağlayıb. İstanbul valiliyinin qərarı ilə şəhərdə hər cür nümayiş və mitinqlərə qadağa qoyulub. Bununla belə, etirazlar davam edir.

Həbs olunan Əkrəm İmamoğlu Türkiyənin məhkəmə hakimiyyətini “qanunsuzluq qarşısında susmamağa” çağırıb və ədalətə güvəndiyini bildirib.

“Mən Türkiyənin ali məhkəmə hakimiyyətinə, vicdanlı, əxlaqlı və xalqına xidmət etməyi sevən on minlərlə prokuror və hakimə səslənirəm. Sizin həmkarlarınızdan bəziləri Türkiyənin məhkəmə sistemini məhv edib, bizi bütün dünyada biabır edib və nüfuzumuza ciddi zərər vurub. Siz ayağa qalxmalı və buna qarşı tədbir görməlisiniz. Mən Türkiyənin ali məhkəmə hakimiyyətinə inanıram. Siz susa bilməzsiniz və susmamalısınız”, - deyə İmamoğlu X sosial şəbəkəsində yazıb.

Çərşənbə günü İstanbul Baş Prokurorluğu İmamoğlunun korrupsiya, rüşvətxorluq və qeyri-qanuni maliyyələşdirmə ilə məşğul olan təşkilatla bağlı aparılan istintaq çərçivəsində həbs edildiyini açıqlayıb. Siyasətçi isə bildirib ki, hakimiyyətin təzyiqi altında geri çəkilmək niyyətində deyil.

İstanbulun bir sıra mərkəzi küçələrində, xüsusən də polis idarəsinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib, sosial şəbəkələrin fəaliyyətində fasilələr müşahidə olunur. Bu hadisələrin fonunda ABŞ dollarının Türkiyə lirəsinə nisbəti 10%-dən çox bahalaşıb və ilk dəfə 41 lirəni keçib. İstanbul birjasının əsas indeksi BIST 100 isə İmamoğlunun həbsi xəbəri fonunda açılışda 6,87% dəyər itirib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, İmamoğlunun həbsindən sonra küçə etirazlarına başlamamağa çağırıb. Onun sözlərinə görə, prosesin Prezident Tayyib Ərdoğanla heç bir əlaqəsi yoxdur.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) müxalifətin İmamoğlunun həbsi ilə “çevriliş cəhdi” ittihamını rədd edib. Hökuməti çevriliş cəhdində İstanbul Böyükşəhər Bələdiyyə Başçısının təmsil olunduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel ittiham edib.

“Özgür Özel bizi çevrilişdə ittiham edə bilməz”, - AKP-nin rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə bildirib və müxalifət liderini ittihamlarına dair sübut təqdim etməyə çağırıb.

İngiltərənin The Economist nəşri yazır ki, “Ərdoğan onu məğlub edə biləcək namizədi həbs etdirir”.

“Cənab İmamoğlunun həbsinin vaxtı təsadüfi görünmür. Martın 23-də CHP qurultayında onun 2028-ci il prezident seçkilərində namizədliyi irəli sürülməli idi və bir çoxları seçkilərin daha tez keçiriləcəyini gözləyir. Ötən ildən bəri İmamoğlu ictimai rəy sorğularında Türkiyə liderini üstələyir. Hökumət heç nəyi riskə atmaq istəmədi. Türkiyənin artıq zəifləyən demokratiyası üçün perspektivlər qaranlıq görünür. İstanbul bələdiyyə başçısının həbsi bu tipli ilk hadisə deyil və yəqin ki, sonuncu da olmayacaq. Son bir neçə ay ərzində müxalifət partiyalarından olan bir neçə bələdiyyə başçısı və İmamoğluna qarşı aparılan araşdırmanı işıqlandıran jurnalistlər də həbs olunub”, - deyə London qəzeti yazır.

İmamoğlunun həbsindən sonra bütün Türkiyədə tələbə etiraz aksiyaları keçirilir. BBC Türk xidmətinin məlumatına görə, İstanbulun müxtəlif universitetlərində cümə axşamı günündən etirazlar başlayıb və axşam saatlarında kütləvi şəkildə Saraçhane memorialına yürüş təşkil olunub.

Ankarada Orta Doğu Texniki Universiteti (ODTÜ) tələbələri də nümayişlərə qatılıb. Etirazçılar İmamoğluya qarşı aparılan əməliyyatların qanunsuz olduğunu bildiriblər.

Qalatasaray Universiteti və Mimar Sinan Gözəl Sənətlər Universitetinin tələbələri də dərs otaqlarını tərk edərək İstanbulun Beşiktaş meydanında bir araya gəliblər.

Bundan əlavə, nümayişlərdə Boğaziçi Universiteti tələbələrinin pankartları da müşahidə olunub.

İzmirdə isə gənclər üzərində “Ədalət ölüb” yazılmış tabut daşıyıblar.

Müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) İmamoğlunu dəstəkləmək üçün 14 şəhər və 21 vilayətdə mitinqlər keçirəcəyini açıqlayıb.

Mitinqlər 21 mart saat 20:30-da başlayıb. Aksiyalar Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Eskişehir, İstanbul, İzmir, Manisa, Mersin, Muğla və Tekirdağ şəhərlərində; Adıyaman, Afyonkarahisar, Amasya, Ardahan, Artvin, Bartın, Bilecik, Bolu, Burdur, Çanaqqala, Edirne, Giresun, Kastamonu, Kırıkkale, Kırşehir, Kilis, Kütahya, Sinop, Uşak, Yalova və Zonguldak vilyətlərində keçirilib.

Bəs Ərdoğan niyə əsas rəqibini seçkilərdən xeyli əvvəl hədəfə aldı? Axı ümumi prezident və parlament seçkiləri yalnız 2028-ci ilin mayında keçirilməlidir. Bütün bu hadisələr niyə məhz indi baş verir? Bu kampaniyanın arxasında nə dayanır? Hakimiyyətin məqsədləri nədir?

Kütləvi etirazlar müxalifət namizədinin azadlığını təmin edə biləcəkmi?

Pressklub.az-ın suallarını türk analitik, siyasət elmləri doktoru, professor Haydar Çakmak cavablandırıb.

“Universitet rəhbərliyi İmamoğlunun diplomunu ləğv etsə də, qərardan etiraz edilib. Yəni, son nöqtəni məhkəmə qoyacaq və o, İmamoğlunun xeyrinə qərar çıxara bilər. İmamoğlunun bələdiyyədə bir çox qanunsuz sövdələşmələrlə məşğul olduğu deyilir, lakin hələlik buna dair sübut yoxdur”, – deyə professor qeyd edib.

Onun fikrincə, Ərdoğan güclü rəqib istəmir, lakin əgər o, İmamoğlunun gələcək prezident seçkilərində namizəd kimi təsdiqlənməsinə mane ola bilməsə, onunla danışıqlara gedəcək.

“Ərdoğan Konstitusiyaya öz xeyrinə dəyişikliklər edilməsi məsələsində İmamoğlu ilə razılaşa bilər. İmamoğlu Ərdoğandan heç nə ilə fərqlənmir, onların xarakterləri eynidir. Böyük əməliyyat müəyyən gözləmə və müşahidə tələb edir. Bütün diktatorların və sərt rejimlərin ən böyük qorxusu xalq üsyanıdır. Hökumət təhlükə hiss edərsə, ciddi tədbirlər görəcək. Hazırda ciddi problem yoxdur, lakin əgər İmamoğlu həbsxanaya göndərilsə, ciddi problemlər yarana bilər”, – deyə doktor Çakmak xəbərdarlıq edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Dünən, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru