Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                     Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi .....                     Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır .....                     Daha bir qadın yüksək vəzifəyə təyin olundu .....                     9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                     Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat .....                     150 min insanı salamlayan yeni Papa çağırış etdi .....                     Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər .....                     Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                     Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi .....                     Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə .....                     “27 ildə ilk dəfədir mükafat alıram” .....                     Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur .....                     Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü” .....                     “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? .....                     "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının .....                     “O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” .....                     Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI .....                     Vaşinqton-Moskva münasibətlərində gərginlik: .....                     Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır .....                 

Goodbye, radio?! - NƏ BAŞ VERİR?
Tarix: 21-03-2025, 05:02 | Çap et
Goodbye, radio?!
ABŞ prezidenti Donald Trampın Qlobal Media Agentliyində (USAGM) ixtisarlarla bağlı fərman imzalamasından sonra “Amerikanın Səsi”nin (Voice of America) 1300-dən çox əməkdaşı qeyri-müəyyən müddətə inzibati məzuniyyətə göndərilib. Bu agentlik Amerikanın beş böyük media korporasiyasını nəzarətdə saxlayırdı. “83 il ərzində ilk dəfə əfsanəvi “Amerikanın Səsi” susdu”, – deyə radiostansiyanın direktoru Maykl Abramoviç bildirib.

Onun sözlərinə görə, rəhbərlik radiostansiyada islahatlarla məşğul olurmuş və müəyyən irəliləyişlər əldə edibmiş. Lakin ABŞ-ın yeni administrasiyasının addımları səbəbindən radio artıq “öz həyati əhəmiyyətli missiyasını yerinə yetirə bilmir”. Abramoviç qeyd edib ki, “bu, Amerikanın düşmənləri – İran, Çin və Rusiyanın ABŞ-ı gözdən salmaq üçün milyardlarla dollar xərclədiyi bir vaxtda baş verib”. O əlavə edib ki, agentlik “hər hansı formada yaşamağa müvəffəq olsa belə”, bu hadisə “Amerikanın Səsi”nin “diktatura şəraitində yaşayan insanlara obyektiv və balanslaşdırılmış xəbərlər təqdim etməklə daha təhlükəsiz və azad dünya yaratmaq imkanlarına ciddi zərbə vuracaq”.

“Amerikanın Səsi”nin müdafiəsinə beynəlxalq jurnalist təşkilatları, o cümlədən “Sərhədsiz Reportyorlar” qalxıb. Onlar Trampın qərarını “dünyada mətbuat azadlığına təhdid” kimi qiymətləndirib və bunun “ABŞ-ın 80 illik azad informasiya axınına dəstək səylərini heçə endirdiyini” vurğulayıblar.

Bundan əvvəl ABŞ prezidenti federal büdcədən maliyyələşən yeddi agentliyin, o cümlədən illik 270 milyon dollar büdcəsi olan USAGM-in “nizamnaməyə uyğun olmayan komponentlərini və funksiyalarını maksimum dərəcədə ləğv etməyi” əmr edib. Bu agentlik təkcə “Amerikanın Səsi”ni deyil, “Azadlıq Radiosu/Azad Avropa Radiosu”nu da nəzarətdə saxlayırdı. Sonuncunun prezidenti və baş direktoru Stiven Kapus vəziyyəti şərh edərək bildirib ki, “İran ayətullaları, Çin kommunist rəhbərləri, Moskva və Minskdəki avtokratlar 75 ildən sonra “Azadlıq Radiosu”nun süqutunu bayram edəcəklər”. O, əlavə edib ki, “əgər biz düşmənlərimizə qalib gəlmək imkanı versək, bu, onları daha güclü, Amerikanı isə daha zəif edəcək”.

Ağ Ev “Amerikanın Səsi”nin fəaliyyətinə bir sıra iradlar bildirib. Administrasiya radiostansiyanı jurnalistika standartlarını pozmaqda və hesabatlılıqdan yayınmaqda ittiham edib. Onlar qeyd ediblər ki, media orqanı 2020-ci ilin oktyabrında Rusiya hökumətinin Hanter Baydenin (ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu) “noutbuk qalmaqalında” mümkün rolu barədə yazıb. Tramp administrasiyası bunu “həqiqəti gizlətmək cəhdi” kimi qiymətləndirib.

Ağ Ev həmçinin “Amerikanın Səsi” rəhbərliyinin öz əməkdaşlarına HƏMAS-ı rəsmi bəyanatlardan sitat gətirilməsi istisna olmaqla, digər hallarda “terror təşkilatı” adlandırmamağı tövsiyə etməsinə diqqət çəkib. Bundan başqa, yeni ABŞ rəhbərliyi radiostansiyanın jurnalistlərinin sosial mediada Trampa qarşı şərhlər yazmasından narahat olub. Ağ Ev bəyan edib ki, “Amerikanın vergi ödəyiciləri radikal təbliğatın girovu olmayacaqlar”.

Tramp ikinci prezidentlik dövrünün əvvəlində Dövlət Effektivliyi Departamenti (DOGE) yaradıb və onu iş adamı, SpaceX-in qurucusu və X-in sahibi İlon Maska həvalə edib. Bu qurum ABŞ hökumətində islahatlara başlayaraq minlərlə federal agentlik əməkdaşını işdən çıxarıb.

Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun bağlanmasını təklif edib, çünki “onları artıq heç kəs dinləmir”. O, bu media qurumlarını “öz-özünə danışan çılğın sol radikallar” və “Amerikanın vergi ödəyicilərinin cibindən ildə bir milyard dollar oğurlayan qurumlar” kimi təsvir edib.

Bu hadisələr Amerikanın və dünyanın gələcəyi üçün nə deməkdir? Tramp söz azadlığını boğan avtoritar liderlərə bənzəyirmi? Dünyanın aparıcı demokratiyalarından biri olan ABŞ-da medianın sıxışdırılması hansı nəticələrə səbəb ola bilər?

Pressklub.az-ın suallarına tanınmış beynəlxalq ekspertlər cavab veriblər.

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib ki, baş verənlərə birmənalı qiymət vermək çətindir. Lakin “Amerikanın Səsi” ilə böyüyən biri şəxs kimi onun üçün bu hadisə üzücüdür.

“Bəli, mənə də “Amerikanın Səsi”nin işində bir çox şey xoşuma gəlmirdi. Amma bu, ABŞ-ın simvolu idi və hesab edirəm ki, simvollara belə münasibət göstərmək olmaz. Axı, hər şeyi düzəltmək mümkün idi. Bununla belə, bu, hazırkı administrasiyanın işidir və onların məsuliyyətidir. Qərar, hər halda, tarixi əhəmiyyət daşıyır, tarixi hadisələrə isə yalnız zaman qiymət verə bilər”, – deyə Vasadze bildirib.

Ukraynalı jurnalist və bloqer Roman Tsımbalyuk isə ABŞ-ın dünya miqyasında Amerika mediasını maliyyələşdirməsinə nə qədər vəsait ayrıldığına dair göstərilən rəqəmlərə diqqət çəkib.

“Qəribə də olsa, burada əsas məsələ pul deyil. ABŞ informasiya məkanından geri çəkildiyi üçün sonda bundan qat-qat çox ödəyəcək – bu faktdır. Lakin bu problemi iki əsas hissəyə bölmək lazımdır. Birincisi, Amerika etibarsız tərəfdaşdır. Dünya bunu məhz belə qəbul edəcək.

Burada nə nəzərdə tutulur? “Azadlıq Radiosu” və “Amerikanın Səsi” bir çox ölkələrdə nüfuzlu iş yeri idi, orada vicdanla işləyərək layiqli pensiya almaq mümkün idi. Digər tərəfdən, bəzi ölkələrdə bu radiolar yeganə alternativ fikir mənbəyi və müstəqil media qurumu idi. Çünki onlar yerli bazardan, yerli maliyyədən və buna görə də yerli siyasətçilərdən asılı deyildilər. Belə bir kontekstdə bu qərar ümumilikdə mətbuat azadlığına ağır zərbə vurur”, – jurnalist bildirib.

Amma onu daha çox başqa bir məsələ narahat edir: “Belə çıxır ki, Qərb ümumiyyətlə informasiya fəaliyyətindən, informasiya müharibəsindən və Rusiya Federasiyasındakı maarifləndirmədən imtina edib. Bu, Qərbin ümumi zəifliyini göstərən əlamətdar hadisədir.

Bunu Ukrayna nümunəsi ilə izah edim. Burada bəzi media layihələrini USAID maliyyələşdirirdi. Bəs o çəkildikdə nə baş verdi? Onun yerini dərhal Rusiya pulları və onlara uyğun göstərişlər doldurdu. Ukrayna üçün bu belə oldu. Digər ölkələrdə isə həmin boşluğu Çin maliyyəsi dolduracaq. Məhz buna görə də əvvəlcədən dedim ki, bu qərarın ABŞ-a daha baha başa gələcəyi qaçılmazdır.

Daha bir məqam da var. “Azadlıq Radiosu”nun rus redaksiyası son 30 ildə o qədər zəifləyib və iş prinsipləri baxımından o qədər köhnəlib ki, artıq Rusiyada əvvəlki təsirini itirib. Bu, yalnız onların təzyiqlərə məruz qalması ilə bağlı deyil. Onlara qarşı sistematik təzyiq əslində yalnız 2014-cü ildən sonra başladı və 2022-ci ildən etibarən isə praktiki olaraq tam bağlandılar. Yox, problem odur ki, onlar hələ soyuq müharibənin qələbəsi kontekstində fəaliyyət göstərirdilər – yəni informasiya qalıqlığı kimi. Açıq danışaq, bu yanaşma ilə onların uğur qazanması mümkün deyildi.

Üstəlik, bəzən eşidirik ki, guya amerikalılar və avropalılar, yəni Qərb, Rusiyanı parçalamaq istəyir. Amma təəssüf ki, bunun üçün heç nə etmirlər. Qərbin həqiqətən Rusiya ilə mübarizəyə başladığını göstərən ilk və yeganə meyar çeçen, başqırd, Dağıstan, mordvin və digər regionların dillərində redaksiyalar yaratmaq olardı. Əgər onlar Rusiyanın daxilində bu istiqamətdə işləməyə başlasalar, o zaman hansısa dəyişikliklərdən danışmaq olar. Lakin hazırda ABŞ-ın özünü qlobal proseslərdən çəkib çıxarmaq meyli təəssüf doğurur və əslində siyasi intihara bənzəyir.

Onlar Rusiyada əvvəldən də qeyri-effektiv işləyirdilər. Bu da onu göstərir ki, ABŞ Rusiyada öz mövqeyini gücləndirməkdə maraqlı deyildi. Əgər radiostansiya sadəcə bir neçə proqram yayımlayırsa, bunun ciddi təsiri olmayacaq. Bizə hansı təsir lazımdır? Rusiyalıların, Putinin hərəkətlərinin onlara çox baha başa gələcəyini anlaması. Bu, sadə və aydın həqiqətdir. Hazırda onun siyasətinin qiyməti yüz minlərlə insanın ölümüdür. Rusların və ukraynalıların. Niyə? Çünki Rusiyada informasiya üzərində tam monopoliya var və heç kim buna qarşı mübarizə aparmır. Ona görə yox ki, bacarmır, sadəcə bu istiqamətdə məqsəd yoxdur. Bunu anlamaq lazımdır.

Ukraynada “Azadlıq Radiosu”nun təsiri və reytinqi qat-qat yüksək idi, amma bu redaksiya da bağlandı”, – bloqer bildirib.

O, əlavə edib ki, ABŞ-ın hazırkı davranışını görürük və bu, təəssüf doğurur. “Keçmiş televiziya aparıcısı, hazırda ABŞ-ın müdafiə naziri olan Pit Hegsetin deyir ki, “gəlin dəyərləri deyil, pulu prioritet edək”. Belə çıxır ki, bu tip media qurumları heç vaxt mənfəət gətirməyib və gətirə də bilməz. Onların məqsədi tamam başqa olmalıdır.

Əgər ABŞ bu sahəni yenidən işə salmaq, yeni insanlarla, yeni prinsiplərlə, müasir texnologiyalarla və qlobal miqyasda böyük hədəflərlə inkişaf etdirmək istəyirsə, bu, bir yana. Amma məncə, onlar sadəcə radiostansiyaları bağlayırlar. Çünki orada guya “solçuların” toplaşması İlon Maskın xoşuna gəlmir. Bu, absurddur və əlbəttə ki, təkcə “Twitter” ilə bu boşluğu doldurmaq mümkün deyil. İnsanların hələ də təsdiqlənmiş, etibarlı məlumata ehtiyacı var.

Biz informasiya agentliklərinin bir zamanlar əsas mənbə olduğu dövrləri xatırlayırıq. Bu gün isə ruslar məhz bu informasiya mənbəyi statusu uğrunda çox ciddi mübarizə aparırlar. Digər tərəfdən, bizim okeanın o tayındakı dostlarımız atıq çox uzun müddətdir bu bazarda mövcud deyillər", – Tsımbalyuk fikirlərini yekunlaşdırıb.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Dünən, 17:36
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:35
Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Dünən, 17:32
Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Dünən, 17:06
AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Dünən, 17:02
Paşinyan Moskvaya gedib - "Sputnik Armenia"
Dünən, 16:54
Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
Dünən, 16:52
Bakıda sevgilisini daşla vurub öldürən oğlanın MƏHKƏMƏDƏN VİDEOSU
Dünən, 16:45
“Malibo” MTK vətəndaşı belə incidir... - NARAZILIQ VAR...
Dünən, 16:40
Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək - Ermənistan mətbuatı
Dünən, 16:37
Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT - Düşmən olduqlarını İNDİMİ BİLİRLƏR?
Dünən, 16:35
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü – 7 uşaq isə...
Dünən, 16:34
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Dünən, 16:32
Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM
Dünən, 16:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru