Limanlara nəzarət uğrunda mübarizə genişlənib - Çinlə Pakistan...
Tarix: 24-05-2024, 10:54 | Çap et
Pakistan Çinlə ittifaqı gücləndirmək siyasətinə sadiqdir. İki ölkə arasında iqtisadi əlaqələr inkişaf etməklə yanaşı ortaq layihələrin sayı da artıb. Çin yük daşımalarda Pakistan limanlarından istifad edir. İslamabad Qvadar limanını Pakistan üçün sabitlik, sülh və firavanlıq simvolu sayır. Çin konteynerləri bu limandan gəmilərə yüklənir. Açılışı 2016-c ildə həyata keçirilən bu liman Çinin “bir kəmər, bir yol” layihəsinin tərkib hissəsinə daxildir. Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) başlanğıcı kimi qəbul edilən layihəyə böyük ümidlər var. Əsas məqsəd Çinin qərbindəki Sincan əyalətini Pakistan vasitəsilə dənizlə birləşdirməkdir. Bu, Çin üçün ticarət yollarını qısaldacaq və Malayziya ilə Sumatra arasında Hind və Sakit Okeanları birləşdirən dar su yolu olan mübahisəli Malakka boğazının boğulma nöqtəsindən qurtulmağa kömək edəcək. Pakistan isə Çin tərəfindən maliyyələşdirilən 2000 kilometrlik dəhliz boyunca ticarət, infrastruktur və sənaye artımından faydalanacaq. Artıq qurulmuş Karaçi limanına əlavə olaraq, dəhlizi qlobal gəmiçilik şəbəkəsinə qoşmaq üçün Qvadar seçilib. Kiçik balıqçı şəhəri İran sərhədi yaxınlığında, Kəraçidən təxminən 500 kilometr aralıda yerləşir. Qvadar qlobal neft ticarətinin kəsişməsində yerləşir. Buna görə də Qvadarı ikinci Dubaya çevrilə biləcəyini söyləyənlər var. Çin Pakistandakı layihələri maliyyələşdirir. Çinin layihələrə xərclədiyi pullar yekunda özünə qalır. Bu model demək olar ki, bir növ Çin şirkətləri üçün subsidiya rolunu oynayır. Çin bankları müxtəlif hökumətlərə borc pul verir, sonra həmin pullar Çin tikinti şirkətlərinə verilir və zamanla kredit banka qaytarır. Bu o deməkdir ki, pul əslində heç vaxt Çini tərk etmir. Çin eyni üsulla Afrika ölkələrinin limanlarına da yatırımlarını artırıb. Kamerunda yeni tikilmiş Kribi limanı sıx və çox dayaz Douala limanını əvəz edəcək, Nigeriyada isə Laqos limanı 100 kilometrdən az məsafədə yeni açılmış Lekki dərin dəniz limanı ilə tamamlanır. Hər iki liman Çin dövlət şirkətləri tərəfindən maliyyələşdirilib və tikilib. Şri-Lanka hökuməti 2017-ci ildə Çinə əsasında Kolombo limanını əlavə etmək üçün nəzərdə tutulmuş nisbətən yeni Hambantota limanının əksər hissəsini 99 illiyinə icarəyə verdi. Çinin limanlara artan marağına baxmayaraq, bu limanlar hələ tam gücüylə işləmir. Yeni limanlar dəniz daşınmasında əhəmiyyəti rola malik deyillər. Ticarət şirkətləri dəniz daşımalarında ənənəvi istiqamətlərdən istifadə edirlər. Çin və Pakistan bu durumu dəyişməyə çalışırlar. Çinlə Pakistan arasında siyasi təmaslar da üst səviyyədədir, iki ölkənin rəsmiləri tez-tez görüşür, fikir mübadiləsi aparırlar. Çinin xarici işlər naziri Van Yi bir neçə gün əvvəl Pekində pakistanlı həmkarı İshak Darla görüşüb. Van Yi həmin görüşdə ikitərəfli əlaqələri müzakirə etməklə yanaşı ABŞ-ın siyasətini sərt tənqid edib. Van Yi ABŞ-ın Çinə qarşı ədalətsiz sanksiyalarının ticarət əlaqələrinə mənfi təsirindən danışıb. Van Yi bütün bunları pakistanlı həmkarına ona görə deyib ki, iki ölkə Amerikanın hegemoniyasına qarşı birgə mübarizə aparsınlar. İslamabad Pekinin strateji tərəfdaşı kimi Çini dəstəkləməyə hazırdır. Buna baxmayaraq, iki ölkə arasında da zaman-zaman suallar yaranır. Çinin Pakistanda həyata keçirdiyi böyük iqtisadi layihələrdə iştirak edən çinlilərlə yerli əhali arasında ara-sıra toqquşmalar qeydə alınır. Əfqanıstanda hakimiyyətdə olan Taliban rejiminin Pakistanla münasibətlərdə gərginliyi mövcuddur, sərhəddə silahlı insidentlər olur. Pakistanın özündə də Talibana bağlı qruplar var. Həmin qrupların üzvlərinin çinli işçilərə hücum etmələri barədə xəbərlər yayılır. Halbuki, Pekinin Talibanla da sıx dialoqu var.
“Atlas” Araşdırmalar Mərkəzi diaaz.space
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
|