`GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? .....                     Daha bir şirkət ölkədən pul çıxarıb .....                     Tramp Putinlə nə vaxt görüşəcək? .....                     Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər .....                     İlyas İsmayılovdan ağsaqqal məsləhəti... .....                     Rusiyadan bu torpaqları geri almaq mümkün deyil .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? .....                     Bu halda işçilərin əmək hüquqları pozulur... .....                     Müstəqillik tariximizin 20 Yanvar faciəsi .....                     Xalqımızın qan yaddaşı: 20 Yanvar... .....                     Naxçıvanda kredit-mredit OYUNU .....                     Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? .....                     Bu gün Köhnə Yeni ildir: .....                     “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” .....                     Bu həftə onun da 'ulduzu sönəcək'... .....                     Naxçıvanda mühüm posta TƏYİNAT .....                     Putin üçün həyəcan siqnalı... .....                     "İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                 

Rusiya üçün “fürsət pəncərəsi” açılıb: Kreml müharibənin gedişini dəyişir - NƏ BAŞ VERİR
Tarix: 17-05-2024, 06:52 | Çap et
Rusiya üçün “fürsət pəncərəsi” açılıb: Kreml müharibənin gedişini dəyişir
Rusiya sanksiyalardan yan keçməyi bacardı, hərbi texnika üçün lazım olan komponentlərin tədarükünü qurdu, silahların kütləvi istehsalını təşkil etdi, ordunu gücləndirdi və indi cəbhənin çoxsaylı sektorlarında Ukrayna qüvvələrini sıxışdırarak Xarkova yaxınlaşır. Bütün bunlar isə Amerika liderlərini və hərbçilərini hərbi əməliyyatların gedişində dönüş nöqtəsinin baş verə biləcəyi qorxusuna vadar edir. Bu barədə “The New York Times” yazır.

ABŞ Prezidenti Co Baydenin administrasiyası hesab edir ki, qarşıdakı aylar kritik ola bilər. Çünki Rusiya təşəbbüsü ələ keçirə bilər. Lakin Ukraynanın döyüş qabiliyyətinin sonradan bərpası münaqişənin dondurulmasına və ya 1953-cü ildə Koreyada hərbi əməliyyatların dayandırılmasına bənzər atəşkəsə səbəb ola bilər. Bu, ABŞ və müttəfiqlərinin kəşfiyyat hesabatları və qiymətləndirmələrinə görə belədir.

Cümə günü Prezident Corc Buşun keçmiş milli təhlükəsizlik müşaviri Stiven Hadli deyib: “Rusiya müharibələrə pis başlayır, amma sonu güclü olur”. Hadli qeyd edib ki, Moskva indi cəbhədəki vəziyyəti öz xeyrinə çevirmək naminə əsgər toplamaq üçün böyük əhalisindən və "nəhəng hərbi infrastrukturundan" istifadə edərək "ağırlığını ortaya qoymağöa" hazırdır. Hadlinin fikrincə, bir neçə amil Kremlin xeyrinə işləyib: “Bunlardan biri Amerika silahlarının tədarükünün altı aydır gecikməsidir. Konqres buna baxmayaraq, aprelin sonunda 61 milyard dollarlıq yardım paketini təsdiqlədi və çərşənbə axşamı Kiyevə səfər edən dövlət katibi Antoni Blinkenin dediyinə görə, ilk avadanlığın artıq cəbhəyə göndərilməsinə başlanılıb. Bununla belə, Ukraynaya döyüş qabiliyyətini kifayət qədər bərpa etmək üçün daha bir neçə ay lazım ola bilər”.

Bundan əlavə, cəbhə xəttində Ukrayna qoşunları tükənib və səfərbərliyin genişləndirilməsi, o cümlədən çağırış yaşının 27-dən 25-ə endirilməsi ilə bağlı qanun da yalnız aprel ayında qəbul edilib. Səfərbər olunanlar öyrədilməlidir. Buna görə də cəbhə ən azı bir neçə ay ciddi əlavə dəstək olmadan qalacaq.

Ukrayna Silahlı Qüvvələrinin sursat, o cümlədən hava hücumundan müdafiə raketləri çatışmazlığı Rusiyaya artilleriya və havada öz üstünlüyündən istifadə etməyə imkan verir. Sovet bombalarını təkmilləşdirərək, onlardan mərmi kimi istifadə edərək Rusiya aviasiyası Ukrayna mövqelərinə demək olar ki, maneəsiz ağır zərbələr endirir. Rus təyyarələrini dəf edə biləcək ilk F-16 qırıcılarının da yayın ortalarına qədər Kiyevə çatması gözlənilmir.

Öz növbəsində, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavolinin bu yaxınlarda etiraf edib ki, müharibə başlayandan bəri Rusiya ordusunda şəxsi heyət sayını 15 faiz artırıb. Bununla yanaşı, Rusiya müəyyən texnoloji irəliləyişlərə də nail olub. Xüsusilə, Rusiya qoşunları bəzi hallarda GPS qəbuledicisinə təsir etməklə HIMARS qurğularından atılan müxtəlif növ raketləri zərərsizləşdirməyi, həmçinin bəzən bu qurğuların hərəkətini izləmək və onları məhv etməyi öyrənib.

“The New York Times”la söhbətlərində Amerika rəsmiləri əmin olduqlarını bildiriblər ki, ABŞ-dan yeni silahlar tam yerləşdirildikdə (ehtimal ki, iyulda) və Ukrayna cəbhə bölgəsindəki bölmələri, o cümlədən şəxsi heyəti cəmləmək üçün bir yol tapdıqda, Rusiya bu üstünlüklərin çoxunu itirəcək. Bununla belə, Vaşinqton qarşıdakı aylarda hərbi əməliyyatların necə gedə biləcəyini və Ukrayna Silahlı Qüvvələrinin 2025-ci ildə genişmiqyaslı əks-hücum təşkil edə biləcəyini proqnozlaşdırmaqda tərəddüd edir.

ABŞ lideri Co Baydenin müşavirləri Rusiyanın məğlubiyyətlərindən və problemlərindən dərs almasından narahatdırlar. “The New York Times” yazır ki, onların ən böyük qorxusu odur ki, Rusiya silah istehsalını geniş miqyasda gücləndirməklə, qarşıdakı ayda, məhz iyunun ortalarında İtaliyada keçiriləcək G7 sammiti zamanı döyüş meydanında böyük qazanc əldə edə biləcək. Eyni zamanda, ABŞ Prezidenti, rəsmilərinin sözlərinə görə, belə bir hədəyə baxmayaraq, Fransa Prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı təklifinə baxmaqdan imtina edir.

Mayın 10-na keçən gecə rus qoşunları Belqorod və Xarkov vilayətlərini ayıran sərhədi keçərək bir-birinin ardınca kəndləri tutaraq sürətlə irəliləməyə başlayıblar. Onlar Xarkovdan 70 kilometr, dövlət sərhədindən 10 kilometr aralıda yerləşən Volçanska da daxil olublar. Xarkov vilayətinin polis rəisi Vladimir Timoşko bildirib ki, davamlı atəşlər və uçan bombalardan istifadə nəticəsində Volçansk “müəyyən mənada Baxmuta çevrilir”. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov çərşənbə günü bildirib ki, vəziyyət “çox gərgindir və tez dəyişir”.

Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinə görə, Xarkov bölgəsinə hücum daha çox "bufer zonası" yaratmaq cəhdi kimi görünür. Çünki Rusiya Prezidenti Vladimir Putin Belqorod vilayətini bu bölgədən atəşə tutulmaqdan qorumaq zərurətindən danışmışdı. Ruslar Xarkov bölgəsinə daha da əhəmiyyətli irəliləyişlər etməsələr də, rus ordusunun vilayətə yaxınlaşması daim terror təhlükəsinin qaldığının göstəricisi olacaq. Qərb hərbçiləri və ekspertləri Rusiyanın Xarkovu işğal etmək üçün kifayət qədər qüvvəyə malik olmadığını dəfələrlə bildiriblər.

“Xarkov vilayətində hücumun strateji məqsədi Ukrayna Silahlı Qüvvələrini ehtiyat və elit bölmələri oraya köçürməyə məcbur etmək və bununla da cəbhənin digər bölmələrində müdafiəni zəiflətmək ola bilər”, deyə karneqi Mərkəzinin Rusiya ordusu üzrə eksperti Mixael Kofman bildirib. Onun sözlərinə görə, bu, Rusiya ordusuna iyunda Donbassa hücum təşkil etməyə imkan verəcək.

Kofman əlavə edib ki, Rusiyanın əsas məqsədi Donetsk bölgəsinin onun nəzarətində olmayan hissəsini ələ keçirməkdir. Onun fikrincə, Rusiya ordusu indi əhəmiyyətli üstünlüyə və strateji təşəbbüsə malikdir: “Bu il Rusiya üçün “fürsət pəncərəsi” açılıb. Lakin Rusiya ordusu bu üstünlüklərdən istifadə edərək döyüş meydanında uğurlar qazanmasa, 2025-ci ilə yaxınlaşdıqca bu “pəncərənin” bağlanması şansı yüksəkdir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14
İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38
Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34
Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32
Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru