Moskvanın miqrant siyasəti sərtləşdikcə Mərkəzi Asiyanın yeganə alternativi qalır - GƏLİŞMƏ
Tarix: 8-04-2024, 11:14 | Çap et
Moskvada son terror aksiyasından sonra Rusiyada çalışan Mərkəzi Asiya vətəndaşlarına qarşı siyasət sərtləşib. Miqrantların bir qismi Rusiyanı tərk etmək məcburiyətində qalıb. Terror hücumundan sonra Rusiya ərazisində Mərkəzi Asiyadan olan miqrantlara qarşı zorakılıq halları artıb. Halbuki, terror hücumuna görə məsuliyyəti İslam Dövləti terror qruplaşmasının Cənub-Mərkəzi Asiyada, ilk növbədə Əfqanıstanda fəaliyyət göstərən və Mərkəzi Asiyadan olan üzvlərin də daxil olduğu İslam Dövləti-Xorasan vilayəti öz üzərinə götürüb. Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları tarixən Rusiyadakı miqrant əməkçilərin pul köçürmələrindən asılı olub. Əgər miqrantlar kütləvi şəkildə geri qayıdarlarsa, bu Mərkəzi Asiya ölkələrinin sosial problemlərini artıracaq. Bu səbəbdən Mərkəzi Asiya ölkələri digər iqtisadi tərəfdaşları olan Çinlə əlaqələri gücləndirməyə çalışırlar. Bu zaman Çinin uyğurlara qarşı sərt siyasəti nəzərə alınmayacaq. Çindən qaçan uyğurların bir qismi Mərkəzi Asiya ölkələrində sığınacaq tapıb. Uyğurların hüquqlarının müdafiəsi ilə məşğul olan və Vaşinqtonda yaşayan Salih Hudayarın sözlərinə görə, uyğurlara qarşı zorakılaqlara baxmayaraq, Mərkəzi Asiya ölkələri Çinlə əlaqələri dərinləşdirmək siyasətinə üstünlük verəcəklər. Misal üçün Çinin ictimai təhlükəsizlik naziri Van Syaohonq Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə təhlükəsizlik məsələləri üzrə danışıqlar aparıb. Aprelin 1-də keçirilən görüşdə müasir çağırışlara və təhlükəsizliyə təhdidlərə qarşı mübarizədə praktiki əməkdaşlığın daha da genişləndirilməsi və birgə səylərin əlaqələndirilməsi məsələləri müzakirə olunub. Pekinin Özbəkistan və Qazaxıstandan əsas istəyi odur ki, Daşkənd və Astana uyğurlara sığınacaq verməsinlər, keçmiş illərdə sığınacaq tapan uyğurların fəaliyyəti barədə isə Çinlə əməkdaşlıq etsinlər. Çin və Mərkəzi Asiya üzrə ekspert Temur Umarovun fikrincə, Mərkəzi Asiya liderlərinin Çinlə iqtisadi və təhlükəsizlik əlaqələrini gücləndirmək üçün bütün addımları atmağa hazırdılar. Bu Mərkəzi Asiya ölkələri liderlərinin praqmatizmindən irəli gəlir: “Onlar açıq şəkildə anlayırlar ki, Çinsiz öz iqtisadiyyatlarının inkişafını və siyasi sabitliyi təsəvvür etmək mümkün deyil”. Digər tərəfdən Mərkəzi Asiyadan Çinə bütün logistik qovşaqlar və enerji ixracı xətləri uyğruların yaşadığı Sincan bölgəsindən keçir. Bundan başqa Mərkəzi Asiyada filialları olan şirkətlər və onların investisiya layihələrinin əksəriyyəti Sincanla əlaqəlidir. Çin Mərkəzi Asiyanın 5 dövləti üçün əsas ticarət tərəfdaşıdır. Qazaxıstan KİV-lərinin məlumatına görə, keçən il ikitərəfli ticarət 31,5 milyard dollara çatıb, Sincan 64%-dən çox, yəni 20,3 milyard dollar töhfə verib. Türkiyənin də Mərkəzi Asiya ölkələri kimi Çinlə sıx iqtisadi əlaqələri mövcuddur. Ankara Çindən başlayan nəqliyyat xətlərinin Türkiyədən keçməsini istəyir. Buna baxmayaraq, Ankara uyğur mövzusunu arxa plana atmır. Doğrudur, Ankara insan haqları pozuntularına görə Pekini Qərb ölkələri kimi ittiham etmir, ancaq uyğur mövzusunun Türkiyə cəmiyyəti üçün həssas olduğunu Çin hakimiyyətinin dəqiqətinə çatdırır.
“Atlas” Araşdırmalar Mərkəzi diaaz.space
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Bu gün, 15:57 |
|
|
|
• Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46 |
|
|
|
• “Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43 |
|
|
|
• Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39 |
|
|
|
• Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37 |
|
|
|
• Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30 |
|
|
|
• 4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26 |
|
|
|
• Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24 |
|
|
|
• "İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22 |
|
|
|
• Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16 |
|
|
|
• Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14 |
|
|
|
• Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06 |
|
|
|
• "Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05 |
|
|
|
• Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02 |
|
|
|
• Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42 |
|
|
|
• “Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37 |
|
|
|
• Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31 |
|
|
|
• Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22 |
|
|
|
• Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20 |
|
|
|
• “Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15 |
|
|
|
• 3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12 |
|
|
|
• Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06 |
|
|
|
• Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04 |
|
|
|
• “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59 |
|
|
|
• Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56 |
|
|
|
• Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44 |
|
|
|
• Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33 |
|
|
|
• Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27 |
|
|
|
• Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08 |
|
|
|
• Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08 |
|
|
|
• Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04 |
|
|
|
• 2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57 |
|
|
|
• Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53 |
|
|
|
• Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51 |
|
|
|
• Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48 |
|
|
|
• Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45 |
|
|
|
• "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42 |
|
|
|
• Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40 |
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
|