“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                 

SEPAH Ərdoğanı niyə hədəfə alıb? - Ankara və Tehranın bölgədəki vəziyyətə münasibəti fərqlidir
Tarix: 30-03-2024, 09:12 | Çap et
SEPAH Ərdoğanı niyə hədəfə alıb?
ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da Vaşinqtona rəsmi səfər edəcək. Türkiyə lideri ilk dəfə Ağ evdə amerikalı həmkarı ilə görüşəcək.

Tərəflər sonuncu dəfə ötən ilin iyulunda Litvada keçirilən NATO sammitində bir araya gəlmişdilər. Ötən həftə Türkiyə Milli İstihbarat Təşkilatının başçısı İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər etmişdi. İndi isə növbə dövlət başçılarınındır.

Ərdoğanla Baydenin görüşündə terrora qarşı mübarizə, Qəzza zolağındakı son vəziyyət və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Bu səfərə dair xəbər yayılan günlərdə İranın İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) informasiya vasitələri Türkiyə Prezidentinə qarşı qarayaxma kampaniyası aparmağa başlayıb.

SEPAH-ın təbliğat maşını Rəcəb Tayyib Ərdoğanı “dildə Fələstin, ürəkdə İsrail yanlısı” kimi təqdim edir. Bununla da onu müsəlman və ərəb dünyasında nüfuzdan salmağa çalışır.

Martın 26-da İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyə ilə görüşüb. Ali rəhbər bu görüşdə də HƏMAS-ı tərəddüdsüz dəstəkləyəcəklərini vəd edib.

Bundan başqa, martın 26-da Tehranda hakimiyyətin təşkil etdiyi çoxminli mitinqdə terrorçu “Fələstin İslami cihad” qruplaşmasının lideri Ziyad ən Nahala çıxış edərək, “İsraili məhv edənədək mübarizəni davam etdirəcəklərini” bildirib.

İran hakimiyyəti bütün qüvvəsi ilə HƏMAS-la İsrail arasında dialoqun baş tutmasına çalışır. Belə bir hadisənin baş verməsi bu silahlı-siyasi qruplaşmanın, yaxud bəzi ölkələr tərəfindən terror təşkilatı sayılan qurumun legitimliyinin qəbul edilməsi olardı. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə “əli qana batdığı üçün” HƏMAS-ı Fələstinin siyasi-ictimai həyatında görmək istəmədiklərini bildirib.

Bu, həm də İranın dirijorluğu ilə fəaliyyət göstərən silahlı-siyasi qruplaşmaların aqibətinə işarədir.

SEPAH və onun informasiya kanalları ABŞ ilə Türkiyənin Yaxın Şərqlə bağlı danışıqlarını da qısqanır. Çünki baş verən hadisələr fonunda İranın regionla bağlı məsələlərdə əsas fiqur olaraq qəbul ediləcəyini planlaşdırırdılar. Bununla Tehran qərb qarşısında şərtlər irəli sürəcəyinə ümid edirdi. Ancaq bu baş vermir. İran hakimiyyəti hələ də terror qruplaşmalarının sponsoru statusunda qəbul olunur.

Planı baş tutmadığından hikkə və kinini Türkiyə tuşlayıb.

İsrailin dostları və düşmənləri məlumdur. Bu yəhudi dövlətinə münasibətdə seyrçi qalanlar da tanınır. HƏMAS-ın müdafiəçiləri isə yarımçıq şəkildə görünür. Bunlardan biri İrandakı rejimdir. Tehran rəsmiləri bu qruplaşmanın İsrailə hücuma keçdiyi gününün tarixindən xəbərsiz olduqlarını belə beynəlxalq ictimaiyyətə sırımağa çalışırdı. Seyid Əli Xamənei müharibə başlayandan sonra İsmayıl Həniyə ilə ilk görüşdə hücumun başlayacağı tarixdən xəbərsiz olduqlarını, onlara yardım etməyəcəklərini, bu müharibəyə qatılmayacaqlarını bildirsə də, dəstəklədiklərini vurğulamışdı. Sonrakı günlərdə Tehran rejiminin müxtəlif səviyyəli rəsmiləri HƏMAS-ı dəstəklədiklərini, ona hər cür yardım edəcəklərini bildirdilər.

İran hakimiyyətinin təmsilçiləri gah HƏMAS-a yardım etmədiklərini bildirir, gah da əksinin iddia edirlər. Ancaq onun regionda formalaşdırdıqları silahlı birləşmələr bu və ya başqa şəkildə HƏMAS-İsrail müharibəsində iştirak edirlər.

Bu günlərdə Yəməndə SEPAH, Ənsarullah (husilər) və Hizbullahın HƏMAS-İsrail müharibəsi ilə bağlı məsləhətləşməsi İranyönlü silahlı qruplaşmaların fəaliyyətinin əlaqələndirildiyini deməyə əsas verir.

Tehran rəsmiləri keçirdikləri müxtəlif görüşlərdə də HƏMAS-ı müdafiə edir, bu qruplaşmanın fəaliyyətini Fələstin azadlıq mübarizəsi ilə eyniləşdirirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da HƏMAS-ın İsrailə qarşısı mübarizəsində biriniciləri dəstəkləyir. İsrailin baş naziri Binyamin Netaniyahunun ünvanına kəskin ifadələr səsləndirir.

Ölkənin xarici işlər naziri Hakan Fidan Fələstin məsələsi üzrə təmas qrupunun təmsilçisi kimi ABŞ-də səfərdə də olmuşdu. 1947-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında Türkiyə və İran vahid Fələstin dövlətinin yaranmasına səs vermişdi.

Zaman keçib, şərtlər və şərait dəyişib. Türkiyə hesab edir ki, İsrail və HƏMAS arasında getdikcə şiddətlənən münaqişənin davam etməsi iki dövlət prinsipi çərçivəsində suveren və müstəqil Fələstinin qurulmaması ilə bağlıdır.

Rəsmi Ankara Fələstinlə İsrail arasında sülhün bağlanması üçün qarant dövlət rolunda çıxış və vasitəçilik etməyə hazır olduğunu bildirir.

İran rejimini, o cümlədən SEPAH-ı Türkiyənin HƏMAS-la əlaqəsi, İsrail dövlətinə münasibəti qıcıqlandırır. Çünki Ankara ilə Tehranın vəziyyətə, İsrailə münasibət tamamilə fərqlidir. İran tərəfi İsraili dünyanın siyasi xəritəsindən silmək arzusundadır.

İran Prezidenti İbrahim Rəisinin ötən ilin noyabrında Türkiyəyə səfəri ləğv olunarkən Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani demişdi ki, səfər tərəflərin qarşılıqlı razılaşması əsasında təxirə salınıb: “Bəziləri suyu bulandırmaq üçün proqnozlar verməyə çalışır. İran və Türkiyə arasında münasibətlər konstruktivdir. Biz müxtəlif məsələlərdə bir-birimizlə əməkdaşlıq edirik”.

“Suyun bulanmasına” səbəb İran tərəfin müəmmalı çıxış və açıqlamasıdır. Yayılan xəbərlərə əsasən, rəsmi Tehran Ankaranı İsrailə qarşı sərt mövqe nümayiş etdirmədiyi üçün ittiham edib. Qarşı tərəf buna görə də səfəri təxirə salıb.

İran hakimiyyətinin, SEPAH-ın yetişdirdiyi və daim imkanlarından faydalandığı Livanın “Hizbullah” təşkilatının lideri Şeyx Həsən Nəsrullah X səhifəsində Rəcəb Tayyib Ərdoğan haqqında öz ədəbini nümayiş etdirərək “su bulandırmışdı”: “Mətbuatda Fələstinə dəstəyini nümayiş etdirən, lakin pərdə arxasında yenə də İsraillə hər cür sövdələşmə və hərəkətlərdə iştirak edən hər kəs ikiüzlüdür”.

SEPAH-ın Ərdoğan barəsində bu günlərdə yaydığı materialla Nəsrullahın şərhi eyni xəttin göstəricisidir.

İran hakimiyyətinin qonşu və uzaq müsəlman ölkələrə münasibəti kimin neçə üzlü olduğunu çoxdan təsdiqləyib. Elə Azərbaycan torpaqları işğal altında olanda və 44 günlük müharibə zamanı da Tehran özünü ifşa etdi, iddia etdiyi “müsəlman təəssbkeşi” rolundan çox-çox uzaqda olduğunu göstərdi. Odur ki, İran XİN-in sözçüsü və bütövlükdə İran hakimiyyəti, həmçinin SEPAH “Hizbullah” liderinin bulandırdığı suda hələ də balıq tutmaq sevdasını davam etdirir. Bu yerdə atalar sözü vəziyyəti daha aydın xarakterizə edir: İran hakimiyyəti, SEPAH “öz gözündə tiri görmür, başqa gözdə çöp axtarır”.

Sədrəddin Soltan - Pressklub.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru