“Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” .....                     Azərbaycanda bu lizinq şirkəti .....                     Vuçiçi kim qaza gətirmişdi? .....                     Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı .....                     Dünyanın ən güclü orduları: .....                     “Amin Mərdəkanski”nin qətlinə görə .....                     Qadın onu baltalayan ərini bağışladı... .....                     "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında .....                     Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI .....                     MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu .....                     Samir Şərifov daha bir vəzifəsini .....                     Bakı ABŞ üçün niyə önəmlidir? .....                     AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb .....                     Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı .....                     Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu .....                     Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib .....                     Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib .....                     Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi .....                     Bakıda xanım müğənni vəfat edib .....                     Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür .....                     “Nə qədər cəsarətli rollar oynasam da, .....                     Putin və Pezeşkian Rusiya ilə İran arasında .....                     Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq .....                     Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib .....                     Monqolustanda nə baş verir? .....                     Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub .....                     Azərbaycanda 20 min manatlıq şirkət .....                     “Ömrüm boyu sayğılı nazirimə borcluyam” .....                     Həkimlər Lalə Şövkətə qadağa qoydu .....                     Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir .....                     Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır .....                     4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi .....                     Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? .....                     "İran Suriya itkisinin "ağrı-acı"sını .....                     Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir .....                     Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! .....                     Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi .....                     "Bakıya giriş ödənişli olsun" .....                     Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? .....                     "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" .....                 

“Crocus City Hall” terroru və qlobal müharibə siqnalı: - “Hədəf Avropa şəhərləridir”
Tarix: 28-03-2024, 06:56 | Çap et
“Crocus City Hall” terroru və qlobal müharibə siqnalı:
Moskvada yaşayan azərbaycanlı politoloq, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi Anar Həsənov AYNA-ya müsahibəsində Moskvanın “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı, hadisənin səbəb-nəticə əlaqəsi və bundan sonra gözlənilən prosesləri təhlil edib. Beləliklə:

- Nə baş verdi Moskvada? Bu faciəyə nə ad vermək olar?

- Mənim üçün nə baş verdiyi deyil, baş verənin dövlət tərəfindən necə təqdim olunması önəmlidir. Əsas olan dövlətin baş vermiş hadisəni kimlərlə və nələrlə əlaqələndirəcəyi və kimi günahkar görəcəyidir. Hələlik dövlət bu məsələdə yekdil qərar qəbul etməyib, istintaq davam edir, versiyalar və işarələr var ki, bu işarələr də Ukraynaya aparır.

Hesab edirəm ki, bu, təkcə bir faciə deyil, bu, böyük bir siyasi hadisədir. Moskva bu hadisəyə siyasi qiymət verəcək. Burada da əsas olan günahkar axtarmaq deyil, faktın özünü siyasətlə əlaqələndirməkdir. Təkcə Rusiyada deyil, bütün dünyada hakimiyyətlər böhran vəziyyətlərini öz xeyirlərinə həll etməyə çalışırlar. Əgər dövlətin düşməni varsa, hakimiyyət hadisəni həmin düşmənlə, yaxud düşmənə xidmət edən “beşinci kolon”la əlaqələndirməyə çalışır. Bu baxımdan düşünürəm ki, Rusiya dövləti bu hadisənin köklərini Ukraynaya bağlayacaq və bunu da əsaslandıra biləcək.

- Öncə erməni faktoru, sonra İŞİD izi, ardınca taciklər və nəhayət, diqqətlər Ukraynaya yönəldi. İndi Moskva ipin ucunu harada axtarır?

- Gəlin məntiqi ardıcıllığa nəzər salaq. Terror aktının radikal dini qruplaşma tərəfindən törədildiyi bəyan edilib. Amma qruplaşma bunun icraçısı ola bilər. Deməli, qruplaşmanın arxasında sifarişçi qüvvə var. Həmin qüvvə Ukrayna ola bilər, çünki Ukrayna ABŞ-ın forpostudur. İndi diqqət edin: İŞİD-i kim yaradıb? Rusiyada birmənalı fikir var ki, İŞİD-i Amerika yaradıb və himayə edir. Zəncir beləcə tamamlanır: hadisəni radikal terror təşkilatı törədib, onun arxasında Ukrayna dayanır, onun da arxasında ABŞ. Amerika harda varsa, orda İsrail də var. Eyni zamanda, ipin digər ucu Avropa dövlətlərinə aparıb çıxara bilər. Bilirsiniz, vacib olan bizim üzərində dayandığımız versiyalar deyil, əsas olan Moskvanın bunu kimin boynundan asacağıdır. Hesab edirəm ki, Moskva hadisənin səbəbkarı kimi Kiyevi göstərəcək.

- Və bu, nələrə səbəb olacaq?

- Bu, Avropaya münasibətdə yeni vəziyyətin yaranmasına səbəb olacaq. Rusiyanın Avropa dövlətlərini vurması üçün ciddi imkanlar yaradır. Bildiyiniz kimi, hazırda bəzi Avropa dövlətləri Ukraynaya əsgəri yardım göstərilməsini müzakirə edir. Məsələn, Fransa 2 min nəfərlik qruplaşma hazırlayıb, sabah bu rəqəm 12 minə, 22 minə qaldırıla bilər, vəziyyət nəzarətdən çıxa bilər. O zaman artıq Avropa şəhərlərinə atom bombası atılması üçün bu hadisədən istifadə oluna bilər. Yəni, Fransa bizim ölkəmizdə terror aktı törədirsə, onu bombalamalıyıq. Qısası, Moskvada baş vermiş hadisə Avropanı vurmaq üçün çox gözəl bir zəmindir.

- Belə düşünənlər var ki, “Crocus City” hadisəsi Kremldə ssenariləşdirilib – Ukraynaya qarşı daha ağır metodlardan istifadə etmək üçün...

- Mən belə güman etmirəm. Onsuz da Rusiya Ukraynanı dağıdır, yerlə yeksan edir. Bu gün Rusiyanın Lvovu, ya da başqa bir Ukrayna şəhərini vurmaq üçün əlavə hansı bəhanəyə ehtiyacı var ki? Yaxud atom silahını Lvova niyə atsın? Lvov Moskvanın burnunun ucundadır. Yəni, hədəf Ukrayna deyil, Avropadır. Ukraynaya yardımları kəsmələri üçün Avropa şəhərləri vurulmalıdır. Konkret olaraq, zənnimcə, hədəf Fransadır, onun şəhərləridir. Əgər Fransanın şəhərləri bombalanarsa, o zaman Paris Kiyevə yardımları dayandıra bilər.

- Putinin sözçüsü Peskov xüsusi hərbi əməliyyatın müharibəyə çevrildiyini bildirdi. Bu məqam da dediyiniz kimi, müharibənin Avropa şəhərlərinə daşınacağı anlamına gəlir?

- Peskov sonradan izahat verdi ki, sizin qeyd etdiyiniz fikri təhrif olunub. O demək istəyib ki, “bizim xüsusi hərbi əməliyyatın qarşılığında bizimlə bütün dünya vuruşur”. Bu, o deməkdir ki, Rusiya xüsusi hərbi əməliyyatın statusunu dəyişməyib. Amma dəyişmək, müharibə elan etmək mümkündür. Bu da o halda ola bilər ki, Rusiya cəbhə boyu uğursuzluğa düçar olsun. Belə olarsa, müharibə elan oluna və proses atom müharibəsinə qədər gedib çıxa bilər. Təbii ki, müharibə zamanı hədəf Ukrayna deyil, Avropa əraziləri olacaq.

- Yuxarıda sözügedən terror aktının Kreml tərəfindən ssenariləşdirilməsi versiyasını istisna etdiniz. Yaxşı, xaricdən sifariş edilibsə, o zaman Rusiya xüsusi xidmət orqanları, polisi, mühafizə sistemi hara baxırdı?

- Bu hadisə o halda Rusiya xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilə bilər ki, 11 sentyabr hadisəsi ABŞ xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilsin, İspaniya qatarın partladılması və 193 nəfərin həlak olması bu ölkənin xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilsin və ilaxır. Sözsüz ki, Rusiya xüsusi xidmət orqanları haradasa səhv buraxıb, təhlükəsiliyi yetəri səviyyədə təmin edə bilməyiblər. Amma bu, o demək deyil ki, rus xüsusi xidməti səriştəsiz adlandırılmalıdır. Terrordan hansı dövlət sığortalanıb ki? Ötən ilin oktyabrında İsraildə baş verənləri heç kim unutmayıb.

- Bəlkə, Rusiya dövləti özü bunda maraqlı idi..?

- Niyə Rusiya bunda maraqlı olmalıdır? Məgər Rusiya cəmiyyətində hakimiyyətə qarşı etiraz dalğasımı var, hökumətin qərarlarına mane olmaq iqtidarında olan siyasi qüvvəmi var ki, bunu etsinlər? Kim Kremldə qəbul olunan qərarları şübhə altına ala, hakimiyyət daxilində problem yarada bilər? Yaxud hakimiyyət hansı siyasi qüvvələrin səsini kəsmək üçün belə bir addım atmalıdır? Bütün bu versiyalar mövcud deyil. O zaman Moskva heç bir halda bu cür hadisənin baş verməsində maraqlı ola bilməz!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” - deputat
Bu gün, 19:00
Azərbaycanda bu lizinq şirkəti - LƏĞV OLUNUR
Bu gün, 18:58
Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Bu gün, 18:11
Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Bu gün, 18:09
Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Bu gün, 18:05
“Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Bu gün, 17:57
Qadın onu baltalayan ərini bağışladı...
Bu gün, 17:52
"AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:46
Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Bu gün, 17:41
MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Bu gün, 17:33
Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Bu gün, 17:26
Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Bu gün, 17:14
AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Bu gün, 17:12
Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Bu gün, 17:07
Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Bu gün, 17:02
Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Bu gün, 16:59
Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Bu gün, 16:48
Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 16:48
Bakıda xanım müğənni vəfat edib - FOTO
Bu gün, 16:32
Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Bu gün, 16:23
“Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Bu gün, 16:22
Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Bu gün, 16:14
Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Bu gün, 16:12
Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Bu gün, 16:09
Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:01
Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Bu gün, 15:57
Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46
“Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43
Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37
Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30
4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26
Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24
"İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22
Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14
Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06
"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05
Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03
"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02
Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00
Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42
“Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37
Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31
Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22
Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20
“Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15
3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru