"Axşam yeməyini tamamilə kəsmək lazımdır..." .....                     Ararat Mirzoyan Vaşinqtonda "köhnələrlə" nə müzakirə edir? .....                     Xanım jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA .....                     "Əqrəb mövsümü 2" bu tarixdə yayımlanacaq .....                     Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır .....                     Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir .....                     Şəmsəddin Xanbabayev VƏFAT EDİB .....                     “Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” .....                     Azərbaycanda bu lizinq şirkəti .....                     Vuçiçi kim qaza gətirmişdi? .....                     Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı .....                     Dünyanın ən güclü orduları: .....                     “Amin Mərdəkanski”nin qətlinə görə .....                     Qadın onu baltalayan ərini bağışladı... .....                     "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında .....                     Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI .....                     MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu .....                     Samir Şərifov daha bir vəzifəsini .....                     Bakı ABŞ üçün niyə önəmlidir? .....                     AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb .....                     Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı .....                     Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu .....                     Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib .....                     Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib .....                     Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi .....                     Bakıda xanım müğənni vəfat edib .....                     Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür .....                     “Nə qədər cəsarətli rollar oynasam da, .....                     Putin və Pezeşkian Rusiya ilə İran arasında .....                     Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq .....                     Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib .....                     Monqolustanda nə baş verir? .....                     Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub .....                     Azərbaycanda 20 min manatlıq şirkət .....                     “Ömrüm boyu sayğılı nazirimə borcluyam” .....                     Həkimlər Lalə Şövkətə qadağa qoydu .....                     Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir .....                     Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır .....                     4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi .....                     Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? .....                 

Moskvadakı terrorda “Ukrayna izi” axtarışı və ya Kremldən verilən göstəriş - NƏ BAŞ VERİR?
Tarix: 25-03-2024, 00:02 | Çap et
Moskvadakı terrorda “Ukrayna izi” axtarışı və ya Kremldən verilən göstəriş
Martın 22-də Moskva vilayətində “Crocus City Holl”da konsert zalında baş verən terror aktı ətrafında müzakirələr davam edir. Rusiyalı analitiklərin əksəriyyəti terror aktında terror aktında Qərb və Ukrayna izi axtarışındadırlar. Qərbdə isə məsələlərə fərqli yanaşma mövcuddur.

Qeyd edək ki, “Crocus City Holl”da konsert zamanı silahlı şəxslər zala daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Son məlumatlara görə, 150-dən çox insan həlak olub. İki yüzə yaxın isə yaralı var. Rusiya İstintaq Komitəsinin məlumatına görə, terroru törətməkdə şübhəli bilinən 11 nəfər Ukrayna ilə sərhəddə yaxalanıb və hazırda onlar dindirilirlər.

Tacik əsilli şəxslər olan şübhəlilərin “Telegram” kanallarında saxlanılma və dindirilmə anının görüntüləri də yayılıb.

İndi Rusiyada terror qurbanları üçün kədər, bu hücumu təşkil edənlərə nifrət hökm sürür. Hər kəsin isə əlbəttə ki, bir sualı var: təşkilatçılar kimdir?

Hər halda, bu sualın cavabını Rusiyanın rəsmi nümayəndələri bilməmiş deyillər. Lakin rus jurnalistlərin, analitiklərin mülahizələri var – onların demək olar ki, hamısı Qərb və Ukraynanı işarə edirlər. ABŞ və Ukrayna reaksiyasında “biz deyilik!” dedi. Ağ Ev bildirdi ki, “terror aktında Ukrayna və ya ukraynalıların əli olduğuna dair heç bir əlamət görmür”. Rəsmi Kiyev də terrorda əli olmadığını bəyan etdi və Ukrayna Prezidenti Volodimir Zelenski bu terrorda Rusiya hakimiyyətini günahlandırdı.

Rusiya Sistemli Siyasi Tədqiqatlar və Humanitar Layihələr İnstitutunun direktoru Anatoli Qaqarin fəqrli düşünür. Analitik “Qazeta.ru”ya deyib ki, Moskvada terror aktı çox güman ki, əvvəlcədən planlaşdırılıb və müəyyən səbəblərdən seçki kampaniyası zamanı baş verməyib: “Ola bilsin ki, seçki kampaniyası zamanı baş tutması planlaşdırılan terror aktı həmin vaxt gücləndirilmiş təhlükəsizlik tədbirləri səbəbindən təxirə salınıb. Qərb şərhçilərinin reaksiya sürətinə görə, onların cavabının demək olar ki, dərhal yerləşdirilən konservləşdirilmiş məlumat olduğu aydındır. Yəqin ki, müvafiq göstərişlər verilib, çünki dərhal İŞİD-in bu işdə əli olması ilə bağlı versiya irəli sürülüb”.

Onun sözlərinə görə, Qərb Ukrayna xüsusi xidmət orqanlarından və onların icraçılarından şübhələri yayındırmaq üçün müxtəlif addımlar atıb: “Bu reaksiyaların təhlili və əsaslandırma cəhdlərinin təqdim olunduğu format daha sonra göstərir ki, sifarişçilər xarici koordinatorlar, ifaçılar isə Ukrayna xüsusi xidmət orqanları və onların agentləri olub. Hadisələrin gedişatı bunu sübut edir, çünki cinayəti törədənlər gizlənmək üçün Ukrayna sərhədinə qaçıblar. Bu, tamamilə başa düşülən, təkrarlanan haldır”.

“Bu vəziyyətin araşdırılması, eləcə də Rusiya istintaq xidmətlərinin, müvafiq bəyanatlar vermək, hərəkətə keçmək səlahiyyəti olan şəxslərin müvafiq cavabı tələb olunur. Biz indi mövcud olan beynəlxalq dəstəkdən görürük ki, dünya ictimaiyyəti şübhəsiz ki, bu terror aktını pisləyir və ümid edirəm ki, bu cinayətin araşdırılmasını da tələb edir”, - ekspert əlavə edib.

Qaqarin cinayəti nümayişkaranə hesab edir və Rusiya cəmiyyətini bir növ şoka salmaq üçün nəzərdə tutulduğunu deyir.

Politoloqun fikrincə, bu cür kütləvi tədbirlər müvafiq mühafizə və təhlükəsizlik şəraitində keçirilməlidir: “Mənə elə gəlir ki, bütün tədbirləri ləğv etmək tamamilə düzgün reaksiyadır, lakin istənilən halda gələcək hadisələrin qarşısının alınması üçün təhlükəsizlik təmin edilməlidir. Bu vəziyyəti təhlil etmək və müvafiq nəticələr çıxarmaq lazımdır”.

Müxalif “Meduza” saytı isə yazıb ki, Rusiya dövləti media nümayəndələrinə terrorda Ukrayna izi axtarmaq tapşırığı verilib. Məlumata görə, hakimiyyətə sadiq olanlar etiraf ediblər ki, onlar Prezident Vladimir Putinin administrasiyasından “Crocus City Holl”dakı terror aktını işıqlandırmaq üçün göstərişlər alıblar.

“Kremldən jurnalistlərə Moskva yaxınlığındakı “Crocus City Holl”da baş verən terror aktında Ukrayna ipuçlarını axtarmaq üçün gizli tapşırıq verib. Dövlət və kütləvi informasiya vasitələrinin sadiq orqanları öz nəşrlərində Ukraynanın guya bu işdə əli olduğunu vurğulamalıdırlar. Kremldən əmri bir neçə nəşr alıb. İndi həmin nəşrlərdə politoloqlar Qərb və Ukraynanı günahlandırırlar”, - yazıda qeyd olunub.

Nəşrinin məlumatına görə, Rusiyanın iki müxtəlif nəşrinin əməkdaşları anonimlik şərti ilə belə bir göstərişin həqiqətən də Kremldən alındığını bildiriblər. Moskva terrorçularının işində “Ukrayna izi”nin mümkün olması barədə bəyanat martın 23-də səhər saatlarında FSB tərəfindən yayılıb.

Rusiya xüsusi xidmət orqanı əmin edib ki, terror aktından sonra cinayətkarlar Rusiya-Ukrayna sərhədini keçməyi planlaşdırıblar. FSB həmçinin iddia edib ki, saxlanılan terrorçuların "Ukrayna tərəfində müvafiq əlaqələri olub". Və bu xətti indi hakimiyyətin göstərişinə əsasən, kütləvi informasiya vasitələrinin nümayəndələri saxlamalıdırlar.

Hazırda ruslar yazır ki, guya terrorçuluqda şübhəli bilinən şəxslər martın 23-nə keçən gecə Bryansk vilayətində sərhədə gedərkən saxlanılıblar. Və burada müəyyən uyğunsuzluqlar var.

“Rusiyalı müxalifətçi jurnalist Aleksandr Plyuşşov diqqəti ona yönəldir ki, əvvəlcə Rusiya mediasında Avropa İttifaqı hüdudlarından kənarda, Avropada ən az qorunan kəndlərdən biri olan Belarusla sərhəddə yerləşən Tepliy kəndində saxlanılması barədə məlumat yayılıb. Və yalnız bundan sonra saxlanma yeri qəflətən Belarusdan uzaqda yerləşən Hatsun kəndinə dəyişdirilib. Bu, Rusiyanın nə qədər primitiv məlumat yaymasının və yalanının göstəricisidir”, “Meduza” yazır.

Ukrayna Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musienko hesab edir ki, terror aktını İŞİD-in üzərinə götürməsi bəllidir: “Putinin Ukraynanın bu işə qarışması ilə bağlı sözləri, çox güman ki, daxili auditoriya üçün hesablanıb. Qondarma “Ukrayna izi”nə gəlincə, heç kim buna inanmır, hətta Putinin özü də. Terrorda şübhəli bilinən şəxslərin avtomobili Ukraynaya doğru hərəkət etdirməsi sadəcə bir fakt kimi göstərirlər. Kreml “Ukrayna izi”ni hansısa yolla ortaya atmağa çalışır ki, Rusiya təbliğatı qane olsun”.

Musienko qeyd edib ki, Kremlin Ukraynadakı müharibəyə yanaşmasında hər hansı dəyişiklik gözləməyin mənası yoxdur: “Düşünürəm ki, bu müharibə zamanı bizim hələ görmədiyimiz hansısa dsəyişiklik olmayacaq. Rusiyada plana uyğun olaraq həm atəşə, həm də müharibəyə dair hər şey var. Ona görə də bizim üçün əslində nəsə dəyişmir".

“Düşünürəm ki, bu, sonuncu terror aktı deyil, çünki İŞİD terror təşkilatı Rusiyaya müharibə elan edib. Onların bu üsullarla hərəkətə keçəcəkləri aydındır. Müharibə Suriyada, Çeçenistanda baş verən hadisələrə cavab olaraq elan edilib. Rusiyanın müdaxilə etdiyi yerdə dinc insanları öldürdülər.Putin nə qədər etiraf etmək istəsə də, indi Rusiya Federasiyası üçün çətin olacaq”, - ekspert fikrini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Axşam yeməyini tamamilə kəsmək lazımdır..."
Bu gün, 23:02
Ararat Mirzoyan Vaşinqtonda "köhnələrlə" nə müzakirə edir?
Bu gün, 22:55
Xanım jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA - TƏFƏRRÜAT
Bu gün, 22:51
"Əqrəb mövsümü 2" bu tarixdə yayımlanacaq
Bu gün, 22:47
Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır - İDDİA
Bu gün, 22:45
Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir - FOTO
Bu gün, 22:40
Şəmsəddin Xanbabayev VƏFAT EDİB
Bu gün, 22:38
“Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” - deputat
Bu gün, 19:00
Azərbaycanda bu lizinq şirkəti - LƏĞV OLUNUR
Bu gün, 18:58
Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Bu gün, 18:11
Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Bu gün, 18:09
Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Bu gün, 18:05
“Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Bu gün, 17:57
Qadın onu baltalayan ərini bağışladı...
Bu gün, 17:52
"AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:46
Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Bu gün, 17:41
MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Bu gün, 17:33
Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Bu gün, 17:26
Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Bu gün, 17:14
AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Bu gün, 17:12
Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Bu gün, 17:07
Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Bu gün, 17:02
Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Bu gün, 16:59
Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Bu gün, 16:48
Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 16:48
Bakıda xanım müğənni vəfat edib - FOTO
Bu gün, 16:32
Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Bu gün, 16:23
“Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Bu gün, 16:22
Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Bu gün, 16:14
Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Bu gün, 16:12
Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Bu gün, 16:09
Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:01
Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Bu gün, 15:57
Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46
“Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43
Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37
Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30
4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26
Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24
"İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22
Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14
Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06
"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05
Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03
"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02
Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00
Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru