Saatlar ABŞ vaxtı ilə qurulur: .....                     Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                 

Polşa üçün “Vaqner” təhlükəsi: “Hücum ssenarisi mümkündür, amma...” - NƏ BAŞ VERİR?
Tarix: 5-08-2023, 09:01 | Çap et
Polşa üçün “Vaqner” təhlükəsi: “Hücum ssenarisi mümkündür, amma...”
Polşalı politoloq, Varşava Universitetinin professoru və “Strategiya 2050” İnstitutunun eksperti Anjey Şeptiçki UNİAN-a müsahibəsində Putin və Lukaşenkonun Polşa səmasında “itirdiyi” Belarus helikopterləri ilə bağlı təxribatlar törətməklə hansı məqsədlər güddüklərini və digər məsələləri şərh edib. DİA.AZ müsahibəni AYNA-ya istinadla təqdim edir:

- Müşahidələrinizə görə, Polşada “Vaqner” terrorçularına nə dərəcədə diqqət yetirilir? Onlarla bağlı xəbərlər çoxdur, yoxsa bu xəbər sosial şəbəkələrdə müzakirə olunur?

- Kütləvi informasiya vasitələrində bu mövzu var, sosial şəbəkələrdə isə ümumiyyətlə, bundan danışan yoxdur. Mütəxəssislər bu barədə danışır, lakin bu, bütün cəmiyyəti maraqlandıran məsələ deyil.

- Yəni ki, polyaklar bu təhlükənin real olmadığını düşünürlər?

- Məncə, bu çətin sualdır. Əvvəla, “Vaqner” düşərgəsi Polşa sərhədinin o tayında yerləşir. İkincisi, Polşa NATO-nun üzvüdür. Ona görə də mənə elə gəlir ki, həm də hökumətimizə və cəmiyyətin əksəriyyətinə elə gəlir ki, "Vaqner” tərəfindən hansısa təhlükə ola bilməz.

- Ancaq müsbət məlumatların bitdiyi və şübhələrin başladığı yerdəyik. Açıq sual var: “Vaqner” muzdluları Belarusda nə edirlər və ya edəcəklər?

- Onların Belarus hərbçiləri üçün təlim keçdikləri barədə məlumatlar var. Qoy etsinlər, bu bizim problemimiz deyil. Amma “Vaqner” qrupunun bütün üzvlərinin avqustun 5-də Belarusa çağırıldığı barədə məlumat yayılıb. Onların bundan sonra nə edəcəkləri ilə bağlı konkret məlumat, proqnoz və ya ssenari görmürəm. Onların hamısı bir yerə çağırılıbsa, o zaman nəsə baş verməlidir.

“Vaqner” qrupu bir məsələdir, lakin bizim ümumiyyətlə, Belarusla bağlı çətinliklərimiz var. İki ildən artıqdır ki, miqrasiya böhranı yaşanır. Bundan başqa, iki Belarus helikopteri Polşa ərazisi üzərində peyda oldu. Təbii ki, Lukaşenkonun kimisə öz ölkəsinə dəvət etməsi bizim problemimiz deyil. Amma sərhədi hərbi helikopterlər keçirsə, bu, artıq bizim böyük problemimizdir.

- Sizcə, niyə onlar sadəcə olaraq sərhədi keçib Belarusa qayıtdılar?

- Belarusun müxtəlif təxribatları ilə bağlı sadəcə ssenari yox, reallıq var. Onların “Vaqner” qrupundan olub-olmaması isə başqa məsələdir.

- Siz bu ssenariyə necə baxırsınız: miqrant qiyafəsində olan terrorçular sərhədi keçərək hansısa silahı “ələ keçirib”, neft anbarını və ya hərbi anbarı yandırıb, yenidən Belarusa qayıdırlar. Sizcə, realdırmı və bunun cavabı nə ola bilər?

- Haqqında danışdığınız hücum ssenarisi mümkündür. 2014-cü ildən bəri biz bütün ssenarilərin mümkün olduğunu bilirik. Heç vaxt heç vaxt deməməliyik... Bu barədə ətraflı düşünməmişəm, amma belə ssenari mümkündür. Üstəlik, iki il əvvəl sərhədçilər ilə miqrantlar arasında toqquşmalar olub.

Əgər onlar doğrudan da miqrantdırlarsa, onlara qarşı güc tətbiq etmək çətin olacaq. Bunların miqrant deyil, özünü qaçqın kimi təqdim edən “Vaqner” muzdluları olduğunu tez sübut etmək də çətin olacaq. Ona görə də, sual çox sadədir, lakin cavab mürəkkəbdir. Bizdə Şimali Atlantika Müqavilənin 5-ci maddəsi var, lakin biz həm də sübut etməliyik ki, həqiqətən də təcavüz var, NATO üzvü olan dövlətə qarşı güc tətbiqi var. Açığı, BMT-nin qəbul etdiyi təcavüzün tərifi var. Orada deyilir ki, təcavüz həm də başqa ölkəyə göndərilən hərbi və ya qeyri-hərbi birləşmələrdən istifadə etməkdir. 2014-cü ildə Strelkov (Qirkin) Donbasa gələndə Ukraynada baş verənlər aqressiya idi. Biz bilirik ki, bu, Rusiya tərəfindən dəstəklənib. Amma bunun necə sübut olunacağını anlamaq üçün bir az vaxt lazımdır. Məsələ burasındadır ki, sərhəddə bəzi insanlar peyda olanda onların miqrant, yoxsa “Vaqner” muzdlusu olduqlarını hazırda bilmək mümkün deyil.

- Sizcə, niyə indi təxribatlar güclənir?

- Polşada daxili siyasi konteksti nəzərə almaq lazımdır. Məsələnin birinci tərəfi indiki iqtidarımız, ikincisi parlament seçkiləridir.

Düzdür, hər kəs bununla razılaşmayacaq, amma mənim fikrimcə, hazırda bizdə mövcud problemlərlə necə uğurla məşğul olacağını bilməyən bir hökumət var. Və eyni zamanda, bu cür problemlərdən istifadə etməyi xoşlayan hökumətimiz var. Əvvəlcə hökumətdən eşitdik ki, helikopter sərhədimizi keçməyib. Amma onları gözləri ilə görən sakinlər var... Bizim səlahiyyətlilər əvvəlcə deyirlər ki, problem yoxdur, sonra: “Sizi qoruyacağıq” dedilər. Müdafiə sektorunun gücləndirilməsinə və inkişafına nə qədər vəsait qoyulduğu açıqlandı. 2025-ci il seçkilərində Hüquq və Ədalət partiyasının prezidentliyinə namizəd olacağı deyilən müdafiə naziri Mariuş Blaşçak var. O, öz reytinqini artırmaqda şəxsən maraqlıdır.

Bu ilin payızında parlament seçkiləri keçiriləcək. Və belə bir ehtimal var ki, Belarus Putinin köməyi ilə seçkilər ərəfəsində Polşada sabitliyi pozmağa çalışacaq. Bu mühüm amil olacaq. Əlbəttə, bu, seçkinin nəticələrinə təsir edə bilər.

- İndi Polşada rusiyapərəst adlandırıla bilən partiyalar var, hansı ki, Ukraynaya dəstəyi azaltmaqla sülh danışıqları təklif edirlər?

- Belə insanlar var, amma bu heç də sizin düşündüyünüz kimi deyil. “Konfederasiya” siyasi partiyası var ki, onun bəzi liderləri açıq şəkildə rusiyapərəstdirlər və Ukraynanı tənqid edirlər. Partiya populyarlaşır, lakin bu, Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyil. Rusiyanın bu təxribatları sayəsində partiyanın reytinq qazanması mümkünsüzdür. Vəziyyət bir az daha mürəkkəbdir. Lukaşenko və Putinin planına görə, təxribatlar göstərməlidir ki, Polşa hakimiyyəti sadəcə olaraq öz ölkəsini effektiv müdafiə etməyi, ölkəni necə idarə etməyi bilmir. Hökuməti belə gözdən salmaq istəyirlər.

Yeri gəlmişkən, indiki Polşa hökumətinin parlament seçkilərini daha sonra keçirmək üçün belə təxribatlardan istifadə edəcəyinin başqa bir ssenarisi də var. Nəzəri cəhətdən fövqəladə vəziyyət tətbiq etmək, seçkiləri 2024-cü ilədək təxirə salmaq olar... Niyə belə? Birincisi, deyə bilərik ki, bizim hökumət Macarıstan, Türkiyə ilə eyni siyasi modeldir. Bu, populizmdir, mülayim avtoritarizmdir. Reytinqlər isə elədir ki, qələbə o qədər də real deyil. Onlar yenidən qalib gələcəklərinə əmin deyillər. Güclərini itirəcəkləri təhlükəsi varsa, o zaman bu təxribatlardan istifadə etməyə çalışacaqları təhlükəsi də olacaq.

Yəni, söhbət təxribatların rusiyayönlü qüvvələri hakimiyyətə gətirməsindən getmir. Təxribatlar ölkədə sabitliyi pozmalıdır. Onlar Polşada daxili siyasi münaqişəni gücləndirməlidirlər. Putin isə Ukraynaya yardımı məhdudlaşdırmağa, onun çatdırılmasının qarşısını almağa çalışır. Və bundan əlavə, o, Qərb tərəfdaşlarının gözündə Polşanı nüfuzdan salmaq, Aİ və NATO-nu zəiflətmək istəyir.

- İnformasiya müharibəsinin təzahürləri müşahidə edilir. Ruslara aid saxta profillərlə sosial şəbəkələrdə anti-Ukrayna, müharibə əleyhinə əhval-ruhiyyəni gücləndirmək cəhdlərini görürsünüzmü?

- Çox qısa cavab verim ki, bəli. Rusiya belə mesajlardan istifadə etməyə çalışır: “Bu, bizim müharibəmiz deyil”, “Siz bilmirsiniz bu müharibə nə qədər baha başa gəlir” və s. təbliğat gedir. Bundan əlavə, qaçqınlarla bağlı hekayələr var. Məsələn: "Bir dostum var, arvadının bacısı xəstəxanaya getdi. Və orada ukraynalı qaçqınlara kömək etdikləri üçün müalicə olunmadı. Buna görə də dostumun arvadının bacısı öldü. .". Yaxud da yazırlar: "Volında nə baş verdiyini xatırlayırsınız?”.

Demək istəyirəm ki, indi rusların yanaşması bir qədər dəyişib, bütün mümkün ağrılı məsələlərdən istifadə edirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru