Vaşinqtondan Ankaraya hədə: ya mənim yanımda olacaqsan, ya da... - “Seçkilər yaxınlaşdıqca Türkiyəyə qarşı təzyiqlər daha da artacaq”
Tarix: 26-08-2022, 14:48 | Çap et
Bayden administrasiyası Türkiyəyə qarşı təzyiqləri gücləndirir və milli valyutalarda hesablaşmalar üçün sanksiyaya məruz qalan Rusiya banklarına müxbir hesablar açacağı təqdirdə, yerli bankları dollarla əməliyyatlar aparmaq imkanından məhrum etməklə hədələyir. ABŞ maliyyə nazirinin müavini Uolli Adeymonun Türkiyədəki Amerika Ticarət Palatasına göndərdiyi məktubda bildirilir ki, türk bankları Rusiya ilə ABŞ bankları arasında seçim etməlidir.
“Türkiyə bankları ABŞ bankları ilə eyni münasibətləri davam etdirərkən, sanksiya tətbiq edilən Rusiya bankları ilə müxbir əlaqələri ola bilməz. Lütfən, sanksiyaya məruz qalmış Rusiya qurumları ilə sövdələşmənin Türkiyə maliyyə qurumları və şirkətləri üçün risk yarada biləcəyini nəzərə alın”, - deyə məktubda vurğulanır.
Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyədə növbəti prezident və parlament seçkiləri keçiriləcək. Analitiklər hesab edirlər ki, Vaşinqtonun Türkiyə hökumətinə müraciəti seçkiöncəsi lirəni dəyərdən salmaq, daxili inflyasiyanı gücləndirmək məqsədi daşıyır.
Belə düşüncədə olanların iddialarına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqil xarici siyasət kursu, Rusiyaya qarşı Qərbin sanksyalarına qoşulmaması, eləcə də dünyada artan rolu ABŞ və müttəfiqlərini ciddi şəkildə narahat edir: “Bu səbəbdən Qərb dairələri bir tərəfdən Türkiyədə daxili iqtisadi vəziyyəti gərginləşdirməyə, digər tərəfdən isə Ərdoğan iqtidarını seçki dövründə zəiflətməyə çalışırlar”. diaaz.space-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, seçkilər yaxınlaşdıqca Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmalar davam edəcək: “Gözlənilən odur ki, qarşıdakı seçkilər Türkiyənin siyasi tarixində ən gərgin seçkilərdən biri olacaq. Artıq müxalifət düşərgəsi qarşıdan gələn seçkilərdə vahid namizədlə iştirak etməklə bağlı müzakirələrə başlayıb. Hakim partiya da seçkilərə ciddi şəkildə hazırlaşır. Heç şübhəsiz ki, baş verənlərin fonunda Türkiyəyə qarşı xarici təzyiqlər də artır”.
“Bunun bir səbəbi Türkiyənin dünya miqyasında güclənməsi, aparıcı diplomatik oyunçulardan birinə çevrilməsidirsə, digər səbəbi müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır. Xüsusən, Rusiya məsələsində Türkiyənin tutduğu mövqe, şimal qonşumuza qarşı embarqolara qoşulmaması, ABŞ və müttəfiqləri ilə fikir ayrılıqları münasibətləri daha da gərginləşdirir”, - deyə həmsöhbətimiz bildirib.
Deputatın sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin Türkiyəyə etdiyi son müraciət də təsadüfi deyil: “Onlar aydın şəkildə bildirirlər ki, Türkiyə ABŞ və Rusiya valyutası arasında seçim etməlidir. Əks halda Türkiyə banklarını dollarla əməliyyatlar aparmaq imkanından məhrum edəcəkləri ilə hədələyirlər. Bu, kifayət qədər ciddi bəyanatdır. Açıq şəkildə qeyd edirlər ki, Türkiyə bütün riskləri nəzərə almalıdır”.
“Nəzərə alanda ki, son dövrlər Türkiyəyə qarşı iqtisadi təzyiqlər davam edir və lirənin ucuzlaşmasının xarici amillərlə bağlılığı ən yüksək rəsmi səviyyədə etiraf olunur, bu prosesin bundan sonra da davam edəcəyini söyləmək olar. Seçkilər yaxınlaşdıqca təzyiqlər daha da artacaq və daxili iqtisadi problemlər yaratmaqla Ərdoğan komandasının elektoratını azaltmağa çalışacaqlar”, - deyə Bayramov söyləyib.
Əlavə edib ki, Türkiyənin müstəqil xarici siyasət kursu həm Türkiyənin, həm də qardaş ölkə olaraq Azərbaycanın maraqlarına cavab verir: “Hesab etmirəm ki, ABŞ və müttəfiqləri təzyiqlər yolu ilə Türkiyəni geri çəkilməyə təhrik edə biləcəklər. Türkiyə demokratik dəyərlərin oturuşduğu bir dövlətdir və seçkilərin taleyinə hər hansı kənar qüvvələr deyil, türk xalqı aydınlıq gətirəcək”. diaaz.space-ın məlumatına görə, Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl da AYNA-ya şərhində qeyd edib ki, Qərb əlindəki imkanlardan yararlanaraq Türkiyəyə təzyiq edir: “Burada qarşı əsas təzyiq aləti iqtisadi məsələlərdir. Məlumdur ki, bu gün Türkiyə müstəqil, balanslaşdırılmış xarici siyasət yürüdür. Məhz bu siyasətin nəticəsidir ki, Türkiyə bu gün dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Rusiya məsələsində tutduğu mövqe, NATO daxilində fikir ayrılıqları, ABŞ və müttəfiqləri ilə ortaya çıxan problemlər Qərb dairələrini ciddi şəkildə narahat edir. Onlar Türkiyə kimi önəmli bir dövlətin müstəqil siyasət yürütməsi ilə barışmaq istəmirlər”.
“Məhz bunun nəticəsidir ki, son dövrlər Türkiyəyə qarşı təzyiqlər daha ciddi xarakter almğa başlayıb. Heç şübhəsiz ki, lirənin ucuzlaşması, Türkiyə iqtisadiyyatında yaşanan problemlər əsas etibarilə xarici təzyiqlərlə bağlıdır. Onsuz da bu siyasət həyata keçirilirdi. Seçkilər yaxınlaşdıqca isə təzyiqlər daha da artacaq. ABŞ maliyyə nazirliyinin Türkiyəyə son müraciəti də məhz bundan qaynaqlanır”, - deyə müsahibimiz vurğulayıb.
İsmayıl Türkiyənin çox ciddi seçim qarşısında olduğunu diqqətə çatdırıb: “Qarıdakı seçkilər kifayət qədər gərgin şəraitdə keçəcək. Bunun əlamətləri artıq tam çılpaqlığı ilə ortadadır. Bütün hallarda Türkiyədə seçkilərin taleyini xalq həll etməlidir və xalq da həll edəcək. İmkan vermək olmaz ki, kənar qüvvələr daxildə təsir imkanları qazansınlar. Bunun Türkiyə üçün uğurlu olmayacağı hər kəsə məlumdur. Bu mənada türkiyəli seçicilərin də üzərinə böyük məsuliyyət düşür”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
|