Ukrayna nə ilə silahlanır, Rusiyanı nə gözləyir? - GƏLİŞMƏ
Tarix: 24-08-2022, 08:24 | Çap et
Ukraynalı məşhur hərbi bloqer, Senzor.net protalının baş redaktoru Yuri Butusov ABŞ və Almaniyada Ukraynaya göndərilən yeni hərbi yardım paketinə daxil olan silah-sursatların əhəmiyyətini araşdırıb.
DİA.AZ pressklub.az-a istinadla bloqerin “Feysbuk” səhifəsində paylaşdığı təhlili qısa ixtisarla oxuculara təqdim edir:
“Avqust ayında ABŞ və Almaniyadan gələn yeni silahlar müharibənin əvvəlki aylarında göndərilən təchizatdan bahalı qiymətləri ilə fərqlənir.
Beləliklə,
ABŞ Ukrayna Silahlı Qüvvələrinə bu təchizatı göndərir:
Sayı açıq göstərilməyən yüksək dəqiqlikli raketlərin əlavə partiyası;
HİMARS raket kompleksləri üçün GMLRS raketləri. Deməli, Rusiyanın qərargah və logistika mərkəzlərinə hücumlar davam edəcək;
HARM radio elektron müdafiə sistemləri əleyhinə raketlərin əlavə partiyası. Təcrübə göstərir ki, bu raketlər Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın müdafiəsini yarmağa imkan verib. İndi strateji obyektləri HİMARS zərbələrindən qorumağa çalışan Rusiyanın radarları və zenit-raket kompleksləri özüyeriyən qurğulardan atılan bu raketlərlə vurulur. Beləliklə, ruslar özlərini HİMARS-lardan müdafiə edə bilməyəcəklər;
15 taktiki pilotsuz “Boeing Scan Eagle” kompleksi. ABŞ ordusunun bu dronu PD-2 tipli komplekslərimizlə eyni sinifdə olan, taktiki kəşfiyyat və artilleriya atəşinin açılması üçün optimallaşdırılmış müasir orta mənzilli silahdır. Əvvəllər ABŞ bizə ehtiyatlarından köhnə “Puma PQ-20” dronlarının bir partiyasını vermişdi. Lakin müasir müharibədə bu maşınlar REB alətləri ilə asanlıqla vurulan köhnə idarəetmə sisteminə malikdir, ona görə də çox məhdud istifadə edilir. “Scan Eagle”in maneələrdən necə qorunduğunu görürük, bu, imkanlarımızı əhəmiyyətli dərəcədə artıracaq.
Tank əleyhinə silahlar:
A) 1500 ədəd, tank əleyhinə idarə olunan TOW raketləri. Bu silah NATO ölkələrində kütləvi istehsal olunan “Javelin” tank əleyhinə raket deyil. Suriya üsyançılarının Əsəd rejimi ilə döyüşlərdə istifadə etdiyi Amerika TOW-2- raketləridir, onları internetdə yayılan videolarda görmüşük. Bəli, operator raketi hər zaman müşayiət etməlidir, bu daha mürəkkəb işdir, çünki raket yuxarı proyeksiyada özü-özünə itmir və məftillə idarə olunur. Ona görə də ondan açıq sahədə atəş açmaq zəruridir. Amma üstünlükləri də var – raket daha etibarlı, daha asan işləyir, batareyanın vəziyyətindən asılı olmayan, operatorun istiqamətləndirdiyi obyektə tam olaraq yönləndirilə bilir. “Javelin”dən fərqli olaraq, 3700 metr uçuş diapazonuna malikdir. Bu silah cəbhənin ön xəttində çox effektli olacaq; B) “Javelin”lər üçün 1000 raket göndəriləcək. Bu, azalan təchizatımızı tamamilə bərpa edəcək; C) Tank əleyhinə 2000 ədəd “Karl Qustav” qumbaraatanı. Bunlar Sovet RPG-7-ləri ilə müqayisədə daha güclü və dəqiq qumbaraatanlardır və ehtiyatımızı bərpa edəcək. 105 mm kalibrli 36 min mərmi. ABŞ bundan əvvəl Ukraynaya 105 mm M-119 haubitsaları tədarük edib, bu mərmilər onların arsenalını gücləndirəcək. Çox vacib qərardı – çünki uzaqmənzilli ağır artilleriya ilə yanaşı, 155 mm-lik haubitsaların yaxın məsafələrdə hədəfləri vurması lazımdır. Hazırda bu işlər 122 mm-lik kalibrli haubitsalarla yerinə yetirilir;
Mühəndis təchizatı:
A) 40 zirehli mina düzən MaxxPro hərbi maşınları. Cəbhədə hər iki tərəfdə xaotik minalama var, bu maşınlar olmadan qoşunların manevrlərini təmin etmək mümkün deyil; B) Mina axtaranlar, minalı sahələrdə təhlükəsiz keçid yaradan sursatlar. Qarşıda əməliyyatların aparılması üçün bu cür mühəndis dəstəyinin təmin olunması lazımdır. Gecə görmə cihazları, termal kameralar, lazer məsafəölçənləri və başqa optik cihazlar. Bu təchizatların göndərilməsi də çox vacibdir. Çünki itkilərin azaldılması və üzbəüz döyüşlərdə üstünlük əldə etməyə, habelə döyüş texnikasının kütləvi yerdəyişməsini izləməyə imkan verir. Orduda yalnız könüllülər tərəfindən alınan bu kimi təchizatlarımız var. ABŞ-ın bu yardımları gecəgörmə avadanlıqlarında keyfiyyət üstünlüyü yaratmalı və bütün qoşun bölmələri onlarla təmin edilməlidir.
Ukraynaya yeni radio rabitə vasitələrinin göndəriləcəyi də açıqlanıb, lakin bu barədə əlavə heç bir məlumat verilmir;
50 HMMWV zirehli texnikası. Hər kəs yüksək manevr qabiliyyətli bu maşınlar haqqında bilir, bu ordumuzun çevikliyini artırmaq üçün əlavə üstünlük yaradacaq.
Almaniyanın Ukrayna Silahlı Qüvvələrinə göndərdiyi silah-sursatlar
Havadan müdafiə sistemləri:
A) İRİS-T SLM zenit-raket kompleksi. Bu sinfin istənilən rus ZRK-sini üstələyən müasir orta mənzilli mürəkkəb quruluşa malik sistemdir. Xüsusən Buk-M3-lərə qarşı effektivdir. Belə bir müdafiə çətiri bütün növ təyyarə, dron, qanadlı və bəzi ballistik raketlərdən müdafiəni təmin edir. B) 35 mm kalibrli yeni “Çita”lar. Qeyd edim ki, Ukrayna Silahlı Qüvvələrinə artıq 15 ədəd özüyeriyən anti-artilleriya bölüyü ötürülüb. “Çita”lar yüksək effektivdir, çünki onların təyinatında həm təyyarə və helikopterlərin məhv edilməsi, həm də çox kiçik kvadkopter hədəflərində dəqiq atəşlə məhv edilməsi yer alır. Bundan əlavə, almanlar növü açıqlanmayan 35 mm-lik 4 min ədəd zenit raketləri, təlim ekipajları üçün isə 4000 praktik raket göndərirlər.
C) Uzaqmənzilli dronlara qarşı radioelektron mübarizəni təmin edən 40 stansiya. Bundan əlavə, 24 qısa mənzilli keçid stansiyası da göndərilir Artilleriya topları:
A) 155 mm “Vulcano” tipli kalibrli toplar üçün idarə olunan artilleriya mərmiləri. Onlar ən yeni texnologiya ilə hazırlanıb və rus ordusunda analoqu yoxdur. Bu raket 50-70 km diapazona malikdir və HİMARS raketləri kimi uçuş zamanı GPS naviqasiya vasitəsilə tənzimlənir. Yəni zərgər dəqiqliyi ilə hədəfləri vura bilir. Bu raketlər NATO ölkələri tərəfindən artıq bizə təhvil verilmiş 155 mm-lik topların hamısında istifadə edə oluna bilər. Belə bir qabıq əks-batareya döyüşü üçün çox effektlidir. Bir topun təchizatı SAU, HİMARS raketindən ucuz başa gəlir və standart toplardan qat-qat sürətli tətbiq oluna bilər. Atəş mənzili elədir ki, cəbhədən 20-30 km məsafədə olan 152 mm-lik rus artilleriyasının maksimum uzaq məsafəsində vura bilir; B) Həmçinin almanlar 155 mm kalibrli 4592 ədəd məlum olmayan mərmilər də göndərirlər. Bu, sursat anbarlarının doldurulması, ehtiyatların artırılması baxımdan çox önəmli yardımdır. Artilleriya kəşfiyyatı. A) COBRA əks-batareya döyüş radarı. Bizim və ABŞ artilleriya radarlarından ibarət olan parkımızı tamamlayacaq müasir sistemlərdi. B) Növləri açıqlanmayan 43 kəşfiyyat dronu. Lazer yönləndirmə sistemi ilə təchiz olunmuş 2000 raketdən ibarət Pikap yük maşınına qoyula bilən 70 mm çaplı 20 raketatan. Növ qeyd edilmir, lakin ABŞ-da bunun yeganə başqa növü APKWS tipli raketlərdir. Bunlar lazer güdümlü bölmə ilə quraşdırılmış köhnə pilotsuz aviasiya raketləridir. Dəqiqlik lazer şüası ilə təmin edilir. Bu, istənilən maşına yerləşdirilə bilən çox dəqiq və çox mobil quraşdırma aparmağa imkan verir. Piyadalara qarşı yüksək dəqiqliklə istifadə oluna bilər ki, nəticədə 155mm artilleriya qurğularının yükünü azaldır. Mühəndis qurğuları:
A) “Leopard-1” tankının şassisi üzərində quraşdırılmış 16 ədəd “Biber” tipli tank panton körpüsü. Bu yeni deyil, amma çox effektiv hücum silahıdır, hətta atəş altında üzən körpünü sürətlə yerləşdirmək mümkündür. B) 12 Zirehli Təmir Evakuasiya Maşını “Bergepancer-2” Onlar da “Leopard-1” şassisi üzərində quraşdırılır. Əvvəllər Ukrayna ordusuna 3 belə qurğu verilib. Yəni almanlar bu yardımla texnikanı atəş zərbəsindən kənara çəkmək qabiliyyətini yüksək səviyyədə təmin edirlər. C) Minatəmizləmə maşını. Növü haqqında informasiya yoxdur. Məntiqlə hesab etmək olar ki, “Pionyrpancer-2 mühəndis avtomobili ola bilər. Təlim üçün bir maşın verilir, daha kütləvi çatdırılma hazırlanır. Logistika. A) 200 yük maşını; B) Yük lifti ilə 6 yük maşını; C) Tank daşınması üçün 14 qoşqu; Ç) 2 qoşqu ilə traktor.
5032 ədəd tank əleyhinə silahlar. Tipi göstərilmir, çox güman ki, “Panzerfaust” tipli qumbaraatanlardır.
Zirehli texnologiya. A) 10 M113 zirehli texnika. Əvvəllər 33 belə BTR göndərilmişdi; B) Adı və markası göstərilməyən 10 zirehli avtomobil. 10 pilotsuz qayıq. Aydındır ki, qayıqlar Ukrayna limanlarının minalanması üçün nəzərdə tutulub, lakin su üzərində digər riskli işlər üçün də istifadə oluna bilər;
Avtomatik və lüləli qumbaraatanlar üçün 40 mm çaplı 60200 ədəd qumbaralar…
Bu cür müasir sistemlərin tədarükü Ukrayna Silahlı Qüvvələrinin imkanlarını hərtərəfli artırır və döyüş qabiliyyətinin yeni səviyyəyə çatdırır. Ehtiyacımız olan və istədiyimiz qədər sürətlə olmasa da, hərbi yardımların kəmiyyəti və keyfiyyəti artır. Amma təchizat hələ də yaxşı əks-hücum üçün kifayət deyil”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
|