Bu gün İranın yeni prezidenti öz vəzifəsinin icrasına başlayır
Tarix: 3-08-2021, 08:13 | Çap et
Bakı-Tehran münasibətləri ilə bağlı İbrahim Rəisidən gözləntilər, ekspertlərə görə, İran-Azərbaycan əlaqələri şəxslərdən çox, regionda vəziyyətdən asılıdır
Bu gün - avqustun 3-də İranın yeni prezidenti İbrahim Rəisi and içəcək. “Yeni Müsavat” xəbər verir ki, bununla da rəsmən öz vəzifəsinin icrasına başlayacaq. Tədbirdə İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneyi, ölkə daxilindən və xaricindən yüksək səviyyəli qonaqlar, dövlət rəsmiləri, hərbçilər iştirak edəcək. Andiçmədən sonra Rəisi siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramlarını təqdim edəcək. Yəni prioritetləri açıqlayacaq.
Bizi isə daha çox maraqlandıran Rəisi dövründə Bakı-Tehran əlaqələrinin necə inkişaf edəcəyidir. Yeni prezident mühafizəkar qanadı təmsil edir və bir qayda olaraq, onların hakimiyyətdə olduğu dövrdə münasibətlər kəskinləşməyib. Üstəlik, Rəisi azərbaycanlı həmkarını Qarabağın işğaldan azad olunmasına görə təbrik edib. Bunun özü də başlanğıcda ciddi addımdır.
Ancaq mühafizəkarlar hakimiyyətə gələndə ABŞ-la əlaqələr daha da pisləşir. Düzdür, Bayden administrasiyası İran siyasətində Tramp qədər radikal kurs götürməyib, amma Tehranın nüvə siyasətinə qarşı fəaliyyətindən də qalmır.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rəisi dönəmində iki ölkə arasında münasibətlərdə fundamental dəyişiklik olacağını gözləmir. Onun fikrincə, İran-Azərbaycan əlaqələri şəxslərdən çox, regionda vəziyyətdən asılıdır: “Çünki regionda tərəflərin öz maraqları var. Amma nə vaxtsa İranda hakimiyyətə liberal biri gəlsə, Azərbaycana münasibətdə yumşala bilər. Hazırkı situasiyada ciddi gözləntim yoxdur. Amma İbrahim Rəisinin İlham Əliyevi torpaqlar azad olunmasına görə təbrikini jest kimi qiymətləndirmək olar. Dövlət başçısı jest edirsə, heç zaman öz milli maraqlarına zərər vermiş olmaz. O demək deyil ki, İran bununla həssas məsələdə güzəştə gedəcək”.
F.Mehdiyev güman edir ki, hər iki tərəf yaxşı qonşuluq münasibətlərini saxlamağa çalışır: “Azərbaycan və İran bir-birinə qarşı ehtiyatlı davranır. Azərbaycan milli azadlıq hərəkatına dəstək versə, İranda təsirləri güclü olacaq, Tehran bunu yaxşı bilir. İranın o qədər də Azərbaycana təsir gücü yoxdur. Azərbaycana Rusiyanın təsiri daha çoxdur. Amma qarşıda yeni dövr başlanır, irəlidə Zəngəzur dəhlizinin açılması var, bu da İranla əlaqələrə təsir edəcək”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirdi ki, İranla Azərbaycan arasında qeyri-adi dəyişiklik gözləmir. Onun fikrincə, müstəqillikdən bu yana mühafizəkarlar da, şərti adı liberal olanlar da İranda prezident kürsüsünə qalxıb, amma Azərbaycanla eyni problemlər qalıb: “Hatəmi dövründə təmasların sayı artdı, nümayəndə heyətləri qarşılıqlı intensiv səfərlər edirdilər, müxtəlif sazişlər, regional layihələr mövcud idi. Amma İran siyasətindən narazılıq da qalırdı, xüsusən müharibədə birmənalı dəstək vermədilər, bu da bizi narahat edirdi, suallara cavab ala bilmirdik. İbrahim Rəisi dönəmində də xüsusi dəyişiklik gözləmirəm”.
E.Şahinoğlu, bununla belə, regional əməkdaşlığın davam edəcəyini, qalan problemlərin həllini gözləmədiyini açıqladı: “İranın Ali dini lideri var və xarici siyasətin konturlarını o, müəyyən edir, mühafizəkarlarla liberalların hakimiyyətdə olması yuxarı-aşağı bizim üçün ciddi fərq etməyib. Məsələn, Qarabağ işğalda olanda Ruhani dövrü idi, İran şirkətləri ərazilərimizdə təmir işləri aparırdı. Bu da bizdə narazılıq oyatdı. İran tərəfdən məscidin təmirinə elə cavablar verildi ki, heç başa düşülmədi. Amma ədalət naminə deyək ki, Ruhani dövründə əməkdaşlıq genişlənib, təmaslar artıb”.
Politoloq hesab edir ki, İ.Rəisi dövründə regional layihələr davam edəcək, çünki İranın buna ehtiyacı var: “Tehran sanksiyalarla üz-üzədir, bu vəziyyətdən çıxış yolu qonşu ölkələrlə münasibətlərin inkişafından asılıdır. İran əsasən Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıqdan fayda götürə bilər”.
Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Rəisi dönəmi Qarabağın işğaldan azad olunduğu vaxta təsadüf edir: “İndi İran Azərbaycan siyasətində daha aydın baxışlarını ortaya qoyacaq. Regionda yeni reallıq var, Zəngəzur dəhlizi açılmalıdır, Tehranın bu məsələdə mövqeyi önəmlidir. Hər halda, Azərbaycan-İran münasibətləri gərgin bir dövr yaşamayacaq”.
Qeyd edək ki, Seyid İbrahim Rəisi 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açıb. 20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışan Rəisi Həmədan şəhərində də eyni postda fəaliyyət göstərib. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam edib. O, 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işi ilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olub. Ayətullah Seyid Əli Xameneyinin rəhbərliyə başlaması ilə Seyid İbrahim Rəisi Tehranın baş prokuroru təyin olunub. Sonra da müxtəlif vəzifələrdə çalışıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
|