İranda NƏ BAŞ VERİR? - Hədəfdə prezidentdir, yoxsa...
Tarix: 30-07-2021, 08:45 | Çap et
İranda iyulun ortalarından etibarən başlayan aksiyalar davam edir. Cənubi qonşumuzda səngiməyən su qıtlığı problemindən yaranan və getdikcə böyüməkdə olan etirazlarda Qərbin marağı olduğu aydındır. Bu, ötən yazımızda geniş təhlil edilib. Amma bu etirazların mühafizəkarların namizədi İbrahim Rəisinin prezident seçilməsindən dərhal sonraya təsadüf etməsi diqqət çəkir.
Bu aksiyalarla bağlı son məlumatlardan biri budur ki, İran administrasiyası aksiyaları dayandırmaq üçün İraq və Suriyadan 4 min Haşdi Şabi milisini gizlicə aksiyaların başladığı bölgəyə gətirib. İddialara görə, məsələ ilə bağlı Bağdadda İran səfirinin, Haşdi Şabi milis qrupunun liderinin və Hizbullah nümayəndələrinin iştirakı ilə Xuzistandakı vəziyyətə dair gizli toplantı keçirilib. Toplantı 4 saat davam edib. İclasda İran İslam Keşikçiləri Korpusunun komandanı general İsmail Kaanin mesajı səsləndirilib. General küçə toqquşmalarında fəal və uğurlu iştirak edən milislərdən ibarət qüvvələr formalaşdırılmasını tələb edib. Plana görə, milislər ABŞ-ın hava hücumlarından qorunmaq və diqqət çəkməmək üçün silahsız və mülki geyimdə 4 qrup şəklində İrana daxil olub.
İraqın rəsmi mənbələri mediada yayılan iddiaları təsdiq edib. İranın beynəlxalq münasibətlər üzrə mütəxəssisi Rıza Talibi bu silahlıların İraqda olduğu kimi İranda da aksiyaların qarşısını almaq üçün qətliamlar törədə biləcəyindən narahatdır. Bu qüvvələr “qətliam briqası” kimi də çağırılır.
Maraqlıdır ki, indi farsların yaşadığı Xuzistan vilayətindən başlayaraq ölkənin digər vilayətlərinə də yayılan aksiyalarda əsas hədəf həm də ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyidir. Xameneyidən narazıların olduğu yeni fakt deyil, ancaq son illər ilk dəfədir ki, ölkənin Ali dini lideri bu səviyyədə etirazlara tuş gəlir.
Səbəb nədir? Yeni prezidentin hakimiyyətə gəlməsindən dərhal sonra bu etirazların qızışmasının dini liderin İbrahim Rəisiyə seçkidə verdiyi dəstəklə əlaqəsi varmı?
Sabiq dövlət müşaviri Qabil Hüseynli hər şeyin Rəisinin prezident seçilməsindən qaynaqlandığını düşünür: “Açığı deyək ki, bundan əvvəlki xalq ayaqlanmalarında hədəf kimi Xameneyi seçilirdi. O, həm yaşlıdır, həm də ölkənin idarəçiliyində çox odioz fiqurlara yer verirdi. Mühafizəkar adı altında əli qana batmış adamların hakimiyyətin yuxarı pilləsinə gətirilməsinə imkan yaradır. Bu nöqteyi-nəzərdən su problemi bir bəhanə ola bilər. Amma ölkədə əhali həddindən artıq narazıdır. Ölkənin idarəedilməsi, məmur özbaşınalığı əlaqədar olaraq xalqın ciddi etirazları var. Xameneyinin uzun illər verdiyi dəstəyin nəticəsi olaraq Rəisinin prezident seçilməsi xalqın qəzəbini coşduran sonuncu damla oldu. Doğrudur, burada müəyyən siyasi dairələrin də rolunun olduğunu inkar etmək olmaz. Çünki Rəisi elə bir fiqurdur ki, ölkənin əksər, hətta dini dairələri tərəfindən qəbul edilmir. Bu nöqteyi-nəzərdən Rəisinin prezident seçilməsi bardağı daşıran son damla oldu. Amma bununla yanaşı, ölkədə molla rejimindən çox ciddi narazılıq var. Rəisinin timsalında bu rejimin nə demokratiyaya, nə insan haqlarına, nə də insanların elementar hüquqlarına fikir vermədiyi bir daha ortalığa çıxdı. Zənnimcə, xalqın əsas hədəfi Xameneyiyə çevrilmiş görünsə də, ölkədəki bürokratik dini rejimə qarşı çevrilib. Bu rejimi aradan qaldırmaq onların əsas hədəfləridir”.
Politoloq Məhəmməd Əsədullazadə isə bunları dedi: “İranda su çatışmazlıqlarına qarşı Xuzistanda keçirilən aksiyalar artıq ölkə üzrə geniş yayılıb. Artıq bu, siyasi çalarlar almaqla Ali dini rəhbərə qarşı yönəlib. Hesab edirəm ki, bundan istifadə edən qüvvələr var. Bu, əsasən İran daxilində son baş verən siyasi dəyişikliklərdən qaynaqlanır. Çünki bu seçkilərdə Ali dini rəhbər islahatçıları seçkiyə buraxmadı və onların məşhur namizədlərini çıxdaş etdi. Ona görə də bu kimi aksiyaların Ali dini rəhbərə yönəlməsi təsadüfi deyil. Bu seçkilərdə konkret olaraq estafeti mühafizəkarlara verərək, rəqabətli seçkilər keçirmədilər. Bunun nəticələri İran üçün çox ağır olacaq və artıq onun işartıları görünür. Su çatışmazlığından istifadə edən siyasi qüvvələr İran sistemində çalışacaqlar ki, çat yaratsınlar. Onsuz da Ali dini rəhbər bu seçkidə İran hakimiyyət sistemində bu problemin əsasını qoydu. Bu etirazlarda Əli Laricanı və digər islahatçıların əlinin olduğunu istisna etmirəm. Mühafizəkarların seçilən namizədi Rəisi İranın daxili və xarici siyasətini idarə edə bilməyəcək və ciddi problemlər yaradacaq. İran daxilində siyasi qüvvələr arasında artıq yekdil qərarlar haçalanır və ölkədə dini rejimin hakimiyyətdə qalması uzun proses kimi olmayacaq”. //musavat.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
|