İran susuzluğa görə “od içində” - qonşu ölkəni ABŞ və İsrail qarışdırır, yoxsa?
Tarix: 29-07-2021, 08:54 | Çap et
İranda etirazlar davam edir. Bu etirazlar su qıtlığı problemindən yaranıb və getdikcə böyüməkdədir. Lakin siyasi rəng almaqdadır. Xuzistan əyalətindən baş qaldıran su qiyamı artıq demək olar ki, ölkənin bütün bölgələrinə yayılıb.
“Yeni Müsavat” bildirir ki, ölkənin Ali dini lideri Əli Xameneyinin əleyhinə şüarlar da səslənməkdədir. Bəzi iddialar səslənir ki, etirazlar xaricdən körüklənir. İranı daxildən qarışdırmaq arzusu həmişə kənar qüvvələrdə olub. Xüsusən ABŞ və İsrail bu ölkənin içində təlatümlər baş verməsinin tərəfdarlarındandır. Ona görə zaman-zaman etirazlar baş qaldıranda xaricdən müdaxilə edildiyi iddiaları da irəli sürülür. Lakin İranda ilk dəfə deyil ki, sosial şüarlarla mitinqlər baş tutur. Bundan əvvəl Urmiya gölünün qurudulmasına, o cümlədən bahalaşmaya qarşı genişmiqyaslı etirazlar olub. Ərdəbil Əyalətinin Kənd Təsərrüfatı Təşkilatının başçısı Xəlil Nikşad cari ildə şiddətli quraqlığın əyalətin kənd təsərrüfatı sahəsində ağır məbləğdə ziyan vurduğunu deyib.
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, İsfahan əyalətinin yeni salınmış Baharistan şəhərinin Vəliyyi-Əsr meydanında toplaşan on minlərlə etirazçı Xameneyini ölkə əhalisinə xəyanətdə günahlandıraraq, onun hakimiyyətinə qarşı şüarlar səsləndiriblər.
“Xameneyiyə ölüm”, “Diktatora ölüm”, “İslam Respublikasını istəmirik”, “Xuzistan İsfahan, ittifaq, ittifaq” və “Ey qeyrətli iranlı kənarda durub baxma, bizə qoşul dəstək ver” şüarları səsləndirən etirazçılar həm də Əli Xameneyinin şəklindən ibarət asılmış böyük banneri cırıb yandırıblar.
İranın İlam əyalətinin Eyvan-i Qərb şəhərində isə minlərlə dinc etirazçı şəhərdə elektrik enerjisinin kəsilməsini bəhanə edərək, küçə və meydanlarda toplaşaraq ölkəni bərbad günə qoyan hakimiyyətə qarşı şüarlar səsləndirməklə Xuzistan əyalətindəki su üsyanına dəstək veriblər. Bildirilir ki, hər iki etiraz aksiyası hökumət qüvvələrinin müdaxiləsi nəticəsində dağıdılıb.
Son xəbərlərə görə, Xuzistan əyalətinin İze şəhərində keçirilən etiraz aksiyasında yerli sakin güllələnib. O, xəstəxanada dünyasını dəyişib. Daha 14 polis əməkdaşının yaralandığı bildirilib. İranda son on ildə baş verən ən güclü quraqlıq nəticəsində ölkənin bir çox şəhərində içməli su qıtlığı yaranıb. Su problemi daha çox Xuzistanda olduğundan hökumət səlahiyyətliləri vilayətə su tankerləri göndərir.
Bəs İranı Amerikanın qarışdırması inandırıcı arqument ola bilərmi? Yoxsa İsraildirmi? İndiki mərhələdə İran qarışsa, orada inqilab, kütləvi tədbirlər olsa, ölkə “ərəb baharı” baş verən ölkələrin gününə düşsə, bu, Azərbaycan üçün də çətinliklər yarada bilər. Hazırda Azərbaycan regionda sabitliyin tərəfdarıdır. Xüsusən 44 günlük müharibədən sonra bizə bölgədə əmin-amanlıq lazımdır. Cənub qonşuda kataklizmlərin olması da istənilən halda bizə siyasi və sosial təsirlərini qaçılmaz edəcək. Maraqlıdır ki, İranda etirazların hədəfi Ayətullah Əli Xameneyiyə qarşı yönəlib. Bunun özü də xeyli suallar doğurur. Niyə Xameneyi? O, İranın ABŞ-a və İsrailə qarşı ən sərt mövqe tutan lideri olduğu üçün belədirmi? Yoxsa bütün bunlar İrandakı dini və siyasi hakimiyyətin intriqalarıdır?
Professor, sabiq dövlət müşaviri Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İranda siyasi və sosial problemlər həddən artıq kəskindir: “Bu etirazlar Xuzistan əyalətindən bir çox bölgələrə sıçradı və getdikcə sosial problemlərlə bağlı şüarları siyasi tələblər əvəzləməkdədir. Xüsusən azərbaycanlılar olan şəhərlərdə siyasi şüarlar səslənir. Hazırda azərbaycanlılar ”su inqilabı"nda iştirak edirlər. Maraqlı budur ki, bir neçə ayaqlanmada azərbaycanlılar prosesə qarışmamışdı. Bəziləri hesab edirdi ki Xameneyini nəzərə alaraq etirazlarda çıxış etmirlər. Amma indi məlum olur ki, rejimin əleyhinə qalxırlar və siyasi xarakterli dəyişikliklərin olmasını istəyirlər".
Q.Hüseynlinin dediyinə görə, əvvəllər Xameneyiyə kəskin etirazlar olmurdu, indisə istefasını tələb edirlər: “Proseslərə kənardan təsirləri istisna etmirəm. Sadəcə, İranda azərbaycanlı fəalların çoxu həbsdədir. Onlar azadlıqda olsaydı, siyasi proseslərin kəsərini artıra bilərdilər. İndi yeni-yeni liderlər meydana çıxmaqdadır. Hadisələrdə İsrailin əli olmasını çox çətinliklə qəbul edirəm. Çünki insanlar beziblər. Əhalinin sıxıntısı oluğu halda İran xaricdə silahlı birləşmələri maliyyələşdirir. Məsələn, Suriyadakı ”Həşdi şəbi" adlı silahlı qruplaşmanı dəstəkləyir, Livanda “Hizbullah”ı maliyyələşdirir, Yəməndə husilərə kömək edirlər. İran xalqı bu siyasətdən narazıdır. Ölkənin milyonları kənar hərbi xərclərə yönəlir, amma adi su qıtlığı probleminə sərf edilmir. Düzdür, Xameneyi məmurları tənqid atəşinə tutdu, xalqın problemlərini həll etməyə çağırdı, amma insanlar bu çıxışları artıq səmimi qəbul etmirlər". Politoloq Həsən Ruhaninin Türkiyəni ittiham etməsini yanlış sayır: “İranın sabiq prezidenti deyir ki, Türkiyə Dəclə və Fəratdan ədalətsiz şəkildə istifadə etməkdədir. Amma bu mövqe etirazların qızışmasına daha da təkan verdi. Ona görə su etirazları siyasi çalarlar almaqdadır və ciddi dəyişikliklərlə nəticələnə bilər”.
Siyasi şərhçi Ramiyə Məmmədova hadisələrdə xarici faktoru istisna etmir, lakin problemin ortada olduğu göz qabağındadır: “İranda su problemi quraqlıqla əlaqələndirilir. Hakimiyyət insanları sakitləşdirməyə çalışır. Güman etmirəm ki, etirazlar həndəvərindən çıxıb xaotik şəkil alacaq və çox uzanacaq. Amma prosesin Xameneyinin əleyhinə yönəlməsi maraq doğurur. Bu, İranda daxilində qrupların işi də ola bilər, Ali dini liderin reputasiyasını zədələmək istəyirlər. Ancaq Qərbin və xüsusən ABŞ-ın İranı qarışdırmaq cəhdləri bu hadisələrdə görünmür. Təbii ki, İranın içində çalxalanmasını istəyən qüvvələr var. Sadəcə, bu prosesdə kənardan düymə basılmayıb. Xüsusən Baydenin xarici siyasətində İran yox, Rusiya və Çin var. Əksinə, Tehrana qarşı sanksiyaların yumşaldılması nəzərdən keçirilə bilər”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
|