Ukrayna ordusunun Baş Komandanının istefasının səbəbi bəlli oldu: - Müdafiə nazirini məhkəməyə veribmiş
Tarix: 28-07-2021, 09:09 | Çap et
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Ruslan Xomçakın dünən işdən azad edilməsinin yeni detalları aydın olub. Ovqat.com xəbər verir ki, səbəb - Ruslan Xomçakla Ukrayna Müdafiə naziri Andrey Taran arasında uzun müddətdir durmadan sərin yellərin əsməsi imiş. Hətta iş o yerə çatıb ki, Xomçak öz nazirini bu ilin fevral ayında məhkəməyə verib. Üstəlik, nazirə qarşı üsyan bayrağı qaldıran təkcə Baş komandan da olmayıb. Onun kimi, Hava Qüvvələrinin komandanı Sergey Drozdov və Baş Qərargah rəisi Sergey Korniyçuk da Müdafiə naziri ilə məhkəmədə hesablaşmaq qərarına gəliblər. Hərbçilər ötən ilin noyabr ayında müdafiə naziri Andrey Taranın xidməti araşdırmalar nəticəsində onlara verdiyi ciddi töhmətlərə etiraz ediblər. Məlumata görə, Korniyçuk və Xomçak Kiyev rayon İnzibati Məhkəməsinə, Drozdov isə Vinnitsa Məhkəməsinə şikayət ərizəsi veriblər. Yüksək rütbəli hərbçilərin üçünün də Taranın bir sıra əmrlərini yerinə yetirməkdən imtina etdikləri bildirilir. Ekspertlərin fikrincə, nazirlə hərbçiləri qarşı-qarşıya gətirən əsas səbəb Ukrayna hərbi sisteminin NATO-ya inteqrasiya məqsədilə aparılan islahatların yarımçıqlığıdır. NATO-nun idarəetmə anlayışında ordunun maliyyələşdirilməsi, hərbi siyasətin həyata keçirilməsinə nəzarət nazirə həvalə edilir. Adətən mülki şəxslər arasından seçilən nazirin hərbi büdcənin təyinatı üzrə xərclənib-xərclənməməsini yoxlamaq hüququ var. Görünən budur ki, Taranın bu hüququndan istifadə etməsi və bəzi nöqsanları aşkarlaması generalları bərk qəzəbləndirib. Onlar da nazirlə məhkəmədə qarşılaşmaq fikrinə düşüblər. Bu isə ordudakı vahid komandanlığı zəiflətdiyindən Ukrayna prezidenti ikisindən birini seçmək məcburiyyətində qalıb və Xomçakı istefaya göndərib. Müdafiə nazirinin generalların fəaliyyətində hansı ciddi nöqsanları ortaya çıxardığı bilinmir, hərbi sirr kimi qorunur. Amma böyük ehtimalla, söhbət maliyyə vəsaitlərinin mənimsənilməsi, korrupsiya faktından gedir. Hərbi mütəxəssislər Taran-Xomçak ixtilafını yalnız subyektiv amillərlə əlaqələndirməyin yanlış olacağı qənaətindədirlər. Hakim qənaətə görə, bu ixtilafın obyektiv səbəbləri var və başlıca səbəb nazirlə hərbi rəhbərliyin səlahiyyət sahəsində bir çox nöqtələrin kəsişməsidir. NATO standartlarına inteqrasiya edən Ukrayna ordusu köhnə ənənələrdən də tam xilas olmadığından bu cür problemlər yaşanır. Ölkə rəhbərliyi, xüsusilə parlament bu kəsişmə nöqtələrini ortadan qaldıracaq ciddi hüquqi islahatlara getməsə, Xomçakın yerinə gələn yeni Baş komandanla nazir arasında bənzər ixtilaflar ortaya çıxa bilər. İki güc arasında əsas problem isə büdcə vəsaitlərinə nüfuz etmək və təsir uğrunda mübarizə aparmaq cəhdlərindən doğur. Xomçakın hərbi nizam-intizamı pozan fəaliyyətlərə yol verməsi Ukrayna prezidenti Vladimir Zelenski və onun sözçüləri tərəfindən də etiraf edilib. Dünən Zelenski istefa barədə verdiyi açıqlamada bildirib ki, Ruslan Xomçak Müdafiə Nazirliyi və təhlükəsizlik sektorunda kadr dəyişiklikləri çərçivəsində Silahlı Qüvvələrin Baş Komandanı vəzifəsindən azad edilib. Prezident qeyd edib ki, müdafiə sahəsi sabit, əlaqələndirilmiş, rəhbərlər arasında dəqiq perspektiv və anlaşılmazlıq olmadan fəaliyyət göstərməlidir. Onun sözlərinə görə, rotasiyalar müdafiə sahəsində irəliləyişlər üçün həyata keçirilir: dövlət sifarişi hazırlanmasından "ön cəbhədəki hərbçilərin komandanlığına qədər. Prezidentinin mətbuat katibi Sergey Nikiforov isə istefanın səbəbini daha konkret sözlərlə əsaslandırıb: “Xomçak, Taranla daimi münaqişələrə görə vəzifədən kənarlaşdırılıb. Zelenski onun vətənpərvərliyinə, sədaqətinə və peşəkarlığına şübhə etmir, amma Müdafiə Nazirliyi ilə Baş Komandanlıq arasında hələ də mövcud olmayan sinerji yaradılmalıdır”. Nikiforov bundan əvvəlki açıqlamalarından birində isə təsdiq etmişdi ki, Xomçak və Taran arasındakı münaqişə “hərbi rəhbərlərin səlahiyyətlərinin kəsişməsindən”, onların bəzi məsələlərdə bir-birinə zidd qərarlar verməsindən qaynaqlarınır və “problemi yalnız hər iki vəzifənin təsir dairəsini qanunla bölüşdürməklə həll etmək mümkündür”. Qeyd edək ki, dünən vəzifəsindən uzaqlaşdırılan Xomçak Ukrayna Milli Təhlükəsizlik Şurası katibinin birinci müavini vəzifəsinə təyin edilib. İki ildən bir qədər çox Silahlı Qüvvələrin Baş Komandanı vəzifəsini icra edən Xomçak bundan əvvəl Donbasdakı silahlı münaqişədə, o cümlədən İlovaysk uğrunda gedən döyüşlərdə fəal iştirakı ilə seçilən "B "sektoru" hərbi bölmələrinin komandanı olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
|