İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                     "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar .....                     Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                     Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb .....                     İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                     4 milyona görə 9 il cəza istədi .....                     Ov mövsümü açıq elan edilib .....                     Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq .....                     Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır .....                 

“Sən kimsən ki, dünya müharibəsində tərəf olasan?!” - GƏLİŞMƏ
Tarix: 23-07-2021, 08:20 | Çap et
“Sən kimsən ki, dünya müharibəsində tərəf olasan?!”
Belarus Prezidenti Aleksandr Lukaşenko hədəliyici açıqlama ilə çıxış edib. O “Skay Nyus Arabya”ya müsahibəsində deyib ki, Avropa ölkələrinin Belarusa, Rusiya və Çinə qarşı hibrid hücumları Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.

“Qərb ölkələrinin Belarusun daxili işlərinə müdaxiləsi, dövlət çevrilişi təşəbbüsləri, habelə Belorus əhalisinə yönəlmiş informasiya təbliğatı nəticədə qlobal qarşıdurmaya gətirib çıxaracaq. Avropa ölkələri tərəfindən başladılan müharibənin əsas iştirakçıları Belarus, Rusiya və Çin olacaq”, - deyə Lukaşenko bildirib.

Xatırladaq ki, bir müddət öncə rəqəmsal iqtisadiyyat məsələləri üzrə Avropa komissarı Hünter Ettinger də oxşar açıqlama ilə çıxış etmişdi. Demişdi ki, Üçüncü Dünya müharibəsi tank və topsuz baş verəcək, onu gizli ordular aparacaq: “Bir şeyi dəqiq demək olar: Üçüncü Dünya müharibəsi quruda, suda və havada deyil, virtual məkanda, tanksız-topsuz baş verəcək”.

Ettinger ən böyük kibergüclər arasında Rusiya, ABŞ, Çin, İsrail və İranın adını çəkib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında bildirib ki, Üçüncü Dünya müharibəsinin başlanması bəşəriyyətin sonu deməkdir: “Üçüncü Dünya müharibəsinin yaxın müddətdə başlanması ilə bağlı təhlükə görmürəm. Heç bir ölkə tərəfindən istər Belarusa, istərsə də digər qaynar nöqtələrə hücum təhlükəsi yoxdur. Sadəcə olaraq Lukaşenkonun bu açıqlaması ölkə daxilində olan problemləri yenidən diqqətə gətirmək məqsədi daşıyır”.

“Bilirsiniz ki, ötən il Belarusda keçirilən prezident seçkiləri zamanı ciddi gərginlik yarandı. Belarus xalqı seçkilərin nəticələrinə etiraz etdi və izdihamlı aksiyalar təşkil etdi. Qərb dövlətləri ciddi şəkildə müxalifəti dəstəklədi və bu, Lukaşenkonun rəhbəri olduğu ölkəni ciddi iqtisadi-siyasi böhranla üz-üzə qoydu. Bu gün Belarusa qarşı sanksiyalar yenidən gündəmdədir və bunu önləmək üçün Belarus Prezidenti bu kimi açıqlamalarla çıxış edir”, - deyə deputat vurğulayıb.

Mollazadə dünya miqyasında yeni müharibə ehtimalı çox aşağı qiymətləndirir: “Bir məqamı nəzərə almaq lazımdır ki, bütün böyük dövlətlər nüvə silahına malikdir. Nüvə silahından istifadə riski isə bu ehtimalı heçə endirir. Üçüncü Dünya müharibəsi Yer kürəsini məhv edə bilər. Təbii ki, hazırda “soyuq müharibə”lər davam edir. Bir-birinə qarşı əks mövqedə dayanan beynəlxalq oyunçular müəyyən təzyiqlərdən istifadə edirlər. Xüsusən bu, iqtisadi xarakterlidir və rəqiblərin büdcələrini boşaltmağa yönəlib. Lukaşenko ABŞ və Qərb dövlətləri tərəfindən təqib olunur, ondan demokratik islahatlar tələbi var. O isə heç bir halda buna getmək istəmir. Düşünür ki, bu, onun hakimiyyətinin sonu ola bilər. Verdiyi açıqlamaların kökündə də məhz bu amil dayanır”.

ADİP sədrinin sözlərinə görə, Belarus dünya çapında o qədər də ciddi qüvvə deyil: “Lukaşenko elan edir ki, guya ehtimal olunan Üçüncü Dünya müharibəsinin tərəflərindən biri Belarusdur. Adını Rusiya və Çinlə yanaşı çəkir. Əslində isə bu, qətiyyən belə deyil. Belarus hazırda Rusiyanın nəzarəti altındadır və atacağı hər bir addımı, hər bir hərəkəti məhz rəsmi Kremllə razılaşdırır”.

Sabiq deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov isə AYNA-ya şərhində deyib ki, Üçüncü Dünya müharibəsi nəinki yaxın müddətdə, ümumiyyətlə olmayacaq: “Bu gün hərbi sənaye o qədər inkişaf edib ki, yeni dünya müharibəsi faktiki olaraq mümkün deyil. Nüvə silahından istifadə riski istənilən dövləti bu müharibədən çəkindirir. Çünki hər kəs anlayır ki, bu müharibənin qalibi olmayacaq. Yer kürəsi məhv olacaq və bundan hər kəsə pay düşəcək. Bu mənada Üçüncü Dünya müharibəsi riski mövcud deyil”.

“Sadəcə “soyuq müharibə”lər var və mütəmadi olaraq bu mövzunu gündəmə gətirirlər. Məqsəd rəqiblərini xof altında saxlamaq, onlara təzyiq etməkdir. Lakin yekunda heç bir beynəlxalq oyunçu buna getməyəcək. Bu, sadəcə mənasız ritorikalardır və müəyyən məqsədlərə xidmət edir”, - deyə müsahibimiz söyləyib.

İsmayılovun sözlərinə görə, Lukaşenko başını itirib və nə danışdığının fərqində deyil: “Ötən il Belarus xalqı saxta seçkilərə etiraz edərək kütləvi mitinqlər keçirdi. Lukaşenko iqtidardan getməyin bir addımlığında idi. Respressiya maşınının gücünə hakimiyyətinin qoruya bildi. Bilir ki, təhlükə tam sovuşmayıb və hər an əhali yenidən ayağa qalxa bilər”.

“Adam da bu qədər hakimiyyətdə qalar?! Səni öz xalqın, rəhbəri olduğun dövlətin vətəndaşları qəbul etmir. Sən kimsən ki, dünya müharibəsində tərəf olasan?! Boş-boş, mənasız danışır. Yəqin ağlını itirib. Onun dediklərini ciddiyə almaq lazım deyil. Özü də bilir ki, onu devirəcəklər. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar”, - deyə partiya sədri fikrini yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Bu gün, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Bu gün, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Bu gün, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Bu gün, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15
Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02
Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00
Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru