Tixanovskaya Vaşinqtona dəvət edildi: - Belarusda yeni “məxməri” inqilab gözlənilir
Tarix: 17-07-2021, 10:06 | Çap et
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya gələn həftə Vaşinqtona səfər edəcək və Ağ Evin yüksək səviyyəli nümayəndələri tərəfindən qəbul ediləcək. Ovqat.com-un bildirdiyinə görə, AFP agentliyi Amerika administrasiyasına istinadən bu barədə məlumat verib. "Ağ Evin yüksək vəzifəli nümayəndələri gələn həftə Tixanovskayanın Vaşinqtona səfərini səbirsizliklə gözləyirlər", - deyə Ağ evin nümayəndəsi bildirib. Onun dediyinə görə, ABŞ Tixanovskayanı yüksək səviyyədə qəbul etməklə Belarus xalqının demokratik istəklərini dəstəklədiyi və ölkədəki demokratikləşmə təşəbbüslərini dəstəkləməyə davam edəcəyi mesajını vermək istəyir. Qeyd edək ki, ötən il avqustun 9-da Belarusda prezident seçkiləri keçirilmişdi və MSK-nın rəsmi məlumatlarına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80.1% səs toplayaraq 6-cı dəfə prezident seçilmişdi. İkinci yeri isə seçkilərdən az sonra ölkəni tərk etmək məcburiyyətində qalan Tixanovskaya tutmuşdu. MSK-nın bu bəyanından sonra Belarusun müxtəlif bölgələrində yüz minlərlə insan küçələrə tökülmüş, seçkilərin saxtalaşdırıldığını bəyan etmişdi. Hökumətin Bütün repressiv basqılarına baxmayaraq, aylarla sürən etiraz nümayişləri sonunda yatırılmışdı. Tixanovskaya isə xaricə qaçmış və etiraz aksiyalarını ordan idarə etməyə başlamışdı.
Lukaşenko seçkiləri saxtalaşdıraraq özünü prezident elan etdikdən sonra Qərb ölkələri, özəlliklə ABŞ onun legitimliyini tanımamış və Belarusa qarşı ağır iqtisadi sanksiyalar həyata keçirməyə başlamışdı. Ölkə lideri isə bu vəziyyətdən çıxmaq üçün daha sıx şəkildə Rusiyanın ağuşuna sığınmışdı. Son zamanlar Qərb ölkələrinin Belarusa tətbiq etdiyi sanksiyaların mənfi nəticələrinin görünməyə başlandığı xəbər verilir. Ölkə iqtisadiyyatı getdikcə daralır, xalqın narazılığı daha da artır. Belə bir zamanda ABŞ-da Tixanovskayanın ən yüksək səviyyədə qəbul edilməsi Belarusda yeni “məxməri” inqilabi prosesə hazırlıq işlərinin getdiyindən xəbər verir. Tixanovskaya Lukaşenko rejiminə qarşı mübarizəyə qalxmamışdan əvvəl evdar bir xanım idi. Hətta məhz bu xüsusiyyətinə görə, Lukaşenko ona lağ edir, rəqibini “övladlarına kotlet bişərən qadın”, özünü isə 25 il dövlət başçısı vəzifəsində bişmiş peşəkar siyasətçi kimi göstərərək üstünlüyünü sübut etməyə çalışırdı. Görünür, müxaliflərin təmsilçisi kimi yalnız Tixanovskayanın seçkilərə buraxılması da onun bu “zəifliyindən” irəli gəlirdi. Lukaşenko hakimiyyəti arxasında heç bir real siyasi təşkilatın dayanmadığı, “kotlet bişirməkdən” başqa əlindən heç nə gəlməyən bu qadını rahatlıqla udacağını düşünürdü. Seçkilərin nəticəsi isə Belarus diktatorunun yanlış hesablamalar apardığını ortaya çıxardı. Tixanovskaya bir çağırışla milyondan çox insanı meydanlara toplamağı bacardı. Bununla da seçkilərdən kobud şəkildə saxtalaşdırıldığını bir daha sübuta yetirdi. Məsələ burasındadır ki, Belarus MSK-nın rəsmi statistikasına görə, ölkədə 6 milyon 845 min seçici var. Son seçkilərdən isə guya onların 84.28%-i iştirak etmişdi. Bu da 5 milyon 818 min seçici edər. Səsverənlərdən guya cəmi 10.1%-i Tixanovskayanı, 80.1%-i isə Lukaşenkonu seçmişdi. Bu hesabla müxalif liderə səs verənlərin sayı 590 min civarında olmalı idi. Tixanovskaya isə 1 milyondan çox aktiv dəstəkçisini çıxarmaqla faktiki MSK-nın yekun nəticələrlə bağlı hesabatının altını üstünə çevirdi və seçkilərin saxtalaşdırıldığını əyani şəkildə bütün dünyaya göstərdi. 80.1% faiz səs topladığını iddia edən Lukaşenkonun inzibati resursları işə salaraq öz mitinqlərinə gətirdiyi insanların sayı 5 mini keçmir, aksiya iştirakçılarından bəziləri isə onun onun üzünə “Rədd ol, get!” şüarları səsləndirirdilər. “Kotlet bişirən” evdar bir xanımın Belarus diktatorunun başına bəla olması bloggerlik edən yoldaşının qanunsuz həbsindən sonra başlamışdı. Əvvəl sırf fərdi etirazına görə üsyana qalxan bu qadın müxalifətin ya mövcud olmadığı, ya da “dişsiz” olduğu Belarusda birdən-birə parladı və etirazçı kütlənin hətta uğrunda canından keçəcəyi liderə çevrildi. Bu mənada Tixanovskaya fenomeni müxalif təşkilatları məhv etməklə xalq etirazını yatıracaqlarını düşünən bütün diktatorlar üçün əsl ibrət dərsi olacaq mahiyyətdədir. Onun öz iradəsindən asılı olmayaraq milyonlarla xalq kütlələrinin ümidgahına çevrilməsi bir daha göstərir ki, evin zibilini palaz altında gizlətməklə təmizlik işləri aparmaq olmaz. Palaz altındakı zibillər qalandıqca, bir gün üstə çıxar və ev sahibinin də bütün eyiblərini gözlər önünə sərər. Lukaşenko kimi çətin vəziyyətə düşməmək üçün evi “xala xətrin qalmasın” yox, həqiqətən də zibillərdən təmizləmək lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Bu gün, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Bu gün, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Bu gün, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
|