İran "Əfqanıstan tənliyi"ndə yer tutmağa çalışır: - “Vətəndaş müharibəsi” xəbərdarlığı ilə
Tarix: 15-07-2021, 09:34 | Çap et
İran Əfqanıstana vətəndaş müharibəsi olmaması barədə xəbərdarlıq edib. Ovqat.com xəbər verir ki, İran Xarici İşlər nazirinin Əfqanıstan üzrə xüsusi elçisi Məhəmməd İbrahim Taheriyan Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai ilə dünən apardığı telefon danışığında bu xəbərdarlığı qarşı tərəfin diqqətinə çatdırıb. İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, Taheriyan tərəf müqabili ilə söhbətində Əfqanıstan məsələsinin sülh yolu ilə həllinin və ölkədə vətəndaş müharibəsi baş verməməsinin vacibliyini vurğulayıb. Məlumata görə, Taheriyan son həftələrdə Pakistanın İslamabadda və Əfqanıstanda rəsmi səfərdə olub. Onun səfərdən qayıtdıqdan sonra bu bəyanatla çıxış etməsi danışıqlarının alınmadığını göstərir. Xəbərdən də anlaşıldığı kimi, İran rəsmisi problemlərin sülh yolu ilə həllinin vətəndaş müharibəsinə alternativ kimi göstərib. Mesaja bir də əks yöndən baxanda bu ismarış “sülh yolu ilə çözüm olmasa, vətəndaş müharibəsi başlaya bilər” anlamına gəlir.
Bəs, İranın Əfqanıstanda vətəndaş müharibəsinə start vermək şansı varmı? Əfqanıstanın dini-məzhəbi xarakterini və İranın bu ölkədə yürütdüyü siyasəti incələyəndə yuxarıdakı sualın cavabının “var” olduğunu görə bilərik. Üstəlik, “Taliban”ın radikal sünni mövqeyi də buna münbit şərait yaradır. Statistik məlumatlara görə, Əfqanıstan əhalisinin 18-20%-i şiə inancına malikdir. Ölkədə 30 milyon insanın yaşadığını nəzərə alsaq, bu, 5-6 milyon şiə toplumu deməkdir. “Taliban” isə ABŞ işğalından qabaq hakimiyyətdə olduğu 1996-2001-ci illərdə digər dinlərə və məzhəblərə qarşı amansız repressiv mövqeyi ilə seçilirdi. Təşkilat xüsusilə şiə Həzaraları tamamilə yox etməyə çalışır, genosid siyasəti yürüdürdü. Ötən il ABŞ-la “Taliban”ın hakimiyyəti arasında aparılan danışıqları müsbət dəyərləndirən, Əfqanıstanın işğaldan azad olunmasını alqışlayan şiələr 1996-2001-də yaşanan hadisələrin yenidən təkrarlanacağı barədə qorxularını də dilə gətirirdilər. “Taliban”ın bir müddət əvvəl Əfqanistan İslam Əmirliyini bərpa etməsi barədə bəyanatı isə onların ümidlərini qırır, narahatlıqlarını daha da artırır. Bu da İranın Əfqanıstan məsələsinə müdaxilə etməsi üçün münbit zəmin hazırlayır. İranın bu cür xaotik vəziyyətlərdə şiələrin özlərini qorumaları üçün bir neçə müdafiə təşkilatları qurduğu da sirr deyil. Bu təşkilatlardan bəziləri bunlardır: Fatimiyyun, Cəbhə-i Müqavimət (Müqavimət Cəbhəsi), Hizb-i Vəhdət, Əfqan Hizbullahı və digər yerli Həzara könüllülərindən təşəkkül tapan qruplar. Həmin təşkilatlardan ən güclüsü Müqavimət Cəbhəsidir. Qrupun loqosundakı 1382 rəqəmi onun miladi təqvimi ilə 2003-2004-cü ildə qurulduğunu göstərir. Yəni ABŞ işğalından sonra. Bu fakt Əfqanıstan şiələrinin “Taliban”ın ilk hakimiyyəti illərindəki kimi tam müdafiəsiz olmadığı anlamına gəlir. “Müqavimət Cəbhəsi”nin nə qədər üzvününü olduğu bilinmir. Amma ondan daha zəif qrup olan “Fatimiyyun” hərbi birləşməsinin ən azı 12 min döyüşçüsü (2016-cı ilin hesabatlarına əsasən) olduğunu nəzərə alsaq, “Müqavimət Cəbhəsi”ndə 10 minlərlə savaşçının birləşdiyini anlaya bilərik. “Müqavimət Cəbhəsi” ötən il Bağdadda ABŞ tərəfindən qətlə yetirilən “Qüds gücü” diviziyasının komandanı Qasım Süleymani tərəfindən qurulub. Dolayısıyla bu hərbi birləşmə peşəkar əsgərlərdən təşəkkül tapıb. İrana bağlı müqavimət qruplarından “Fatimiyyun” batalyonunun sayına görə ikinci şiə silahlıları batalyonu olduğu bildirilir. Batalyon İslam İnqilabı Keşikçiləri Korpusuna bağlıdır və Əfqanıstan şiələri arasından seçilmiş bu döyüşçülər İraq və Suriyada İranın əsas vurucu qollarından sayılır. Son zamanlar İraq və Suriyada İrana qarşı hücumların artmasından sonra bu batalyonun əsgərlərinin bölgədən çıxdığı xəbər verilir. Bildirildiyinə görə, “Fatimiyyun”çuların bir qismi Əfqanıstana göndərilib. İranda qalanların da ehtiyaca uyğun olaraq öz vətənlərinə göndərilə biləcəyi deyilir. İranın rəsmi agentliklərinin 2016-cı ildə irəli sürdüyü iddialara inansaq, “Fatimiyyun” əsgərlərinə tank və digər hərbi texnikalardan istifadə qaydaları öyrədilməsinə başlanacaq, bəziləri isə gerilla və komanda kimi yetişdiriləcəkdi. O dövrdən indiyədək keçən 5 il ərzində minlərlə əfqan mücahidlərinin hər cür şərtlər altında döyüşə hazırlandığını anlaya bilərik. İrana bağlı “Əfqan Hizbullahı” daha seçkin qrupdur. Bu qrupa uzun illərdir Livanda snayper təlimlərinin keçirildiyi bilinir. Sayları haqqında heç bir məlumat olmasa da, bir neçə il bundan əvvəl yüzlərlə “Əfqan Hizbullahı”na aid döyüşçülərin mahir snayperçi kimi yetişdirildikləri bildirilir. İddia olunur ki, bu qrup bacarıq və əhəmiyyətinə görə “Fatimiyyun”çulardan dəfələrlə artıq maaş alırlar. Bəzən məvacib fərqi 5 dəfə artıq ola bilir. İndiyədək sadaladığımız silahlı qruplar əsasən Əfqanıstandakı Həzaralardan təşəkkül tapır. Əfqanıstan əhalisinin 9%-ni təşkil edən Həzaralardan başqa İranın təsir dairəsinə girən başqa qruplar da var. Onlardan bəziləri heç şiə də deyillər. Məsələn, Əfqanıstan xalqının ikinci ən böyük etnik kəsimi sayılan taciklər də İrana meyllidirlər. Halbuki onların böyük əksəriyyəti sünni müsəlmanlardır. Bu fakt əfqanların təkcə məzhəbi kimliyinə görə deyil, həm də etnik xarakterinə görə qruplaşmasından xəbər verir. Əsasən, əhalinin 50%-dən çoxunu təşkil edən peştunların rəğbətlə baxdıqları “Taliban”ın hakimiyyət uğrunda mübarizəsi digər sünni kəsimin, xüsusilə də taciklərin İranla yaxınlaşmasına yol açıb. Əhalinin 27%-ni təşkil edən taciklərin farsdilli olması bu yaxınlaşmada önəmli rol oynayıb. Tacikistandan 2 dəfə çox tacikin yaşadığı (13 milyon) Əfqanıstanda bu xalq iki önəmli lider ortaya çıxarıb. Bunlardan biri Əhməd Şah Məsud, digəri isə Bürhanəddin Rəbbani idi. Tacik liderlərin ikisi də “Taliban” tərəfindən sui-qəsdə uğrayaraq öldürülüb. Əhməd Şah Məsud 9 sentyabr 2001-ci ildə Əlcəzair televiyasından gəldiyini iddia edən və ondan müsahibə almaq istəyən iki “jurnalist”-terrorçunun sui-qəsdinə məruz qalmışdı. Bir neçə gündən sonra isə dünyasını dəyişdi. Maraqlıdır ki, bu sui-qəsdən cəmi 2 gün sonra Amerikada məşhur 11 sentyabr hadisəsi baş verdi. Belə görünür ki, “Taliban” və ona yaxınlığı ilə bilinən “əl-Qaidə” Əfqanıstanda hakimiyyəti tam ələ keçirmək üçün terror planları hazırlamışdılar və bunları uğurla həyata keçirdilər.
Həmin vaxtlar Əfqanıstanın sadəcə 10%-i “Taliban”ın nəzarətində deyildi. Əsasən taciklərin məskunlaşdığı şimali Əfqanıstanın ram edilməsi üçün bölgənin əsas liderləri aradan götürülməli idi. Qətlə yetirildiyi sıralarda Əhməd Şah Məsudun İranla danışıqlar apardığı bildirilirdi. Əfqanistan taciklərinin ən görkəmli lideri Bürhanəddin Rəbbani hətta uzun müddət ölkəyə rəhbərlik edəcək qədər təsirli fiqur idi. Sovet işğalına qarşı qəhrəmancasına döyüşən qruplardan ən güclüsünə rəhbərlik edən Rəbbani işğaldan sonra 1992-ci ildə ölkənin rəhbəri oldu və bu vəzifəsini Talibanın Kabili ələ keçirdiyi ana qədər davam etdirdi. “Taliban” hakimiyyəti dövründə belə, Tacikistana sığınan Rəbbani beynəlxalq qurumlar tərəfindən Əfqanistanın legitim lideri kimi tanınırdı. “Taliban” hakimiyyəti devrildikdən sonra Əfqanıstana qayıdan Rəbbani bir neçə aylığına keçici hakimiyyətin rəhbəri vəzifəsini yürütdü (13 oktyabr 2001-22 dekabr 2001). 20 illik ABŞ işğalı zamanı keçirilən ilk prezident seçkilərində qələbə çalan Həmid Kərzaiyə postunu təhvil verərək hakimiyyətdən çəkildi. Bununla belə, Rəbbani, Əfqanıstanın idarə olunmasında əsas fiqurlardan biri olmaq gücünü yenə saxlayırdı. Ta ki, 2011-ci ilin 20 sentyabr ayında öldürülənə qədər.
Ölümündən bir neçə gün əvvəl İrana gedən Rəbbani Tehranda çox önəmli görüşlər keçirmişdi. Növbəti seçkilərin yaxınlaşdığı ərəfədə gerçəkləşən bu ziyarət təsadüfi deyildi. O, iki dəfə prezident seçilən Kərzainin yerinə gələ biləcək favorit siyasilərdən sayılırdı və İrana səfərinin də əsas məqsədi gələcək hakimiyyəti illərində qonşularla uzlaşdırılmış xarici siyasəti müəyyənləşdirmək idi. Səfərdən qayıtdıqdan bir neçə gün sonra “Taliban”ın bir nümayəndəsinin onunla görüşmək istədiyi xəbərini alır. Mövqeyini gücləndirmək üçün bu görüşə razı olur. Görüşə gələn nümayəndə isə başındakı sarığı çıxarıb onun üzərində atır. Sarıqda gizlədilən bombanın partlaması ilə taciklərin ən qüdrətli lideri də həyatını itirir. Bütün bu hadisələr Əfqanıstan tacikləri ilə Taliban arasında çox ciddi ixtilafların olduğunu və sünni olmalarına baxmayaraq, onların şiə İranının təsir dairəsinə düşdüklərini göstərir. Deməli, İran sülh danışıqlarına alternativ kimi göstərdiyi vətəndaş müharibəsində tacik güclərindən də istifadə edə bilər. Qeyd edək ki, taciklərin bu ölkədə məskunlaşdığı ərazilər də onların gücünü artıran faktorlardır. “Taliban”ın ilk hakimiyyəti illərində ələ keçirə bilmədiyi 10%-lik ərazilərə bu çoğrafiya da daxildir. Əsasən Bədəxşan vilayəti ətrafında məskunlaşan taciklərin hansı tərəfdə yer alması Əfqanıstan tənliyinin həllində önəmli rol oynayacaq. Görünən budur ki, İran da “vətəndaş müharibəsi” təhdidi ilə bu tənlikdəki yerini almağa çalışır. Heydər Oğuz, Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Bu gün, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Bu gün, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Bu gün, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
|