ABŞ mövqelərini sürətlə tərk edir - Əfqanıstandan sonra körfəz ölkələrindən çıxır
Tarix: 15-07-2021, 09:15 | Çap et
ABŞ Yaxın Şərqdə, əsasən də körfəz ölkələrinə (Səudiyyə, Qətər, BƏƏ və sair) yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərini çıxarır.
Bəzi ekspertlərə görə, bu HHM-lər Asiya-Sakit okean regionuna, yəni Çin və Şimali Koreya tərəfə, bəzilərinə görə isə Rusiya cəbhəsinə, Ukrayna və Şərqi Avropanın digər ölkələrinə yerləşdiriləcək. Yaxın Şərqdən çıxarılması o deməkdir ki, ya ABŞ artıq orada ciddi təhlükə, yəni İranla münaqişə gözləmir, ya da İranla razılaşmaq məqsədilə etimad mühiti yaratmaq üçün edir. İstənilən halda ekspertlər bunu maraqlı gediş kimi qəbul edirlər. Çünki ABŞ ordusu hazırda Əfqanıstandan da çıxır. Üstəlik, İraqda amerikan ordusuna qarşı ciddi təzyiq var. Ümumi olaraq belə demək olar ki, Amerika prezidenti Co Bayden kartları qarışdırıb yenidən düzəcək. Onun gəlişindən sonra ABŞ-ın bütün dünyada, əsasən Yaxın Şərqdə siyasətini dəyişdiyini söyləmək olar.
Hər kəsə məlumdur ki, Amerika heç bir bölgəyə səbəbsiz girmir, heç yerdən də səbəbsiz çıxmır. “Gedirəm” deyirsə, demək, getdiyi yerdə yeni savaş, qan-qada olacaq...
Onun gedişi də gəlişi kimi qan-qada ilə müşayiət olunacaqmı?
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayevin bu istiqamətdəki fikirləri maraqlıdır: “Öncədən təxmin edildiyi kimi, Bayden hakimiyyətə gələndən sonra ilk növbədə, ABŞ-ın xarici siyasətinə, xüsusilə konfliktli ərazilərdə mövcudluğuna ciddi korrektələr edəcək. Belə də olur. Amma bu addım əsla ABŞ-ın qarşıya qoyduğu məqsəddən imtinası kimi qəbul olunmamalıdır. Hesab edirəm ki, əksinə, uzun illərdir ki, hədəflədiyi məqsədlərinə çatmaq üçün fərqli strategiya hazırlanır. Çünki vəziyyət göstərir ki, Obama və Tramp dövrünün üsulları istənilən effekti verməyib. Yəni Suriyada Bəşər Əsəd hələ də yerindədir, Rusiyaya qarşı 2014-cü ildən tətbiq olunan sanksiyalar lazımi effekt verməyib, Belarusla körpülər yandırılıb və danışıqlar üçün hər hansı əl yeri qoyulmayıb, İranda rejim hələ ki fəaliyyətindədir və s. Mənə elə gəlir ki, ABŞ-ın körfəz ölkələrinin bəzilərindən özünə aid hava hücumundan müdafiə sistemlərini çıxarması ilə bağlı olan söhbətlər məhz yeni strategiyanın tərkib hissədir. Bu addım əsla həmin körfəz ölkələrinin təhlükəsizliyinə təhdid yaratmır. Çünki birincisi, ABŞ həmin ölkələrdən tamamilə çıxmır, ikincisi isə son illər ABŞ tərəfindən silahlandırılan Səudiyyə Ərəbistanı bölgənin təhlükəsizliyini tam təmin edəcək qədər hərbi potensiala malikdir ki, bunun içində yeni nəsil bütün silahlar da daxildir. Son 10 ildə Səudiyyə Ərəbistanı yüz milyardlarla dollar dəyərində ABŞ-dan silah alıb. Hansı ki, bu silahların əksəriyyətini ABŞ hər dövlətə satmır. Bu o deməkdir ki, həmin yeni nəsil silahlar istismar adı altında öz mütəxəssislərinin nəzarətindədir.
Bu digər körfəz ölkələrinə də aid edilə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-ın yaxın illərdə əsas hədəfi Rusiya və İran ola bilər və bu ikisinin orbitində fırlanan dövlətlər də təbii ki açıq hədəfə çevriləcəklər. Eyni yanaşmanın hazırkı dövrdə Çinə tətbiq olunacağına isə inanmıram. Amma Şimali Koreya tamam başqa bir problem olduğunda hər zaman gündəlikdə olacaq. Aylar öncə məlum olanda ki, ABŞ Əfqanıstandan hərbi kontingentinin böyük hissəsini çıxaracaq, məlum idi ki, bu konkret strateji hədəfə hesablanmış addım idi. Bundan sonra baş verənlər «Taliban»ın Orta Asiya dövlətlərinin sərhədlərini nəzarətə götürməsi və hətta Rusiya hərbiçilərinin də qoruduğu sərhədləri keçməsi ilə nəticələnib. Bununla Rusiya üçün ciddi problem yaranıb. Proseslərin qarşısı alınmazsa, Orta Asiyada Rusiya hərbi kontingentinin cəlb olunacağı növbəti qaynar nöqtə yarana bilər. Son aylar Ukrayna və Rusiya arasında məlum hadisələrdən dolayı əsəb savaşı, hərbi əməliyyatların başlanması ilə bağlı xəbərdarlıqların özü belə nəbz yoxlaması ola bilər. Beləliklə, məlum olur ki, əgər ciddi hadisələr baş verməsə, Rusiya ABŞ-ın birbaşa iştirakı olmayan, amma tam nəzarətində olan 4-5 fərqli yerdə eyni vaxtda hərbi əməliyyatlara cəlb oluna bilər. Rusiya üçün yeni bir problem bir neçə gün öncə Moldovadan gəldi. Birmənalı qərbyönümlü Moldova prezidenti xanım Maiya Sandunun partiyası həftə sonu parlament seçkilərində mütləq çoxluqla qalib gələrək Moldovada Moskvanın əsas qalası olan Rusiyayönümlü parlamenti tam qərbyönümlü etdi. Moldovada parlamentin səlahiyyətləri çox böyük olduğundan hansı itkiyə sahib olduqlarını Kremldə yaxşı anlayırlar. Yəni qısa müddət sonra orada Dnestryanı ərazidə Moldovanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı addımlarını görə biləcəyik. Bu səbəbdən Şərqi Avropada müdafiə sistemlərinin gücləndirilməsini və hərbi kontingentin artırılmasını təbii qəbul etmək lazımdır. Göründüyü kimi, hadisələrin inkişafı fərqli formatlarda yeni qarşıdurmaların anonsunu artıq verir. Eyni zamanda görünən odur ki, sonunda nə olmasından asılı olmayaraq bundan sonra olacaq hadisələr sürətlə inkişaf edəcək”.
Siyasi şərhçi Azər Hüseynov bildirdi ki, Amerikanın bölgələrdən çıxışı onun xarici siyasətinin deyil, metodlarının dəyişməsi ilə bağlı ola bilər: “Ən qorxuducu odur ki, Amerika çıxdığı yerlərdə partlamasını gözləyən bombalar, hücrələr qoysun. PYD-ni misal çəkə bilərik. Dünyada, xüsusilə müsəlman dünyasında bir antiamerikanizm havası var. Digər tərəfdən isə onun çıxdığı yerlərdə Britaniya dolayısı ilə güclənir. Burada Türkiyənin artan nüfuzu var. Yerli oyunçular belə bir ortamda Türkiyə ilə çalışmasalar, yeni suriyalar əmələ gələ bilər. Rusiyaya gəldikdə isə Amerikanın qlobal mənada ”davası" onlarla deyil, ingilislərlədir. Ruslar burada, sadəcə, layihənin böyük regional tərəfidir. Rusların qorxuducu tərəfi hər dəfə kiçildikcə yeni daha güclü dövlət çıxardıb, dünyaya problem olmalarıdır. Rusiya imperiyası dağıldı, SSRİ gəldi. İndi oxşar oyunlar gedir. Daha mobil və yeni Rusiya təhlükəsini də amerikalılar nəzərə ala bilər. Bununla belə, amerikalıların çıxdıqları yerlər bölgəsəl olaraq Türkiyə və Pakistanın yaxın ətrafıdır. Ona görə də bu yeni konfiqurasiyada Türkiyə və Pakistanın sıx kordinasiyası lazımdır. Bizim də burada olmağımız lazımdır. Unutmayaq ki, yanımızda bir “amerikalı” Paşinyan var". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Bu gün, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Bu gün, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Bu gün, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
|