“Türkiyə NATO-dan uzaqlaşır” ilə “Ərdoğan Putinin müttəfiqi deyil” arasındakı “tapmaca” - NƏ BAŞ VERİR?
Tarix: 29-06-2021, 08:05 | Çap et
ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton yeni qurulan Türk Demokratiya Layihəsinin (Turkish Democracy Project) Məsləhət Şurasına qatılıb. “Türkiyə ilə bağlı həyəcan təbili çalmağın vaxtı gəldi. Avtoritar bir liderin rəhbərliyi altında bir vaxtlar güclü bir NATO müttəfiqi demokratiyadan üz çevirir və Rusiyaya yaxınlaşır. Dəhşətli vəziyyəti aydınlatmaq üçün Türk Demokratiya Layihəsinin (TDL) Məsləhət Şurasına üzv olmaqdan məmnunam”, - deyə o, “Twitter” açıqlama verib.
Qeyd edək ki, TDL “Türkiyənin son zamanlarda demokratiyadan avtoritarizmə yönəlməsinə cavab olaraq yaradılan” beynəlxalq bir siyasi təşkilatdır. Məsləhət Şurasının digər üzvləri arasında keçmiş Florida qubernatoru Ceb Buş və İtaliyanın keçmiş xarici işlər naziri Culio Terzi di Sant Aqata da var.
Con Bolton ABŞ-ın keçmiş Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb. Daha sonra keçmiş patronunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın münasibətlərini tənqid edərək, “Trampın bəyəndiyi diktatorlara şəxsi xidmətlər göstərməyi” sevdiyini söyləyib.
Ancaq bu, ən azı ilk baxışdan qəribə bir mövqedir. Dünyanın böyük bir analitik kəsimi hesab edir ki, Ərdoğan Putinin həqiqi bir müttəfiqi deyil, yalnız müvəqqəti, situativ (dedikləri kimi) müttəfiqidir. Və prinsipcə, bunun Türkiyə ilə Rusiyanın maraqlarının toqquşduğu fərqli ölkələrdə çox dəlili var. Bolton kimi bir “qırğı”nın bunları bilmədiyinə inanmaq çətindir.
Bəs, onda Boltonun bəyan etdiyi mövqe nə ilə bağlıdır? Onun arxasında dünya siyasətindəki bəzi nüfuzlu qrupların maraqlarımı dayanır? Həmin qüvvələr nədən Türkiyənin təsirinin gücləndirilməsindən narahatdırlar? Bu qüvvələrin kimliyi barədə hansı ehtimallar irəli sürmək olar?
AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar.
Gürcüstan Strateji Analiz Mərkəzinin aparıcı eksperti Gela Vasadze:
“Əslində, xəbərlər çox maraqlıdır. “Kremlin qüllələri”ndən danışmağa alışmışıq, yəni Rusiya hakimiyyətinin birköklü olmadığını nəzərdə tuturuq. Ancaq Rusiya əsasən regional gücdür, ABŞ isə dünya lideridir. Beləliklə, Vaşinqtonda neçə qüllə olduğunu təsəvvür edə bilərsiniz.
Bu vəziyyətdə Ağ Evdəki mövcud hökumətə qarşı sərt müxalifətdə olsa da, ABŞ-ın siyasətinə təsir edəcək qədər güclü olan bu qüllələrdən birinin fəaliyyətinin şahidi oluruq. Anladığım qədəri ilə, bu, Amerika hakimiyyətinin “Türkiyə modernistləri” (onları belə adlandıraq) və ordu ilə sıx əlaqəli bir hissəsidir. Qrupun təşəbbüsü həm də ona görə maraqlıdır ki, böyük bir türk layihəsinin başlaması Ərdoğan üçün son dərəcə çətin olacaq Türkiyədə keçiriləcək seçkilərə hazırlıq zamanı ortaya çıxdı.
Bu qrup həmişə Yaxın Şərqdə və postsovet məkanında Atlantizmin bir qalası olaraq Türkiyənin mənafelərini dəstəkləyib. “Panturan layihəsi” onlar üçün on illərdir bəslənmiş bir ideyadır. Və bu şərtlərdə Ərdoğan incə Şərq siyasəti ilə, Rusiya və İranla “oynaması” ilə açıq-aşkar bu insanların xoşuna gəlmir. Başqa bir şeydir ki, Vaşinqtonda bir çox qüllələr var, və buna görə hər şey heç də sadə deyil”.
Ukraynalı politoloq, Dünya Siyasət İnstitutunun direktoru Yevgen Maqda:
“İnanıram ki, cənab Boltonun yeni statusu, Demokratlar və Respublikaçılar arasında, prinsipcə, ABŞ-da bir saniyə də dayanmayan siyasi mübarizənin bir hissəsindən başqa bir şey deyil. Bu gün o, dövlət idarəetmə sistemində iştirak edə bilmədiyi üçün, özünə uyğun olan böyük bir rol oynaya biləcəyi başqa bir yerdə özünü axtarır. Və Türkiyə, hər halda, yalnız bölgəsində deyil, bütövlükdə dünya səhnəsində kifayət qədər aktiv və kifayət qədər nəzərə çarpır.
Cənab Boltonun yeni statusundan hansısa uzaqvuran bir nəticə çıxarmazdım. ABŞ və Türkiyə, Türkiyə ilə Rusiya münasibətlərində bəzi mümkün dəyişiklikləri, Türkiyənin ən azından Qara dəniz hövzəsində yeni addımlarını gözləyərdim. Yalnız bu cəbhədə baş verənlərə istinad edərək, məsələ barədə konkret nəticə çıxarmaq olar. Fikrimcə, ağır siyasi çəkili bir şəxsin hər hansı bir qeyri-dövlət layihəsinə qoşulması barədə nəticə çıxarmaq hələ tezdir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Bu gün, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Bu gün, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Bu gün, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
|