“Rusiya-NATO, Rusiya-ABŞ və Rusiya-Britaniya arasında gərginlik artır” - Regionun yeni siyasi-iqtisadi reallığı
Tarix: 26-06-2021, 08:29 | Çap et
Dağlıq Qarabağ məsələsi ətrafında siyasi fəallıq başlanıb.
İyunun 24-də Azərbaycan və Rusiya prezidentləri telefon danışığı zamanı Dağlıq Qarabağ məsələsini müzakirə edib. Bundan sonra Rusiya Prezidenti Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında Dağlıq Qarabağ mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
İyunun 25-də isə Rusiya və Türkiyə prezidentləri telefon vasitəsilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti də Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzində olub. Qeyd edilən müzakirələr Dağlıq Qarabağ məsələsi ətrafında siyasi-diplomatik aktivliyin artdığını göstərir. Ermənistandakı seçkilərdən sonra bu prosesin yeni mərhələyə daxil olması müşahidə olunur.
Əslində, Paşinyanın liderlik etdiyi komandanın seçkilərdə qalib gələcəyi təqdirdə, sözügedən regionda sülhün təmin olunması istiqamətində Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə olunacağı gözlənilirdi. Ona görə də dövlət başçıları səviyyəsində son iki gündə aparılan müzakirələrin yalnız Dağlıq Qarabağdakı vəziyyəti deyil, daha geniş siyasi coğrafiyanı əhatə etdiyi istisna olunmur. Yəni söhbət Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana veməsi, Zəngəzur dəhlizinin açılması, Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsi, Qazax rayonunun və Sədərk rayonunun işğal altında olan kəndlərinin Azərbaycana qaytarılması kimi məsələlərdən gedir.
Dağlıq Qarabağda vəziyyətin nizamlanmasına gəlincə, Azərbaycan üçün prioritet məsələ Ermənistan silahlı qüvvələrinin həmin ərazidəki qalıqlarının çıxarılmasıdır. Sülhməramlıların fəaliyyət göstərdiyi ərazidə Ermənistan ordusunun yerləşməsinə ehtiyac qalmır. Əksinə, bölgədə işğalçı qüvvələrin olması gərginliyi artırır ki, bu da sülhməramlı qüvvələrin mandatına problem yaradır.
Paşinyanın yeni hökuməti formalaşdırmasından sonra bölgədə kompromislərin olacağı proqnozlaşdırılırdı ki, bunlardan biri də Ermənistanın hərbi birləşmələrinin Dağlıq Qarabağı tərk etməsi ola bilər. Seçkilərdən əvvəl sərt gedişlər etməyə məcbur olan Paşinyan hökumətinin radikal addımlarından biri də Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasında fəaliyyətini dayandırmasıdır. Ancaq Putinlə telefon danışığından sonra çox güman ki, Ermənistan hər üç ölkənin baş nazirinin müavinlərinin təmsil olunduğu formatda görüşləri davam etdirəcək.
Kremlin Azərbaycan və Türkiyə ilə razılaşdırmalı olduğu digər məsələ isə Ermənistanın dövlət sərhəddinə Rusiya qoşunlarının yerləşdirilməsidir. Əlbəttə, bu ilk baxışdan Rusiyanın və Ermənistanın daxili işi kimi də qiymətləndirilə bilər. Ancaq söhbət Rusiya qoşunlarının Azərbaycanla Ermənistanın sərhəddindəki demarkasiyası başa çatmamış ərazisindən, yəni Kəlbəcər rayonu ilə Ermənistanın Geğarkunik (Göyçə mahalı) vilayətinin sərhəddindəki mübahisəli zonadan gedir. Ona görə də Rusiya Azərbaycanı məlumatlandırmalıdır.
Digər tərəfdən, Azərbaycan-Ermənistan sərhəddinin demarkasiyası prosesində vasitəçilik edən Rusiyanın pozucu fəaliyyəti bu missiyanın üzərinə kölgə sala bilər. Bu halda sərhədlərin müəyyənləşməsi üçün yardım təklif edən ABŞ-ın dövriyyəyə girməsinə münbit şərait yarana bilər.
Azərbaycan və Türkiyə Rusiya hərbçilərinin dövlət sərhəddinin Ermənistan ərazisindən keçən hissəsində dayanmasına razılıq verməklə istər demarkasiya məsələlərində, yaxud minalanmış sahələrin xəritələrinin əldə olunması kimi problemlərin həllində anlaşmaya nail ola bilər. Eyni zamanda, Rusiya Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığına təminat verməlidir. Əks təqdirdə, Şuşa Bəyannaməsinə uyğun olaraq, Türkiyənin vəziyyətə müdaxilə etmək hüququ var. Vladimir Putinin cənab Ərdoğana zəng etməsi isə Rusiyanın artıq bölgədə Türkiyənin maraqlarını nəzərə aldığını göstərir. Bu isə Şuşa Bəyannaməsinin imzalanmasından sonra daha çox müşahidə olunur.
Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirdi ki, Rusiyanın Qarabağ məsələsinin həllində moderator kimi çıxış etməsi bölgədəki maraqlarından irəli gəlir:
“Eyni zamanda, Azərbaycan və Ermənistan arasında barışıq missiyasını Rusiya öz üzərinə götürüb. ATƏT-nin Minsk qrupunun digər iki həmsədri ilə razılaşdırmadan bu prosesin həyata keçirilməsi siyasi və hüquqi müstəvidə müsbət nəticə verib. Türkiyənin də dəstəyi regionda yeni geosiyasi reallıqların yaranmasında mühüm rol oynayıb. Bu baxımdan, regiondakı problemlərin həllində bölgə dövlətlərin iştirakı ilə aparılan danışıqlar daha səmərəli nəticə verə bilər.
Təəssüf ki, Türkiyə Prezidentinin təklif etdiyi “Altılıq” platforması Rusiya-Gürcüstan münasibətlərindəki gərginliklə əlaqədar reallaşa bilmir. Rusiya-NATO, Rusiya-ABŞ və Rusiya-Britaniya münasibətlərindəki gərginliyin artdığını görürük. Bu vəziyyətin yaxın perspektivdə Cənubi Qafqaza da sirayət edəcəyi istisna olunmur.
Azərbaycanın İkinci Qarabağ müharibəsində apardığı hərbi əməliyyatların baş tutmasında Britaniyanın da maraqları var idi. Hətta bu məsələdə Türkiyə və Britaniya birgə uzlaşdırılmış addımlar atdı. İndiki dünyanın reallıqları Rusiyanı və Türkiyəni də bölgədə vəziyyətin sabit və dayanıqlı olması üçün birgə adımlar atmağa vadar edir. Əks təqdirdə, investisiyaları bölgəyə cəlb etmək, nəqliyyat və kommunikasiya xətlərinin açılması çətin olacaq”.
Elşən Manafov hesab edir ki, bölgədəki proseslərə Rusiyanın təsiri güclüdür və Türkiyə Cənubi Qafqaz siyasətində bu amili nəzərə alır:
“Şuşa Bəyannaməsinin imzalanmasından sonra bəzi ekspertlərə bu məsələyə 1918-ci il Batum konfransının nəticələrindən çıxış edərək Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsini təklif edirdi.
Lakin Azərbaycan Prezidenti bəyan etdi ki, bu sənəd 1921-ci ildə Türkiyə Cümhuriyyəti ilə Sovet Rusiyası arasında imzalanmış Qars Bəyannaməsinin davamıdır. Bundan sonra Prezident Rəcəb Tayyib Ərdoğan belə açıqlama verdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin cənab Putinlə, Putinin bu məsələyə münasibətindən sonra Türkiyə bu addımı ata bilər. Beləliklə, cənab Ərdoğan dolayısı ilə etiraf etdi ki, bölgəyə Rusiyanın təsir imkanları yüksək olaraq qalır. Türkiyənin Azərbaycan ərazisində öz hərbi bazalarını yerləşdirməsi çox böyük ajiotaja və rezonansa səbəb ola bilər. Çünki Rusiya bunu NATO-nun Türkiyənin timsalında irəliləməsi kimi qəbul edəcək.
Düşünürəm ki, Rusiya və Türkiyə bu məsələdə razılığa gəlib və rəsmi Ankara bölgədəki geosiyasi reallıqlarla bağlı “qırmızı xətt”i keçməyəcəyinə dair öhdəlik götürüb”.
Politoloq əlavə etdi ki, Ermənistanın gələcək təhlükəsizliyi və inkişafı Paşinyanın Zəngəzur dəhlizinin açılması istiqamətində atacağı addımlardan asılı olacaq:
“Prezident Ərdoğan da haqlı olaraq qeyd etdi ki, bu son 100 ildə Ermənistanın özü üçün açılmış bir şansdır. Yəqin ki, Ermənistan hakimiyyəti erməni xalqının maraqlarından çıxış edəcək. Digər tərəfdən, nəqliyyat-kommunikasiya xətlərinin açılmasında Rusiyanın özü də maraqlıdır. Çünki bu xətlər Ermənistanın Azərbaycan üzərindən keçməklə Rusiyaya quru və dəmir yolu ilə çıxışını təmin edəcək. Nəticədə Rusiyanın regionda iqtisadi, siyasi fəallığının artmasına, Ermənistandakı hərbi bazaları ilə daha fərqli imkanlar əldə etməsinə şərait yaradacaq.
Ermənistan hakimiyyətinin Rusiya və Türkiyənin təzyiqlərini nəzərə alaraq, erməni xalqının maraqlarından çıxış edəcəyini düşünürəm. Çünki erməni xalqı seçkilərdə Paşinyana “hə” deməklə millətçilərə, yeni müharibə avantürasına “yox” dedi. Ermənilər sabitliyə, inkişafa səs verdi və Paşinyan bunları nəzərə almaya bilməz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Bu gün, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Bu gün, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Bu gün, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
|