Ermənistanda seçki kampaniyası sərt qarşılıqlı ittihamlarla başlayıb
Tarix: 8-06-2021, 09:03 | Çap et
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, baş nazir əvəzi və hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyan iyunun 7-də Armavir vilayətində tərəfdarları ilə görüş keçirib.
Paşinyan görüş zamanı deyib:
“Bəziləri deyirlər ki, iyunun 20-də qalib gələcəklər, amma biz deyirik ki, siz cəzanızı çəkəcəksiniz”.
Baş nazir əvəzi nitqinin böyük bir hissəsini yenə də keçmiş hakimiyyətə həsr edib:
“Biz gözləyirik ki, ən azı 60 faiz səs qazanacağıq. Biz sizdən aldığımız möhkəm, polad mandatla Ermənistan Respublikasında vətəndaş müharibəsi başlatmaq istəyən qüvvələri Ermənistanın siyasi meydanından silib atacağıq”.
Paşinyan çıxışında habelə 1999-cu ilin 27 oktyabrında parlamentin güllələnməsini yada salıb. O deyib ki, o vaxt ölkənin milli təhlükəsizlik naziri Serj Sarkisyan, prezidenti isə Robert Koçaryan idi.
Baş nazir əvəzi Robert Koçaryanın “onu böyük məmnuniyyətlə istənilən silah növü ilə duelə dəvət edərəm” atmacasına da reaksiya verib:
“Zənnimcə bu adam şəxsən əlinə silah alacaq, çünki Nairi Unanyan (27 oktyabr hadisəsini törətmiş dəstənin başçısı - red) həbsxanadadır. Onun bütün hakimiyyəti öz xalqını duelə çağırmaqdan və güllələməkdən ibarət olub. 2008-ci ilin 1 martında da belə olub. Onda da adamları dəvətsiz filansız güllələyiblər. Ya da o birisi (Serj Sarkisyan - red)...Parlamentin spikeri, baş nazir güllələnəndə sən milli təhlükəsizlik naziri idin. Bundan sonra özünü niyə pəncərədən atmadın? Yəqin ona görə ki, sənin başçılıq etdiyin strukturun baş verənlərdən xəbəri vardı və ölkənin təhlükəsizliyinin təminatı üçün heç bir addım atmırdı. Ona görə ki, Vazgen Sarkisyan və Karen Demirçyan Meğrinin Azərbaycana verilməsinə qarşı çıxış edirdilər”.
Azatutyun yazır ki, Cermukda seçicilərlə görüş keçirən Serj Sarkisyan əsgərlərin ölümlərinə görə Paşinyanı ittiham edib. O bildirib ki, Paşinyanın “bir azca ləyaqəti olsaydı” özünü öldürməli idi:
“And içirəm ki, əgər mən ali baş komandan olsaydım və belə vəziyyət yaransaydı, sadəcə olaraq özümü güllələyərdim. Belə yaşamaq kimə lazımdır?”
Keçmiş hakim Respublika Partiyasının lideri seçki kampaniyasına keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın “Vətən” partiyası ilə birgə başlayıb.
Serj Sarkisyan hazırkı hakimiyyəti sərt tənqid atəşinə tutub:
“İndi mənim üçün, komandamın üzvləri üçün “biz xəbərdarlıq etmişdik”, “biz proqnozlaşdırmışdıq” kimi ifadələri işlətmək asandır. Amma bugün bu mənasız sözlər nə həlak olmuş 5 min balamızı, nə də 75 faizi itirilmiş vətənimizi - Artsaxı (Qarabağ - red) geri qaytaran deyil. Bu sözlərlə 35 min qaçqınımız üçün evlər tikilən və milli ləyaqətimiz bərpa olunan deyil...”
Sarkisyan hakimiyyəti müttəfiqləri itiməkdə ittiham edib:
“Ermənistan bu satqınlara görə öz müttəfiqlərinin hörmət və etimadını itirib. Bu populistlər hakimiyyəti yalnız bir məsələdə bacarıb: Millətimizin didilməsində, zəifləməsində, müharibədə məğlub edilməsində və tədricən baş verən ölümə düçar edilməsində. Qarşıdan gələn seçki ölümə qalib gəlmək və dirçəlmək imkanıdır”.
Ermənistanın daha bir keçmiş prezidenti - Robert Koçaryanın “Hayastan” bloku seçki kampaniyasına Sünikdə başlayıb.
Əkərəkdə çıxış edən Robert Koçaryan baş nazir əvəzi Paşinyanın ittihamlarını rədd edib və deyib ki, o heç vaxt Meğrini Azərbaycana vermək niyyətində olmayıb:
“Biz hər hansı dəhliz barəsində dəhliz kimi danışıq aparmamalıyıq və başa düşməliyik ki, belə maraq varsa, bu ölkəmiz üçün təhlükədir. Amma bu həm də bu kartdan başqa oyunçularla birlikdə istifadə etmək imkanıdır”.
Azatutyun yazır ki, Koçaryanın guya Meğrini Azərbaycana vermək istəməsini onun Meğridə keçirdiyi görüşdə bu şəhərin bir sakini də dilə gətirib.
O deyib ki, Karen Demirçiyanın “Birlik” blokundan deputat olub və bu variantı kimin və necə təklif etdiyi yadındadır:
“Vardan Oskanyanın variantlar təklif etməsi yadımdadır: 1.5 kilometrlik zolağı Azərbaycana verək. Məni Koçaryanın nə deməsi maraqlandırmır. Ən mühüm məqam o idi ki, o Qarabağı danışıqlardan kənarda qoydu və Qarabağ-Azərbaycan münaqişəsini Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsinə çevirdi”.
Hayastan blokunın üzvləri hesab edirlər ki, ölkədəki vəziyyəti dəyişmək mümkündür və onlar bu yükü çiyinlərinə götürməyə hazırdırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|