Erməni müxalifətinin parçalanması indiki hakimiyyətin işinə yarayır - Narazılıqlar getdikcə böyüyür
Tarix: 26-05-2021, 09:02 | Çap et
Ermənistanda ehtiyatda olan zabitlər, polis, hərbi polis, penitensiar xidmət və digər hüquq-mühafizə orqanlarının 80-ə yaxın əməkdaşı sabiq prezident Robert Koçaryana dəstək bəyanatı ilə çıxış ediblər. Onların bəyanatı erməni mediasında dərc edilib. Bəyanatda ehtiyatda olan zabitlər, o cümlədən bir çox keçmiş polis, hərbi polis, penitensiar xidmət, ibtidai istintaq orqanları, prokurorluq, məhkəmə orqanları əməkdaşları Ermənistan və Qarabağdakı hadisələrdən dərin narahatlıqlarını ifadə ediblər. Bildiriblər ki, mövcud hakimiyyətin səriştəsiz siyasəti nəticəsində ölkə böhran həddindədir. 2018-ci ildən bəri böyük və unudulmaz xidmətləri olan generalları əsassız cinayət təqiblərinə məruz qoyan hakimiyyət ordunu nüfuzdan salaraq dağıdıb: "Dövlət hakimiyyətini qəsb edən kapitulyator özünün cinayətkar qrupu ilə birlikdə erməni dilini və ədəbiyyatını, tarixini, kilsəsini və erməni ailəsini məhv edir. Onlar əbədi düşmənimiz olan türklərə qarşı vətənpərvərlik siyasətini davam etdirir.
Ermənistan Respublikasının ehtiyatda olan generalları və zabitləri vətənin qurtuluşuna layiqli töhfə verməyin lazım olduğunu başa düşərək "Ehtiyatda olan zabitlər" hərəkatını yaratmağa qərar verdilər. "Ehtiyatda olan zabitlər" hərəkatı Ermənistanın ikinci prezidenti Robert Koçaryana dəstəyini ifadə edir".
Mövzu ilə bağlı VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri, politoloq Samir Əsədli "Şərq"ə açıqlamasında vurğulayıb ki, hazırda Ermənistanda erkən seçkilərə son sürətlə hazırlıq gedir. Politoloq qeyd edib ki, 20 iyunda baş tutması gözlənilən növbədənkənar seçkilərdə siyasi qüvvələr bir-birini parçalamağa müntəzir dayanıb:
"Belə bir durumun yaranmasının əsasında bir neçə amil dayanır. Birincisi, uzun illər Ermənistan hakimiyyəti öz xalqını Qarabağdakı işğalı ilə aldadaraq dövləti talan edib. 28 il Ermənistanda hakimiyyət başında dayananlar məğlubedilməz ordu yaratmaq adı altında büdcəni talayaraq ölkəni müflisləşdirib. İkinci amil isə 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük qələbəsi və Ermənistan ordusunun məhv edilməsidir. Üçüncü amil isə Ermənistanın işğalçılıq siyasəti nəticəsində beynəlxalq layihələrdən təcrid olunması və bunun nəticəsində Ermənistan iqtisadiyyatının məhv olmasıdır".
S.Əsədli əlavə edib ki, müharibədə düçar olduqları məğlubiyyət Ermənistanda iqtisadi tənəzzülü daha da dərinləşdirib:
"Əgər müharibəyə qədər əsas gəlir mənbələri işğal olunmuş Azərbaycan torpaqlarından idisə, bu gün həmin əraziləri Azərbaycan döyüş meydanında geri alıb. 44 günlük müharibədə əsgər ölümlərinin yüksək olması, müharibədə itkin düşmüş minlərlə hərbçi ailəsinin hakimiyyətdən narazılıqları günü-gündən böyüməkdədir.
Həm də müharibədə sağlamlıqlarını itirmiş şəxslərə və ölmüş şəxslərin ailələrinə hər hansı bir hüquqi status verilmir. Ona görə verilmir ki, veriləcək status maliyyə tələb edir. Bu gün isə Ermənistanın belə bir maliyyə imkanları yoxdur. Müharibədə sağlamlıqlarını itirmiş şəxslərə tibbi xidmətlər göstərilmir. Ölkədə iqtisadi böhranın dərinləşməsi siyasi böhranı da pik vəziyyətinə gətirib. Buna görə də seçki günü yaxınlaşdıqca gərginlik də artacaq. Seçki öncəsi namizədlərdən heç birinin kompromisə getmək niyyətində olmadığı görünür.
Eyni havanı çalıb, eyni gücə arxalanan tərəflər belə ortaq maraqları heçə sayaraq qeyri-rasional düşünməyə davam edirlər. Xüsusilə də bu sözləri keçmiş Ermənistan prezidentləri və minlərlə günahsız insanın qatilləri olan Serj Sarkisyan və Robert Koçaryana aid etmək daha doğru olar. Hazırda gündəmdə qalmağa çalışan digər aktor isə Levon Ter-Petrosyandır. Paşinyanın mənəvi dəstəkçisi hesab olunan Ermənistanın birinci prezidentinin hansı istiqamətdə hərəkət edəcəyi bəlli deyil. Qarabağ məğlubiyyətinin ardından Paşinyanın istefasını tələb edən Ter-Petrosyan, gah da Paşinyanın etməyə çalışdığı kimi Azərbaycanla iqtisadi əlaqələrin çoxdan bərpasının vacib olduğunu bildirir. Gah da öz xələflərinə birləşərək Paşinyana qarşı birgə mübarizə aparmağın lazım olduğunu səsləndirir. Müxalifət cəbhəsindəki bu parçalanma seçkiqabağı istefaya gedən Baş nazir Nikol Paşinyanın işinə yaramaqdadır. “Siz savaşa, mən tamaşa” düşüncəsi ilə hərəkət edən baş nazir üçün vəziyyətin bu cür davam etməsi tam məqsədəuyğundur. Erməni müxalifətinin bu cür parçalanması və keçmiş üç prezidentin dil tapa bilməməsi isə Paşinyanın işinə yarayır. Səslər nə qədər çox parçalansa, seçkilər, az da olsa güclü görünən, Paşinyan tərəfdarlarının qələbəsi ilə sonuclana bilər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|