Paşinyandan “peşka” gedişi: Putin “NATO”sunu aldada bilmədi - GƏLİŞMƏ
Tarix: 19-05-2021, 09:58 | Çap et
Ermənistan Qarabağ müharibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb edə bilmədi, o zaman İrəvana “Ermənistan sərhədlərində münaqişə baş verərsə biz qarışa bilərdik”, dedilər. Rusiya prezidenti Vladimir Putin müharibənin Azərbaycan ərazisində getdiyini söyləməklə bütün məsələlərə nöqtə qoymuşdu və elə həmin açıqlama ilə sanki ermənilərin başına qaynar su tökülmüşdü. “Yeni Müsavat” bildirir ki, indi Ermənistan fürsət gözləyirmiş kimi sərhədlərin müəyyənləşməsi ilə bağlı baş verənləri dərhal “hərbi təcavüz” kimi qiymətləndirməyə, KTMT-ni öz oyununa alət etməyə çalışır.
Paşinyanın sərhədlərin delimitasiyası prosesində Qaragöl məsələsi ilə bağlı KTMT-dən hərbi dəstək istəməsi və Putindən növbəti dəfə şapalaq kimi cavab alması ermənilərə bir daha dərs oldu ki, bu hərbi alyansdan əllərini üzsünlər. Kreml başçısı qeyd etdi ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq sərhədlərin dəqiqləşdirilməsi işləri aparılır.
Ona görə KTMT-nin müdaxilə edəcəyi hər hansı proses müşahidə olunmur. Bu qurumda əsas söz sahibi əlbəttə ki, Rusiyadır və onun razılığı olmadan heç bir ölkə ordusu münaqişədə tərəf ola bilməz. Tacikistan-Qırğızıstan sərhədində bu yaxınlarda müharibə oldu, ən azı 40 adam öldü, amma KTMT bu məsələyə demək olar ki, reaksiya vermədi.
Əslində hər iki üzv ölkənin sərhəddə qan tökməsi KTMT-nin həm də etibarsız, Rusiyanın hökmranlıq etdiyi hərbi blok olduğunu təsdiqlədi. Ermənilər də bunu bildiyi üçün Rusiyanın üzərinə şikayətə getdilər, Paşinyan Rusiya prezidentinə zəng etdi. Bu, bir az şantaj siyasətinə də oxşadı, yəni “Qarabağda bizə kömək etmədin, bəs indi buna niyə qarışmırsan?” deyə giley-güzar hiss olunurdu.
Üstəlik, Paşinyan erməni ictimaiyyətinə də üstüörtülü mesaj vermiş oldu ki, o, Rusiyanın adamı deyil, belə olsaydı sözü eşidilərdi və müttəfiq ölkəyə bel bağlamasınlar, Ermənistanı Qərbə inteqrasiya etdirmək lazımdır. Amma bu kimi “peşka” gedişlərlə Rusiyanı “mat” eləmək mümkün deyil. İrəvanın dəfələrlə Moskva siyasətində burnu sındırılıb, peşman olunub. Bəs KTMT niyə işə qarışmadı? Ümumiyyətlə, bu hərbi alyansın prosesə müdaxilə etmək səlahiyyəti var idimi? Putin “NATO”su adlanan qurum hansı halda Ermənistana dəstək verə bilər?
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, KTMT Azərbaycan-Ermənistan sərhədində olan gərginliyə müdaxilə edə bilməzdi. Onun sözlərinə görə, bu qurum üzvü olan ölkəyə başqa ölkənin təcavüzü olanda qarışa bilər: “Sərhədlərin dəqiqləşdirilməsi işi gedirsə, bu, təcavüz sayıla bilməz. Sərhəd münaqişələrinin həll olunması KTMT-nin mandatına uyğun deyil. Onları nizama salmağın yolu hərbi şəkildə deyil, diplomatik danışıqlarla mümkün olur. Ona görə sözügedən alyansın proseslərə müdaxilə etmək səlahiyyəti yoxdur. Digər tərəfdən, üçtərəfli bəyanat var, bu razılaşmada sərhədlərin demarkasiyası qeyd olunub, Ermənistan da bəyanata imza atıb və indi sənədi icra etməlidir. Ermənilərin bu məsələdə yaratdığı süni hay-küy əsassız idi”.
Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, Paşinyan KTMT-nin regiona diqqətini cəlb etmək üçün ilk dəfə deyil belə addım atır. Onun sözlərinə görə, Azərbaycan heç bir təcavüz etməyib, hazırda sərhədlər dəqiqləşdirilir. Polkovnik hesab edir ki, əksinə, bu 30 il ərzində ermənilər həm sərhəd ərazilərdə, həm digər yerlərdə istədiklərini ediblər: “İndi sərhədlərin dəqiqləşməsi prosesi havayı yerə getmir, sovet vaxtı olan xəritələr ortaya çıxarılır və bu faktlar əsasında iş aparılır. Eyni zamanda təkcə xəritələr deyil, müasir texniki vasitələr, peyk sayəsində metrəsinə qədər sərhədi göstərmək olur ki, sərhədlər haradan keçir. Ona görə Azərbaycan tərəfi qarşı tərəflə birgə fəaliyyət göstərir və xətt müəyyənləşdirilir. Heç bir geriləmə də yoxdur, həmin sərhədə biz təzə çıxmışıq”.
Ş.Ramaldanovun fikrincə, bu başlanğıcdır, sərhədlərin dəqiqləşdirilməsi hələ xeyli zaman davam edəcək: “Rusiya ilə sərhədi götürsək, 20 il ərzində bu proses gedirdi, komissiya yaranmışdı, Gürcüstan da həmçinin... Eyni iş Ermənistanla aparılır. Sadəcə, onlar diqqəti çəkmək üçün siyasi addım atmağa çalışırlar. Ermənistanda seçkiqabağıdır, Paşinyan da saman çöpündən yapışıb ki, divident qazansın.
Azərbaycan Prezidenti Qazaxıstan prezidenti ilə, o cümlədən ABŞ təhlükəsizlik katibi ilə telefon zənglərində sərhəd barədə danışıb. Bu, bir daha göstərir ki, Azərbaycan xəritələr əsasında sərhədləri bərpa etməyə çalışır, Ermənistan və Rusiya da prosesdə iştirak edirlər. Və bu iş sivil şəkildə həyata keçirilir, sərhədçilərimiz yüksək peşəkarlıq, soyuqqanlılıq göstərirlər. Yəni heç nə havadan götürülməyib. Sadəcə, bu iş zaman aparacaq".
Polkovnik qeyd etdi ki, KTMT bir halda müdaxilə edə bilər: “O zaman Azərbaycan Ermənistana qarşı silahlı əməliyyat aparsa, onun ərazisinə doğru irəliləsə, işə qarışa bilər. Belə proses yoxdur, olmayacaq da. Cənab Prezident deyib ki, bizim heç kəsin torpağında gözümüz yoxdur. Ona görə konkret sənədlər əsasında dəqiqləşdirmə aparılır və həmin xəritələr hər üç ölkədə var”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
|