Papa kürdlərin qulağına nə pıçıldadı – Yeni xəritə qalmaqalı
Tarix: 12-03-2021, 11:05 | Çap et
İraqdakı Kürd Bölgəsi İdarəsi bir poçt markası buraxıb. Markada Türkiyənin Sivas, Ərzincan, Ərzurum, Qars və cənubu, habelə İskəndərun, Qaziantep, Mardin və Hakkari “Kürdüstan torpağı” olaraq göstərilib. Diqqətçəkən məqam odur ki, bu marka Roma Papası Fransiskin tarixdə ilk dəfə İraqa səfərindən sonra ortaya çıxdı.
Bəzi iddialara əsasən, "Kürdüstan torpağı" adlı xəritənin poçt markası üzərində yayılması "Papanın İraqda nə işi var?" sualına cavabdır. Yaxud da “Suriya ilə İraq niyə parçalandı?” müəmmasının cavabı da kürd məsələsindədir
Sözügedən xəritəyə baxanda Naxçıvanla Türkiyənin arasına yeni bir dövlətin girdiyi görünür. Mütəxəssislər hesab edirlər ki, Qərb yeni dərəbəyliklər yaratmağa davam edir - 100 il əvvəl süni bir erməni dövləti qurdular, indi isə başqa bir macəra axtarışındadırlar.
Məsələ ilə bağlı AYNA-ya danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi şərhçi Araz Aslanlı deyib ki, Yaxın Şərqdə və dünyanın bir sıra yerlərində sərhədləri dəyişdirmək, əraziləri parçalamaq ideyaları gündəmdədir:
- 100 ildən artıqdır ki, bu məsələlər dünya düzənində mövcuddur. Yaxın Şərqdə dövlətlər yaratmaq və mövcud güc mərkəzlərini zəiflətmək, qeyri-sabitlik bölgələri yaratmaq məqsədləri var. “Kürd dövləti” yaratmaq ideyası bütün sadaladıqlarım halların baş verməsinə xidmət edir. Regiondan kənarda olan güclərin həm regionda əraziləri dəyişdirmək, həm böyük gücləri zəiflətmək, həm də qeyri-sabitlik yaratmaq bunların əsas məqsədləri sırasına daxildir. Bunun İraqda, Suriyada, Liviyada və digər Yaxın Şərq ölkələrində nişanələrini görürdük.
Qərbin bu siyasətinin ən qlobal nəticə yarada biləcək forması “kürd dövləti” ideyasıdır. Sözügedən ideya ilə Türkiyəyə, İraqa, Suriyaya, İrana hər zaman təzyiq göstərilib. Türkiyə ilə bağlı iddialar təəssüf ki, həm Türkiyənin öz müttəfiqləri, həm də rəqibləri tərəfindən olub. Müəyyən bir mərhələ var idi ki, Türkiyənin Avropadakı, Qərbdəki müttəfiqləri rəsmi Ankaranın əleyhinə olan iddiaları o qədər də dəstəkləmirdi. “Kürd dövləti” ideyasında bir az soyuq davranırdılar, yaxud da heç dəstəkləmirdilər. Çünki kürdlərə dəstək artanda İraqın şimalındakı “Kürdüstan”dan Türkiyəyə qarşı ərazi iddiaları artır. Yəni Qərbdən dəstək artarsa, onların iddiası çoxalır, dəstək azalanda isə iddiaları zəifləyir və guya, İraq kürdlərinin Türkiyə ilə münasibətləri yaxşıdır. Digər yandan isə Qərbdən daha çox asılıdırlar, Qərbə daha çox bağlıdırlar. Sözügedən xəritəni ortaya atan İraqdakı separatçı düşüncəli kürdlər vəziyyəti dəyərləndirib fikirləşiblər ki, ola bilsin, Türkiyə daha çox sıxışıb, onlar üçün fürsət yaranıb. Eyni zamanda onu da düşünürlər ki, Qərb bunlara dəstəyini artırır.
- Bu düşüncəyə gəlmələrinin Papanın İraqa səfəri ilə bağlılığı varmı?
- Papanın İraqa tarixi səfəri təkbaşına amil deyil. Fransiskin səfəri bir qədər simvolik məna daşıyır. Yəni Papa səfər edib deyə, bunların Türkiyəyə qarşı ərazi iddiası yaranmayıb. Papa çıxdı getdi, sonra? Əlbəttə, bu səfərdən İraq kürdləri müəyyən nəticə çıxarırlar ki, Qərb onlara dəstəyini artırmaq niyyətindədir, Papanın səfəri buna işarədir. Amma əsas fikirləri odur ki, Türkiyə təzyiq altındadır, Qərbdən Ankaraya basqılar var. Problem ondadır ki, Papanın səfərlərinə siyasi və ictimai məna yüklənir. Amma bu mənanı sadəcə İraq kürdləri yox, ABŞ Prezidentindən tutmuş, bütün dünya dövlətləri yükləyir. Yəni bir dini liderin səfəri xüsusi siyasi məna baxımından dəyərləndirilir. Təbii, “Kürdüstan” qurmaq istəyən separatçılar Papanın səfərindən istifadə etməyə çalışırlar. Bilirlər ki, bütün dünyanın gözü İraqda olacaq. Fürsətdən istifadə edərək də, həmin poçt markasını Papanın səfəri kontekstində yayırlar. Fikirləşiblər ki, bunun effekti daha çox olacaq.
- Bəs effekti oldumu?
- Əlbəttə, artıq effekt ala bildilər. Çünki adi vaxt bu cür marka buraxmaq belə genişmiqyaslı effekt yaratmaz. Olsa da, lokal təsir göstərərdi. Amma Papa regiona gəlirsə, dünyanın diqqəti ordadırsa, bu, beynəlxalq medianın, xarici dövlət başçılarının mövzusu olacaq. Separatçılar da bundan istifadə etdilər. Fikrimcə, belə bir markanın buraxılması oradakı separatçı kürdlərin özlərinin beyin məhsulu deyil. Necə ki, ora ilə bağlı beynəlxalq güclərin maraqları, siyasətləri var, həmin marka da onların ideyası ilə buraxılıb.
- Maraqlıdır ki, ABŞ-da Demokratlar Partiyası hakimiyyətdə olduğu zaman “Kürdüstan” ideyası gündəmə daha qabarıq gətirilir. Bunun səbəbi nədədir?
- Demokratların hakimiyyətə gəlməsinin “kürd dövləti” ideyası ilə bir neçə baxımdan əlaqəsi var. Birinci əlaqə simvolikdir. Adətən Demokrat Partiyası milli azlıq problemləri ilə daha çox məşğul olur. Yəni onların ideologiyası belədir – insan hüquqları, demokratiya, azlıqların hüquqları və s. Respublikaçılar Partiyası isə hakimiyyətdə olarkən daha çox neft, təhlükəsizlik amillərini daha ön plana çıxarır. Amma yeni gələndə Respublikaçıların da dövründə insan hüquqları, azlıqların hüquqları məsələlərinə toxunulur. Sadəcə, hər birində mövzuların ağırlıq dərəcəsi digərinə nisbətdə fərqlilik təşkil edir.
İkincisi, ABŞ-ın hazırkı Prezidenti Co Bayden hesab edir ki, Donald Tramp Amerika qitəsi daxilinə daha çox qapanan siyasət yeritdi ki, bu da səhv idi. Baydenin düşüncəsinə görə, bir qədər dünyaya açılmaq lazımdır. Bu baxımdan, əlbəttə, dünyanın hər bölgəsi ilə bağlı məsələləri Bayden Administrasiyası dəyərləndirməyə çalışır.
Üçüncü məsələ Bayden hakimiyyətinin Türkiyə ilə münasibətlərə verəcəyi önəm olacaq. O, Obama kimi, Türkiyənin bölgədə və dünyadakı rolunu güclü görəcəkmi? Ankaranın önəmli olduğunu hesab edəcəksə, o zaman Ağ Evin “kürd dövləti” məsələsi ilə bağlı siyasəti fərqli olacaq. Yox, əksini düşünəcəksə, o zaman bir qədər də basqı siyasəti yeridiləcək. Mən Bill Klintonun hakimiyyət dövrünü xatırlayıram. Həmin vaxt rəsmi Vaşinqton Ankara ilə yaxın idi, amma “kürd dövləti” ideyası ilə bağlı ata Buşun dövründə qoyulmuş siyasət davam etdirildi. Hətta, kürdlərə dəstək Klinton vaxtında bir qədər gücləndirildi.
Ümumiyyətlə, İraqdakı Kürdüstan bölgəsi ilə bağlı toxumu ata Buş atmışdı, separatizmin dirçəlişi üçün isə Klinton dövründə çox ciddi işlər görüldü. Ötən əsrin 90-cı illərində kürdlərin içərisindən insanlar seçdilər, onları təlimatlandırdılar, hazırladılar. Oğul Buşun dövründə, yəni 11 sentyabr hadisəsindən sonra ABŞ İraqa girəndə, Kürdüstan bölgəsinə hazır kadrlar gətirdilər. “Kürd dövləti” ideyası birdən-birə yaranmadı. Demək istədiyim odur ki, Respublikaçılar, Demokratlar və sonra yenə Respublikaçılar hakimiyyətə gəldi və bunlar bir-birinin davamı olan siyasət yeritdi. Burada incə bir məsələ var – Türkiyəyə Ağ Evin verdiyi önəm. Türkiyəyə ABŞ Administrasiyası önəm verəndə “kürd dövləti” məsələsi gündəmə qabarıq şəkildə gətirilmir. Əksinə, kürdlərin Türkiyə ilə yaxın olmasını, birlikdə hərəkət etmələrini istəyirlər. ABŞ Türkiyəyə təzyiq göstərmək istərkən isə “kürd dövləti” məsələsi qabardılır. Kürdlər Ankaraya bir növ basqı alətidir.
- Belə bir vəziyyətdə rəsmi Ankara hansı addımları atacaq və ya atmalıdır?
- Bu gün Türkiyə bölgədəki kürd problemi qarşısında tək qalmaq istəmir. Əvvəl sözügedən problemlə 4 ölkə qarşı-qarşıya idi – Türkiyə, İraq, Suriya və İran. Hər biri də problemin fərqli şəkildə zərərini görürdü. Suriyada, İraqda mərkəzi hakimiyyət çox zəiflədi, İranda da vəziyyət yaxşı deyil. Elə vəziyyət yaradırlar ki, bu problemin qarşısında sadəcə Türkiyə qalsın. Hamının ziyanına olan bir məsələnin yükünü rəsmi Ankara yəqin ki, təkbaşına üzərinə götürməyəcək. Amma Türkiyə ərazi bütövlüyünə qarşı təhdidlərə əvvəlkindən daha kəskin reaksiya verəcək. Çünki Türkiyə “soyuq müharibə” dövründən sonra bəzi məqamlarda çox cəsarətli olub, amma gücü cəsarətinə uyğun olmayıb. Bəzi məqamlarda da gücü uyğun olub, amma cəsarəti çatmayıb.
İndiki halda ilk dəfədir ki, güc və cəsarət zirvə nöqtədədir. Yəni rəsmi Ankara indi qərarları rahat qəbul edir və icrasını da həyata keçirməyə gücü var. Məsələ burasındadır ki, bu gün Türkiyə bir neçə yerdə problemlərlə qarşı-qarşıyadır. Bu, Türkiyəyə bir qədər maneə yaradır. Tutaq ki, Qarabağda fərqli vəziyyət olmasaydı, Suriyada, Liviyada fərqli durum olmasaydı, yəqin ki, “kürd bölgəsi” adlı poçt markası heç Papaya çatmamış Türkiyə onlara lazımi cavabı vermişdi. Təbii, indi də Ankaranın bu məsələyə münasibəti olacaq, həm də daha sərt addımlar atılacaq. Amma bu, duyğusal refleks olmayacaq, nəticə yaradan addım olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Bu gün, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Bu gün, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Bu gün, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Bu gün, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Bu gün, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Bu gün, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Bu gün, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
|