QARA DƏNİZ UĞRUNDA MÜBARİZƏ - Türkiyə-Ukrayna əməkdaşlığı nəyə hesablanıb?
Tarix: 22-02-2021, 09:16 | Çap et
Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi Qara dəniz sahillərində yerləşən Türkiyə və Ukraynanı strateji əməkdaşlara çevirdi. Hazırda onlar silahlanma və aviasiya sahələri üzrə birlikdə 30-dan çox layihə həyata keçirirlər.
İkitərəfli əlaqələrin dinamikası göstərir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələni şəxsi nəzarətinə götürüb. O, 2018-ci ilin oktyabrından indiyədək Ukrayna prezidentləriylə on dəfə görüşüb (Vladimir Zelenski ilə 2019-cu ilin mayından).
Keçən illər ərzində Türkiyə Hərbi Sənaye Kompleksi (HSK) böyük nailiyyətlər qazanıb. Ancaq onun zəif yeri mühərriklərin istehsal edilməsi sahəsidir. Bu işdə Ukrayna Türkiyənin köməyinə gəlməlidir. Çünki sovet dövründə bütün tip mühərriklər istehsal edən əsas müəssisələrin demək olar ki, əksəriyyəti Ukrayna ərazisində yerləşirdi.
Ankara Krımın işğalını qınayır və Ukraynanın ərazi bütövlüyünün bərpasını tələb edir. Belə ki, Krımın işğalından sonra Qara dənizdəki hərbi qüvvələr nisbəti Rusiyanın xeyrinə dəyişib və Türkiyə bunu özünə təhlükə sayır. Rusiyanın Krımda yerləşdirdiyi hərbi sistemlər bütün Qara dəniz regionunu əhatə edə bilər. Ona görə də, Ankara Qara dənizin “rus dənizinə” çevrilməsindən ehtiyatlanır. Ukrayna ilə sıx əlaqələr quran Türkiyə buna qarşı çıxmaq istəyir. Ukrayna isə Türkiyə kimi dövlətlə əməkdaşlıq etməklə özünün kövrək mövqeyini möhkəmləndirməyə çalışır.
Türkiyənin SETA (Siyaset, Ekonomi ve Toplum Araşdırmaları) analitik mərkəzinin siyasi icmalçısı Zafer Meşe deyib: ”Əgər Qara dəniz ətrafı dövlətlər Rusiyanı özünə təhlükə sayırsa, onda bu, ABŞ-a da sərf edir. Əksinə, əgər Amerika Qara dənizdəki iştirakını azaldarsa, onda bu, Rusiya üçün xeyli üstünlük gətirər”.
Strateji aspektdən başqa, Ankara həmçinin türk azlığının himayədarıdır və ona görə də, Rusiyaya qarşı mənfi münasibət bəsləyən Krım tatarlarının müdafiəsinə qalxmaq vacib məsələdir. Ümumi sayları 3 milyon olan Krım tatarlarının yalnız 10%-i Krımda yaşayır. Onların əksəriyyəti Türkiyədə məskunlaşıb.
2014-cü ildən sonra Türkiyə və Ukrayna arasındakı əməkdaşlıq xüsusilə intensivləşib. 2020-ci ilin oktyabrında hər iki ölkənin müdafiə və xarici işlər nazirləri Ukraynaya dörd korvet verilməsini və həmçinin də “Baykar” və “Ukrspeçeksport” şirkətləri arasında konsorsium yaradılmasını razılaşdırıblar. Bu konsorsium Ukraynada Türkiyənin “Bayraktar TB2” dronlarını istehsal edəcək. Bu dronların Ukraynanın şərqindəki rusiyapərəst separatçılara qarşı istifadə olunması nəzərdə tutulur.
2018-ci ildə Türkiyə Ukraynaya altı ədəd “BayraktarTB2” dronu satıb. Keçən il bu PUA-lar Qafqazdakı və Liviyadakı hərbi münaqişələrin gedişinə həlledici təsir göstərib. İndi “Baykar” Ukrayna istehsallı mühərriklərlə təchiz olunmuş yeni “Akıncı” döyüş dronlarını hazırlayır.
Ukrayna Türkiyədən “MİGEM” (Milli Gemi) tipindən olan və radarlara yaxalanmayan korvetlər sifariş verib. Onların istehsalı tədricən Ukraynaya köçürülməlidir. Ukrayna Türkiyə ilə birlikdə öz Hərbi Sənaye Kompleksindəki böyük çatışmazılıqları aradan qaldırmaq və müştərək PUA-lar, gəmilər, raketlər, təyyarələr və tanklar üçün müxtəlif mühərriklər istehsal edilməsi istiqamətində işlərə başlayır. Türkiyə mətbuatının məlumatına görə, “Aselsan” konserni tərəfindən işlənib hazırlanmış “Gezgin” raketi üçün Ukraynaın “İvçenko-Proqress” müəssisəsindən mühərriklər alınıb. İki ölkə Türkiyənin “Altay” tankı üçün mühərrik hazırlanmsı istiqamətində də əməkdaşlıq edirlər. ”Altay” tanknın ilk modifikasiyası 2012-ci ildə nümayiş olunmuşdu. Lakin onun hazırlanması ləngidi. Çünki Almaniyanın dizel və qaz-porşen mühərriklər istehsal edən “MTU Friedrichshafen” şirkəti Almaniyanın Türkiyəyə ixracata məhdudiyyətlər qoyması üzündən, onlara istədikləri məhsulu göndərə bilmir. Elə həmin səbəbdən də Almaniyanın “Rheinmetall” şirkəti “Leopard 2” tankındakı analoji silahı “Altay” tankı üçün göndərməyəcək.
Ukraynanın ixtiyarında olan mühərriklərin gücü zifdir və bu, Türkiyə tankına yaramır. Türkiyə, həmçinin Ukraynadan “S-125” zenit-raket sistemləri alınmasıyla bağlı müqavilə imzalayıb. Amma bu sistemlər orta radiuslu raketlərdir və Rusiyanın “S-400” sistemlərini əvəzləyə bilməz.
Gələcəkdə Türkiyənin “Antonov” yük təyyarələrinin istehsalında iştirakı planlaşdırılır. Türkiyənin müdafiə sənayesi məsələləri üzrə ixtisaslaşmış “TurDef” internet-jurnalının baş redaktoru Özgür Eksi deyib: ”Hər iki ölkənin güclü tərəfləri bir-birini dişli çarxın hərəkəti kimi tamamalayır. Hər iki ölkə silah istehsalı üzrə ən inkişaf etmiş ölkələr sırasında deyil, onlar yalnız ikinci qrupdadırlar. Ona görə də burada heç bir ölkə digəri üzərində hökmranlıq etmir, hər ikisi öz faydalı töhfəsini verir. Türkiyənin ehtiyac duyduğu şeylər Ukraynada var və əməkdaşlıq hər iki tərəfə sərfəlidir. Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür, Ukrayna isə 2018-ci ildən NATO-ya namizəddir. Türkiyə NATO standartlarına və normalarına görə işləyir və Ukraynanın tədricən bu alyansa qəbul olunmasına kömək edir. Bundan başqa, Türkiyə istehsal etdiyi hərbi məmulatları NATO-nun digər tədarükçülərinə nisbətən ucuz təklif edir”.
("Frankfurter Allgemeine Zeitung" - Almaniya)
Tərcümə "AzPolitika"nındır
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|