Gürcüstanda siyasi böhran dərinləşir - Qonşuda NƏ BAŞ VERİR?
Tarix: 19-02-2021, 09:15 | Çap et
Gürcüstanın Baş naziri Georgi Qaxariya vəzifəsindən istefa verib. Baş nazirin istefasından sonra Gürcüstan hökuməti tam tərkibdə istefaya gedib. Sabiq hökumət başçısı qeyd edib ki, istefasına səbəb müxalifət lideri Nika Meliyanın həbsi ilə bağlı hakim “Gürcü arzusu” ilə arasındakı fikir ayrılığıdır:
“İnanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında qütbləşmənin azalmasına kömək edəcək. Əminəm ki, aramızdakı qütbləşmə və qarşıdurma ölkəmizin gələcəyi və iqtisadi inkişafı üçün ən böyük riskdir”. Qaxariya “Gürcü arzusu” Partiyasından da istefa verdiyini açıqlayıb. 45 yaşlı eks baş nazir 2019-cu ilin sentyabrından bu vəzifəni icra edirdi.
Xatırladaq ki, Tbilisi şəhər məhkəməsi ötən gecə müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya barəsində həbs-qətimkan tədbiri seçib. O, 2019-cu ilin 20 iyunundakı hadisələrdə təqsirkar hesab edilib. Qanunverici orqan Meliyanın deputat toxunulmazlığını ləğv edib. Məhkəmənin qərarından sonra Vahid Milli Hərəkat Partiyasının ofisi qarşısında gərginlik baş verib. Etirazçılar Meliyanı həbs etməyə gələn hüquq-mühafizə orqanlarının işçilərinə partiyanın ofisinə daxil olmağa imkan verməyib. Gürcüstan müxalifəti də birgə bəyanat qəbul edərək, Nika Meliya ilə həmrəy olduqlarını bildiriblər. Gürcüstanın Daxili İşlər Nazirliyi müxalifət partiyalarına xəbərdarlıq edib. Nazirlik onları zorakılıqdan çəkinməyə və polis əməkdaşlarının məhkəmənin qərarını icra etməsinə əngəl törətməməyə çağırıb. ABŞ-ın Gürcüstandakı səfirliyi isə hadisələrə görə narahat olduğunu bildirən açıqlama yayıb.
Qonşu ölkədə yaşanan siyasi böhranı “Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli “Şərq”ə bildirib ki, əslində qarşıdurmanın əsas səbəbi parlament seçkilərinin saxtalaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, müxalifət bloku bir sıra bölgələrdə səslərin pulla alındığını, hakim partiyanın inzibati resurslardan istifadə etdiyini iddia edərək parlamenti qeyri-legitim sayır:
“Müxalifət bütün saxtakarlıqlara görə milyarder Bidzina İvanaşvilini suçlayır. Qeyd edirlər ki, İvanaşvili siyasətdən getdiyini, partiyanın işlərinə qarışmadığını bəyan etsə də, əslində hökuməti pərdə arxasından idarə edən əsas fiqurdur. Müxalifət seçkidə 30 faiz səs toplasa da, saxtakarlığı əsas gətirərək parlamentin iclaslarında iştirak etmir.
Onsuz da iqtidar-müxalifət münasibətləri gərgin idi. Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbs qərarı hökumətlə müxalifət arasındakı qarşıdurmanı daha da kəksinləşdirdi. Tərəflərin gərginliyi toqquşma həddinə gəlib çatdı. Qaxariya Gürcüstanın demokratik bir ölkə olduğunu, müxalif bir partiya sədrinin bəhanələrlə həbsinin qəbuledilməz olduğunu düşündüyü üçün vəzifəsindən getdi”.
Analitikin qənaətincə, sabiq baş nazir ölkədəki avtoritar meyillərin güclənməsinə qarşı çıxdığı üçün istefa qərarı aldı:
“Maraqlıdır ki, Qaxariyanın istefasından sonra polis Meliyanı həsb etməkdən imtina etdi. Hazırda proseslər dondurulmuş şəkildə saxlanılır. Nəticə etibarı ilə Gürcüstan hökuməti böhran içindədir. “Gürcü arzusu” uzun müddət hakimiyyətdə olmasına baxmayaraq, verilən vədlərin heç birini reallaşdırmayıb. Qonşu ölkədə siyasi böhranın əsas səbəblərindən biri də xalqın narazılığı, ağırlaşan iqtisadi durumla bağlıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|