Köçəryanı hakimiyyətə qaytarmaq niyyəti - blef, yoxsa...
Tarix: 10-02-2021, 09:22 | Çap et
Qarabağ canisi, eks-prezident Robert Köçəryan Rusiyaya “duza gedirmiş” kimi səfər etdi. Ancaq onun səfərsonrası davranışları “suyu süzülə-süzülə” qayıdan şəxs təəssüratı yaradır. Ən absurdu bu idi ki, Ermənistanda Daşnaksütyun kimi mənfurların da daxil olduğu partiya daxil, bir sıra təşkilatlar Köçəryanın Moskva səfərindən “əli dolu” qayıdacağını zənn edirdilər.
Köçəryanın hakimiyyətə qayıtmaq istəyi ilə Ermənistandakı rusiyapərəst qüvvələrin də fəallaşması müşahidə olunur. İddia olunur ki, Moskvada Köçəryana vəd ediblər ki, ölkənin böhrandan çıxarılması üçün siyasi və iqtisadi yardım göstəriləcək, ordunun bərpasına dəstək veriləcək. Həmin mənbələrə görə, Ermənistan müxalifəti yaxın vaxtlarda Paşinyanın istefası tələbi ilə kütləvi küçə aksiyalarını bərpa etmək niyyətindədir. Bu arada “Vətəni xilas hərəkat”ı 18 fevrala təyin etdiyi ümumrespublika mitinqini 20 fevral tarixində keçirəcəyini açıqlayıb. Həmçinin Rusiyaya inteqrasiya tərəfdarı olanlar da yeni bir blokda birləşməyə qərar veriblər.
Ermənistana 8 il rəhbərlik etmiş R.Köçəryanın vaxtilə Rusiya prezidenti ilə dostluq əlaqələrində olması, həmçinin Vladimir Putinin İrəvana səfəri zamanı həbsdə olan Köçəryanın arvadı ilə görüşməsi Qarabağ klanında və bu klana “stavka” edənlərdə bəzi ümidlər yaratmışdı. Ancaq bunlar anlamırlar ki, 44 günlük savaşdan sonra artıq bölgədə durum, həmçinin proseslərə yanaşma bucağı köklü şəkildə dəyişib. Azərbaycan rəhbərliyinin Qarabağdakı cinayətlərə görə ittiham etdiyi caniləri - Xocalı soyqırımının əsas müəlliflərini hakimiyyətə qaytarmaq cəhdləri uğursuzluğa məhkumdur. Bunu sülhü tənzimləmə prosesində iştirak edən və müşahidəçi statusunda olanlar da gözəl anlayır. Düzdür, Köçəryan böyük siyasətə qayıtdığını elan edib - 12 ildən sonra. Ancaq hər kəs bilir ki, R.Köçəryanın hakimiyyətə qayıdışı bölgədə yeni müharibənin başlanması demək olacaq. Belə bir vəziyyət isə bir çoxlarına, heç ermənilərin özlərinə də sərfəli deyil.
Qeyd edək ki, 2008-ci ilin 1 martında Köçəryanın hakimiyyəti R.Köçəryana ötürməsinə qarşı çıxanlar gülləbaran edilmiş, nəticədə azı 10 nəfər öldürülmüşdü. İndi R.Köçəryanın müdafiəçiləri iddia edirlər ki, eks-prezidentin hakimiyyətə qayıdışını əngəlləmək üçün məhkəmə prosesi uzadılır, ancaq Köçəryanın qatil olmadığını kim bilmir ki?
Qarabağdan gələn məlumatlar isə “odun üstünə yağ tökür”. Əsasən bildirilir ki, yanvarın 1-dən Ermənistan Qarabağa xidmət keçmək üçün çağırışçı göndərməyi dayandırıb, yerli ordu isə buraxılacaq, hətta qondarma “xin” ləğv olunacaq. Bu iddialar Qarabağdakı xunta başçısı tərəfindən təkzib edilsə də, Qarabağ ətrafında yeni oyun başladığı aydındır. Paşinyanın komandası da bunu anlayıb və erkən seçki ideyasından vaz keçib. Ümumiyyətlə, Köçəryanın seçki yolu ilə hakimiyyətə gəlmək şansı varmı? Axı ordu Köçəryan-Sərkisyan dövründə korrupsiya yuvası olub və məğlubiyyətdə onların da payı var. Prezident İlham Əliyev də bunu dəfələrlə vurğulayıb. Əgər belə bir vəziyyət reallaşarsa, Köçəryan qayıdarsa, Ermənistan-Azərbaycan münasibətlərində nələr dəyişə bilər?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda R.Köçəryanın nüfuzu və siyasi imici yüksək səviyyədə deyil: “Onun Moskvada olduğu zaman verdiyi müsahibə revanşa həsr olunmuşdu. Ermənistan rəhbərliyini tənqid edərkən Köçəryan özü haqda az qala ”xilaskar" obrazını yaratmaq istəmişdi. Sanki məğlubiyyəti aradan götürməyə belə, hazırdır. Revanş ideyası erməni cəmiyyətinin bir hissəsi üçün bəlkə də cəlbedici olacaq. Amma sual yarana bilər: Köçəryan revanş üçün hansı yollardan, nədən istifadə edə bilər? Demək olar ki, heç bir imkan qalmayıb. Bu baxımdan onun qayıdışı və siyasi uğur qazanması mümkün görünmür. Bu, şəxsən məndə şübhə yaradır". Diplomat bildirdi ki, Nikol Paşinyanın müharibədən sonra belə nüfuzu heç də aşağı deyil: “İkincisi də Paşinyan indi hansı ideyanı cəmiyyətə çatdıracaq? Təbii ki, Qərbə getməyi. Artıq Ermənistanın siyasi yükü yoxdur - yəni Qarabağ məsələsi. Rusiya ilə onları birləşdirən bir şey də yoxdur. Çünki Qarabağ yoxdur. Deməli, Qərbə yönəlik siyasət davam etdiriləcək. Vəziyyəti düzəltmək üçün yeganə yoldur. Köçəryanın qayıdışı bir növ deklarasiya şəklində baş verir. Nəticədə köhnə ideyanın bu və ya digər şəkildə devalvasiyasına gətirib çıxaracaq”.
Deputat Arzu Nağıyev isə bildirdi ki, Köçəryanın hakimiyyətə gəlməsi, ümumiyyətlə, inandırıcı görünmür: “Onun ”zühur" etməsi də, sadəcə olaraq, Rusiyanın xeyir-duası və Paşinyanı əvəz etmək üçün yeni bir namizədin tapılmamasından irəli gəlir. Məlumdur ki, Qərb Paşinyanı dəstəkləyir. Eyni zamanda həm Rusiya, həm də Qərb başa düşürlər ki, Azərbaycanın təkidi ilə əvvəl-axır Köçəryan və Sərkisyan beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar. Paşinyan isə ən uzağı son iki ildəki əməllərinə görə cavabdehdir. Bundan başqa, Köçəryan nə qədər özünü birləşmiş müxalifətə lider kimi sırımağa çalışsa da, bunu Ermənistan elitası qəbul etmir. Artıq onsuz da “Qarabağ klanı” ilə yerlilər arasında dərin uçurum var. Manukyan da bu uçurumu aradan qaldıra bilmədi, Vanesyanı da cəmiyyət qəbul etmədi. Mən düşünmürəm ki, Rusiya tam şəkildə Köçəryanı dəstəkləsin. Əgər diqqətlə izləsək görərik ki, onun müsahibə verdiyi müxbir belə ermənidir və Nijde kimi bir faşisti dəstəkləyir. Deməli, bu, diasporanın istəyidir və burada da, sadəcə olaraq, cənab Putinlə “dostluq” məsələsini meyar götürməyə çalışırlar". A.Nağıyev qeyd etdi ki, Paşinyan istefa verməyə tələsmir və ermənilər də bunu istəmir: “İstəyənlər isə o qədər ciddi vətəndaş dəstəyi olmayanlardır. Bunu artıq Ter-Petrosyanın da bəyanatında gördük. Bundan başqa, Paşinyan seçkilərin olmayacağını da bəyan etdi. Bu gün Paşinyan və onun komandası ABŞ prezidenti cənab Baydenin də münasibətini səbirsizliklə gözləyirlər və eyni zamanda başa düşürlər ki, Bayden təklikdə ABŞ demək deyil və Azərbaycanla çox ciddi tərəfdaşdırlar. Qarabağdan gələn məlumatlar isə əsasən qızışdırıcı mövqe sərgiləyən qüvvələrlə bağlıdır. Fikir verəndə hiss edilir ki, əsasən Araik kimi, Balasanyan kimi quldurbaşıların mövqeləri, bəyanatları və sülhməramlıların onlarla guya əlbir olmaları kontekstindən verilir”. Deputat digər məqama da diqqət çəkdi: “Türkiyə amili çox vacib olduğu üçün mütəmadi olaraq onu da gündəmə gətirirlər. Düşünürəm ki, ən ciddi daxili və xarici siyasəti mərhələli şəkildə cənab Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan hakimiyyəti aparır. Mərhələli şəkildə məqsədə nail olmaq kimi siyasət həyata keçirilir. Bunun da sonunun demoqrafik dəyişikliklər və böyük köçlə nəticələnəcəyi əminliyi var və belə də olacaq. Bu isə bütün deyilən və yayılan şayiələrin sonu olacaq. Təbii ki, hərbi əməliyyatlardan sonra ən ciddi məsələ diplomatik, informasiya, iqtisadi və demoqrafik məsələlərdir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda ciddi şəkildə ideoloji inqilabın şahidi olmaqdayıq: “Bu mübarizədə əslində qalib tərəf qərbyönlü Paşinyan tərəfdarları olsa da, müharibədən sonra bu ölkədə Rusiyanın güclənməsi siyasi səhnədə Paşinyanın və qərbpərəstlərin təklənməsinə gətirib çıxarıb. Bu kontekstdə Köçəryanın Moskvadan qayıtmasından sonra özünə əmin şəkildə seçkilərdə iştirak edəcəyini və qalib gələcəyini bildirməsi də onu deməyə əsas verir ki, Rusiyadakı erməni diasporası, oliqarxiya da nəyin bahasına olursa-olsun Paşinyanın hakimiyyətdən getməsi üçün hər şeyi edəcək”.
Bu yerdə qeyd edək ki, R.Köçəryan hələ özünü 1 mart 2008-ci il cinayətlərinə görə Ermənistan məhkəməsindən xilas edə bilmir, o ki qaldı Ermənistanda hakimiyyətə gəlib ölkəni xilas edə bilsin. Fevralın 9-da İrəvanda Köçəryan və digərlərinin məhkəmə prosesi davam etdirilib, vəsatətlər müzakirə olunub. Məhkəmə prosesinin bundan sonra qapalı keçirilməsi barədə qərar verilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|