“SAHİL BABAYEV, İNSAFIN OLSUN...” .....                     Paşinyanın qorxuları... .....                     İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır .....                     Pensiyası kəsilən Laçın sakini... .....                     Rusiyanın Azərbaycana qarşı qara piarı .....                     Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı .....                     Gömrükdə adama tövbələtmə oxudurlar .....                     İran özünün düşmənçilik yolundan əl çəkməsə... .....                     Gəncə Xəstəxanasından ŞİKAYƏT .....                     "Şəhid şəkillərini maşına vurub gəzmək…" .....                     Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? .....                     Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı .....                     "Xalq artistləri sakit durublar, mən də susacağam" .....                     Özünüz bilmədən adınıza kredit götürürlər .....                     Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... .....                     Vəziyyət o qədər ağırdır ki... .....                     Səlahiyyətsiz orqanlara sönük seçki: .....                     Müəllimlər üçün yeni “biznes”: .....                     Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... .....                     Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                     UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər .....                     Tanınmış rejissora ağır itki .....                     Bakının həmləsi İrəvanı hərəkətə gətirdi .....                     Biz olmasaq, Ermənistan üçün çətin olacaq .....                     Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi .....                     Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? .....                     Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü .....                     Məmurdan aylıq 2000 manat aliment tələb olunur .....                     Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... .....                     Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? .....                     Gömrük Komitəsində təqaüd qalmaqalı .....                     Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA .....                     İsmayıllıda doğuş zamanı körpə ölüb .....                     Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq .....                     Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı .....                     Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi .....                     Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Suriya və Ermənistan arasında razılaşma .....                 

Avropa “xalqdan oğurlanan” 11 milyardı necə yedi…
Tarix: 10-03-2018, 10:05 | Çap et
Avropa “xalqdan oğurlanan” 11 milyardı necə yedi…
Günlər öncə Belçikanın “Eoruclear Bank” adlı bankında Müəmmər Qəzzafinin adına olan 16 milyard avro dəyərində pulun böyük bir hissəsinin oğurlandığı haqda məlumatlar yayıldı. Xəbərdə deyilirdi ki, həm qiymətli kağızlara yatırlmış vəsaitlərin, həm də nəğd şəkildə yerləşdirilmiş valyutanın 11 milyard avrosu harasa qeyb olub və yerində cəmi 5 milyard avro pul qalıb. Məlumatı heç də sarı media deyil, nüfuzlu “Le Vif” jurnalının yayması yağmalama əməliyyatının gerçəkliyinə şübhə yeri qoymurdu.

2011-ci ildə Liviyada bədəvi ərəbləri ayağa qaldıran NATO qırıcıları sonda demokratiya tanklarını Benqaziyə yeridəndə cümhuriyyətin lideri ölkəsində qaçıb zorla özünə gizli bir sığınacaq tapdı. Qərbin informasiya nəhəngləri, BBC və CNN də hər gün xalqdan oğurlanan pulların Avropa banklarına yatırılmasından, Sarkozinin seçki kampaniyasına göstərilən yardımlardan, xalqın səfil günündə yaşaması müqabilində özünü gənc qızlarla əhatə edən inqilab başçısının rok ulduzu kimi bəzənib səhnəyə çıxmasından bəhs edən çarxları təkrar-təkrar beyinlərə yeridirdi.

Onlarla ölkədə sınaqdan çıxarılan “devrim planı” “Panaqavk” raketlərindən daha öldürücü gücə malik olduğundan, 42 illik xanimanı iki ay içərisində yerlə-yeksan etdilər. Tarixən qum krallarını qəbul etməyənlər qan karxanalarını sazlayıb təzədən tayfa davalarına çıxdılar. Dəvədən avtomobilə düşənlər üçün orta əsrin qaranlığına qayıtmaq toy-bayram idi. Neyləmək olar, hökm Allahındır!

Quduzlaşmış kütlə səhra cənnətini ən azı 4 klan arasında əbədi davam edən qanlı müharibələrə dəyişməyə razılıq veribsə, bir kimsə onların qarşısını ala bilməz. Halbuki o vaxt milləti savaşdan xilas etmək üçün hərəkətə keçməli olan BMT sülh konvoyu göndərməkdənsə, qərar çıxarıb Liviyanın pullarını Belçika banklarında dondurdu. Pan Gi Munun aldığı məvacibin hardan gəldiyini bilən yox idi. Ona görə də bütün dünyada azadlıq carçılarının və ərəb müstəmləkəçiliyinə son qoyulacağını iddia edənlərin yalnız bir məşğuliyyəti vardı, o da xalqdan oğurlandığı iddia olunan, halbuki xaricə əlverişli investisiya kimi yönəldilən vəsaitlərin taleyi nə olacaq?

Cavab göz qabağındadır - 11 milayrd avronu oğurlayıblar. Landormatın gücünə bir baxın. Amma Qərbin hərbi-siyasi mərkəzi Brüsseldəki fırıldağın miqyası heç kəsi təəccübləndirmir. Aman Tanrı, məzlum insanlara, Tripolidə can bazarında olum-ölüm mübarizəsinə çıxanlara çatmalı olan sərvətə qoca qitənin aristokratları, anqlo-saks dünyasının zənginləri necə göz tikə bilər?

Yox, inanılmazdır, ədalət mücəssiməsi olan parlamentlər, media quruluşları və hakimlər adını “Qəzzafinin pulları” qoyduqları əmanətləri toxunulmaz olaraq saxlayacaqlar. Axı heç kəs onlardan əlavə faiz istəmir, hərçənd ki, ötən 7 ildə qiymətli kağızlar bazarında yetim ərəbin səhmləri qat-qat bahalanıb.

Bəli-bəli, Strasburq və Berlin indi ayağa qalxıb diktatorun əzazilliyinə və sərvət düşkünlüyünə misal kimi böyütdükləri avro-dollar piramidasını dünyanın gözü qarşısında dəvələrə yükləyib “qara qitə”nin özünə göndərəcəklər. Yoxsa, elə çıxar ki, demokratiyanın qiyməti, yaxud bədəli, o da olmasa, bir ölkəni işğal etməyin qəniməti budur. Hə, göysatan afrikalını, asiyalını hökumətinin üstünə qaldırmağa 1 milyon xərcləyirsən, əvəzində gör nə qədər sərvətə yiyələnisən. Əcəb siyasi biznesdir.

Hər sent əmanət bir bomba olub düşür liviyalıların öz başına. Amma nə olsun, diktatura cənnəti demokratiya cəhənnəmindən pisdirsə, qoy onda hər kəs xaosda yaşasın.

Yaxşı-yaxşı baxın, bir vicdanlı televizya kanalı belə ərəblərin oğurlanan, itən pullarından danışmır. Bəlkə onları da Qəzzafinin pulları ilə susdurublar…

Əvəzində siz zəngin lordların, konqresmenlərin yaxasında böyük dövlət qurucularının qızılı statuası ilə yüksək tribunalardan mənəvi təmizlik və siyasi bakirəlik haqda alovlu nitqləri dinləməli olursuz. Məgər, Obama inqilabın baş ideoloqu kimi xanım Klintonla birgə qələbə raportlarını verəndə əlifba sırası ilə A-dan Z-yədək hər yerə hürriyyət çələngi taxacaqlarını vəd etməmişdilər?!

Cəmi 20 min dollar pulun üstündə bir ölkəyə az qala sanksiya tətbiq etməyə çalışırlar ki, amandır, qoyma, diktatura qalıqları gəlib onların ərazisində lobbi və ələalma fəaliyyəti aparır. Qəzzafi öləndən sonra isə ən azı 150 milyard avronu Strasburqun həndəvərində əridiblər, CNN-də isə qul kimi satılan bədəvi ərəbinə göz yaşı tökürlər ki, baxın, 21-ci əsrdə hələ də köləlik qalır. Çox əcaib mənzərədir. Azadlıq bəzən diktatura qədər ikrah doğurur...

İndi əsas sual budur: daha neçə ərəb dövlətinin pulunu xərcləyib onlara gün ağlamaq olar? Səud krallarının tabutunun altına girən avroliderləri, məsələn, elə, Devid Kemeronu, görəsən, belə əyilməyə vadar edən nədir?

Yoxsa, hamı bac-xərac verib inqilabdan canını qurtarır?

Krallar ölüblər, cənablar… Lakin onların pullarını xərcləyən demokratlar hələ yaşayır…

Axı, pulyuyan camaşırlar ərəb qanını avrolardan və dollarların üstündən necə təmizləməyi yaxşı bilir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41
Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37
İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34
Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32
Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28
Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23
Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21
İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12
Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10
"Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07
Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22
Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16
"Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34
Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32
Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10
Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02
Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00
Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58
Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17
Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11
UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07
Tanınmış rejissora ağır itki
Dünən, 18:02
Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00
Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59
Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47
Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40
Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31
Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18
Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11
Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07
Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02
Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01
İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50
Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49
Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47
Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34
Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14
Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13
"Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04
Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58
Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57
"Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52
Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50
“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Dünən, 15:42
Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru