Qüdrətli dünya gücləri kosmosda savaşı “məşq edirlər”
Tarix: 24-02-2018, 09:46 | Çap et
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert Makmasterin “ulduz müharibələri” ilə bağlı açıqlaması çoxdan unudulmuş mövzunu yenidən gündəmə gətirib. Trampın köməkçisi deyib ki, ABŞ kosmik müdafiəsinə daha çox maliyyə ayırmağa hazırlaşır. O deyib ki, 2019-cu il maliyyə ilində kosmik müdafiə imkanlarının maliyyələşməsi üçün əlavə olaraq 1, sonrakı beş ildə isə 8 milyard dolların ayrılması nəzərdə tutulur.
Ancaq Makmaster deyib ki, bunun günahkarı ABŞ-ın düşmənləridir. Sitat: “Kosmos artıq yer, dəniz və hava kimi hərbi domen olub. Biz konflikti kosmosa daşımaq istəmirik, amma əgər burada savaş yaşansa, ABŞ buna hazır olacaq. Kosmosda gərginlik ABŞ-ın düşmənləri ucbatından artır”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Makmasterin fikirlərini şərh edən “Vətən Arsenalı” jurnalının kommersiya direktoru, hərbi ekspert Aleksey Leonkov deyib ki, ABŞ-da ani qlobal zərbə konsepsiyası çərçivəsində kosmosun hərbiləşdirilməsinin bir neçə layihəsi var".
Onun sözlərinə görə, ABŞ Yer kürəsinə “Allahın əsası” ilə kosmosdan ani zərbənin vurulmasını planlaşdırır. Sitat: “ABŞ orbitə elə aparatları çıxarmaq istəyir ki, Yer kürəsinə ”Allahın əsası" adlı sərt gövdəli ərintilərdən ibarət oxlar ata bilsin. Onlar hesablayırlar ki, əgər bu oxları yaşayış məntəqələri, məsələn, Moskva kimi şəhərlərə atsalar, onlar saniyədə yeddi kilometrə qədər sürətlə uçacaqlar və kinetik zərbə alınacaq. Bu halda, nüvə partlayışından fərqli olaraq, heç bir ionlaşdırıcı yoluxma olmayacaq, amma genişmiqyaslı dağıntılar olacaq. Aydındır ki, belə oxları vurmaq praktik olaraq mümkün deyil, çünki dünyada hava hücumundan müdafiə sistemləri hələ heç bir meteoridi vurmayıb".
Əlbəttə, yaşlı nəslə “kosmos müharibələri” haqda xəbərlər xeyli tanışdır. Bu məlumatların yenidən dövriyyəyə buraxılması istər-istəməz sual doğurur: Məqsəd nədir? Doğrudanmı, həqiqətən kosmos müharibələri ola bilər? Yoxsa Amerika Rusiyanı SSRİ ilə olduğu kimi, silahlanma yarışına cəlb etmək istəyir?
Siyasi Şərhçi Şahin Cəfərli deyir ki, bu tip açıqlamalara və bəyanatlara hərfi mənada yanaşmaq, “müharibə başlayacaq” deyə həyəcanlanmaq o qədər də doğru deyil, hərçənd, belə bir ehtimalı tam istisna etmək də olmaz. Ekspertin fikrincə, böyük dövlətlər hərbi sahə başda olmaqla, istənilən sahədə öz strateji planlaşdırmalarını bütün mümkün ehtimalları nəzərə alaraq qururlar: “General Makmasterin ”ABŞ kosmosda müharibəyə hazır olmalıdır" açıqlamasına da bu kontekstdə yanaşmaq lazımdır. Məlumdur ki, Donald Trampın iqtidara gəlişindən sonra ABŞ-ın siyasətində militarist xətt yenidən önə çıxıb. Obama dövründə hərbi büdcənin və ordunun ixtisarı aparılırdı, Tramp isə hər cür sekvestri dayandıraraq hərbi büdcəni də, ordunun say tərkibini də artırmağa başladı. Respublikaçıların hələ seçki öncəsi - 2016-cı ilin iyulunda elan etdikləri seçki platformasında yazılmışdı ki, onlar hakimiyyətə gələcəkləri təqdirdə, ABŞ Ronald Reyqan dövründə olduğu kimi, “güc göstərməklə sülhə nail olmaq” konsepsiyasına qayıdacaq. Bu konsepsiya (“Peace through strength”) 2017-ci ilin dekabrında Trampın elan etdiyi yeni Milli Təhlükəsizlik Strategiyasında da altı cızılmaqla əksini tapıb".
Ş.Cəfərli deyir ki, Herbert Makmaster strategiya barədə məlumat verərkən dövlətlərin geosiyasi rəqabətinin yenidən başladığını bəyan edib: “Strategiyanın mətni açıqlandıqdan sonra bu bəyanatın məğzini anlamaq mümkün oldu. Belə ki, yeni strategiyada 2001-ci ilin 11 sentyabr olayından sonra ilk dəfə olaraq terrorizm ABŞ-ın təhlükəsizliyinə 1 saylı təhdid kimi qeyd edilməyib və onun yerini dövlətlər alıb. Şimali Koreya və İran düşmən dövlətlər kimi, Rusiya və Çin isə qlobal miqyasda ABŞ-ın dəyərlərini və maraqlarını sarsıtmağı hədəfləyən rəqib dövlətlər kimi göstərilib. Pentaqon da öz növbəsində bu ana strategiyaya uyğun olaraq yeni milli müdafiə və nüvə strategiyaları hazırlayıb. Həmin sənədlərdə də Rusiya və Çin ABŞ hegemonluğuna və mövcud dünya düzəninə təftişçi yanaşan başlıca təhdid mənbələri kimi qeyd olunub”.
Ş.Cəfərli bildirir ki, kosmik fəzanın militaristləşdirilməsi 1967-ci il tarixli beynəlxalq müqavilə ilə qadağan olunsa da, böyük dövlətlər (ABŞ, Çin və Rusiya) öz rəqiblərinin bu sahədə üstünlüyü ələ keçirəcəyindən ehtiyatlanaraq kosmosun hərbiləşdirilməsi yönündə ciddi hazırlıq işləri aparırlar və ehtimal olunan savaş zamanı düşmənin peyk sistemlərini məhv etməyi sınaqdan keçirirlər: “Məsələn, ABŞ 2006-cı ildə fəzaya buraxdığı eksperimental casus peyki ilə bir neçə saat sonra əlaqəni itirmişdi. 2008-ci ilin yanvarında NASA dövlət rəhbərliyinə xəbər verdi ki, həmin peyk aktivləşərək Yerə yaxınlaşır. Təhlükə bu idi ki, peykin yanacaq çənində 450 litr yüksək toksikliyə malik gidrozin kimyəvi maddəsi var idi və o, hər hansı yaşayış məntəqəsinə düşə bilərdi. Pentaqon vəziyyətdən çıxış yolu kimi peyki atmosferin yuxarı qatlarında vurmağı təklif edir və siyasi rəhbərlikdən buna icazə alır. Nəticədə peyk ABŞ raket hücumundan müdafiə sisteminin SM-3 raketi ilə vurulur. Rusiya o vaxt bu olayın təsadüfi olduğuna şübhə ilə yanaşaraq ABŞ-ın əslində SM-3 raketi ilə düşmən peyklərini dəqiqliklə vurmağın mümkün olub-olmadığını öyrənmək istədiyini bildirmişdi. Onların fikrincə, bu eksperiment göstərir ki, tamamilə müdafiə xarakterli olduğu bildirilən raket hücum məqsədilə də istifadə oluna bilər. Hazırda bu raketin yeni modifikasiyaları ABŞ-ın qlobal raket hücumundan müdafiə sisteminin əsasını təşkil edir. ABŞ-ı narahat edən budur ki, Çin son dövrlər bu sahədə ciddi tərəqqiyə nail olub. Heç də təsadüfi deyil ki, yuxarıda qeyd etdiyimiz hadisədən, yəni amerikalıların öz peykini atmosferin yuxarı qatlarında vurmasından bir il əvvəl - 2007-ci ilin yanvarında Çin ordusu özünün sıradan çıxmış peykini 800 km yüksəkdə SC-19 raketi ilə uğurla vura bilmişdi. Çin bu addımı ilə nümayiş etdirmişdi ki, istənilən hündürlükdə bu tip hədəfləri vurmaq imkanına malikdir. Rusiyanın da bu sahədə tədqiqatları və praktik addımları var. Rusiyanın hərbi doktrinasında kosmos ölkənin müdafiə strategiyasının vacib komponenti adlandırılır. Moskva da peyk əleyhinə vasitələrə malikdir və düşmən peyklərini radioelektron üsulla zərərsizləşdirməyə qadir olduğunu da bildirir. 2015-ci ilin martında Rusiya Plesetsk kosmodromundan fəzaya 3 peyk buraxıb. Amerikalılar şübhələnir ki, bu peyklər digər kosmik obyektləri sıradan çıxarmaq üçün ”kamikadze" kimi istifadə oluna bilər".
Ş.Cəfərlinin sözlərinə görə, hazırda dünyada yalnız üç dövlət - ABŞ, Çin və Rusiya kosmosdakı peykləri vurmaq imkanına malikdir: “Sual yarana bilər ki, bu məsələ niyə bu qədər vacibdir? Ona görə ki, müharibə baş verəcəyi halda, bu dövlətlərdən biri digərinin kommunikasiya peyklərini sıradan çıxararsa, ordunun idarə edilməsində ciddi problemlər yaranacaq. Özünün orbital qruplaşmasını itirən ölkə peyk rabitəsindən, kosmik kəşfiyyat imkanından və naviqasiya sistemlərindən məhrum olacaq, bu isə müasir ordu üçün ağır problemlərə gətirib çıxara və məğlubiyyətlə nəticələnə bilər. Belə olan halda, yüksək dəqiqliyə malik raketləri hədəfə yönəltmək mümkün olmayacaq, aviasiyanın effektiv işinə də əngəllər yaranacaq. Ona görə də, qlobal güclər ”sülh istəyirsənsə, müharibəyə hazır ol" məntiqi ilə bu sahəyə diqqəti artırır". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40 |
|
|
|
• Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33 |
|
|
|
• "Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28 |
|
|
|
• Trampın əfvindən imtina olundu
Bu gün, 09:20 |
|
|
|
• Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16 |
|
|
|
• Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
• Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07 |
|
|
|
• Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03 |
|
|
|
• Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59 |
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
|