Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                     “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi .....                     Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU .....                     Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı .....                     Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin .....                     “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” .....                     Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb .....                     Bakıda məkəb direktoru valideyni təhqir edib? .....                     Masaj salonlarında işləyən qadınları şantaj edən .....                     “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” .....                     Bayden heç unudularmı?.. .....                     Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub .....                     "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" .....                     "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." .....                     Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib .....                     Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                     Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb .....                     “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” .....                 

Kreml Tatarıstanın “xüsusi statusunu” ləğv edir
Tarix: 12-08-2017, 09:24 | Çap et
Kreml Tatarıstanın “xüsusi statusunu” ləğv edir
Rusiyanın RBK xəbər agentliyi yazır ki, Kreml Moskva ilə Tatrıstan arasında səlahiyyətlərin bölgüsünə dair sazişin müddətini uzatmaq niyyətində deyil.

Avqustun 11-də müddəti başa çatan müqavilənin uzadılmasını Rusiya prezidenti Vladimir Putindən Tatarıstan Respublikası Dövlət Şurasının deputatları xahiş etmişdilər.

2007-ci ilin 11 avqustunda imzalanmış bu müqavilənin müddəti 10 il idi. Lakin indi Rusiya rəsmiləri bildiriblər ki, Moskva nə bu müqavilənin müddətini uzatmaq, nə də yeni müqavilə imzalamaq niyyətində deyil.

Bu da bildirilir ki, Kreml hüquqi məsələlər üzrə xüsusi komissiyanın yaradılması fikirndə də deyil. Kremldəki mənbələr RBK agentliyinə bildiriblər ki, hüquqi uyğunsuzluqlar Tatarıstan Respublikasının öz konstitusiyasına bağlıdır və bu məsələləri Kazanın özü həll edə bilər.

Yeni müqavilənin imzalanması məqsədilə hüquqi komissyanın yaradılması üçün Vladimir Putinə iyulun 11-də Tatarıstan Respublikası Dövlət Şurasınımn deputatları müraciıət etmişdilər.

Deputatlar bildirirdilər ki, müqavilənin olmaması Moskva və Kazan arasında səlahiyyətlərin bölüşdürülməsinə dair müəyyən problemlər yaradır.

Söhbət Tatarıstan Konstitusiyasının 1-ci maddəsindən gedir. Bu maddədə deyilir ki, Tatarıstan və Rusiya arasında münasibətlər səlahiyyətlərin bölüşdürülməsinə dair müqaviləyə əsaslanır.

Konstitusiyaya görə bu maddə parlament tərəfindən dəyişdirilə bilməz. Maddənin dəyişdirilməsi üçün ümumxalq referendumunun keçirilməsi tələbi mövcuddur.

Tatarıstan Dövlət Şurasının sədri Farid Muxametşin RBK agentliyinə deyib ki, bu məsələ sakit, qarşılıqlı hömət və etimad şəraitində federal mərkəz olan Moskva ilə subyekt Tatarıstan arasında müzakirə olunmalıdır.

O deyib ki, bu məsıələ referenduma çıxarılarsa respublika əhalisinin əksəriyyəti Konstitusiya maddəsinin dəyişidirilməsinin əleyhinə səs verəcək.

Muxametşin deyib ki, Tatarıstan bu məsələni istər Moskvada, istərsə də Kazanda müzakirə etməyə hazırdır.

Tatarıstan rəsmiləri deyirlər ki, Moskva məsələyə hələ də baxılmamasını Putinin dövlət-hüquq idarəsinin rəisi Larisa Brıçevanın yay məzuniyyətindən qayıtmaması ilə izah ediblər.

Respublika statusundan quberniyaya gedən yol

Lakin BBC-nin Rus xidməti yazır ki, Moskvanın müqaviləni təzələmək istəməməsi daha dərin və fundamental səbəblərlə bağlıdır.

Tatarıstan və Çeçenistana xüsusi status vermək qərarı hələ Sovet İttifaqı çökəndə verilmişdi. Çünki Rusiyanın bu iki subyekti yeni federasiya müqaviləsini imzalmaq istəmirdi.

Beləliklə, 1992-ci ildə Çeçenistan və Tatarıstan Rusiya Federasiyası tərkibində “xüsusi status” əldə etmişdilər.

Səlahiyyətlərin bölüşdürülməsi və ya xüsusi statusa dair müqavilə başlanğıcda Tatarıstana geniş muxtariyyət verirdi, lakin getdikcə daha çox simvolik xarakter daşımağa başlamışdı.

Nəhayət 1994-cü ildə Rusiya və Tatarıstan prezidentləri Boris Yeltsin və Mintimer Şaymiyev arasında “idarəetmənin bölüşdürülməsi və səlahiyyətlərin qarşılıqlı paylaşılmasına” dair müqavilə imzalanmışdı.

Bu müqavilə Kazana torpaq, resurslar üzərində müstəsna sahiblik hüququ verirdi. Tatarıstan öz dövlət orqanlarını yarada, büdcəsini tərtib edə bilərdi. Müqavilə ilə Tatarıstanın hətta vətəndaşlıq statusu tətbiq etmək və öz beynəlxalq siyasətini formalaşdırmaq hüququ vardı.

Lakin Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putin elə ilk gündən yerli haklimiyyətlərin lüzumsuz səlahiyyətlərinin azaldılması yolunu tutmuşdu.

2000-ci ilin avqustunda birinci müddətə prezident seçilən Putin federal və yerli qanunlar arasındakı uyğunsuzluğu saat mexanizmi olan bomba ilə müqayisə etmiş və demişdi ki, bu uyğunsuzluqlar dərhal aradan qaldırılmalıdır.

Həmin vaxtdan etibarən Kreml tədricən xüsusi səlahiyyətlərin ləğvinə başlayıb.

2003-cü ildə qəbul edilmiş qanuna görə, Moskva və regionlar arasındakı müqavilələr təkrar olaraq federal qanunlarla təsdiqlənməlidir.

Bundan sonra Tatarıstan tədricən özünün simvolik hüquqlarından məhrum edilməyə başladı. Məsələn, Tatarıstan prezidentinin iki dili bilməsinin icbariliyi və Tatarıstan vətəndaşlığı barədə maddələr ləğv olundu.

2000-ci illərin ortalarında Tatarıstanın xüsusi statusu ilə mübarizəyə Rusiyanın Volqaboyundakı xüsusi nümayəndəsi Sergey Kiriyenko da qoşulmuşdu. Nəhayət elə onun vaxtında, 2007-ci ildə uzun müzakirələrdən sonra 10 il müddətinə yeni müqavilə imzalanmışdı. Bu müqavilədə artıq Yeltsinin verdiyi azadlıqlardan çox azı qalırdı.

Hətta Kadırov da qəbul edib ki, ölkədə bir prezident olar

RBK agentliyi isə yazır ki, indi Moskva ola bilsin Tatarıstan hökumətinə “prezident” termininin saxlanmasında güzəştə gedə bilər. Tatarıstan millət vəkilləri Putinə məktubda bu məsələnin mühümlüyünü xüsusi vurğulayıblar.

Lakin Kremldə adının çəkilməsini istəməyən mənbə RBK-ya bildirib ki, Tatarıstan başçısı üçün “prezident” termini yalnız hazırkı prezident Rustam Minnixanovun hakimiyyəti dövrünün başa çatmasınadək saxlana bilər. Minnixanovun prezidentlik müddəti 2020-ci ildə qurtarır.

RBK-nin təhlilində deyilir ki, Tatarıstan hazırda başçısı prezident olan yeganə federasiya subyektidir.

Rusiyada qəbul edilmiş qanuna görə bütün federasiya subyektləri prezident postunu 2015-ci ilədək ləğv etməli idilər.

Lakin daha sonra bu möhlət 2016-cı ilin yanvarınadək uzadılmışdı. Bunu məxsusi olaraq Tatarıstan üçün etmişdilər.

Buna baxmayaraq Tatarıstan da güzəştə getmək niyyətində olana oxşamır. Kazan hələ də respublika başçısını prezident adlandırır.

Yenə də adının çəkilməsini istəməyən Kreml rəsmisi RBK-ya bildirib ki, Tatarıstan prezident Putinin verdiyi siqnalı eşitməlidir.

2015-ci ilin dekabrında Putin bildirmişdi ki, hətta Çeçenistan da “ölkədə bir prezident olar” prinsipini qəbul edib.

Bununla yanaşı, Putin əlavə etmişdi ki, “biz tatar xalqının istədiyi seçimi qəbul etməyə hazırıq”.

Politoloq Vitali İvanov RBK agentliyinə müsahibəsində deyib ki, Moskva prezident titulunu Şaymiyevə, 70 illik yubileyində hədiyyə etmişdi, lakin Minnixanov Putin qubernatorundan başqa bir şey deyil.

Kazan Federal Universitetinin konfliktologiya kafedrasının müdiri Andrey Bolşakov RBK-ya deyib ki, 1994-cü ildə Moskva və Kazan arasında müqavilə imzalananda vəziyyət tamam başqa idi, amma indi mərkəz güclənib və subyektlərlə münasibətlərini müqavilələr üzərində qurmağı düşünmür.

Amma Bolşakov bunu da qeyd edib ki, söhbət həssas məsələdən gedir. Əslində müqaviləni uzatmaqla Moskva heç nə itirməzdi. Bir də unutmaq olmaz ki, tatarlar Rusiyada sayca ikinci böyük millətdir və onların rəyini qulaqardına vurmaq bütün hallarda mümkün olmayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34
"Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Dünən, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru