Daha bir şirkət ölkədən pul çıxarıb .....                     Tramp Putinlə nə vaxt görüşəcək? .....                     Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər .....                     İlyas İsmayılovdan ağsaqqal məsləhəti... .....                     Rusiyadan bu torpaqları geri almaq mümkün deyil .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? .....                     Bu halda işçilərin əmək hüquqları pozulur... .....                     Müstəqillik tariximizin 20 Yanvar faciəsi .....                     Xalqımızın qan yaddaşı: 20 Yanvar... .....                     Naxçıvanda kredit-mredit OYUNU .....                     Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? .....                     Bu gün Köhnə Yeni ildir: .....                     “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” .....                     Bu həftə onun da 'ulduzu sönəcək'... .....                     Naxçıvanda mühüm posta TƏYİNAT .....                     Putin üçün həyəcan siqnalı... .....                     "İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                     "Suriya artıq İran üçün dəhliz olmayacaq" .....                 

AZƏRBAYCANDA ANOLOQU OLMAYAN TALAN
Tarix: 7-02-2012, 15:45 | Çap et
AZƏRBAYCANDA ANOLOQU OLMAYAN TALAN

ƏHALİNİN MÜLKİYYƏT HÜQUQUNUN TAPDANMASI ADİ HALA ÇEVRİLİB

Azərbaycanda vətəndaşların mülkiyyət, əsasən daşınmaz əmlak hüquqlarının pozulmasının MDB və Yaxın Şərqdə analoqu yoxdur. Tanınmış vəkil Fuad Ağayev belə hesab edir.

“Hətta Heydər Əliyevin dövründə belə Azərbaycanda bu cür hüquq pozuntuları olmayıb”, - F.Ağayev çərşənbə axşamı mülkiyyət hüquqlarının müdafiəsinə həsr olunmuş II vətəndaş forumunda bildirib.

Forumu bir neçə QHT təşkil edib: “Azad iqtisadiyyata yardım”, “İnsan haqları klubu”, “Mülkiyyət komitəsi”, “Maddə 13”, “İnsan hüquqları üzrə hüquqşünaslar üçün məsafəli tədris proqramı”. Tədbir Amerikanın NED (Demokratiyanın Dəstəklənməsi Fondu) və Norveç İnsan Hüquqları Fondunun dəstəyi ilə keçirilib.

Ağayevin sözlərinə görə, dövlət ehtiyacları üçün daşınmaz əmlakın götürülməsi bəhanəsi ilə mülkiyyətin kobud, qanunsuz şəkildə yenidən bölünməsi və torpaqların inzibati metodlarla zəbt edilməsi baş verir.

Hüquqşünas açıqlama verib ki, dövlət ehtiyacları üçün torpaq yalnız Nazirlər Kabinetinin qərarı əsasında və ədalətli kompensasiya ödənilməsi ilə götürülə bilər. Dövlət ehtiyacları dedikdə yolların və kommunikasiyanın inşası, sərhəd zonalarında dövlət sərhədinin etibarlı qorunmasının təminatı, müdafiə əhəmiyyətli obyektlərin, dağ-mədən sənayesi obyektlərinin inşası başa düşülür.

Lakin praktikada bu tələblərə əməl olunmur. “2010-cu il noyabrın 19-da Şəmsi Bədəlbəyli və Füzuli küçələrində onlarla ailənin məcburi köçürülməsi üçün polis əməliyyatı həyata keçirilib. Sakinləri zorla polis şöbələrinə aparıblar. Bu müddətdə onların əmlakını küçəyə atıblar, evləri texnika ilə söküblər”, - Ağayev qeyd edib.

O, bunu “qeyri-insani davranış” adlandırıb.

“Qış bulvarı” adı altında sözügedən küçələrdən 5 minə yaxın adam köçürülüb. Əslində həmin yerdə ticarət mərkəzinin inşası üçün özül qazılıb.

Şəhər hakimiyyəti evlərin sökülməsini Bakının baş planının həyata keçirilməsi ilə əsaslandırır. Halbuki, 1987-ci ildə qəbul edilmiş bu sənədin müddəti 2005-ci ildə bitib. Söküntünün dayandırılması barədə məhkəmə qərarlarının olmasına baxmayaraq, söküntü işləri aparılır. Buna misal olaraq Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsini göstərmək olar.

Ağayevin fikrincə, adamların köçürülməsinin əsl səbəbi bir qrup oliqarxın Bakının mərkəzində torpaq mülkiyyətini ələ keçirməsidir. Burada bir sot torpağın qiyməti 200-700 min manatdır.

Ağayev sosial-iqtisadi repressiyalar və onların qurbanlarına kompensasiyaların verilməsi haqqında qanun layihəsinin hazırlanmasını təklif edib. “Aydın məsələdir ki, indiki parlament onu qəbul etməyəcək, lakin bu, nə vaxtsa baş verəcək”, - o vurğulayıb.

Digər vəkil Şəfa Camalzadə deyib ki, Azərbaycanda ikinci dəfədir ki, vətəndaşların mülkiyyət hüquqları kütləvi şəkildə pozulur – 20-ci əsrin əvvəllərində və 21-ci əsrdə. Əgər ötən yüzillikdə varlıların mülkiyyəti əllərindən alınırdısa, indi yoxsulların mülkiyyəti alınır”, - o qeyd edib.

Bütün məhkəmə proseslərində Bakı meriyası şəhərin baş planına əsaslanır, lakin vəkillərin vəsatət qaldırmasına baxmayaraq, bu sənəd məhkəməyə təqdim olunmur.

Bakı Apellyasiya Məhkəməsi baş planın təqdim olunmasını meriyanın üzərinə qoyub və cavab alıb ki, bu sənəd meriyada yoxdur (?!), Memarlıq üzrə Dövlət Komitəsində və Nazirlər Kabinetində saxlanılır. Lakin Dövlət Komitəsi baş planının onda olduğunu inkar edib, Nazirlər Kabineti isə ümumiyyətlə cavab verməyib.

Paytaxt meriyası abadlıq məqsədilə evlərin sökülməsi barədə qərarlar çıxarmaqla öz səlahiyyətini aşır.

Şəhərin mərkəzində köçürülən sakinlərə cüzi miqdarda kompensasiya verilir. Məsələn, Nəsimi rayonundakı mənzillərdən birinin sahibinə 1 kv. metrə görə 825 manat, cəmi 21 825 manat verilib. Şəhərin həmin hissəsində 4 beşmərtəbəli evin sakinləri Keşlə qəsəbəsində yaşayış şəraiti pis olan evlərə köçürülüb.

Dövlət Bayrağı Meydanı ərazisindəki 4 doqquzmərtəbəli binanın sakinləri (əsasən zabit ailələri) zorla köçürülüb. Hazırda Aqil Quliyev, 5 ünvanında digər doqquzmərtəbəli binanın sökülməsi həyata keçirilir, halbuki, orada hələ də sakinlər qalır.

Bakı meri Hacıbala Abutalıbov Bayraq Meydanının yanından 2 km. uzunluğunda avtomobil yolunun tikintisi barədə göstəriş verib və buni “tarixi İpək Yolunun bərpası” ilə izah edib.

Camalzadə qeyd edib ki, məhkəmə qaydasında mülkiyyət hüquqlarını müdafiə etmək getdikcə mümkün olmur. Məhkəmələr kompensasiyanın məbləğini 1 kv. metrə görə 1500 manatdan çox artırmayıblar. Odur ki, problem ictimai-siyasi xarakter alır və onun həlli üçün ictimaiyyətin müdaxiləsi lazımdır.

“Azad iqtisadiyyata yardım” QHT-nin eksperti Ülviyyə Əsədzadə Azərbaycanda mülkiyyət hüquqlarının vəziyyətinə dair hesabatı təqdim edib. Araşdırmada qanunvericilik təhlil edilir, hüquq pozuntuları ümumiləşdirilir, bütün faktlar əksini tapır. Hesabatla www.freeeconomy.az saytında tanış olmaq olar.

Forumun yekunlarına əsasən vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsinə yerli və beynəlxalq ictimaiyyətin fəal cəlb olunması qərara alınıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14
İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38
Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34
Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32
Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru