Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                 

NEFTÇALADA AVTOVAĞZAL QALMAQALI
Tarix: 28-11-2013, 08:54 | Çap et
NEFTÇALADA AVTOVAĞZAL QALMAQALI
Respublikamızın ərazisinin insanların məskunlaşdığı qədim yaşayış yerlərindən olmasını təkcə aparılan arxeoloji qazıntıların nəticələrinə, yaxud bu ərazilərdə karbohidrogen yataqlarının bolluğuna əsaslanıb söyləmək, məncə faktlar nöqteyi- nəzərincə digər tarixi faktlara qarşı haqsızlıqdır! Azərbaycan ərazisinin tarixən insanların yaşayış məskəni olmasını sübut edən faktlardan biri də bölgələrimizin, yerləşdiyi coğrafi mövqelərinə, təbii sərvətlərinə, həmçinin insani keyfiyyət və bacarıqlarına görə, dünya tarixində özünə yer tapmasıdır. Məsələn, bu gün bütün dünya Quba almasını, Lənkəran çayını, Göyçay narını tanıyır.

Bu gün bütün dünya yaralı yerimiz olan Qarabağı təkcə erməni xəyanətinin təcəssümü kimi deyil, həm də bu bölgəmizdən olan məşhur musiqiçilərimizin vətəni kimi tanıyır. Bu "bu gün”ləri yazmaqla bitməz, söyləməklə yetməz! Deməyim odur ki, insanların bu ərazilərdə ta qədimdən məskunlaşmasına sübutdur ki, insanlar təbii şəraitə uyğunlaşmaları ilə yanaşı, həm də bu şəraitə uyğun nemətlər yetişdirməyə də nail olublar. Bu işlə məşğul olan hörmətli elm adamlarımızdan bəlkə də, ilk baxışdan absurd görünən bu fikirlərimə görə üzr diləyib, məqsədimin "mustafa”sına keçmək istəyirəm!

Doğurdan da, bəlkə yuxarıda göstərdiklərimin insanın məskunlaşmasına bir dəlaləti olmasa da, respublikamızın hər rayonunun özünəməxsus özəlliyi olması faktdır! Bir zamanlar Neftçala rayonunu da burada hasil olan neft-qaz, yod-brom kimi təbii ehtiyatları ilə yanaşı, həm də nərə balığına, qara kürüsünə görə də tanıyırdılar. Deyilənə görə, Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən Balıq Kombinatında istehsal olunan qara kürü birbaşa İngiltərə kraliçasının səhər yeməyi stoluna verilirmiş. Həmin illərdə rayonda bütün sahələrdə gedən inkişafı görməmək üçün ancaq kor olmaq lazım idi.

Əfsuslar olsun ki, bütün bunlar keçmişdə qaldı! Bu gün Neftçala - deyəndə bərbad yollar, tamamlanmayan işlər, su, işıq, qaz problemi, Kür çayı boyunca inşa edilməsinə baxmayaraq, yaşıllığı olmayan bulvar, otlaq sahələrindən məhrum olması səbəbindən şəhər mərkəzinə "hücum” edən mal-qaranın "tutulması”, müdiri Firudin Nağıyevin etdiyi "qoçuluğa” görə bu gün də məsuliyyətdən kənar qalan Mənzil Kommunal Təsərrüfat İdarəsinin işçilərinin günün günorta çağı internat məktəbin şagirdlərinin gözü qarşısında it güllələməsi, küçələrin isə zibil və ifunət içində itib-batması, baş arxitektorun AR-nın Cinayət Məcəlləsinin rüşvətalma, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə məhkum olunan, vətəndaş və sahibkar hüququ tapdanan kiçik və orta sahibkarlar və s. bu və digər neqativ hallarla xarakterizə olunan bir rayon göz qarşısında canlanır!

Hərdən bütün bunlara baxıb, fikirləşirəm ki, görəsən 2-3 ay əvvəl Neftçala şəhərinin mərkəzi hissəsi daxil olmaqla şəhərin 2-yə bölən Axmaz gölün təmizlənməsini, insanlara hücum edən çaqqal və tülkülərdən (?!) xilas olması baxımından önəmli bir hadisə hesab edənlər ötən müddət ərzində ölü nöqtədən tərpənməyən bu işlərin vətəndaşları necə çilədən çıxardığını anlayırlarmı?! Belə baxıram ki, yox! Çünki əslində onlar özləri bilərəkdənmi, yoxsa bilməyərəkdənmi bu işlərə dəstək olub, qaranlıq məqsədlərə xidmət edirlər! Bu ərazinin təmizlənməsi adı altında hansı qaranlıq məqamların olmasına isə bu günlərdə "Neftçala-Avtovağzalı” MMC-nin təsisçisi və sədri Kərimov Pənah Gülalı oğlunun redaksiyamıza ünvanladığı şikayət ərizəsi müəyyən mənada aydınlıq gətirdi. Ərizəsində cənab Pənah Kərimov qeyd edir ki, Neftçala şəhərində avtovağzal kompleksi 1986-cı ildə tikilib istifadəyə verilib. Bu avtovağzaldan rayondaxili, eləcə də şəhərlərarası marşrutlar üzrə hərəkət edən avtobus və mikroavtobuslar əhaliyə xidmət göstərirdi. 2002-ci ildə ölkədə aparılan özəlləşdirmə proqramına əsasən avtovağzal kompleksi özəlləşdirildi və mən "Neftçala-Avtovağzalı” MMC-in təsisçisi və direktoru olaraq avtovağzal kompleksinin təyinatını dəyişmədən fəaliyyətini davam etdirdim. Avtovağzal kompleksi sonuncu dəfə 2009-cu ildə olmaqla müxtəlif illərdə əsaslı təmir olunub. Hal-hazırda avtovağzal kompleksində sərnişinlərin rahatlığı üçün hər cür şərait vardır. Lakin bütün bunlara baxmayaraq, avtovağzal kompleksi daima vəzifəli şəxslər tərəfindən bürokratik təzyiqlərə məruz qalıb. Sonuncu belə təziqlə isə o, 30 oktyabr 2013-cü il tarixdən başlayaraq üzləşir. Belə ki, hələ bir neçə ay öncə Neftçala şəhərinin mərkəzindən keçən Axmaz gölünün təmizlənməsi adı altında gölün üzərindən keçən yol dağıdıldıqdan sonra avtovağzaldan rayonun kənd və qəsəbələri istiqamətində hərəkət edən avtobuslar geniş dövrələr vurmaq məcburiyyətində qalırdılar ki, bu da zatən bərbad yollardan əziyyət çəkən sərnişinlərin haqlı narazılıqlarına səbəb olurdu. Hələ o vaxt avtovağzalın yerinin dəyişilməsinə cəhd göstərən rayon rəhbərliyi bu üsulun effekt vermədiyini görüb başqa metoda əl atdı.

Bu dəfə avtovağzalda sərnişin yığan avtobus və mirkoavtobus sürücülərinə polis vasitəsilə təsir göstərib, Neftçala şəhərinin H.Əliyev prospektində üç ilə yaxındır ki, inşası davam etdirilən bazara yığışmalarını tələb etdilər. Tərəfimdən baş verənlər barədə 102 xidmətinə müraciətimdən sonra polis avtovağzaldan uzaqlaşanda, bu dəfə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Cəlilabad Regional Şöbəsinin məsləhətçisi Ramal Əsgərov sürücülərə hədə-qorxu gələrək bazara yığışmalarını əmr etdi. 30 oktyabr 2013-cü il tarixdən sonra demək olar ki, "Neftçala-Avtovağzalı” MMC-in fəaliyyəti qanunsuz olaraq dayandırılmışdır?! Bu gün mənim sahibkarlıq hüququm tapdandığı kimi, rayon əhalisi keyfiyyətli sərnişindaşıma xidmətlərindən də məhrum olmuşdur!

İndi beş-altı min əhalisi olan şəhərdə tikilməkdə olan beşinci bazarın yarımtikililərinə sığışdırılan "avtovağzalı”, avtovağzaldan başqa hər şey adlandırmaq olar. Havanın soyuğundan, yağışından əziyyət çəkən sərnişinlərin, eləcə də şəraitsizlik səbəbindən istirahət imkanı olmayan sürücülərin isə avtovağzalın əvvəlki yerinə qaytarılması barədə etdikləri müraciətlərinə isə hələ ki, münasibət bildirən yoxdur?!

Nəzərinizə çatdırım ki, respublikamızda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması bir çox qanun və əsasnamələrlə tənzimlənir. "Avtomobil nəqliyyatı haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə AR-nın Nazirlər Kabineti "Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin tətbiq edilməsi haqqında 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərar qəbul etmişdir. Bu qərarın 1.3.1-ci maddəsində göstərilir ki, avtovağzal-yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, "baqaj”ların saxlanma kameraları, iaşə, mədəni-məişət və sanitar gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və xidmət otaqları, sürücülərin istirahət otağı sərnişinlərin minib-düşməsi üçün peronu, avtobusların reyslərarası dayanması üçün meydançası və tənzimləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi, bu Qaydaların 1.3.2-ci maddəsinə görə isə avtostansiya-yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş 75-dək sərnişin tutan, gözləmə zalı, ən azı bir xidmət otağı, bilet kassası, sanitar-gigiyenik təyinatlı sahəsi, sərnişinlərin minib-düşməsi üçün peronu olan qurğudur.

Yuxarıda göstərdiklərimdən aydın görünür ki, yarımtikili bazarın ərazisindəki "avtovağzaldan” istifadə bu Qaydaların tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan qanun pozuntusu olmaqla yanaşı, nə avtovağzal, nə də avtostansiya koteqoriyalarına uyğun olmayan qurğulardan istifadə etməklə sərnişinlərin və sürücülərin həyat və rahatlıqları üçün potensial təhlükə mənbəyidir!

Eyni zamanda AR-ı Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 saylı Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması Qaydaları”nın tələblərinə uyğun olaraq şəhərlərarası marşrutlar "vağzaldan-vağzala” prinsipi üzrə hərəkət etməlidirlər. Qeyd edim ki, AR-ı Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi cənab Çingiz Baxışevin imzası ilə respublika üzrə bütün avtonəqliyyat müəssisələrinin müdiriyyətlərinə göndərilmiş sərəncamda bu prinsipə riayət olunması tələb olunur. Əfsuslar olsun ki, nə Neftçala avtonəqliyyat idarəsinin müdiri cənab Hacıbaba Rəcəbov, nə də cənab Çingiz Baxışevin birbaşa tabeçiliyində olan Cəlilabad Regional Şöbəsinin rəisi cənab Namiq Kərimov tərəfindən bu sərəncama riayət olunmur! Hər iki instansiyadan bildirilir ki, avtovağzalın yerinin dəyişməsi Neftçala rayonunun icra hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyevin tələb və göstərişi ilə həyata keçrilir. Cənab Hacıbaba Rəcəbov isə ümumiyyətlə bildirir ki, o Çingiz Baxışevi yox, cənab İsmayıl Vəliyevi tanıyır?! Problemlə bağlı cənab İsmayıl Vəliyevə müraciət edəndə isə o, öz növbəsində bildirir ki, NN-nin DANX-nin rəisi cənab Çingiz Baxışev göstəriş verəcəyi təqdirdə avtovağzal yenidən əvvəlki yerinə qayıda bilər?!

Baş verənlərdə ən maraqlı məqamlardan biri də odur ki, respublikada avtovağzalların yaşayış məntəqələrinin gur olduğu sahələrdən çıxarılması prosesi getdiyi bir vaxtda, Neftçala "avtovağzalı” dörd bir tərəfdən çoxmənzilli yaşayış binaları, məktəb və həyət evləri ilə əhatə olunmuş bir əraziyə yerləşdirilir.

Tapdanmış vətəndaş və sahibkar hüquqlarının qorunmasında yardımçı olmamızı xahiş edən "Neftçala-Avtovağzalı” MMC-in təsisçisi və sədri cənab Pənah Kərimov Neftçalada baş verən məmur özbaşınalıqları barədə respublika ictimaiyyətini məlumatlandırmağımızı da xahiş edir. Bütün bunlar medalyonun bir üzü. Bəziləri isə inad edirlər ki, medalyonun digər üzü Axmazın təmizlənməsində istifadə edilən və "Emme” şirkətinə məxsus ağır texnikanın əslində rayonun icra başçısı cənab İsmayıl Vəliyevə məxsus olmasıdır. Qeyd edim ki, bu faktı Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayonun keçmiş baş arxitektoru Rüstəm Tahirov da bildirmişdi. Hələ üstəlik cənab Rüstəm Tahirov onu da əlavə etmişdi ki, bu şirkətin rəhbəri milliyyətçə tacik olub, özü Tacikistan Respublikasının vətəndaşı olan bir iş adamıdır?! Rüstəm Tahirovun verdiyi bir sıra digər məlumatlar yoxlama mərhələsində olduğu üçün hələlik bunlar haqda yazmırıq.

Yaşıllıq zonası demək olar ki, olmayan yeni inşa edilən bulvarın yaşıllıq probleminə gəlincə isə düşünürəm ki, burada da maddi maraqlar ictimai maraqları üstələyib. Belə ki, əgər bu ərazidə yaşıllıq çox olsaydı, təbii ki, yerə döşənən daşların sayı az olacaqdı, bu isə sözsüz ki, deyilənlərə görə, nəzarəti Firudin Nağıyev tərəfindən həyata keçirilən və deyilənlərə görə də, cənab İsmayıl Vəliyevlə əlaqəsi olan bu daşları istehsal edən mini-zavodun gəlirlərinə ziyan olacaqdı. Bütün bunlardan isə əziyyət çəkən rayon əhalisi və rayonumuza gələn qonaqlar olacaqlar! Özünüz deyin, yayın istisində vətəndaşların istirahəti üçün nəzərdə tutulan, lakin obrazlı desək, "baş qoymağa” kölgəsi olmayan bulvarda kim və nə vaxt istirahət edəcək?!

Lakin bütün bu çətinliklərə baxmayaraq, rayon sakinləri inamlıdırlar ki, ikinci dəfə "Mətbuatın dostu” mükafatına layiq görülmüş ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi altında inkişaf edən respublikamızın bu inkişaf payından Neftçala rayonu da öz nəsibini alacaqdır! Elə bu inamın nəticəsidir ki, həvəskarlar arasında futbol üzrə Azərbaycan çempionatının növbəti turunda yerli azarkeşlər qarşısında çıxış edən rayonun həvəskarlardan ibarət "Neftçala” komandası qonaq "Qaraçala” komandasını 2-0 məğlub edərək öz azarkeşlərini sevindirdi! Oyun qonaq komandanın hücumları ilə başlasa da, baş məşqçi Toğrul Məmmədovun rəhbərliyi altında oyuna çıxan meydan sahibləri 14-cü dəqiqəyədək 4 dəfə fərqlənə bilərdilər. Lakin qapı dirəyi və qonaq komandanın qapıçısı Ariz Nəhmətovun inamlı oyunu 24-cü dəqiqəyədək status kvonu saxlamağa imkan verdi. Hesabı oyunun 24-cü dəqiqəsində Nadir İsmayılov açdı. Əsas vaxtına 2 dəqiqə əlavə edilmiş I hissə bu hesabla da sona çatdı. İkinci hissədə daha təcrübəli olan meydan sahibləri inamlı oyun nümayiş etdirdilər. Müdafiəyə çəkilən qonaqların bütün səylərinə baxmayaraq, onlar 52-ci dəqiqədə Zaur Dadaşovun zərbəsinin qarşısını ala bilmədilər. Bundan sonra qapılar qarşısında təhlükəli vəziyyətlər yaransa da, hesab dəyişmədi. Neftçala-Qaraçala - 2-0! Təbrik edirik, əziz neftçalalılar!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru