Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

RƏSMİ BAKININ ABSURD GEDİŞİ
Tarix: 27-01-2012, 12:28 | Çap et
RƏSMİ BAKININ ABSURD GEDİŞİ

AZƏRBAYCAN TƏRƏFİ ŞTRASSERİN İSTEFASINI TƏLƏB EDİB

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi

- Yanvarın 26-da AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsində Azərbaycanla bağlı dinləmələr nə qədər əhəmiyyətli idi? Sizcə, bu, sonu görünməyən bir məsələdə növbəti epizod deyilmi?”
- Alman məruzəçi Kristof Ştrasser bu yaxınlarda “Azadlıq” radiosunda bəyan etmişdi ki, ona Azərbaycana səfər etmək imkanı yaradılmazsa, şəxsən onun və Hüquqi məsələlər və insan haqları Komitəsi tərəfindən təşkil edilmiş bu dinləmələrin nəticəsinə əsaslanaraq hazırda yazmalı olduğu hesabatı hazırlayacaq. Bu səbəbdən, ekspertlərin səsləndirdiyi bəyanatlar və komitə üzvlərinin şərhləri doğrudan da çox əhəmiyyətli idi.

- Nəyə görə Ştrasser hesabatı hazırlamaq üçün bu günə qədər Azərbaycana səfər etməyib?”
- Azərbaycan tərəfi Avropa Şurasının tamhüquqlu üzvü kimi öz öhdəliklərinə sadiqdir, məruzəçilərin səfərlərinin baş tutmasına hər bir imkanın yaradılması da bura daxildir. Azərbaycan tərəfi AŞPA-ya rəsmi qaydada müraciət edərək bildirib ki, Ştrasserin 2012-ci il ərzində ölkəyə səfər etməsi nəzərdə tutulur. Lakin biz həm ona, həm də bizə “siyasi məhbusu” adi cinayətkardan fərqləndirə bilməyi imkan verən hüquqi çərçivənin yaradılmasında israrlıyıq. Artıq bu debat neçə ildir, şəffaf və açıq şəkildə davam edir, çox təəssüf ki, bizə məlum olmayan səbəblərə görə, Avropa Şurası bu debatlara qatılmaqdan boyun qaçırır. Siz də bilməlisiniz ki, “siyasi məhbus” termini Avropa Şurasının ədliyyə institutu olan Avropa İnsan Haqları Məhkəməsi tərəfindən heç vaxt istifadə edilməyib. Bundan əlavə, digər beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və hətta “Amnesty İnternational” kimi tanınmış insan haqlarının müdafiəsində duran təşkilatlar da bu termindən istifadə etmir.

- Niyə istifadə etmirlər?
- Bu, normal haldır. Çünki heç bir beynəlxalq təşkilat indiyə qədər kimin siyasi məhbus olduğunu, kimin olmadığını müəyyən edən meyar barədə debat təşkil etməyib. Lakin əvvəl-axır bunu kimsə etməlidir. Avropa Şurasına bəzən “Avropanın vicdanı” təşkilatı deyirlər, ona görə də bu məsələ Avropa Şurasının işi olmalıdır. Lakin onlar bunu etmirlər. Cənab Ştrasser, komitə katibliyinin məsləhəti ilə nə vaxtsa AŞPA rəhbərliyinin tapşırığı ilə bir neçə ekspertin hazırladığı hesabatda göstərilən meyarları özünün hesabat yazması üçün kifayət olduğunu hesab edir, amma bu, əlbəttə ki, belə deyil. Bu “meyarlar” heç bir zaman plenar sessiyada müzakirə edilməyib, bu da o deməkdir ki, onlar siyasi və hüquqi səviyyədə razılaşdırılmayıb. Bu “meyarlar” bir neçə ekspertin şəxsi rəyindən başqa bir şey deyil.

- Beləliklə, siz təkid edirsiniz ki, açıq debatda müzakirə edilən və səs çoxluğu ilə plenar sessiyada qəbul edilən meyarlar olmalıdır, amma Avropa Şurası bunu etmək istəmir...
- Tamamilə düzdür. Bildiyiniz kimi, ölkəmiz uzun illərdir, müxtəlif düşmənlər tərəfindən hücumlara məruz qalır. Qısqanclıqlarını gizləyə bilməyən erməni və digər ölkələrin lobbiləri, mümkün olduğu qədər bizi çətinliklərə salmaq üçün iş aparırlar. Onlar bütün Avropada böyük gücə malikdirlər və yaxşı təşkilatlanıblar. Biz bunun nəticələrini hər gün görürük, məsələn bu günlərdə ABŞ-da olan erməni lobbisinin Kaliforniyada lobbiçiliyi nəticəsində ABŞ-ın Bakıdakı səfiri Azərbaycanla münasibətdə konstruktiv mövqe tutduğu üçün geri çağırıldı.

- Yenidən dinləmələrə qayıdaq. Dinləmələrin əsas məqsədi nə idi və ekspert qismində kimlər çıxış edirdi?
- Aydındır ki, cənab Ştrasserin bu dinləmələrlə bağlı böyük gözləntiləri var idi. Bu səbəbdən o, jurnalist Eynulla Fətullayevi, Azərbaycanda İnsan Haqları Mərkəzinin sədri cənab Eldar Zeynalovu və Azərbaycanda Demokratiyanın İnkişafı və İnsan Haqlarının Müdafiəsi fondunun direktoru Murad Sadəddinovu dəvət etmişdi. Bizim parlament nümayəndə heyətinə də bir ekspert dəvət etmək imkanı yaradılmışdı, bu, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev idi. Beləliklə, cənab Ştrasser iki keçmiş məhbus və bir insan haqları müdafiəçisini dəvət etmişdi. Onların hər biri cənab Ştrasserin mandatı ilə bağlı rəyini bildirdi. Onlar Ştrasserin fəaliyyətini çox mənfi qiymətləndirdilər. Ştrasserin dəvət etdiyi ekspertlər bildirdilər ki, cənab Ştrasser tərslik etməsi və praktiki fəaliyyət qura bilməməsi ucbatından təyin edilməsindən neçə il keçməsinə baxmayaraq, indiyə qədər heç bir nəticə əldə edə bilməyib. Eynulla Fətullayev həmçinin vurğuladı ki, bu məsələdə mütləq meyarlar əvvəl müəyyən edilməlidir. Digər hüquq müdafiəçisi Murad Sadəddinov bildirdi ki, 2 il ərzində Ştrasserə elektron poçtla göndərdiyi heç bir məktubuna cavab ala bilməyib. Ştrasserin özü tərəfindən seçilərək dəvət edilən ekspertlərin hər birinin verdiyi ifadə ona qarşı yönəlmişdi. Biz ona bu məsələ ilə bağlı bir neçə dəfə müraciət etmişik, lakin sanki bu sözləri cansız divara söyləyirsən. Ümid edirəm, o indi anlayır ki, komitə katibliyi onu nə qədər səhv yola yönəldib. Ştrasserin dəvət etdiyi hər 3 ekspert siyasi məhbus probleminin hüquqi müstəvidə həlli üçün meyarlar barədə AŞ-nın hüquqi sənədi olmasının vacibliyini bildirdi.

- Ekspertlərin çıxışlarından sonra komitə üzvü olan parlamentarların reaksiyası necə oldu?
- AŞPA-nın Hüquq məsələləri və insan haqları Komitəsi üzvlərinin mütləq əksəriyyəti beynəlxalq səviyyədə tanınmış hüquqşünaslardır, aralarında hətta keçmiş hakimlər də var. Ona görə də onlar hər zaman hər bir məsələyə hüquqi müstəvidən baxmağa üstünlük verirlər və mən bu yanaşmanı çox yüksək dəyərləndirirəm. Qısa olaraq onu bildirmək istərdim ki, çıxış edən komitə üzvlərinin əksəriyyəti Monitorinq Komitəsinin məruzəçilərinin işini təkrarlamaqdansa, bu məruzəçinin daha çox akademik və hüquqi aspektlərə üstünlük verən bir yanaşma nümayiş etdirməsinin vacibliyini təkidlə bildirdilər. Burada fərq nədən ibarətdir? Mənim də üzvü olduğum AŞPA-nın Monitorinq Komitəsi demək olar ki, gündəlik olaraq yeni qəbul edilmiş üzv ölkələrin öz vəzifə və öhdəliklərini necə yerinə yetirmələrinə nəzarət edir. Bu fəaliyyət hər bir ölkə üçün iki həmməruzəçi tərəfindən həyata keçirilir. Bizim ölkə üçün bu fəaliyyət bir ispan və bir maltalı millət vəkili tərəfindən aparılır. Cənab Ştrasser bir neçə gün bundan əvvəl bəyan etdiyi memorandumunda bildirir ki, onun Ukrayna və ya Rusiya Federasiyasına gedərək orada “siyasi məhbus” məsələsini araşdırmasına ehtiyac yoxdur, çünki onsuz da Monitorinq Komitəsindən olan həmməruzəçilər bu məsələni araşdırırlar. Digər tərəfdən isə, o yalnız Azərbaycana gedərək məruzə hazırlamasında israrlıdır, baxmayaraq ki, bir az əvvəl izah etdiyim kimi, bizim ölkə də monitorinq prosesi altındadır və digər məsələlərlə yanaşı, “siyasi məhbus” məsələsi onun həmməruzəçiləri tərəfindən araşdırılır.

- O zaman Hüquq Məsələləri və insan haqları üzrə Komitənin Monitorinq Komitəsindən fərqi nədir?
- Üzv ölkədən gələn hər bir fərdi şikayətə baxmalı olan Monitorinq Komitəsindən fərqli olaraq, Hüquq məsələləri və insan haqları Komitəsi qlobal hüquqi məsələlərlə məşğul olur. Buna görə də, adətən bu komitənin Monitorinq Komitəsi ilə eyni iş aparması mümkün deyil, çünki bu komitələr arasında müəyyən edilmiş səlahiyyət və iş bölgüsü tam aydındır. Lakin, cənab Ştrasser Hüquqi məsələlər və insan haqları Komitəsinin məruzəçisi kimi, hər bir vəchlə Azərbaycana səfər edərək monitorinq aparmağa can atır, hətta bu işi görmək üçün əlində meyarı olmaya-olmaya! Beləliklə, İnsan Haqları Komitəsinin iclasda iştirak edən üzvlərinin böyük əksəriyyəti bu gün açıq şəkildə bildirdilər ki, “siyasi məhbus” məsələsinin həlli ilə bağlı Avropa Şurasında yeni səhifə açılmalıdır və nəhayət məsələ öz obyektiv həllini tapmalıdır. Hesab edirəm ki, cənab Ştrasser öz səlahiyyəti çərçivəsindən kənara çıxmamalıdır. Ona təklif edilməlidir ki, o İnsan Haqları Komitəsinin birbaşa səlahiyyətinə daxil olan bir işlə məşğul olsun, yəni “siyasi məhbus” terminin meyarlarını müəyyən edən hesabat yazsın. Hər bir halda, mənim üçün çox maraqlıdır ki, o, “Azadlıq” radiosunda bəyan etdiyi kimi, bu gün komitədə dinləmələr zamanı ünvanına səslənən ittiham və tənqidi fikirləri də öz hesabatına daxil edəcək, ya yox?

- Bu gün həm ekspertlər, həm də komitə üzvləri onun tutduğu mövqe ilə razılaşmadıqlarını bildiriblər. Bəs indi növbəti addım nə olacaq?
- Komitənin bir neçə tanınmış üzvü cənab Ştrasserə təklif etdilər ki, əgər o hələ də Azərbaycana səfər edərək hesabatını yazmaq istəyirsə, bu ölkəyə getməlidir, lakin o digər ölkələrə də səfər edərək ümumi hüquqi çərçivə və meyar müəyyən edən bir sənəd hazırlamalı, Monitorinq Komitəsindən olan həmkarlarının bu və ya digər ölkədə apardıqları monitorinq fəaliyyətini təkrar etməməlidir. Hətta belə bir fikir də səsləndirildi ki, həm Azərbaycandan gələn ekspertlər, həm də komitə üzvləri tərəfindən açıq şəkildə biabır edilən cənab Ştrasser istefa verməli və başqa bir məruzəçi ilə əvəz edilməlidir. Mənim fikrimcə hər iki variant məqbuldur. Lakin bir məsələ aydın olmalıdır - Azərbaycan hər vasitə ilə Avropa təşkilatları qarşısında götürdüyü vəzifə və öhdəliklərinə əməl edir. Buna misal olaraq, bu yaxınlarda ölkəmizə demokratiya və insan haqları sahəsində Avronest Parlament Assambleyası çərçivəsində təyin edilən Avropa Parlamentinin deputatı, cənab Ştrasser kimi Almaniyadan olan və sosialist partiyasının üzvü olan cənab Knut Flekenştaynın AVRONEST in nümayəndə heyətinin rəhbəri kimi mənim tərəfimdən ölkəmizə dəvət edilməsini göstərə bilərəm. Cənab Ştrasserdən fərqli olaraq, bu məruzəçi ölkəyə səfər etməmişdən əvvəl nə ölkəmizə qarşı, nə də digər həmkarlarına qarşı əsassız və sübutsuz heç bir ittiham irəli sürməyib. Qərəzli mövqedə duran cənab Ştrasser bizim ölkəyə qarşı şəxsi ədavətini həyata keçirmək istəyir, lakin biz buna qarşı bütün qanuni vasitələrdən istifadə etməklə mübarizə aparacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru