PUTİN + MEDVEDEV = ÜÇ PUTİN
Tarix: 24-01-2012, 17:01 | Çap et
RUSİYANI GÖZLƏYƏN, RUSİYANIN VƏD ETDİYİ GƏLƏCƏKLƏ BAĞLI TƏHLİL
Rusiya imperiyası 1917-ci ildə dağılıb. İmperiyanın ömrünü daha 70 il uzatmağa müvəffəq olan bolşeviklər adlı politkatorjanlar qrupu hakimiyyəti ələ keçirməsəydi, dünyanın 1/6 hissəsinə bərabər olan böyük ərazidə tamamilə başqa vəziyyət yaranardı. Birincisi, imperiyanın üstünlük təşkil edən və ən çoxsaylı xalqı – ruslar öz milli dövlətlərini yaradardılar. İmperiyanın digər xalqları da suveren dövlətlərini yaradardılar. Əsarət altında olduqları üçün, habelə digər tarixi faktlarla əlaqədar onlar rus dövlətindən xeyli az inkişaf etmiş olar və onunla sıx əməkdaşlığı inkişaf etdirməyə can atardılar.
Müstəqil dövlətlərin təbii ittifaqı yarana bilərdi, onların lideri də rus dövləti olardı. O, ikinci dünya müharibəsindən sonra ABŞ-ın Avropa dövlətləri üçün oynadığı rolu oynayardı.
1991-ci ildə artıq sovet imperiyası – SSRİ dağıldı. Lakin dağılma tam olmadı, bunun nəticəsində Rusiya Federasiyası (imperiyanın qalan hissəsi) yaranan yeni müstəqil dövlətləri öz ətrafında birləşdirməyə çalışdı və onları Müstəqil Dövlətlər Birliyi adlandırdı.
Rus strateqləri və siyasətçiləri əsrlərcə imperiyanın tərkibində olan yeni müstəqil dövlətlərin onunla sıx ittifaqa can atacaqlarına ümid etdilər. Lakin bu, baş vermədi. Əksinə, mərkəzdənqaçma prosesləri sürətlə onları RF-dən uzaqlaşdırır və Qərbə - ABŞ, NATO və Aİ-yə yaxınlaşdırırdı. Rusiyanın buna mane olmaq üçün nə gücü, nədə imkanları var idi.
Hazırki vəziyyəti 1917-ci ildəki vəziyyətlə müqayisə etsək, qeyd etmək olar ki, dünya xeyli dəyişib. Ötən əsrin əvvəllərində Rusiyanın rəqibləri uzaqda idi. Nə səs sürətini üstələyən aviasiya, nə televiziya, nə də İnternet yox idi. Rusiya da Avrasiya müstəqil dövlətlər birliyinin lideri ola, onları xüsusi qüvvə sərf etmədən özündən asılı vəziyyətdə saxlaya bilərdi.
Yeni müstəqil dövlətlərin (MDB) Rusiya tərəfindən udulması və beləliklə kommunistlərin və milliyyətçi-şovinistlərin arzusunda olduğu kimi SSRİ-nin bərpa edilməsi ideyası uğursuzluğa düçar olduqdan sonra 2011-ci ilin sonlarında hakimiyyətə qarşı yönəlmiş güclü etiraz dalğası başladı.
Rusiyanın orta sinfi əmələ gətirmiş proqressiv qüvvələri başa düşürlər ki, artıq belə yaşamaq mümkün deyil. Korrupsiyanın, kriminalın hökmranlığı, heç bir qanunun işləməməsi, kapitalların və əhalinin ən fəal əmək qabiliyyətli hissəsinin xaricə axması nəticəsində Keniqsberqdən Vladivostoka qədər böyük ərazini əhatə edən Rusiya Federasiyası, demək olar ki, idarəolunmaz oldu.
Son illər Rusiya KİV-lərində imperiyanın dağılması mümkünlüyü haqqında debatlar çoxalıb. Rusiya politoloqları getdikcə daha çox gah Şimali Qafqazın, gah Başqırdıstanın, gah da neftlə zəngin olan Tümenin ayrılması mümkünlüyü haqqında danışırlar. Tümen RF-dən ayrılmaqla “Rusiya Küveyti” ola bilərdi.
SSRİ-nin dağılmağa başladığı andan RF-nin çıxılmaz vəziyyətdə olması faktı danılmazdır, onun bir ayağı keçmişdə, digər ayağı virtual gələcəkdə, daha doğrusu heç cürə reallaşmayan hüquqi dövlətdə qalıb.
Buna Rusiya hökmdarı Vladimir Putinin bolşevizmlə qarışıq imperiya keçmişinin qaytarılmasına yönəlmiş konvulsiv addımları misal ola bilər. Dağılmış SSRİ-nin himninin saxlanması dərin istehza doğurur. Himnin səsləri milyonlarla vətəndaşını məhv etmiş sovet totalitarizminə nifrət edən hər kəsi qorxudur. Yeri gəlmişkən, dünya ictimai rəyi kommunist ideologiyasını və təcrübəsini Adolf Hitlerin milli-sosialist ideologiyasına və təcrübəsi ilə müqayisə edir.
Rus mütləqiyyətinin simvolu olan, hər iki başının baxışı ilə rus çarlarının işğal etdiyi torpaqları əhatə edən ikibaşlı qartalın bərpa edilməsi də simptomatikdir.
Xoşbəxtlikdən, Putin daha bir arzusunun – Moskvada Lubyan meydanında milyonlarla təqsirsiz insanın məhvində müqəssir olan Fövqəladə Komissiyanın zalım sədri Feliks Dzerjinskinin heykəlini bərpa etmək istəyinin həyata keçirilməsinə nail olmadı. Rusiya cəmiyyətinin liberal hissəsinin müqaviməti sayəsində bundan qaçmaq mümkün oldu.
Müasirləşmək, demokratikləşmək cəhdləri haqqında bu qədər çox danışılan ölkədə Antixrist – Vladimir Ulyanov-Leninin cəsədinə sitayiş hörmətsizlikdir. İmperiya xalqlarının ən yaxşı hissəsinin qırılması, xristianlığın və slavyanlığın kökünün kəsilməsi, ateizmin və internasionalizmin zorla yayılması rus xalqının milli təfəkkürünə böyük ziyan vurdu. İmperiyanın müsəlman və digər xalqları ilə bağlı da eynisini demək olar.
Rusiya imperiyasında məskunlaşan iki yüz xalqdan yüzə yaxınının qaldığını xatırlatmaq istərdik. Digərləri, məsələn çərkəzlər (4 mln. məhv edilib, yüz minlərlə çərkəz isə Türkiyəyə və dünyanın digər ölkələrinə deportasiya olunub), çeçenlər və digər Qafqaz və Mərkəzi Asiya xalqları amansız soyqırıma məruz qaldılar.
Leninin, Stalinin və digər sovet rəhbərlərinin inqilabi fəaliyyəti Nürnberq məhkəməsini gözləyir. Marksizm-leninizim də milli-sosializm kimi xalqların məhkəməsinə məruz qalmalıdır. Hazırda bu mümkünsüzdür, belə ki, bütün keçmiş SSRİ ərazisində hakimiyyət çekistlərin və kommunistlərin əllərindədir. Dəhşətli keçmiş ətrafında məhkəməni yalnız sovet hakimiyyətindən sonra doğulmuş və əli öz xalqının və digər xalqların qanına bulaşmamış nəsil təşkil edə bilər.
Belə bir təhsilli insanlar nəsli təmiz vicdan və əllərlə Moskva, Sankt-Peterburq və Rusiyanın digər şəhərlərində hazırki hakimiyyəti və Vladimir Putini Rusiya Dumasına seçkiləri saxtalaşdırmaqda ittiham etmək üçün küçələrə çıxdılar. Eyni zamanda bu çıxışlar cinayətkarlığın, qanunların işləməməsinin, məmur özbaşınalığının hökmranlığına və son 12 ildə bütün planlaşdırılan islahatların uğursuzluğuna qarşı yönəlmişdi.
Bolotnaya meydanında, Saxarov prospektində on minlərlə insanın çıxışları Rusiyada demokratikləşməyə, insan hüquqlarına riayət olunmasına və hörmətə, hüquqi dövlət yaradılmasına yönəlmiş proses başladığına dair ümidlər verir. Küçələrə çıxan insanların Rusiya imperiyasının can verdiyi dalandan çıxış tapa bilməsini istərdik.
Rusiyada seçkilər həmişə saxtalaşdırılıb və insanlar buna barmaqarası, mübarizə aparmağın mənasız olduğu ənənələri kimi baxırdılar. Lakin Putin və Medvedevin hakimiyyətdə etdikləri səbr kasasını daşırdı və ləyaqət hissi qalan hər kəsi təhqir etdi. Prezident vəzifəsinin sonradan yenidən 12 il müddətinə ələ almaq məqsədilə müvəqqəti Medvedevə verilməsi Putinin dəhşətli səhvi oldu. O, ümid edirdi ki, ruslar əvvəllər hər şeyi udduqları kimi, bunu da udacaqlar. Və o, legitim prezident olaraq dünya siyasət arenasında at oynadacaq. Lakin bu abırsız hoqqa tamamilə tərsinə işlədi. Hakimiyyətin onları sürü kimi gördüyünə dəlalət edən bu həyasız saxtakarlıqdan özlərini təhqir olunmuş hiss edən insanlar ədalətsiz seçkilərin ləğvi, Putinin istefası tələbi ilə küçələrə çıxdılar və bunun üçün birgə mübarizə aparmağa hazır olduqlarını bildirdilər. Bu, hakimiyyəti şoka saldı və bir anlıq Putini “çılpaq krala” döndərdi.
Rusiya xanqının oyanışından məmnun olaraq, xalqın yaranmış vəziyyəti açıq başla qiymətləndirə və təkcə ruslar deyil, hər kəs üçün demokratik dəyişikliklərə nail ola bilməsini istərdim. İndiyədək Rusiya imperiyasında heç kimin milli məsələ ilə məşğul olmadığına, keçmiş sovet respublikalarından mühacirlərin Moskvaya və Sankt-Peterburqa axınına gətirib çıxaran səbəbləri qiymətləndirməməsinə heyrətlənirəm. Hər yerdə onların qovulması çağırışları eşidilir. Onlar zorakılığa, amansız istismara məruz qalırlar, heyvani şəraitdə yaşayır və işləyirlər, çox vaxt onları səbəbsiz öldürürlər, qatillər isə təqibə məruz qalmır.
Kiçik xalqların zəngin torpaqlarını işğal etmiş Rusiya imperiyası onları amansızca talan edirdi və onların hesabına zənginləşirdi. SSRİ dağılanda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan və digər respublikalardan bir çox insanlar pul qazanmaq üçün onların hesabına zənginləşmiş əsarətçilərinin yanına getmək məcburiyyətində qaldılar. Ucuz işçi qüvvəsi –hesabına bir çox moskvalılar və peterburqlular milyoner və milyarder oldular.
Neft pulları və çirkli bizneslə piylənmiş Moskva və Sankt-Peterburq fonunda Rusiya əyalətləri yoxsulluq, alkoqolizm, narkomaniya, pozğunluq içində batırdı. Baş tutmamış islahatların səbəbləri tamamilə aydındır. İmperiyalarda islahatlar ya mümkünsüz, ya müvəqqəti idi. Məşhur Stolıpin islahatları Çar Rusiyasını, SSRİ Nazirlər Kabinetinin sədri A.M.Kosıginin hazırladığı, amma həyata keçirmədiyi islahatlar isə sovet Rusiyasını xilas edə bilmədi.
2011-ci ilin sonlarında küçələrə çıxan xalq imperiyalarının çıxılmaz dalanda olduğunu anlayaraq, artıq belə yaşamaq istəmir. Lakin bu dalandan çıxış hələlik görünmür. Rusiya milyarderi Proxorovun İngiltərənin “Guardian” qəzetinə müsahibəsində müdafiə etdiyi təkamül imperiyada mümkün deyil, inqilablar isə mümkün olsa da, arzuolunmazdır. Amma Rusiyanın dəfələrlə şahidi olduğu kimi “rus buntunun mənasız və amansız” olduğunu dərk edərək, heç kim inqilab istəmir.
Bilmirəm, yaranmış vəziyyətdən çıxış yolu varmı. Qanunun aliliyi, korrupsiyanın, kriminalın nəzarətdə saxlanması, demokratik hakimiyyət modelinə keçid üçün Rusiyanın imperiya olmasına son qoyulması zərurəti göz önündədir. Böyük Britaniya ərazi işğallarından kifayət qədər asan imtina edərək, müstəqil dövlətlərin Britaniya Birliyini yaratdı və onlarla yaxşı münasibətlər qurdu.
Rusiyanın belə bir birlik – MDB yaratma təcrübəsi belə uğurlu olmadı. Bəs çıxış haradadır? Məqsədyönlü şəkildə federasiyadan konfederasiyaya keçiddə və rus dövləti və ya bir necə rus dövlətləri yaratmaqda? Bütün demokratiya rifahlarının Rusiya Federasiyasına zorla daxil edilmiş xalqlara şamil edilməsində və imperiyanın ərazi bütövlüyünün saxlanmasında?
Mənə elə gəlir ki, Bolotnaya meydanında və Saxarov prospektində başlamış proses uzun və əziyyətli olacaq. Rusiyanın bütün intellektual potensialı birləşə, həqiqətin gözlərinə dik baxa və qollarını çırmayaraq əsrlərlə toplanmış kəskin problemlərin həllinə başlaya bilsə, bəlkə də tunelin sonunda işıq görünə bilər.
Vəfa Quluzadə, Politoloq
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Dünən, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Dünən, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Dünən, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Dünən, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Dünən, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Dünən, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Dünən, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Dünən, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Dünən, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Dünən, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Dünən, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Dünən, 08:51 |
|
|
|
|