Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                 

RAYON İCRA BAŞÇISI ARTIQ GETMƏK İSTƏDİYİNİ BİLDİRİB
Tarix: 25-10-2013, 10:23 | Çap et
RAYON İCRA BAŞÇISI ARTIQ GETMƏK İSTƏDİYİNİ BİLDİRİB
HANSI ƏYALƏT RAYONLARININ RƏHBƏRLƏRİ NÖVBƏTİ PROSESDƏ ƏLƏNƏCƏK?

DİA.AZ: - Dünən məlumat verərək bildirdik ki, NK-dakı kadr islahatları ilə yanaşı, rayon icra başçıları ilə bağlı da kadr islahatlarının həyata keçirilməsi nəzərdə tutulub. Məlumatımızdan o da aydın oldu ki, artıq paytaxtın 4 rayonunun rəhbərinin dəyişdirilməsi gündəmdədir. Və xəbərə görə, eyni zamanda əyalət rayonlarında da kadr islahatları həyata keçiriləcək.

DİA.AZ-a daxil olan informasiyalara görə, prezident İlham Əliyevin yaxın günlərdə bəzi rayonların icra başçılarını dəyişməsi gözlənilir. Hökumətin tərkibində baş verən son yerdəyişmə və yeni təyinatlar bir daha sübut etdi ki, ölkə rəhbəri vəzifəsinə laqeyd yanaşan məmurları əfv etmir. Eləcə də icra hakimlərinin bir neçəsi barədə bu cür qərarın veriləcəyi ehtimal edilir. Bəs, görəsən hansı icra başçıları işini itirməli olacaq?

Vəzifədən getməyə ən real namizədlərdən biri Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevdir. 1939-cu ildə Naxçıvan MR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olan icra başçısı 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib. 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, 2000-2004-cü illərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb. Prezidentin 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Aldığımız məlumatda qeyd olunur ki, Şəmsəddin Xanbabayev özü vəzifədən getmək istəyir: «74 yaşlı icra başçısı artıq istirahət etmək fikrindədir. Son aylar ümumiyyətlə, rayonda baş verən proseslərə elə də ilgi göstərmir. Səlahiyyətlərinin çoxunu müavinlərinə həvalə edib. Rayon rəhbəri yaşı ilə bağlı olaraq çox yorulub. Sakinlərlə keçirdiyi görüşlərdə dəfələrlə söyləyib ki, artıq səhhətindəki bəzi problemlər ona əvvəlki kimi işləməyə imkan vermir. İşdən çıxmaq istəyini Prezident Administrasiyasında yüksək vəzifə tutan dostlarına da deyib. Onlar da öz növbələrində bunu anlayışla qarşılayıblar. Bu baxımdan Şəmsəddin müəllimin icra başçısı vəzifəsi postundan kənarlaşdırılması real variantdır».

Şəmsəddin Xanbabayevdən fərqli olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahmud Nayfalı oğlu Quliyev sırf vətəndaşların qeydinə qalmadığı üçün işdən azad edilə bilər. Məlumat üçün yazaq ki, o, 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Karyerası ərzində bir sıra vəzifələrdə işləyib. 2000-ci ildən etibarən isə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur. 13 ildir vəzifədə oturmasına baxmayaraq, Mahmud Quliyev Cəbrayıl sakinlərinin müxtəlif sosial problemlərinin həll olunması istiqamətində demək olar ki, heç bir addım atmayıb.

Onun adı mətbuat səhifələrində daim qalmaqallı olaylarda, yeyinti faktlarında çəkilib. Qısaca bildirək ki, icra başçısı qanunları pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun istər Bakıda, istərsə də ölkənin ayrı-ayrı rayonlarında böyük biznesi var. Bir sözlə, icra hakimi Cəbrayıl rayonundan məcburi köçkün düşən şəxslərin sosial rifahının yaxşılaşması üçün yox, özünün maddi vəziyyətinin inkişafından ötrü çalışır.

Mötəbər qaynaqların DİA.AZ-a verdiyi informasiyaya görə, işində yol verdiyi çoxsaylı nöqsanlara, dövlət büdcəsinə vurduğu ziyana görə Mahmud Quliyev ən uzağı yanvar ayına kimi işdən çıxarılacaq: «İcra hakimi bütün şansları boşa verib. Cəbrayıllılar onun özbaşına əməllərindən beziblər. Rayon rəhbərindən şikayətlərin artması yuxarı orqanları bu məsələyə əncam çəkməyə vadar edib. Qərar isə çox güman ki, icra hakiminin başqa şəxslə əvəz edilməsi olacaq».

Ağdam RİH-in başçısı Nizami Sadıqov da «gedənlər karvanı»na qoşulma ehtimalı yüksək olan şəxslərdəndir. 1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində işləyən məmur 2009-cu ildən, yəni Ağdamın icra başçısı olandan bu vaxta kimi rayon sakinlərinin xeyrinə-şərinə yaramayıb. Onun həyata keçirdiyi müxtəlif özbaşınalıqlara etiraz edən sakinlər icra başçısının dəyişdirilməsi tələbi ilə bir neçə dəfə prezidentə müraciət ediblər. Amma hər dəfə icra başçısına güzəşt edilib, özünü yaxşı tərəfdən göstərməsi üçün vaxt verilib. Görünür, Nizami Sadıqov bunu dəyərləndirə bilməyib. Bu üzdən də belə məlumatlar dolaşır ki, o da yuxarıda adlarını qeyd etdiyimiz icra başçıları kimi sabiqlər sırasına daxil olmağa çox yaxındır.

Onu da bildirək ki, redaksiyamız tərəfindən yol üstündə olan digər rayon rəhbərləri ilə bağlı da materiallar hazırlanmaqdadır. Zaman-zaman həmin bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin...

Qarşı tərəflərin də cavab haqqını tanıyırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru