Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi .....                     "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, .....                     “Yapı Kredi Bank”ın gəliri .....                     Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib .....                     Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı .....                     Hindistanlı generala İrəvanda medal verildi .....                     Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın .....                     Estetik əməliyyatlar məhdudlaşdırılacaq? .....                     Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini .....                     Bakıda yeni park salınır .....                     İcra başçılarına qadağa: .....                     "Boşanmışdıq, uşağımı görə bilmirdim" .....                     Saatlar ABŞ vaxtı ilə qurulur: .....                     Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                 

DAHİLƏR KÜÇƏDƏ - KÜÇƏLƏRDƏKİ DAHİLƏR...
Tarix: 17-10-2013, 09:58 | Çap et
DAHİLƏR KÜÇƏDƏ - KÜÇƏLƏRDƏKİ DAHİLƏR...
Bu, dilənçilik deyil. Bu qarşısına çıxan insanlara əl açıb onlardan kömək, onlardan imdad diləmək də deyil. Söhbət öz halal zəhməti ilə, lap el dilində desək, alın təri ilə pul qazanan küçə musiqiçilərindən gedir. Tarixi qədim köklərə gedib çıxan musiqi sənətinin bu növü əsrlər ötsə də, yaşamaqdadır. Qədim Yunanıstanın paytaxtı Afina şəhərində toplaşan küçə musiqiçiləri lira adlanan simli musiqi alətində yunan xalq mahnılarını ifa etməklə insanları qələbəyə kökləyirdilər. Bu musiqi sədaları yunan xalqının içində toplaşmış kədər hissini dağıtmağa da xidmət edirdi.
Əsrlər ötsə də, küçə musiqiçiliyi hələ də unudulmayıb. Hətta müasir dövrdə dünyanın böyük şəhərlərində küçə musiqiçilərinin festivalları da təşkil olunur. Belə musiqi sənətçilərinə bu gün az da olsa, Bakı küçələrində də rast gəlmək mümkündür. İsti-soyuq, yay-qış demədən öz işlərinin başında, neçə deyərlər sevimli musiqi alətlərini kökslərinə sıxıblar. İllərdir küçələrdə qarmon, gitara, kamança çalan belə insanların bəziləri artıq məşhurlaşıblar da...
Belə musiqiçilərdən biri də əslən Cənubi Azərbaycandan olan 53 yaşlı Eldar Manafovdur. Onunla metronun “Xalqlar dostluğu” stansiyasının çıxışında qarşılaşırıq. Öz sevimli qarmonu qucağında, gözündə eynək, qarşısında kiçik bir pulqabı və bir də siqaret kötükləri ilə dolu külqabı... Qulaqlarımızda isə böyük sənətkarımız Akif İslamzadənin “Ala gözlüm” mahnısının sədaları. Ancaq məkan da, zaman da, elə ifaçı da fərqli. Fərqli məkanda, fərqli zamanda və fərqli simanın barmaqlarından qopur “Ala gözlüm”ün sədası.
Onu öz dünyasından qoparmamaq üçün bir kənarda dayanıb sakitcə gözləyirik. Musiqi bitir. Biz də bundan istifadə edib növbəti reportajımızın qəhrəmanına yaxınlaşırıq, pulqabına 50 qəpik də atmağı unutmadan. Və beləcə söhbətimiz baş tutur. 10 yaşından bu peşə ilə məşğul olan qəhrəmanımızın heç bir musiqi təhsili yoxdur. Heç notu da bilmir. Amma çox gözəl musiqi duyumu var. Rəşid Behbudov, Şövkət Ələkbərova və Akif İslamzadədən uzun-uzadı söhbətlər etməkdən də doymur. Gəlin onun dediklərini öz dilindən oxuyaq: “10 yaşımdan qarmon çalmağı öyrənmişəm. Amma kasıb ailədən olduğum üçün heç vaxt musiqi təhsili ala bilməmişəm. Çox istərdim ki, musiqi təhsilim olsun, lakin bu mənə qismət olmayıb. Musiqi təhsili ala bilmədiyim üçün də uzun illər fəhləliklə məşğul olmuşam. Sonradan yaxşı qarmon çaldığım üçün məni toylara dəvət edirdilər. Birlikdə toylara getdiyim dəstə dağıldıqdan sonra isə işsiz qaldım. Ancaq yenə də köməyimə gələn bu sevimli qarmonum olur. Artıq 15 ildir ki, paytaxtın ayrı-ayrı yerlərində qarmon çalıram”.
15 ildir halal zəhməti ilə gündəlik çörəkpulunu qazanan həmsöhbətimiz “Gənclik” metrosunun çıxışında, “Vosmoy” bazarının yaxınlığında və A.M.A.Y-ın qarşısında işləyib. “Amma A.M.A.Y-ın yerini heç nə verməz”, deyir həmsöhbətimiz. A.M.A.Y-ın sahibi ona işləməyə kömək etməklə yanaşı maddi yardımını da əsirgəmirmiş: “Orda gəlirim yaxşı olurdu. Elə bil ki, oradakı insanlar musiqini başa düşürdülər, onların musiqi duyumu var idi. Ona görə də zəhmətimə yaxşı qiymət verirdilər. A.M.A.Y-ın yeri dəyişəndən sonra gəldim bura. Burada da ki, Allah bərəkət versin günə 10-15 manat qazanıram. Hətta elə gün olur ki, 20 manat da qazanıram”.
Qazandığı pulun böyük bir hissəsini qızının təhsilinə xərclədiyini deyir Eldar kişi. Özü təhsil ala bilməsə də, qızının təhsil alması üçün çox çalışır: “Mən özüm ali təhsil ala bilmədim. Həmişə düşünürdüm ki, uşaqlarımı oxudacam. Ancaq oğlumu oxuda bilmədim. Nə qədər çalışsam da gördüm ki, onun təhsilə marağı yoxdur. Qızım isə İncəsənət Universitetində oxuyur. Qazancımın böyük bir hissəsini onun təhsilinə xərcləyirəm”.
Həmsöhbətimiz daha çox öz bildiyi mahnıları ifa etdiyinmi söylədi. Ancaq hərdən mahnı sifarişləri aldığını da bildirdi: “Hərdən qutuya 1-2 manat atıb sifariş verənlər də olur. Sifarişçilər isə daha çox gənclər olur ki, onlar da ”Dolya vorovskaya" və “Ağlın varsa evlənmə” mahnılarını sifariş edirlər. Ancaq mənim bu mahnılardan xoşum gəlmir. Mən daha çox xalq mahnılarına üstünlük verirəm. Hətta bir neçə dəfə buna görə gənclərlə mübahisəm də olub. Onlara başa salmaq istəyirəm ki, “Dolya vorovskaya” , “Ağlın varsa evlənmə” sənət deyil. Sənət Rəşid Behbudovun, Şövkət Ələkbərovanın oxuduqlarıdır. Təəssüf ki, bu gün gənclərimizin zövqü korlanıb. Onlar əsil sənəti qoyub bulvar mahnılarına qulaq asırlar. Bulvar mahnılarına qulaq asan gənclikdən isə ciddi bir şey gözləməyə dəyməz. Bizim nəsil Rəşid Behbudovun mahnıları ilə böyüyüb. İndiki nəsil Üzeyir Mehdizadənin səsi ilə böyüyür".
Müsahibimizi narahat edən əsas problemlərdən biri gənclərin musiqi duyumunun olmaması ilə bağlıdırsa, digəri isə təhsilsizliklə, kitaba marağın az olmasıdır: “Sovet dövründə gənclərin səsi kitabxanalardan gəlirdi. İndi isə onları çayxanalarda, gecə klublarında tapmaq olur. Hamısı da vaxtlarını boş-boş əyləncələrə xərcləyirlər. Hər şeyin dadı-duzu qaçıb. İndi nə sənətə, nə də sənətkara qiymət verən var. İndi hər şey bayağılaşıb”.
Sonda qəhrəmanımızdan ayrılarkən biz də pul verib mahnı sifariş edirik. Ancaq onun dili ilə desək, zəhlətökən mahnılardan yox, “Küçələrə su səpmişəm ” mahnısını. O da qarmonu köksünə basaraq dilə gətirir...
\ musavat \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07
Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53
"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52
Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru