Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                 

“YARIMÇIQ QALMIŞ BOLONİYA SİSTEMİ
Tarix: 21-01-2012, 13:10 | Çap et
“YARIMÇIQ QALMIŞ BOLONİYA SİSTEMİ

MƏRDANOVUN BAZARINDA BİR QAYIB BİR MANATADIR

«Azərbaycanda Boloniya sistemini istədikləri formada dəyişib tələbələrə təqdim ediblər. Ona görə də tələbələr arasında biz ona Boloniya yox, «koloniya sistemi» deyirik. Boloniya sistemində dərslər interaktiv üsulla keçilməlidir. Bizdə isə hələ də mühazirələr imla şəklində olur, heç bir yeni avadanlıqlardan istifadə olunmur».

Orxan Abdulla İqtisad Universitetinin 3-cü kurs tələbəsidir. Deyir 3 ildir Boloniya sistemində təhsil alsa da, hələ də xaricdə bu sistemlə təhsil alan dostlarına həsəd aparır. Həmin dostlarından fərqli olaraq, fənn seçimindən tutmuş elektron kitabxanalardan istifadəyədək Boloniya sisteminin bir çox imkanlarından məhrumdur.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi Asim Əhmədzadə də deyir ki, Boloniya sistemi deyiləndə, yalnız 100 ballıq sistemə keçiddən başqa ağlına bir fikir gəlmir:

«100 ballıq sistemdir. Başqa heç nə Boloniya sisteminin olduğunu göstərmir. Nə tələbənin dərs seçimi, nə də başqa məsələlər. Boloniya sistemində tələbə dərsini, dekanını da özü seçməlidir, dəftərdə qiymət olmamalıdır».

BİR QAYIB – BİR MANAT

Asim Əhmədzadə deyir ki, Azərbaycan ali məktəblərində yeni sistemə keçid təhsildə korrupsiyanı da artırıb. Məsələn, hazırkı bal sistemində dərsə davamiyyət də nəzərə alındığından Asim Əhmədzadənin dediyinə görə, bəzi ali məktəblərdə qayıbın konkret qiyməti var. Məsələn, bir qayıbı pozdurmaq tələbəyə bir manata başa gəlir.

Asim Əhmədzadə hesab edir ki, Boloniya sisteminin azərbaycanlı tələbələrə yalnız bir müsbət təsiri olub, o da, kəsirə görə kursda qalmaq məsələsinin ləğvidir. Başqa sözlə, yeni sistemə görə, bir fənnin imtahanından keçə bilmirsənsə, təkrar kursda qalmırsan. Sadəcə, növbəti tədris ilində kəsildiyin fəndən də imtahan verməli olursan.

Azərbaycanda Boloniya təhsil sisteminin tətbiqinə 2005-ci ildən başlanıb. Artıq 20-dən çox ali məktəb bu sistemə keçib. Boloniya təhsil sisteminin sovet təhsil sistemindən bir sıra fərqli cəhətləri var. Məsələn, kompyuterləşmiş auditoriyalardan və elektron kitabxanalardan istifadə, fəndən tutmuş müəllimədək seçim azadlığının olması və s.

Bundan başqa, tələbə heç də mühazirələrdə mütəmadi iştirak etmək və deyilənləri dəftərə yazmaq məcburiyyətində deyil. Mühazirələr hətta e-mail vasitəsilə tələbəyə göndərilə də bilər.

Amma söhbət etdiyimiz tələbələr deyir ki, Azərbaycanda nəinki kompyuterləşmiş auditoriyalar, elektron kitabxanalar lazımi səviyyədə deyil, tələbələrin seçim imkanları yoxdur. Hətta dərsə davamiyyəti pozduğuna görə universitetdən qovulmaq təcrübəsi də qorunub saxlanır. Məsələn, 3 fənnin hər birində 30 faiz davamiyyəti pozmusansa, qovulmaq təhlükəsi ilə üz-üzəsən.

«AZƏRBAYCAN TƏHSİL SİSTEMİ BÖHRAN DÖVRÜNÜ YAŞAYIR»

BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli də hesab edir ki, Azərbaycan Boloniya təhsil sisteminə formal olaraq keçib:

«Boloniya sistemində çox mühüm bir amil rektorun da, dekanın da bir menecerə çevrilməsidir. Yəni, onlar təhsilin maliyyəsini axtarır, maddi texniki bazanın təkmilləşməsinə çalışır, rəqabət mühiti yaradır. Bu təhsil sistemində tələbə ilə müəllim ən yüksəkdə dayanırsa, ən aşağıda dayanan rektorla dekan olur. Azərbaycan reallığında isə Boloniya sistemi çox eybəcər bir formaya çevrilib. Bürokratik bir şey yaradılıb. Hansı fənlər keçilir, necə keçilir, fənlərin modulları dəqiqləşdirilmir».

Zeynal Məmmədlinin fikrincə, sovet təhsil sistemi ilə müqayisədə Azərbaycanda yeni təhsil sisteminin tətbiqi tələbəyə müsbət nəsə qazandırmadı. Əksinə, əvvəlki təhsil sistemi öz dövrünün tələbinə uyğun kadr yetişdirə bilirdisə, indi heç bu da baş vermir, təhsil sistemi özünün böhran dövrünü yaşayır.

Zeynal Məmmədli hesab edir ki, ümumiyyətlə, Azərbaycan təhsil sistemində Boloniya sisteminin tətbiqi vaxtından tez atılmış addımdır. Bunun üçün baza rolunu oynayacaq müasir tələblərə cavab verən kadrlar, kompyuterləşmə sistemi, o cümlədən sərbəst bazar olmalıdır.

«AZAD DAVAMİYYƏT OLSA...»

Turizm İnstitutunun müəllimi, «Avropada Boloniya prosesi və onun Azərbaycanda perspektivləri» kitabının müəllifi, tarixçi-alim İbrahim Əliyev isə fərqli fikirdədir. O hesab edir ki, Azərbaycan Boloniya sisteminə keçməklə təhsil sisteminin inkişafı istiqamətində addım atmış olub. İbrahim Əliyevin fikrincə, Boloniya sisteminin tətbiq olunduğu 7 il ərzində təhsil sistemində bir sıra uğurlar əldə olunub. Məsələn, Avropa ölkələri ilə qarşılıqlı şəkildə diplomların tanınması, tələbə-müəllim mübadiləsi, tələbələrin informasiya mənbələrinin artması və s. O ki qaldı Boloniya sisteminin digər üstünlüklərinin tətbiqinə:

«Heç nə birdən-birə yaranmır. Həm də hər hansı bir iş görüləndə reallığı nəzərə almaq lazımdır. Azərbaycan ali təhsil müəssisəsində icazə versən ki. azad davamiyyət olsun, auditoriyada bir nəfər də tapmazsan. Ona görə də, biz konkret mühitdə fəaliyyət göstərdiyimizdən o şeylər nəzərə alınmalıdır. Tutaq ki, seçimlə bağlı qərar qəbul etdik. Tələbə kimi seçəcək? Axı əlimizdə olan budur. Axı seçim olan yerdə rəqabət olmalıdır. Rəqabət mühiti yoxdursa, təbiidir ki, seçim olmayacaq».

İbrahim Əliyev bu fikirdədir ki, Azərbaycanda Boloniya sisteminin bütün üstünlüklərindən yararlanmaq üçün müəyyən vaxta ehtiyac var.

RAMİZ MEHDİYEV DƏ TƏNQİD EDİR

«Bütün ali məktəblər Boloniya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsələr də, onların istifadə etdiyi proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər öz əksini tapıb».

Bu fikirlər isə Prezident yanında Təhsil üzrə Komissiyanın sədri, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məxsusdur. O bildirib ki, hazırda məzunların xeyli hissəsi ingilis dilində və informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verən biliklər nümayiş etdirməyə qadir deyillər. Ramiz Mehdiyevin fikrincə, bütün bunlar ali məktəblərdə mövcud olan mənfi hallardan xəbər verir.

Məsələyə Təhsil Nazirliyinin münasibətini öyrənmək cəhdlərimiz baş tutmadı, nazirlikdən zənglərimizə cavab verən olmadı.

Prezident İlham Əliyev 2009-cu ildə «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı»nın təsdiq olunması barədə sərəncam imzalayıb. Sərəncamda ali təhsilin məzmununun Boloniya prinsiplərinə uyğun qurulması məsələsi də qeyd olunub. Amma ekspertlər hesab edirlər ki, bu sərəncama əməl olunmayıb. Mütəxəssislərin fikrincə, Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası üçün ali məktəblərə müstəqillik verilməli, rəqabət mühiti yaradılmalıdır.

Azadlıq Radiosu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Bu gün, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Bu gün, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru