Adil Vəliyevin Sabunçu sakinlərilə torpaq davası... - İcra başçısı "hazıra nazir" olmaq istəyir
Tarix: 10-04-2015, 11:52 | Çap et
Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin imza atdığı qanunazidd əməllərin əhatə dairəsi hər keçən gün bir qədər də genişlənir. Son vaxtlar icra başçısının fəaliyyətindəki nöqsanlarla bağlı yuxarı instansiyalara ünvanlanan şikayətlərin sayı xeyli artıb. Amma buna baxmayaraq, nə əlaqədar dövlət qurumlarının nümayəndələri icra hakimini cəzalandırır, nə də rayon rəhbəri özü fəaliyyətində dönüş yaradır.
Bir neçə gün əvvəl redaksiyamıza müraciət edən Sabunçu rayonu, Anaşkin küçəsinin sakinləri Adil Vəliyevin törətdiyi özbaşınalıqlardan narahatlıqlarını bildirmişdilər. Narazı vətəndaşlar illərdir şəxsi vəsaitləri hesabına doldurduqları ərazilərin rayon rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq satılmasına etiraz ediblər. Aradan bir neçə gün keçsə də, hələlik Adil müəllim yazdıqlarımıza reaksiya verməyib. Bu azmış kimi, qəzetdə məqalə dərc olunandan sonra icra hakimiyyətinin bəzi əməkdaşları sakinlərə qarşı aqressivləşiblər. Hətta növbəti dəfə qəzetə şikayət edəcəkləri təqdirdə onları həbs etdirəcəklərini deyiblər. Dünən yenidən redaksiyamızla əlaqə saxlayan Anaşkin küçəsinin bir qrup sakini icra başçısının qanunsuz əməllərinə son qoymayacağı halda, prezidentə yazılı formada müraciət edəcəklərini söylədilər: "Əvvəla şikayətimizi olduğu kimi qəzetinizdə işıqlandırdığınız üçün sizə minnətdarlığımızı bildiririk. Mətbuat nümayəndələri olmasa, bəzi məmurlar bizi yaman günə qoyar. Qəzetdə yazı dərc olunan günün ertəsi yerli icra orqanının əməkdaşları gəlib qeyd etdiyimiz əraziyə baxış keçirdilər. Sən demə bu gəlişdə məqsəd başqa imiş. Adil Vəliyevin Rafael adlı işçisi demək olar ki, hər gün bizim doldurduğumuz ərazilərə müştəri gətirir. Hələ ki, bu sahəni bəyənən olmayıb. Amma bu, torpaq sahəsinin satılmayacağı anlamına gəlməməlidir. Çünki son bir ildə Sabunçu İcra Hakimiyyətinin əsas söz sahibləri əvvəllər gölməçə olmuş, sonralar isə vətəndaşların şəxsi vəsaitləri hesabına doldurduğu ərazilərin çox hissəsini satıb. Bizi narahat edən sizə təqdim etdiyimiz şəkillərdəki ərazinin aqibətidir. Heç olmasa buranın satılmasına mane olaq. Rayon rəhbəri nəyin bahasına olursa-olsun doldurulmuş ərazini satmaq istəyir. Biz isə buna imkan verməyəcəyik. Nəyə görə? Ona görə ki, həmin əraziləri öz cibimizin pulu ilə doldurub səliqəli hala salmışıq. Onda nə Adil Vəliyev var idi, nə də Rafael adlı şəxs. İcra hakimiyyətindən kim gəlirsə, deyir burda məktəb binası tikiləcək. Bir neçə il əvvəl də belə deyirdilər. Lakin məktəb binasının tikintisi üçün nəzərdə tutulan yeri ayrı-ayrı şəxslərə satdılar. Bu cür bəhanələrə artıq qarnımız toxdur". Anaşkin küçəsinin narazı sakinləri deyir ki, Adil Vəliyev icra başçısı vəzifəsinə qoyulandan sonra onların vəziyyəti xeyli ağırlaşıb: "Əslində, biz yeni icra hakimindən çox şey gözləyirdik. O vəzifəyə yeni təyin olunanda şirin vədlər vermişdi. Tədricən başçının verdiyi sözə xilaf çıxdığını gördük. İndiyə kimi üzləşdiyimiz problemlərin həllində Sabunçu Rayon İcra Hakimiyyəti rəhbərliyinin köməyini görməmişik. Bu gün tək-tük icra başçısı tapılar ki, vətəndaşların qeydinə qalsın, insanların probleminin həlli üçün çalışsın. Əksəriyyəti şəxsi sərvətini artırmaq, qanunsuz yollarla pul qazanmaq haqda fikirləşir. Adil müəllim icra başçısı keçən kimi abadlıq-quruculq işləri adı altında ticarət obyektlərinin bir hissəsini sökdürüb yerində özünə obyekt tikdirdi. Binaların fasadlarının dəyişdirilməsi, yaşıllıq sahələrinin salınması adı ilə külli miqdarda büdcə vəsaiti mənimsənildi. Deyilənə görə, başçı Bakıxanov qəsəbəsinin ərazisində yeni göydələnlər inşa etdirir. Biz yeməyib-içməyib yaşadığımız küçənin gölməçələrini bərk məişət tullantıları ilə doldurmuşuq ki, buralar abad olsun. İcra hakimiyyətinin rəsmiləri isə buranı əlimizdən alıb satmaq istəyir. Keçən dəfə başçıya xəbərdarlıq etdik, amma deyəsən Adil müəllimin heç nə vecinə deyil. Ya üstündə oturduğu milyonlara arxayındır, ya da tez-tez adından istifadə etdiyi yüksək rütbəli şəxsə. Hörmətli icra başçısına demək istəyirik ki, o bizim xidmətçimizdir, biz onun yox. Cənab prezident hər yerdə "Mən xalqın birinci xidmətçisiyəm. Digər məmurlar da xalqın xidmətçisi olmalıdır" deyir. Bəs, Adil Vəliyev nəyə, yaxud kimə xidmət edir? Əgər başçı və adamları əraziyə olan iddialarından əl çəkməsə, Sabunçu İcra Hakimiyyətinin, yaxud Prezident Administrasiyasının qarşısına toplaşıb sivil qaydada öz hüquqlarımızı tələb edəcəyik. Artıq boğaza yığılmışıq. Ya bizə rahat yaşamağa imkan versinlər, ya da baş götürüb buralardan gedək. Adil Vəliyev belə işlərə imza atmaqla bizi yuxarılardan incik salır. Eşitdiyimizə görə, başçı buranı vəzifəli şəxslərdən birinə hədiyyə etmək istəyir. Cənab prezidentin bu şeylərdən xəbəri yoxdur. Odur ki, qəzet vasitəsilə şəxsiyyətinə və yürütdüyü siyasətə böyük hörmət bəslədiyimiz İlham Əliyevə müraciət edib kömək istəyirik. Sizdən isə xahiş edirik ki, gəlib burda çəkiliş aparasınız". Vətəndaşların xahişini nəzərə alıb növbəti saylarımızda qeyd olunan küçədən geniş reportaj hazırlayacağıq. Çox istərdik ki, yuxarı instansiyalar vətəndaşların şikayətinə baxsın və icra başçısının barəsində müvafiq tədbirlər həyata keçirilsin. \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55 |
|
|
|
|