ŞOK: Azərbaycanda məmur vəhabiləri himayə edirmiş - Xızı icra başçısının müavininə qarşı ittiham
Tarix: 4-04-2015, 12:27 | Çap et
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Fərmanı ilə "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilib.
Həmin dəyişikliklərə əsasən, "Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı" cədvəli üzrə "Rəhbərlik" bölməsinin beşinci sətrindən "Başçının müavini - Aqrar məsələlər şöbəsinin müdiri" sözləri çıxarılıb. Bu, o deməkdir ki, rayon icra strukturlarında başçının aqrar sahə üzrə müavini vəzifəsi ləğv edilib. Ölkə rəhbərinin bu addımı əlbəttə ki, bir neçə amillə əlaqədardır. İlk növbədə söhbət aqrar sektorun inkişafına dövlət qayğısının artırılmasından, nəzarətin təkmilləşdirilməsindən gedir. Yadınızdadırsa, hələ 2014-cü ilin 16 aprelində prezident "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman verib. Fərmanda həmçinin, rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması nəzərdə tutulur. Göründüyü kimi, dövlət başçısı aqrar inkişafın təmin edilməsi üçün bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsini zərur hesab edərək mühüm qərarlar verib. İlk növbədə rayonlarda demək olar ki, formal fəaliyyət göstərən icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavinləri bu qərardan məyus olub. Lakin, heç kəsə sirr deyil ki, aqrar sahə üzrə müavinin rayonda dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılmış müxtəlif təyinatlı subsidiyaların bölüşdürülməsindən savayı fəaliyyəti demək olar ki, görünmürdü. Eynən də, ölkə üzrə həmin vəzifələrə yerləşdirlimiş şəxslərin bir sıra hallarda qeyri-ixtisas sahibləri olduğu üzə çıxmışdı. Bu isə aqrar sahənin inkişafına əngəl törədən amillərdən biri kimi qiymətləndirilirdi. Bəzi rayonların icra başçıları aqrar məsələlər üzrə müavin vəzifəsini az qala alver predmetinə çevirmişdilər. Söhbətimizi də bu əsnada davam etdirmək fikrindəyik.
Ölkə başçısının Fərmanından sonra vəzifəsini itirmiş şəxslər arasında Xızı rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə sabiq müavini Arzu Əzizov da var. Hazırda işsiz qaldığı bildirilən Arzu Əzizov xeyli müddət Xızı peşə məktəbinin direktoru vəzifəsində çalışıb. Kənd təsərrüfatı üzrə mütəxəssis deyil. Amma nədənsə, bu cür mütəxəssislərdən hali olmayan Xızıda icra başçısı Xəzər Aslanovun gözü təxminən 1 il öncə məhz Arzu müəllimi tutub. Halbuki, başçı bu vəzifənin tezliklə ləğv edilməsi barədə məlumatlı idi. Müşahidəçilərin fikrincə, Xəzər Aslanovun bu addımı kifayət qədər düşünülmüş olub və digər müavin Azər Əlizadənin cızdığı planın tərkib hissəsi hesab edilə bilər. Belə ki, Arzu Əzizovun Xəzər Aslanovla sıcaq münasibətlərindən xoflanan həmişə Azər Əlzadənin olduğu deyilir. Məlumat üçün bildirək ki, Azər Əlizadə başçının digər müavini Ruslan Şahbalayevin də sıradan çıxarılmasının təşkilatçısı hesab olunur. Azərin icra başçısı ilə əlbir olub öz doğma bibisi oğluna külli miqdarda pul "atması" barədə Xızı rayonunda dürlü-dürlü əhvalatlar yayılıb. Həmin əhvalatlar lap "Koroğlu" dastanına bənzəyir. Olaylar hətta Türkiyəyəcən gedib çıxır. Lakin nədənsə Azəri daha çox dostu Həmzə obrazında görürlər. Bu səbəbdən Azər Əlizadənin çox çətin vəziyyətə düşdüyü deyilir. Axı kələfin ucu icra başçısına aparır...Təsadüfi deyil ki, icra başçısı Xəzər Aslanov bu və ya digər səbəbdən onun diqtəsi ilə hərəkət etməyi lazım bilir. Həmin səbəblərin daha nələrdən ibarət olduğunu demək çətindir. Bunun üçün Azər Əlizadənin Xızıda qazandığı "imicin" təhlili aparılsın. Yadınızdadırsa, ötən yazılardan birində Azər Əlizadənin qeyri-ənənəvi və radikal dini cərəyanlardan biri ilə sıx əlaqələri barədə qeydlər getmişdi. Həmçinin bu məsələdən yerli inzibati strukturların məlumatlı olmasına da diqqət yetirilmişdi.
"Bundan mənə nə"?..
Yolumuzu bu yaxınlarda, Xızının Sayadlar kəndindən salmışdıq. Böyük şairimiz Mikayıl Müşfiqin sözün həqiqi mənasında yerlə yeksan edilmiş doğma kəndindən soraq istədik. Fəqət, gözlərimizə inanmadıq. Giləzidən sonra körpünü elə ki keçdin, birinci kənd Mikayıl Müşfiqin doğma yurd yeridi. Körpünü keçərkən dəhşətli mənzərə ilə üzləşdik. Gördük ki, Müşfiq ocağının ətrafını lil basıb. M.Müşfiqin xatirə muzeyinin bir neçə addımlığında adamlar toplaşmışdı. Yaxınlaşıb ədəb-ərkanla salam verdik, hal-əhval tutduq. Müşfiq ocağının baxımsız vəziyyətə düşməsinin səbəbini soruşduq ki, bunu kim edib. Əvvəlcə bizi şübhəli nəzərlərlə başdan ayağa süzüb bir ağızdan söylədilər: "Bizdən niyə soruşursunuz? Gedin icra başçısı Xəzər Aslanovla rayon suvarma sistemləri idarəsinin rəisi, Fərrux Haqverdiyevdən xəbər alın, görün, bu trubaları satıb pulunu necə mənimsəyiblər". Bizim susqun reaksiyamızdan sonra aralarından orta yaşlı bir nəfər sanki güllə kimi açıldı:" Ayə, mənim nəyimə lazım kim mənimsədi, niyə mənimsədi. Mən "işverən" adam olsaydım, deyərdim ki, niyə Hesablama Palatasının rayonda apardığı üç günlük yoxlamalar Xızıda kütləvi pulyığmalarla müşayiət olundu? Bu 3 gündə büdcə təşkilatlarından adambaşına ortalama 50-100 manat yığılıb. Maaşı 200 manat olan mən bədbəxt bu pulu nə təhər verim? A başuva dönüm sənin, başçı öz borclarını bağlamaq üçün başqa ad altında "yığır". Müavini Azər Hesablama Palatasının yoxlamalarından narahat olan idarə müdirlərinə deyirmiş ki, qorxub-eləməyin, mən özüm çağırtdırmışam, 3 günə büdcəni bağlatdırıram. Bundan mənə nə"?..
Müşfiqin kəndinə süpürgə çəkiblər...
Sayadlar kəndindən əsər-əlamət yoxdu. Sovet dövründən bəri burada bir ailə yaşayıb. Çox-çox sonralar Azər Əlizadə yaxın adamı Firudini bu yerlərdə məskunlaşdırıb. Öz keçi fermasını isə ona tapşırıb. Sən demə, əvvəlki icra başçılarının dövründə Azər Əlizadə Sayadlar kəndində hətta məscid tikdirmək fikrində olub. Bu məqsədlə müvafiq məkan da gözaltı edibmiş. Lakin naməlum səbəblərdən onun təşəbbüsünə "dobro" verən olmayıb. Bəlkə də imkan düşən kimi bunun acığını son 50 ildə kəndin işığını yandıran yeganə yerli sakindən çıxıb. Məlumat üçün bildirək ki, yüksək dövlət orqanlarında çalışan yaxşı insanların tapşırığı ilə Müşfiqin kəndində sanki onun ruhunu işıqlandıran nurlu qocanın evi təmir olunmuşdu. Sən demə, ömrünü-gününu doğma yurdun qarış-qarış torpağında-daşında keçirmiş bu dağlar oğlu kimlərinsə naqis əməllərinə mane olurmuş. Günlərin birində Azər Əlizadənin səyləri ilə ev insafsızcasına söküldü. Müşfiqin son yadigarı olan bir ocaq da bərəkətli təndiri ilə bərabər belə dağıdıldı. Xızının icra başçısı Xəzər Aslanov isə, məsələdən xəbərsiz kimi, özünü görməzliyə qoydu. İndi o evdən nişanə belə yoxdur. Azər Əlizadə "komoxozun" işçilərinə evin bünövrəsini də süpürtdürüb. Uçurma əməliyyatına şəxsən rəhbərlik edib. Şübhələnib ki, bu ağsaqqal birdən nəsə edər, hansısa məsələlərə şahidlik edər, kiməsə xəbər verə bilər...
Keçi pendiri "əməliyyatı"
Müşfiq ocağının yüz addımlığında baş verən bu söküntüdə Azər Əlizadənin xüsusi canfəşanlığı adamı heyrətə gətirir. Dağıntı təxminən 20-30 metr aralıda yerləşən keçi fermasından yan keçib. Xızılılar ferma sahibini daha çox keçi saxlayan Firudin kimi tanıyır. Bildirilir ki, icra başçısının müavini Azər Əlizadənin etibarlı adamıdır. Həftəbaşı Azər Əlizadənin 29 AA 003 nömrəli "Toyota Camry" markalı xidməti maşınını burada görmək olar. Əlbəttə, Firudin kişi icra başçısı müavininin buralara tez-tez gəlişinin səbəblərini onun keçi pendiri həvəskarı olmasıyla əlaqələndirə bilər. Lakin, yerli camaatın dediyinə görə. bu fermaya uzun illərdir ki, Bakı və Sumqayıtdan gələn "saqqallılar" Azər Əlizadənin təşkilatçılığı ilə yığışır. Bu barədə əlaqədar orqanlarda məlumat olmamış olmaz.Odur ki, Azər müəllimi pendir "xəstəsi" bilməyin. Onun bura daim gəlib-getməyinə səbəb radikal dini təbliğatların sual doğurduğu məqamların axtarışına çıxmağa rəvac verir. Hər halda, bu məsələ müəyyən həqiqətləri ortaya qoya bilər. Belə çıxır ki, Sayadlar kəndindəki yeganə evin sökülməsi radikal dinçilərin keçirdiyi həftəlik "cümə məsləhətləşmələr" ilə əlaqədar olub. Necə olmasa, gözdən uzaq, könüldən iraq yerdi, özü də keçi fermasında qələbəlik kimsəni şübhəyə salmaz. Bir qonşuda yaşayan qoca qalır. Onun da evini "qəmlo" demiş, o söz... Məlumata görə, keçi pendiri almaq bəhanəsi ilə Firudin adlı şəxsin fermasına hər həftə ətraf bölgələrdən eyni gündə, eyni saatlarda xeyli adam toplaşır. Bəzən elə olur ki, fermanın həndəvərində maşın əlindən tərpənmək olmur. Bakı küçələrindən də betər tıxac yaranır. Kim gəlir, nə üçün və kimlərlə gəlir-bu barədə məlumat yoxdur. Yəqin ki, həmin şəxslərin kimliyini "cümə məsləhətləşmələr"inə ev sahibliyi edən şəxs bilər. Hər halda neçə illərdir ki, bu adamlar "qrafik" üzrə ərazidə yığışıb havayı yerə elə-belə müzakirələr aparmır. Nə müzakirələrdi belə? Bu sualın cavabını yaxşı olar ki, əlaqədar orqanlar versin. Azər Əlizadənin, isə radikal dini cərəyanlarla əlaqəsinin olub-olmaması araşdırılsın. Əlbəttə, biz də inanmaq istərdik ki, Xızı rayon icra başçısının müavini Azər Əlizadə həftəbaşı öz qonaqlarına keçi pendirinin ünlü faydaları barədə mühazirələr oxumur. Lakin unutmaq lazım deyil ki, keçi pendiri çox yeyildikdə qarın ağrısına səbəb olar...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55 |
|
|
|
|