Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

Naxçıvanda Vasif Talıbov ənənələri davam və inkişaf etdirilir... - BU DA FAKT!!!
Tarix: 7-07-2023, 09:05 | Çap et
Naxçıvanda Vasif Talıbov ənənələri davam və inkişaf etdirilir...
Açığını deyim, Naxçıvanda hələ də iməcliklərin keçirilməsini dünən Prime TV-dəki növbəti debatımız zamanı eşitdim və çox təəccübləndim. Mən elə bilirdim ki, “xan” həzrətləri ilə bərabər iməcliklər də tarixə qovuşub. Sən demə, elə deyilmiş.

Yəqin ki, iməcliklərin istirahət günlərində keçirilməsi heç kimə sirr deyil. Bu isə o deməkdir ki, Naxçıvan əhalisi hələ də istirahət hüququndan istifadə edə bilmir. Halbuki istirahət hüququ Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş ən fundamental insan haqlarından biridir. Konstitusiyanın 37-ci maddəsində deyilir:

“I. Hər kəsin istirahət hüququ vardır.

II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir”.

Göründüyü kimi bu maddədə istirahət hüququ deyilərkən əsas 3 prinsip müəyyən olunur: “gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günü”. Bu konstitusion hüquq Azərbaycanın Əmək Məcəlləsinin 104-cü maddəsində daha aydın şəkildə ifadə olunur:

“1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır”.

Deməli, Naxçıvanda vətəndaşların hər həftə sonu zorla iməcliklərə cəlb olunması Konstitusiyanın və Əmək Məcəlləsinin onlara verdiyi istirahət hüququnun kobud şəkildə pozulmasıdır.

Naxçıvanda Vasif Talıbov ənənələri davam və inkişaf etdirilir...

Ən dəhşətlisi isə odur ki, iməcliklərə zorla cəlb olunan Naxçıvan camaatı bu xüsusiyyəti ilə nəinki müasir çağımızın, hətta insanlıq tarixinin ən hüquqsuz təbəələri qismində görünürlər. Çünki həftə sonlarının istirahət günü elan olunması, bir çoxlarının düşündüyü kimi, 19 əsrin sonlarında ortaya çıxmayıb. Biz qədim tarixi məxəzlərdə də bu iş vaxtı bölgüsünə rast gəlirik. Məsələn, Tövrata görə, yəhudilər Şabbat günü heç bir iş görməməli, hətta əllərini əmək alətlərinə və pula vurmamalıdırlar. Əks halda bu, bağışlanmaz günah kimi onların əməl dəftərinə yazılacaq və şabbat qanunlarını pozanlar axirətdə bunun hesabını verəcəklər. Tövratın istirahət günündə hətta pul müqabilində işləməyi belə, bu dərəcədə qəti hökmlə qadağan etməsi onu göstərir ki, istirahət hüququnun insanlara verilməsi bəşər tarixində ən qədim dövrlərə qədər gedib çıxır.

Bəs onu da bilirsinizmi ki, Tövrata bu qadağanın əlavə olunması yəhudilərin Fələstin torpaqlarından Babilə sürgün edilməsindən sonrakı dövrlərə düşür? Hardasa 2600 il əvvələ. Belə ki, Yerusəlim bizim eradan əvvəl 600-ci illərdə Babil kralı Nebuchadnezzar tərəfindən işğal olunandan sonra bütün yəhudilər imperatorluğun mərkəzi əyalətlərinə köçürülmüş və bu hadisə onların dini dünyagörüşündə də kəskin qırılmalara yol açmışdı. Məğlubiyyəti öz tanrıları Yəhudanın Babil tanrısı Marduka uduzması kimi alqılayan yəhudilər Babil həyatına inteqrasiya olunmağa başlamış və onların bəzi dini adət-ənənələrini də mənimsəmişlər. Bir çox tarixçilər şabbat günü anlayışının da Babillərdən yəhudilərə keçdiyinə inanırlar. Babillər isə bu inanışı şumerlərdən almışlar. Bugünkü şumer mətnlərində də istirahət günü anlayışının yer alması tarixçilərin bu təsbitini doğrulayır.

Məşhur amerikalı alim Samuel Noah Kramerin ən çox tanınan bir kitabı var: “Tarix şumerlərdən başlayır”. Kitabın adı belə sübut edir ki, bəşər tarixinin başlanğıc nöqtəsi şumerlərdir. Belə çıxır ki, bu gün zavallı Naxçıvan insanının zorla əlindən alınan istirahət hüququ da şumerlərdən başlayır. Şumerlərin b.e.ə. 4-cı minillikdə ortaya çıxıb 2-ci minilliyə qədər hökm sürdüyünü və daha sonra öz ənənələrini Babillərə ötürərək tarixə qovuşduqlarını nəzər alsaq, görərik ki, istirahət hüququnun ən azı 4000-5000 illik yaşı var. Naxçıvana isə bu hüquq hələ də gəlib çıxa bilməyib.

Bir çoxları Naxçıvanda yaşanan bütün neqativ halları onun blokada vəziyyətində qalması ilə izah edirlər. Əslində haqlıdırlar: Naxçıvan təkcə Azərbaycanla əlaqədə blokada vəziyyətində deyil. O, həm də bəşər tarixi ilə blokada vəziyyətindədir. İnsanoğlunun minilliklərlə üst-üstə toplanıb bərqərar olmuş indiki inkişaf mərhələsi nə yazıq ki, Naxçıvandan yan keçib. İstirahət günlərində keçirilən zorən iməcliklər də bunun ən bariz sübutudur.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru