Rafiq Aslanovun oğlundan BU QƏDƏR PUL HARDANDIR? - İcazə verin, şübhələnək...
Tarix: 1-03-2023, 09:19 | Çap et
 Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun oğullarının İngiltərə vətəndaşı olması və orada 10 milyonlarla əmlaka, bahalı avtomobillərə və biznesə sahib olması barədə 2 gün öncə ölkə mətbuatında məlumat yayılıb. İlk öncə Rafiq Aslanovun özü və bu on milyonların mənbəyi haqqında qısaca məlumat verək. Deməli, illər öncə Azərbaycanı suvarma suyu ilə təmin etmək üçün Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi sonra isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi var idi. Rafiq Aslanov həmin qurumlarda İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. İndi gördünüzmü, meliorasiya ilə bağlı qurumun əsas FİQURU Rafiq Aslanov olub. Yəni maliyyə, iqtisad, əmək haqqı məsələsi bu adama baxıb. 2006-cı ildə qurumun adı dəyişdirilərək Azərbaycan Hidromelioreasiya və Su Təsərrüfatı ASC oldu. Yəni daha müstəqil qurum oldu, heç kimə tabe olmadı. O vaxtdan Rafiq Aslanov ASC-nin sədr müavinidir və bu gün də həmin vəzifədədir. Rafiq Aslanov bu illər ərzində dövlət vəsaiti hesabına başa gələn suyu yüzlərlə sahibkarın, fermerin süni balıq göllərinə sataraq milyonlar qazanıb. Yazıq kəndlilər isə bağını suvarmağa su tapmır. Rafiq Aslanovun bacısıoğlu “Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev təkcə bir kranı 1 milyon manata sataraq dayısı ilə bölüşüb. Söhbət 1 krandan gedir haa… Rafiq Aslanov uzun illər qurumun tabeçiliyində olan idarələrə məxsus texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb yüz minlər qazanıblar. Hələ saxta tenderləri, geri qaytarılan “otkat”ları demirik. Rafiq Aslanov Vətən müharibəsinin qızğın vaxtı, doğulduğu Füzuli şəhəri uğrunda döyüşlərin getdiyi bir dönəmdə Londonda yaşayan oğluna 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində mənzil alıb. Yeri gəlmişkən, əslən Füzulidən-Qarabağdan olan Rafiq Aslanovun 2 oğul övladı var və ikisi də İngiltərə vətəndaşıdır. Rafiq Aslanov kimilər cənab Prezidentimizə yalan məlumat verərək deyirlər ki, ölkədə 40-50 faiz su itkisi var. Heç orta əsrlərdə, kəndlilərin kustar arxlardan istifadə etdiyi zamanlarda 40-50 faiz su itkisi olmurdu. XXI əsrdə, müasir texnologiyanın olduğu zamanda necə 40-50 fazi su itkisi ola bilər, cənab Rafiq Aslanov..? Bu qədər su itməyib ee….sənin tərəfindən oğlanların üçün Londonda villaların, bahalı avtomobillərin alınmasına xərclənib. Bəli, biz soruşuruq ki, Rafiq Aslanov sənin 1998-ci il təvəllüdlü oğlun İlkin Aslanov 7 ildən artıqdır ki, Londonda yaşayır, bir neçə ildir İngiltərə vətəndaşıdır və Londonda milyonluq mülklərə, şirkətlərə sahibdir. 23 yaşlı bu cavan oğlan bu 100 milyonları necə qazandı..? Axı, sən onu Londona dövlət hesabına oxumaq üçün göndərmişdin ki, gəlib dövlətimizə yararlı bir mütəxəssis olsun. Axı, sən Xarici İşlər Nazirliyi ilə hansı saxtakarlığa getmisən ki, övladının biri Londonda ola-ola, ikincisini də göndərmisən. Bu bizim ölkədə qeyri mümkündür. Amma bu başqa bir yazının mövzusudur. Rafiq Aslanov sənin ikinci oğlun Afiq Aslanov da Londonda yaşayır, böyük şirkətlərin sahibidir. Onun şirkətinin balansında olan avtomobillər: * Bentley Arnage T (2009-cu il, qiyməti 250 min dollar) * Audi A3 * Mercedes S-Class (magıc vısıon control, qiyməti 220 min avro), * Mercedes E 63 AMG (100 min dollar) * Mercedes Viano * Range Rover Sport Və daha nələr. Bu siyahını kifayət qədər uzada bilərik. Amma nə faydası. Sonda Rafiq Aslanova sualımız: Səni bu Azərbaycana nə bağlayır..? P.S. Zamanında bütün mətbuat car çəkirdi ki, Rafiq Aslanov Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bütün işçilərinin əmək haqlarına şərikdir, heç kim inanmırdı. Gördünüzmü pullar haradadır. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19 |
|
|
|
• Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17 |
|
|
|
• "Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49 |
|
|
|
• Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45 |
|
|
|
• Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34 |
|
|
|
• "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17 |
|
|
|
• “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15 |
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Dünən, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48 |
|
|
|
|