Naxçıvanda qanun-manun hərləyən yoxdur... .....                     `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? .....                     Daha bir şirkət ölkədən pul çıxarıb .....                     Tramp Putinlə nə vaxt görüşəcək? .....                     Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər .....                     İlyas İsmayılovdan ağsaqqal məsləhəti... .....                     Rusiyadan bu torpaqları geri almaq mümkün deyil .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? .....                     Bu halda işçilərin əmək hüquqları pozulur... .....                     Müstəqillik tariximizin 20 Yanvar faciəsi .....                     Xalqımızın qan yaddaşı: 20 Yanvar... .....                     Naxçıvanda kredit-mredit OYUNU .....                     Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? .....                     Bu gün Köhnə Yeni ildir: .....                     “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” .....                     Bu həftə onun da 'ulduzu sönəcək'... .....                     Naxçıvanda mühüm posta TƏYİNAT .....                     Putin üçün həyəcan siqnalı... .....                     "İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                 

Köhnə üsulla işləyən YENİ KOMANDA... - Bacarmadılar, ya istəmədilər?
Tarix: 25-01-2023, 10:56 | Çap et
Köhnə üsulla işləyən YENİ KOMANDA...
Bu günlərdə Mədəniyyət naziri Anar Kərimovun Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunması Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefasının kölgəsində qaldı. Media və sosial şəbəkələrdə ikincinin daha çox müzakirə olunması da bunu təsdiq edir. Bu da təbiidir. Ən azı ona görə ki, Anar Kərimovun nazir kimi bu vəzifədə necə deyərlər, heç ili tamam olmadı. Vasif Talıbovsa nə az, nə çox, düz 27 il idi ki, Azərbaycanın Naxçıvan kimi böyük bir bölgəsinə rəhbərlik edirdi.

Amma bununla belə, Anar Kərimovun vəzifəsindən uzaqlaşdırılmasında da maraqlı cəhətlər çoxdur. İlk növbədə diqqəti çəkən məqam isə Anar Kərimovun son illər aparılan kadr islahatları, gənc kadrların önə çəkilməsi fonunda bu vəzifəyə gəlməsi idi. Başqa sözlə desək, Anar Kərimov Vasif Talıbov və digərləri kimi "köhnələr"dən deyildi.
O, hakim komandanın "islahatçı gənclər" kimi təqdim edilən yeni kadrlarından idi. Və əslində, Anar Kərimovun vəzifəsindən azad edilməsi bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev kadr islahatları məsələsində "köhnələr" və "yenilər" prinsipini tam rəhbər tutmur. Düzdür, son təyinatlar zamanı əlbəttə, gənclərə üstünlük verilir. Lakin bu heç də o demək deyil ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlərə güzəşt edilir və onlar uzun müddət vəzifədə qalırlar. Bu, qətiyyən belə deyil və Anar Kərimovun təyinatının bir ili tamam olmamış vəzifəsindən kənarlaşdırılması bunu bir daha təsdiqlədi.
"Bir daha təsdiqlədi" ifadəsini də təsadüfən işlətmədik. Çünki Anar Kərimova qədər də biz bir sıra yeni kadrlara güzəşt edilmədiyinin şahidi olmuşuq. Belə ki, ötən il sentyabrın 12-də TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tutduğu vəzifə ilə vidalaşmalı oldu. O bu vəzifədə təqribən 1 il 8 ay çalışdı.
Eləcə də Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ona göstərilən etimadı doğrultmadığı üçün uzun müddət vəzifəsində qala bilmədi. 2018-ci ilin fevralında icra başçısı təyin olunan bu şəxs 2020-ci il dekabrın 8-də vəzifəsindən azad edildi və həbsə göndərildi. Bir gün öncə - dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirdilər və bir sıra yerli məmurlar saxlanıldılar.
Göründüyü kimi, son 4-5 ildə aparılan kadr islahatları zamanı yalnız "köhnələr" deyil, "yenilər" arasında da vəzifəsi ilə vidalaşan xeyli fiqurlar var. "Köhnələr"lə bağlı məsələ aydındır. Uzun illər vəzifədə olan bu kadrlar idarəetmə sistemində kök salmaqla, yüksək vəzifələrə tanışları və yaxın qohumlarını təyin etməklə yanaşı, rüşvət və korrupsiyaya bulaşıb, qeyri-qanuni biznes şəbəkələri yaradıblar. Ölkədə sağlam idarəetmə mühitinin yaradılması üçün onların vəzifələrindən uzaqlaşdırılması labüd idi və bu iş demək olar ki, 80-90 faiz görülüb.
Bəs, "yenilər", "islahatçı"lar, "xaricdə təhsil alan"lar niyə "vurulur"? Bu suala cavab vermək üçün həmin kadrların vəzifədən uzaqlaşdırılmasında rol oynayan ümumi cəhətlərə diqqət yetirmək kifayətdir.
Nədir bu cəhətlər? Yəqin ki, ilk növbədə media və sosial şəbəkələrdə daha qabarıq nəzərə çarpan ictimai qınaq məsələsini qeyd etmək yerinə düşər. Həm Ramil Bayramlı, həm də Anar Kərimov bu mötəbər vəzifələrə təyin olunanda onlara böyük ümidlər bəslənilirdi. Güman olunurdu ki, Səhiyyə Nazirliyinin bir çox funksiya və səlahiyyətlərini əlindən alan TƏBİB illərlə səhiyyə sahəsində yığılıb qalan problemlərə əncam çəkəcək. Eynilə də Anar Kərimovun uzun illər vəzifədə olan və əksər mədəniyyət işçilərinin tənqid etdiyi Əbülfəs Qarayevin səhvlərini təkrar etməyəcəyi, mədəniyyət sahəsində dönüş yaradacağı ilə bağlı ümidlər vardı.

Yəqin, xatırlayırsız, Ramil Bayramlının TƏBİB-in İdarə Heyətinin sədri seçilməsindən qısa müddət sonra o, media və sosial şəbəkələrdə ən çox tənqid olunan hakimiyyət təmsilçisinə çevrildi. Səbəb pandemiya ilə mübarizə üçün ayrılan xəstəxanaların bəzilərində həkimlərin ağır xəstələrin yerləşdirilməsi üçün külli miqdarda rüşvət alması, bir çox xəstələrin xəstəxanalara yerləşdirilməməsi, dərman və həkimlərlə təmin edilməməsi, vaksinasiya prosesində saxtakarlıq hallarının müşahidə olunması idi. Eyni zamanda pandemiya xəstələri üçün dövlətin aldığı dərmanların apteklərdə peyda olması, test nümunələri götürülən xəstələrin cavablarının yubanması, təcili yardım xidmətinin işində problemlər TƏBİB sədrinin sürətlə gözdən düşməsinə səbəb oldu.
Eyni uğursuzluqlar Anar Kərimovla da bağlı baş verdi. Belə ki, onun dövlət əhəmiyyətli tədbirlərin təşkilində ("Xarı bülbül" festivalı, Yaylaq festivalı) səriştəsiz olduğu, nəinki mədəniyyət sahəsinin problemlərinə bələd olmadığı, hətta bir çox məşhur simaları tanımadığı üzə çıxdı. Eyni zamanda Anar Kərimovun Mədəniyyət Nazirliyi və ona tabe qurumlarda apardığı kadr islahatlarının yanlış və qərəzli olduğu, nazirin xırda intriqalar səviyyəsinə endiyi, tez-tez müxtəlif qalmaqalların mərkəzinə düşdüyü də hər kəsin yadındadır və bütün bunlar sözsüz ki, mətbuatda, sosial şəbəkələrdə geniş işıqlandırılır, nazirin nüfuzuna ciddi xələl gətirirdi.
"Yenilər"in "vurulması"nda ciddi rol oynayan faktorlardan bir də onların da qısa müddət ərzində qanunsuz yollara baş vurması, rüşvət və korrupsiyaya bulaşması idi. Biz artıq yuxarıda Cəlilabadın icra başçısının vəzifəsindən uzaqlaşdırılmasından bir gün qabaq hüquq-mühafizə orqanlarının bu rayonda əməliyyat keçirdiyini “Gündəm Xəbər” qəzetinin onlayn versiyasında qeyd etdik. Yəqin, Gömrük Komitəsində MTN-in həyata keçirdiyi əməliyyatlar da hər kəsin yadındadır. Məhz bu əməliyyatlar "yenilər"dən sayılan Səfər Mehdiyevin karyerasına son qoydu. Anar Kərimovla da bağlı eyni fikirləri səsləndirmək olar. Şübhəsiz ki, onun vəzifədən uzaqlaşdırılmasında MTN-in bu qurumda əməliyyat həyata keçirməsi, müavininin saxlanılması da həlledici rol oynadı.
Beləliklə, baş verənlər onu göstərir ki, artıq məmur-oliqarxlıq epoxası geridə qalıb. Eyni vaxtda həm yüksək vəzifə tutmaq, həm də bu vəzifənin imkanlarından yararlanıb geniş biznes şəbəkəsi yaratmaq, yaxud korrupsiya yolu ilə dövlət vəsaitlərini mənimsəmək, rüşvət üçün vətəndaşın cibinə girmək mümkün deyil. Son illər MTN-in istər rayon icra hakimiyyətlərində, istərsə də Bakıda müxtəlif nazirlik və dövlət komitələrində həyata keçirdiyi əməliyyatlar, aparılan araşdırmalardan sonra bir sıra vəzifəli şəxslərin işdən çıxarılması və həbsi də bunu təsdiq edir. Bir sözlə, dövlət vəsaitlərinin xərclənməsinə ciddi nəzarət olunur və bu vəsaitlərə əl uzadanlar dərhal vəzifədən uzaqlaşdırılırlar. Söhbət əlbəttə, 5-10 manatdan deyil, yüz minlər, milyonlardan gedir...

“Gündəm Xəbər”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45
`GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14
İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38
Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34
Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32
Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru