Zaur Mikayılovun Qusardakı kadrından XƏBƏRİ VARMI? - İLGİNC İDDİALAR...
Tarix: 24-05-2022, 09:30 | Çap et
 “Gündəlik-Bakı” olaraq xeyli müddətdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində ( ASC ) baş verən qanunsuzlqulardan, milyonlarla dövlət vəsaitinin mənimsənilməsindən yazırıq. Və hər dəfə də qeyd edirik ki, cənab Prezidentimiz İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş və videokonfrans rejimində keçirilən müşavirə zamanı bu sahədə hökm sürən neqativ meyllər barədə sərt danışıb. Prezident ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu dilə gətirib. Prezident onu da deyib ki: “Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”. Prezident özü də açıq şəkildə deyir ki, 40-50 faiz su itkisi yalandır… Deməli, 40-50 faiz su itkisi milyonlar deməkdir. Bəli, Gündəlik-Bakı olaraq dəfələrlə, ASC-nin az qala 20 ildir sədr müavinləri olan Rafiq Aslanovun, Zakir Quliyevin əməllərindən yazmışıq. Axı, dövlətdən konkret maaş alan Rafiq Aslanov, yaxud Zakir Quliyev Avropada mülkləri hansı pulla alıblar..? Zakir Quliyev daş-qum-çınqıl karxanasını, balıq vətəgələrini hansı pulla saxlayır..? Əlbəttə, cənab Prezidentimizin dediyi 40-50 faiz su itkisi ilə… Əslində bunun adı sadəcə su itkisidir… Biz dəfələrlə oxucularda aydın təsəvvür yaranması üçün ASC-nin bütün qurumlarının siyahısını vermişik ki, qurumdakı rüşvət və korrupsiyanın miqyası, “razmeri” aydın olsun. Azərbaycanın hər rayonunda ASC-nin idarəsi, kanalı, istismar müəssisəsi var. Belə idarələrdən biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Qusar Suvarma Sistemləri İdarəsidir. İdarənin rəisi Məzahir Səlimxan oğlu Əzizovdur. Məlumdur ki, su çatışmazlığı, o cümlədən izafi su itkisi torpaqların şoranlaşmasına, eyni zamanda, erroziya və səhralaşmaya səbəb olur. Amma bütün bunlar Məzahir Əzizov üçün izafi söhbətdir. ASC-nin sədr müavini olan Zakir Quliyevin yaxın dostu Məzahir Əzizov Suvarma idarəsini sanki öz şəxsi şirkəti kimi işlədir. Hansı şirkətə, hansı fermerə suyu necə və hansı qiymətə satmağı özü müəyyən edir. Və hər yerdə deyir ki, arxamda Zakir Quliyev dayanıb, hara istəyirsiniz şikayət edin. Məzahir Əzizov idarəyə ayrılan yanacağı, benzini sataraq dövlət vəsaitini mənimsəyir. Bütün bunlar azmış kimi Məzahir Əzizov saxta tenderlər keçirib dövlət vəsaitini öz yaxınlarının şirkətinə köçürür və hər tenderdən sonra “otkat” adı ilə yüz minlər əldə edir. Biz hələ Suvarma İdarəsindəki “ölü canlar”dan bəhs etmək istəmirik. Kimsə pensiyaya çıxmaq üçün Məzahir Əzizovdan “staj” alır, kimsə adını yazdırıb əmək haqqını 50-50-yə Məzahir Əzizovla bölüşür. Məzahir Əzizov hətta idarəyə məxsus maşınları kimlərəsə icarəyə verib pulunu mənimsəyir. Və bütün bunların əvəzində….saytlarda özünü təriflədir. Prezident İlham Əliyevə, Ulu Öndərə xoş sözlər yazmaqla özünü sığortalamaq istəyir. Biz Gündəlik-Bakı olaraq Məzahir Əliyevə deyirik ki, Ulu Öndərin, Müzəffər Prezidentimizin sənin sözlərinə ehtiyacı yoxdur. Sən yaxşı olar ki, bir məmur kimi, öz işini vicdanla yerinə yetir…bu bəs edər. Sonda ASC-nin rəhbəri cənab Zaur Mikayılova müraciət edirik ki, biz 1 ildir yazırıq ki, qurumda ciddi problemlər var. Siz bu problemləri görmürsünüzmü, cənab Zaur Mikayılov..? Cənab Zaur Mikayılov, cənab Prezident sizə etimad göstərib o boyda vəzifəyə təyin etdi ki, meliorasiya sahəsində itkilərin qarşısını alasınız. Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46 |
|
|
|
|