Azərbaycan təhsili imtahandan çoxdan kəsilib... - FAKT BUDUR!
Tarix: 23-05-2022, 09:45 | Çap et
Azərbaycan təhsilinin bitib-tükənməyən problemləri hər zaman cəmiyyətin diqqətində olub. Xüsusilə məktəb direktorlarının qıcıq doğuran, təhsil xadiminə yaraşmayan hərəkətləri sosial şəbəkələrdə və mediada geniş rezonans doğurur, ciddi təpkilər qazanır. Təəssüf ki, Təhsil nazirliyi belələrinə qarşı sərt tədbirlər görmək əvəzinə çox zaman onların əməllərini malalamaqla məşğul olur. Heç kim öz ayranına turş demədiyi kimi yəqin Təhsil nazirliyi də öz kadrlarına pis demək istəmir, onlara qahmar çıxır. Amma bu nə vaxta qədər davam edəcək və təhsilimzə vurulan böyük bir zərbə olduğu nə vaxt qəbul ediləcək? 9 May ərəfəsində 164 saylı məktəbdə şagirdlərə Rusiyanın imperiya nişanı olan Georgi lentinin paylanması cəmiyyətdə ciddi qıcıq doğurdu və sərt tənqidlərə tuş gəldi. Təhsil Nazirliyi yanında İctima Şuranın məsələ ilə bağlı verdiyi açıqlama isə başqa üzrü günahından betər xarakterlidir. Belə ki, İctimai Şuranın üzvü, deputat Etibar Əliyev sosial şəbəkə hesabında bildirib ki, şuranın üzvü olaraq belə bir açıqlamadan xəbəri yoxdur, onun fikri nəzərə alınmadan yayımlanıb.“Təhsil Nazirliyi yanında İctima Şuranın üzvü kimi ciddi narahatlıq yaradan iki məsələyə dəyərli İctimai Şura üzvlərinin münasibət bildirməsini xahiş etmişdim. Təəssüf ki, həmkarlarımın adından Təhsil nazirliyinin cavabı İctimai Şuranın açıqlaması kimi təqdim olundu. Açıqlamanın sonuncu cümləsi isə lap əntiqədir. Təhsil nazirliyinin 164 nömrəli məktəbin "Georgi lenti" açıqlamasının sonuncu cümləsi ilə eynidir. "Ağıl ağıldan üstündür" atalar misalı artıq aktuallığını itirir. Təəssüflər olsun ki, İctima Şura adından heç bir araşdırma aparılmadan və mənimlə məsləhətləşmədən Təhsil Nazirliyinin istəyinə uyğun açıqlama verilib. Əgər rəsmi açıqlama verilirsə, mənim iştirakım niyə təmin olunmayıb? “ Göründüyü kimi Təhsil Nazirliyi baş vermiş qalmaqalı sırf ört-basdır etməklə məşğuldur. Rusiyanın imperiya maraqlarına nökərçilik edənlərin belə himayə edilməsi təhsil sistemində hansı problemlərin hökm sürdüyünün əyani sübutudur. Millət vəkili daha sonra direktor təyinatlarında hökm sürən eybəcərliklərdən, daha çox şəxsi maraqların ön plana çəkilməsini qeyd edib : “Akrobatik sıçrayışla məktəb direktoru yerinə gətirlmə əməliyyatlarının arxasında nə durur? Bu işdə hansı qruplaşmalar mövcuddur? Orta təhsildə nə üçün bu qədər narazılıqlar mövcuddur və get-gedə dərinləşir? Məsələn, necə olur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsində məsul vəzifə tutan, əvvəllər isə iki məktəbdə direktor işləmiş bir biznesmenin bütün müavinləri "imtahan" verərək direktor təyinatı (10-dan çox) alırlar? İctimai Şura bu tip sualları Nazirliyin rəhbərliyinə verməlidir və izahat almalıdır. İctimai Şuranın varlıq fəlsəfəsi də bunu tələb edir. Düşünürəm ki, biz İctimai Şura olaraq nöqsan və neqativlərin qarşısında durmalıyıq, bununla məşğul olanların yanında və müdafiəsində yox...” Millət vəkilinin statusuna rəy bildirən təhsil eksperti Kamran Əsədov isə daha ciddi faktlar qeyd edib. “Təhsil Nazirliyinin SMM xidməti olan İctimai Şura tərəfindən veriəm açıqlamada qeyd olunur ki, 165 saylı orta məktəbə üç aylıq əvəzedici direktor təyin olunan 252 saylı orta məktəbin direktor müavini Ruslan Nağıyevə yüksək peşəkarlığı nəzərə alınaraq bu vəzifə həvalə olunub. Bu Təhsil Nazirliyinin SMM xidməti olan İctimai Şuradan soruşmaq istəyirəm ki, hansı peşəkarlığı? Ruslan Nağıyev Bakıda fəaliyyət göstərən 320 məktəbdə olan digər direktor müavinlərindən hansı peşəkarlığına görə fərqlənib? Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına qəbul olanda topladığı bala görə? Məzunların 44 faizi ali məktəblərə qəbul olduğuna görə? Yoxsa 2021-ci ildə 21 məzunun 0-100 arası bal topladığına görə? Etibar müəllim, 2021 - ci ildə bu peşəkar müavinin işlədiyi məktəb üzrə imtahanda iştirak edən şagirdlərin 43.20%-inin (73 nəfərin) heç olmasa bir fənn üzrə ümumi balı (0-20) intervalına düşüb. Belə başa düşürəm ki, seçim zamanı bu amillər nəzərə alınıb.” E.Əliyevin mediada yayımlanan müsahibəsində isə direktor təyinatlarında qruplaşmaların olduğunu qeyd edib. “Məktəb direktorlarının təyinatında qruplaşmalar mövcuddur və bu qruplaşmanın ən böyüyünün başında Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva durur ki, onun 40-a yaxın məktəb direktoru var, indi də ona hesabat (və hesab) verirlər. Hətta onun məktəb direktoru təyin etdiyi adamlar belə, digər məktəblərə direktor təyin etdirirlər. Orta təhsildə rüşvətin dərinləşməsində və təhsil mühitinin darmadağın edilməsində bu qadının müstəsna rolu var. İndiki Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva onun təlimatları əsasında işləyir və böyük bir idarəni intriqa məkanına çevirib. Heç şübhəniz olmasın ki, Məhəbbət Vəliyeva hansısa antiazərbaycan şəbəkələrinin birinin üzvüdür. Və arxasında duranı da hamı tanıyır… Bu xanım orta məktəbdən topladığı milyonlar hesabına 2021-ci ilin sonunda Moskvada bir neçə mərtəbəli “Estetik Mərkəz” açıb. Görün vəziyyət nə həddədir ki, bu mərkəzin açılışında iştirak etmək üçün Mehriban Vəliyeva 2021-ci ilin dekabr ayında bir həftəlik məzuniyyət götürür. Sonra da rəfiqəsinin Moskvadakı obyektinin açılışına qatılır. Bir məsələ də var. Hətta Məhəbbət Vəliyeva üçün Təhsildə İnnovativ Texnologiyalar və Əlavə Təhsil Mərkəzi deyilən bir department də yaradıblar. Bu mərkəzə heç bir əhəmiyyəti olmayan təlimlər üçün yüzminlərlə vəsaitlər köçürülür.” Rubrika.Az saytı olaraq hörmətli millət vəkilinin qabartdığı problemlər, xüsusilə təhsil sistemində müxtəlif qruplaşmaların olması, M.Vəliyevanın hələ də təhsil sistemində əsas söz sahiblərindən biri olması, paytaxt məktəblərini idarə etməsi barəsində dəfələrlə geniş araşdırmalar təqdim etmişik. Amma nədənsə Təhsil nazirliyi hələ də xanım Vəliyevanın təhsi sistemində hegamonluğu ilə bağlı heç bir tədbir görmək istəmir. Ona olan bu “xüsusi məhəbbətin” Azərbaycan təhsilinə hansı zərbələr vurduğunu görmək üçünsə xüsusi əllaməliyə ehtiyac yoxdur. Görünən odur ki, direktor təyinatlarında xüsusi qruplaşmaların maraqları nə qədər ki, əsas götürüləcək o qədər də təhsilimiz sürətlə uçuruma yuvarlanacaq. Əgər direktor təyinatlarında şəxsi maraqlar əsas götürülürsə, onda bu imtahan oyununa nə ehtiyac var? Onsuz da Azərbaycan təhsili imtahandan çoxdan kəsilib !
Nicat Mahmudov Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28 |
|
|
|
|