Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                 

Şəhid anası Şəkidəki dövlət qurumlarının biganəliyindən Prezidentə şikayət etdi - NARAZILIQ!
Tarix: 15-10-2021, 10:37 | Çap et
Şəhid anası Şəkidəki dövlət qurumlarının biganəliyindən Prezidentə şikayət etdi
Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bir sıra aidiyyatı dövlət orqanlarının rəhbərlərinə Şəki rayonunda mənzil növbəsində ailəmizin süründürməçiliyinə son qoyulmasına və üzləşdiyi problemlərin dərhal həll olunmasına köməklik göstərilməsi məqsədi ilə müraciət ünvanlanıb.

Aktualinfo.org Aşağı Göynük kənd sakini Məfkurə Zamanovanın sözügedən müraciətini olduğu kimi oxucularra təqdim edir.O, yazır:

Cənab Prezident əvvəlcədən diqqətinizə çatdırım ki, bu son iki ildə sizə etdiyim 6-cı müraciətdir.

Azərbaycan Respublikasın Əmək və Əhalinin Social Müdafiəsi Nazirliyinin xəttilə şəhid ailələri üçün hər bir rayonda tikilib istifadəyə verilmiş yeni mənzillərin istifadəyə verilməsilə əlaqədar, mən də şəhid Əbdürəhimov Faiq Məmmədəli oğlunun anası kimi 8 ay süründürməçilkdən sonra – 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.

Xatırladım ki, Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-cidir. Amma nə olsun. 9 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır.

Cənab Prezident!
Sizin 2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma 1-ci Qarabağ Müharibəsində oğullarını itirmiş biz şəhid anaları görmürük. Məsələn, bizim kənddə 18, Baş Layısqı kəndində 23, Baş Göynük kəndində də 22 şəhid olmuşdur. Bu günə kimi heç birinə bir mənzil verilməyib. Və eləcə də digərləri. Hamısı da kasıb ailələrdir. Onlar da mənim kimi mənzil növbəsində dursalar da 28 ildir ki, gözləməkdədirlər.

Bir daha xatırladım ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur ki, ən böyüyü rəhmətlik Faiq idi. Onu da qeyd edim ki, bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə pandemiya dövründə 1 kq un maddi yardımı, nə övladlarımdan hər hansı biri işlə təmin edilməmişdir. Bütün övladlarımın hamısı bu gün də işsizlikdən əziyyət çəkirlər. Maraqlanan bir vicdanlı məmur yoxdur.

2000-ci ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm.Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu 1 otaqlı fındıq çübuğu çəpərindən və palçıqla hörülmüş daxmadan yola salmışam.( foto əlavə edilir.) Zəngilan və Füzuli istiqamətlərində “Şəki Faiq” kimi ad çıxarmış əfsanəvi şəhid oğluma qarşı dövlət orqanlarının məsuliyyətsizliyi başa düşülən deyil.

Hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə 28 kv m sahəsi olan təmirsiz, divarları çatlayan həyət evində birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum Həziyə mənzili olmadğından toy edə bilmirdim. Digər oğullarım Natiq və Namiq Bakıda kirayədə yaşayırlar. Kürəkənlərim Əhməd və Elmir də Abşeron və Binəqədi rayonlarında kirayədə yaşayırlar. Özləri də iş tapa bilmirlər. Əhməd Rusiyada polis mayoru kimi işləmişdir. Digər kürəkənim Elmir də Prezident Qvardiyasında xidmət etmişdir. Bu günə qədər iş tapa bilmirlər.

Mən 24 dekabr 2019-cu ildə də mənzil məsləsilə bağlı müraciət etdim. ƏƏSMN-dən formal rəsmi cavab aldım ki, 2024-cü ilədək sizi evlə təmin ediləcəksiniz. Halbuki. Cənab prezident Sizin 20 iyun 2014-cü il tarixli Sərəncamınızda qeyd edilir ki, 2014-cü ilədək 5000-ə yaxın ailə mənzillə təmin edilmiş, və 2014-cü ilədək uçota durmuş qalan 5000 ailəni də 2014-2018-ci illər ərzində təmin etmək lazımdır. Lakin mən 9 ildir ki, şəhid ailəsi növbəsində 11-ci olmaqla yerimdə sayıram. Guya bu 9 ildə heç bir şəhid ailəsinə mənzil verilmədi. Amma mən bilirəm ki, qonşu Biləcik kəndindən bir şəhid ailəsi məndən sonra növbədə olsa da ona dərhal mənzil verdilər. Qısası, işin indiki gedişatı onu sübut edir ki, mənim 5000 manat pulum olmadığına görə bundan sonra 100 il də gözləsəm bu “VİCADNLI məmurlar” evlə təmin edən deyillər.

Baxmayaraq ki, mənim sonuncu müraciətimdən sonra yerli bələdiyyə sədrinin dediyinə görə Sosial Təminat Nazirliyindən Sizə həyət evi tikmək üçün göstəriş gəlib. Amma nə fayda Şəki icra Hakimiyyəti Aparatının təsərrüfat şöbəsinin dövlət əleyhinə törətdiyi cinayətə görə 5 il həbs cəzası çəkmiş keçmiş məhkum olan ( əslən Akstafalı) məsləhətçisi səviyyəsində mənə rəsmi formal cavab yazılır ki,”Növbəniz çatanda mənzillə təmin olunacaqsınız.” Görün nə qədər bəsit, quru, cansıxıcı, bürokrat və vicdansız bir cavabdır. Halbuki son məlumata görə keçən ili Şəki rayon və mərkəzində mənim kimi şəhid və Qarabağ müharibə əlilləri üçün 20 ədəd mənzil tikintisinə start verilmiş və təhvil vermişdir.Bəs bizim növbəmiz nə vaxt çatacaqdır?

Son müraciətimdən sonra Hesablama Palatasının məsul şəxsi Firsəng müəllimin AR Sosial Təminat nazirinin müavini cənab Anar Kərimova mənim qaldırdığım məsləilə bağlı göndərdiyi 15 sentyabr 2020-ci il tarixli məktuba 1 ildir ki, cavab verilmir. Lakin. Şəki İH-dən, ƏƏSM-in Şəki Şöbəsindən, yerli Bələdiyyədən dəstə dəstə əməkdaşlar gəlib indiki 7 nəfər ailəmlə birlikdə yaşadığımız 28 kv.m darısqal təmirsiz evimizə günaşırı gəlib fotosessiya edib getməklə məşğuldurlar. Qeyd edirlər ki, ayrıca torpaq sahən varsa ev tikintisinə başlana bilər. Xahiş etmişdim ki, imkan olsa Şəki şəhərində heç olmasa 2 sot bələdiyyə torpağı təşkil edib ev tikin. Baxmadılar, etinasız yanaşdılar. Guya 24 yaşlı şəhid oğlumun qanı tökülmüş Vətən torpağının 2 sotunu verməyə qıymadılar. Sonradan öyrəndim ki, bu torpaq yaxşı pula gedirmiş, hər sotun qiyməti 3000 manatdır. Bu gün oğlumun qanı hesabına vəzifədə oturan rayon və respublika səviyyəsindəki haramzada məmurlar bu günə kimi müraciətimi yekə qulaqlarının ardına vurur, xəcalət hissi çəkmirlər. Sanki oğlum Faiq bu haramzadaların rüşvət yığıb evdə haramzada arvad-uşaqlarını bəsləmələri üçün qanını bu torpağa töküb.

Mənzil təminatı elə həssas, incə məsələdir ki, xırda bir pozuntu bizim kimi adamlarda ciddi narazılıq doğura bilər. Son bir ildə bu sahədə ancaq saxta xidmətlərlə baş qatılıb. Axı, bu mənzil konkret maddi obyektdir, virtual məkan deyil ki, saxta dəstək adı ilə baş qatasan? Cənab Prezident! Sizin tapşırığınız əsasında 2020-ci ildə şəhid ailələri üçün veriləcək 1500 mənzil üçün dövlət büdcəsindən pul ayrılırsa və ilin sonunda vəsaitin təyinatı üzrə xərclənmədiyi üzə çıxırsa. Bu biabırçılıqdır. Hesablama Palatası Prezident tapşırığından şəxsi mənafeləri üçün istifadə edən vicdansız məmurların mənimsədiyi maliyyə maxenasiyaları barəsində niyə Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etmir? Niyə hüquq mühafizə orqanları bizim konkret faktlar üzrə yazdığımız müraciətlərdə qeyd etdiyimiz qanunsuzluqlarla bağlı araşdırma aparmır? Belə çıxır, qanun -qayda qanunsuz, qeyri-prosessual münasibətə qurban verilir?Yaxşıki, son bir ildə 1500 şəhid ailəsi mənzillə təmin edildi. Ən çoxu da 2-ci Qarabağ Müharibəsi şəhid ailələrinə verildi. Bu çox yaxşı haldır Qoy bütün şəhid ailələri mənzillə təmin olunsunlar. Biz də daxil. Budur, 28 ildir ki, gözləyirik. Bu günə qədər dövlətin heç bir imtiyazından istifadə etməmişik. Varsa faktı Sizə məruzə etsinlər. Amma belə rəqəm yoxdur.

Son olaraq onu qeyd edim ki, mənə rayon mərkəzindən torpaq verilmədiyinə görə kəndimizdə ev tikiləsi kimi torpaq əldə etmişəm. Əgər ƏSSMN mənə Sizin tapşırığınız əsasında pilsuz ev tikmək istəyirsə, kənd xəstəxanasının yanındakı torpaqda tikintiyə başlaya bilər. Əgər yerli məmurlar mane olmasa. Xatırladım ki, hazırda 74 yaşım var. Xəstəyəm. Mən bir ana kimi ümidlə yaşayırdım ki, kiçik oğlum( 36 yaşlı) Həzini evləndirmək,digər oğullarımı da bir yerə yığıb yaşamağım üçün bir şəhid ailəsi olaraq bizə kəndimizdə hökümət tərəfindən bir ev tikilib verilməsini gözləyirdim. Amma bu ilin 19 iyulunda kiçik oğlum xərçəng xəstəliyindən dünyasını dəyişdi. Onu müalicə etməyə pulumuz olmadı. Doğrusu belə bir süründürməçi, məsuliyyətsiz, bürokrat məmurlar olan bir yerdə yaşamağı da istəmirəm. Mən iki oğul itrdim. Bu məmur sürüsündən heç kim qapımı açıb ikinci dəfə baş sağlığı da vermədilər.

Çoxhörmətli, Prezident. Məlumat üçün onu da bildirmək istəyirəm ki, Şəki İcra Hakimiyyətinin səlahiyyətli şəxsi bir il əvvəl evimə bir qumarbaz məmurla ismarıc- xəbərdarlıq göndərib ki, «Məfkurə bir də şikayət etsə o ev üzü görməyəcəkdir!». Elə bil ki, bu adamın dədəsindən ev istəyirəm. Budur, son müraciətlərimə Sizin aidiyyatı məmurlar ümumiyyətlə şəhid anası olaraq mənə hörmətsizlik edir, cavab vermirlər. Əvvəllər isə heç olmasa Nazirliyin Şəkidəki şöbəsindən Mahir müəllimin göndərdiyi adamlar gəlib uçuq-sökük evimizin şəkillərini çəkib gedirdilər. Amma bu gün reallıqda Siyahı üzrə məndən əvvəl və məndən sonra adları olanlara evlər verilib. Bu gün Şəki şəhərinin yarısını ələ keçirmiş bu bürokrat məmurlar və Nazirlikdəki süründürməçilər mənim kimi şəhid anasına qoyduqları hörmətsizliyi əslində Ali Baş Komandan kimi Sizə qoyurlar. Həqiqətən də yerli bürokrat məmurlar sözlərinin üstündə durdular. İmkan vermirlər ki, mən şəhid anasına 28 ildən sonra da bir mənzil versinlər. Baxmayaraq ki, 18 yanvardan bu günə qədər mənə edilən xəbərdarlıqdan sonra yuxarı orqanlara şikayət etmirdim. Amma bürokratlar buna da məhəl qoymadılar.Şəki İH- başçısının müavini H.Həsənov 8 ay əvvəl mənə rəsmi cavab yazdı ki, “Sizin mənzil probleminiz 2028-ci ilədək növbəlik əsasında həll ediləcəkdir”. Axı bu cavabla cənab Prezident Sizin şəhid ailələrinin mənzil təminatıiləbağlı verdiyiniz söz üst üstə düşmür. Axı mənim 2028-ci ili gözləməyə ömrüm çatmaz. Onsuz da 28 il gözləmişəm.

Ona görə Cənab Prezident son dəfə xahiş edirəm göstəriş verin qoy mənim mənzil problemimlə ən çox inanadığınız və etibar etdiyiniz PA müdiri cənab Samir Nuriyev, ya da nazir cənab Mikayıl Cabbarov məşğul olub nəticəni Sizə məruzə etsinlər. Allah amanında

Aktualinfo.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru