Bəxtsiz mədəniyyət, uğursuz nazirlər... - Əbülfəs Qarayev sanki...
Tarix: 19-08-2020, 10:50 | Çap et
Azərbaycanın getdikcə tənəzzülə uğrayan mədəniyyətinə görə onun iki uğursuz naziri məsuliyyət daşıyır. 1988-ci ildən 2006-cı ilə qədər bu mədəniyyətə nazir olmuş Polad Bülbüloğlu 18 illik nazirliyi dövründə ölkənin kinosu da, teatrı da, musiqisi də, televiziyası da, nəşriyyatı da elə hala düşdü ki, yenidən dirçəlməsi bir xeyli zaman alacaqdı. Polad Bülbüloğlunun nazir olduğu dövrü və bu dövrdə mədəniyyətin geriləməsini, süqut etməsini vətəndaş hərəkatına, müharibəyə, ümumi xaosa və müharibədən sonrakı böyük böhrana bağışlamaq olar, bəlkə də. Bəlkə də...! Amma 2006-cı ildə Polad Bülbüloğlunun yerinə Mədəniyyət naziri təyin olunan və 14 il bu mədəniyyətə nazirlik etmiş Əbülfəs Qarayevə ölkə mədəniyyətinin bugünkü rəzil durumunu bağışlamaq mümkün deyil.
Ümumiyyətlə, mədəniyyət sənət nümunələrini, yaradıcılıq məhsullarını özündə birləşdirdiyi üçün maksimum azadlıq tələb edən bir sahədir. Azadlığa bu qədər sevdalanmış bir sahəyə 18 il, 14 il rəhbərlik etməyin özü elə mədəniyyətin iflası deməkdir. Polad Bülbüloğlunun nazirlik dövründə hələ də sovet məktəbinin yetirdiyi rejissorlar, aktyorlar, bəstəkarlar, müğənnilər, ədiblər, rəssamlar və digər mədəniyyət adamları yaşayıb-yaradırdı deyə, xüsusən də həmin dövrdə Heydər Əliyevin mədəniyyətə xüsusi sevgisi sayəsində ölkənin mədəniyyəti birtəhər də olsa, ayaqda dura bilirdi. Lakin Polad Bülbüloğlunun səriştəsizliyi sayəsində bu dövrdə hər yerindən duran mədəniyyətin səhnəsində yer ala bilirdi. Müxtəlif KVN truppaları sənət adı ilə səhnəyə çıxır, sonra da onların tərkibində yer alan qeyri-peşəkar adamlar aktyor kimi filmlərə çəkilir, teatrlarda işə düzəlirdilər.
Məhz bu dövrdə televiziyalarda bayağı verilişlər yer aldı. Ədəbiyyat, teatr dramatrugiyası, ekran dramaturgiyası kimi sahələr tamamilə inkişafdan dayandı. Meyxana janrı sənət nümunəsi kimi hər yerdən eşidilməyə başladı. Keyfiyyətli kitab nəşri, ciddi ədəbiyyata dəstək sıfırıncı səviyyəyə endi. Bütün bunlara rəğmən, 2006-cı ildə Polad Bülbüloğlunun yerinə nazir təyin olunan şəxs vəziyyəti düzəldə bilərdi. Çünki hələ də ciddi sənətkarlarımız yaşayıb-yaratmaqda idilər və onların geniş təcrübə və biliklərindən yararlanmaq olardı. Bu posta təyin olunan Əbülfəs Qarayev isə, sanki Polad Bülbüloğlunun yarımçıq qoyduğu tənəzzül prosesini tamamlamağa gəldi. O, bütün qüvvəsi ilə mədəniyyətin məhvinə, bir də dirçələ bilməməsi üçün zəmin yaratmağa çalışdı. Bu barədə indi danışmağa dəyməz. Necə deyərlər, olan oldu, keçən keçdi. Bu mədəniyyətin başından Əbülfəs Qarayev tufanı da ötdü, sağ qalmışıqsa, böyük işdir. İndi əsas məsələ bu posta Əbülfəs Qarayevin yerinə kimin təyin olunacağıdır. Maraqlısı odur ki, gələcək şəxs ölənləri diriltməyə gələcək, yoxsa sağ qalanları da qırıb bitirməyə? Sosial şəbəkələrdə bu posta təyin olunacaq şəxslərlə bağlı mütxəlif tövsiyə və təkliflərə rast gəldim. Bunların içində ən çox diqqətimi çəkən Rasim Balayevin adı oldu. Guya, sənət adamı olduğu üçün, istedadlı aktyor olduğu üçün, sənəti dərindən bildiyi üçün nazir olmağa da layiqdir. Şübhəsiz ki, Rasim Balayev Azərbaycan mədəniyyətinin ən nəhəng şəxsiyyətlərindən, ən zirvə sənətkarlarındandır. Elə Polad Bülbüloğlu da böyük sənətkar, istedadlı adam idi. Amma Polad Bülbüloğlu necə nazir idisə, Rasim Balayev də ondan artıq ola bilməyəcək. Ölkənin mədəniyyət sahəsində köklü dəyişiklik, təməlli yenilənmələr edilməlidir. Teatr sistemi, onun işləmə mexanizmi tamam dəyişilməlidir. Kino sektoru yenidən qurulmalı, yeni və müasir dünyaya uyğun kinomatoqrafiya məktəbi yaradılmalıdır. Yeni və uğurlu aktyor, rejissor məktəbləri formalaşdırılmalıdır. Həm teatr, həm də ekran dramturgiyasının inkişafı üçün yeni mexanizm işlənməli, teatr əsərləri, kino ssenariləri, opera librettolarının yazılması üçün dünyanın inkişaf etmiş dramaturgiya məktəblərindən faydalanılmalı, eyni zamanda özümüzün yeni nəzəriyyələrimiz yaradılmalıdır. Bütün bunların ölkə iqtisadiyyatına gəlir gətirməsi üçün beynəlxalq əlaqələr qurulmalı, kino və serial ticarəti inkişaf etməli, teatr səfərləri təşkil olunmalı, beynəlxaq festivallar və yarışmalardan mükafatlar qazanılmalı, sərgi salonları, muzeylər və tarixi abidələr vasitəsi ilə turist cəlb etməli və bunun maddi gəliri ilə yanaşı, həm də ölkə mədəniyyətinin tanıdılması prosesi həyata keçirilməlidir. Bəxtsiz mədəniyyətin iki uğursuz naziri bu və digər lazımi işlərin heç birini görmədi. Bundan sonrakı nazirin isə iki yolu var: Ya bu və digər işləri görüb mədəniyyəti və onun xadimlərini dirçəldəcək, ya da 3-5 nəfər sağ qalanımızın da axırına çıxacaq. Görək, başımıza nə gəlir!? Orxan BAHADIRSOY //ayna.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
|